İrandakı terrora görə 22 nəfər saxlanıldı

 

İran hökuməti Əhvaz şəhərində hərbi parad zamanı törədilmiş terror aktında əli olan 22 nəfəri saxlayıb.

Bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb. Bildirilir ki, saxlanılanlardan 5-nin terror hadisəsi ilə əlaqəsi təsdiqlənib. Onlardan partlayıcı maddələr və rabitə vasitələri götürülüb.

 

Qeyd edək ki, terror aktı nəticəsində 28 nəfər dünyasını dəyişib.  

İranın Ali dini lideri Əli Xamenei Əhvaz şəhərində baş verən terror aktının arxasında dayanan ölkələri birbaşa olaraq açıqlayıb.

Ardını oxu...


Ərdoğan Nyu-Yorkda...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka 4 günlük səfər edib.

Con Kenedi adına beynəlxalq hava limanında Rəcəb Tayyib Ərdoğanı və onun xanımı Əminə Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ferudin Siniroğlu, Türkiyənin ABŞ-dakı səfiri Serdar Kılıç və Nyu-Yorkdakı baş konsul Ertan Yalçın qarşılayıblar.

 

Nyu-Yorka səfər zamanı Türkiyə prezidentini xəzinədarlıq və maliyyə naziri Berat Albayrak, sənaye və texnologiyalar naziri Mustafa Varank, milli müdafiə naziri Hulusi Akar, ticarət naziri Rusxar Pekcan, səhiyyə naziri Fahrettin Koca, prezidentin mətbuat katibi İbrahim Kalın və digərləri müşaiyət edirlər.

 

Matəm elan olundu

İranda bu gün matəm elan olunub.

Hökumət Əhvaz şəhərində baş verən terror aktı ilə bağlı sentyabrın 24-nü matəm günü elan edib. Hökümətin yaydığı açıqlamada qeyd olunur ki, Əhvaz şəhərinin sakinlərinə və onların təhlükəsizliyini qoruyanlara qarşı törədilən terror aktı açıq-aydın göstərdi ki, İranın düşmənlərinin yeganə məqsədi qadınları, uşaqları, qocaları və cavanları, işçiləri və əsgərləri yalnız onların iranlı olduqlıarına görə qətlə yetirməkdən çəkinməyərək İranı və iranlıları məhv etməkdir.

 

Xatırladaq ki, hərbi parad zamanı naməlum silahlılar insanlara atəş açıblar. Terror aktı nəticəsində 29 nəfər həlak olub, 57 nəfər isə yaralanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında iştirak etmək üçün yollanacağı ABŞ səfərindən əvvəl mətbuat nümayəndələrinə açıqlama verib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

“BMT Baş Assambleyasında humanitar böhranlara diqqət yetirəcəyik. Bölgədəki vəziyyət getdikcə daha həssas xarakter alır”, - Ərdoğan bildirib.

Uşaqlarınızı ənənəvi idmanlarla tanış edin. Bu gün oxatanları, at sürənləri, güləşənləri izləyənlər öz həyatlarına bunları qatırmı görəsən? Biz at üstündə dastanlar yazan əcdadın nəvələriyik.

Ardını oxu...

ABŞ-ın Çindəki səfiri Çin Xarici İşlər Nazirliyinə çağırılıb.

Ardını oxu...

Venesuela Prezidenti Nikolas Maduro növbəti dəfə Türkiyə tarixindən bəhs edən “Diriliş Ərtoğrul” serialını heyranlıqla izlədiyini deyib.

Ardını oxu...

Paris İranla nüvə razılaşması öhdəliklərinə Tehran bundan imtina edənə qədər əməl edəcək.

Ardını oxu...

Tramp administrasiyası Yaxın Şərq üçün təhdiddir.

Ardını oxu...

Xəbər lenti