![]() |
|
Rusiya Aerokosmik Qüvvələrinə məxsus İl-76 təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
İdarədən verilən məlumata görə, Rusiya Aerokosmik Qüvvələri komissiyası fəlakətin səbəblərini müəyyən etmək üçün qəza yerinə gedib.
İl-76-nın göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülən hərbçilərindən əlavə, 6 ekipaj üzvü və 3 onu müşayiət edən şəxs olub.