Tramp jurnalistə müraciət forması ilə təəccübləndirdi

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində keçirilən mətbuat konfransında jurnalistə müraciət forması ilə yadda qalıb.

 Ağ Ev rəhbəri hakimiyyətə gəlməsindən bu yana 5-ci dəfə yazılı mətn olmadan kürsüyə çıxıb. Tez-tez kobud ifadələri və məntiqsiz cümlələrinə görə tənqid edilən Tramp bu dəfə də müraciət şəkli ilə təəccübləndirib. Belə ki, İraqda və Suriyada İŞİD-ə qarşı vuruşan kürdlərə olan sevgisindən danışan Tramp “Bizimlə müharibə aparan kürdlər isə öldülər” deyib.

 

Daha sonra isə o, sual ünvanlamaq istəyən jurnalistə üzünü tutaraq “Buyur, cənab kürd” deyə müraciət edib. 

 

 

 

 

1 milyon dollar mükafatlı riyazi sual həll olundu

 

Son günlər elm dünyası ingilis professor Maykl Atiyahın açıqlamasından danışır. Çünki o, 160 ildir həll olunmayan və həll edənə 1 milyon dollar qazandıracaq problemi həll edib.

O, tənliyə tapdığı həlli “Heydelberq Laureatları Forumu”nda elm dünyasına təqdim edib.

Məlumat üçün bildirək ki, Maykl Atiyah “Riyaziyyatın Nobeli” adlandırılan Abel mükafatı və Fields medalının sahibidir.

 

“1 milyon dollar mükafatlı riyaziyyat problemi” tənliyi adını 1859-cu ildə hipotezi təqdim edən alman riyaziyyatçı Bernard Riemanndan alır. “Rieman hipotezi” rəqəmlərin bölgüsü yönündən açıqlaması baxımından olduqca böyük əhəmiyyət daşıyır. Hipotez və ya fərziyyə elmi üslubda hadisələr arasında əlaqələr qurmaq və onları bir səbəbə bağlamaq üçün hazırlanan təklifdir. Bu sahədə bu günə qədər tapılmış “baş rəqəm”lər (Prime number) 23, 249, 425 ədədləridir.

Qeyd edək ki, “Great İnternet Mersenne Prima Search” (GIMPS) təşkilatı da internet üzərindən könüllülərin kompüterlərini istifadə edərək əsas “baş rəqəm”i axtarır. Ən böyük “baş rəqəm” 26 dekabr 2017-ci ildə Conatan Peys  adlı könüllünün kompüteri vasitəsilə müəyyən edilib.

“Rimann hipotezi” isbat olunarsa, “baş rəqəm”lərə çatmaq daha asan və kriptologiya sahəsində yeni kəşflərə səbəb ola bilər.

 

 

 

Anası metroda doğulan körpədən imtina etdi

Sentyabrın 23-də Sankt-Peterburq şəhərinin “Texnoloji institut” metro stansiyasında dünyaya gəlmiş körpədən anası imtina edib.

Qadın bunu həyat tərzi və səhhətindəki problemlə əlaqələndirib. Bu barədə Şimal paytaxtının uşaq hüquqları üzrə müvəkkilinin bəyanatında deyilib. Bildirilir ki, qadının yeniyetmə yaşlarında daha iki övladı var və onlar üzərində də valideynlik hüququndan məhrum edilib. 

 

Yer altında doğulan körpənin taleyi ilə bağlı məsələ yaxın vaxtlarda həll ediləcək. 

 

Ermənistan parlamentinin spikeri Ara Babloyan sabah Azərbaycanın işğal edilmiş bölgəsi olan Xankəndinə gələcək.

Ardını oxu...

Keçmiş prezident Barak Obama Şimali Koreya ilə dəhşətli bir müharibəni başlatmağa yaxın idi.

Ardını oxu...

Ermənistanla “dqr” arasında “hərbi-siyasi müttəfiqlik” müqaviləsinin bağlanması məsələsi Ermənistan Təhlükəsizlik Şurasında qaldırılıb və biz Ermənistandakı həmkarlarımızdan cavab gözləyirik.

Ardını oxu...

Avropa İnsan Haqları Məhkəməsi PKK terror qruplaşmasının lideri Abdullah Öcalanın həbsxanada pis rəftar və işgəncəyə məruz qalması barədə şikayətini rədd edib.

Ardını oxu...

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə İranın Təhlükəsizlik Şurasının katibi Əli Şamxani arasında Moskvada görüş keçirilib.

Ardını oxu...

ABŞ sonunda nüvə razılaşmasına qayıdacaq.

Ardını oxu...

Avropa Birliyi Mərkəzi Asiyanın inkişaf perspektivlərinə inanır və regiona investisiyalar yatırtmaq niyyətindədir.

Ardını oxu...

Xəbər lenti