Ermənistanın parlamentinin eks-deputatı Arakel Movsisyanın (Şmays) 4 qardaşı - Murad, Zərzan, Saak və Lev həbs edilib.

Ardını oxu...


Qaşıqçı cinayətində sui-qəsd planının başında gələn ilk şübhəli Maher Əbdüləziz Mutreb jurnalist Camal Qaşıqçını öldürdükdən sonra 4 dəfə vəliəhd şahzadə Məhəmməd bin Salmanın ofis müdürünə zəng edib.

Ardını oxu...

Helikopter dənizə düşdü

Meksikanın Santa-Klara körfəzində helikopter dənizə düşüb.

hadisə zamanı helikopterdə 12 nəfər olub.

Onlar Sahil Mühafizə Xidmətinin gəmiləri vasitəsilə xilas ediliblər.

Məlumata görə, helikopterdəkilər qanunsuz balıq ovuna qarşı körfəzdə müşahidə aparırmış.

Hadisənin səbəbi araşdırılır.

 

İdlibdə növbəti partlayış

 

Suriyanın İdlib bölgəsində minalanmış avtomobil partlayıb.

Hadisə nəticəsində 4 nəfər həlak olub, 11 nəfər xəsarət alıb. 

Hadisənin baş vermə səbəbləri hələlik açıqlanmır.

 

Qaşıqçının öldürülməsi ilə ən böyük zərbə Səudiyyə Ərəbistan timsalında vəliəhd Məhəmməd bin Salmana vuruldu.

Ardını oxu...

Kolumbiyada hərbi helikopter qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, hadisə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı keçirilən əməliyyat zamanı baş verib.

Qəza Kauka bölgəsində qeydə alınıb, nəticədə 4 nəfər həlak olub.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

2018.10.20 - 14:42

Əfqanıstanda parlament seçkisi sabaha qədər uzadılıb.

Ardını oxu...

Vaşinqton orta və yaxın mənzilli raketlərlə bağlı müqavilədən geri çəkiləcək.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Tramp belə bir qərar verməsinə səbəb kimi Rusiyanın müqavilənin şərtlərinə əməl etməməsini göstərib.

Qeyd edək ki, sözügedən müqavilə 1987-ci ildə Sovet İttifaqı ilə ABŞ arasında imzalanıb.

Tanınmış azərbaycanlı müğənni Elnur Məmmədov fanatı olduğu rusiyalı döyüşçü Həbib Nurməhəmmədovdan hədiyyə alıb.

Ardını oxu...

Makedoniya parlamenti ölkənin NATO və Avropa Birliyinə üzv olması üçün dövlətin adını dəyişdirməyə dəstək verib.

Axar.az xəbər verir ki, parlamentin 120 deputatından 80-i adın dəyişdirilməsinin lehinə səs verib. 39 nəfər isə buna qarşı çıxıb.

Qeyd edək ki, sənəd təsdiqlənməsi üçün bundan sonra Prezident Georgi İvanova göndəriləcək. Prezident isə bunu imzalamayacağını artıq rəsmən bəyan edib. O, vədinə sadiq qalacağı təqdirdə sənəd yenidən parlamentə müzakirə üçün göndəriləcək.

Xəbər lenti