Ermənistan siyasi və diplomatiya arenası AŞPA-nın Azərbaycana qarşı qəbul etdiyi qətnaməni İrəvan üçün uğurlu diplomatik addım hesab etmir.

Hətta Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin müxalifətdən olan üzvü, "Mənim şərəfim" fraksiyasının rəhbəri Hayk Mamicanyan məlum qərarını şərh etməkdən imtina edib.

"Hraparak"ın yazdığına görə, müxalifət dairələri AŞPA-nın qərarının Azərbaycanla bağlı heç bir ciddi nəticəsi ola bilməyəcəyi düşüncəsindədirlər.

Ermənistan baş naziri Nikol Paşinyanın xüsusi təyinatlı səfiri Edmon Marukyanın fikrincə, Qarabağ məsələsindən sonra belə bir qərarın qəbulu gecikmiş addımdır.

Erməni diplomat Dzyunik Ağacanyanın sözlərinə görə, bu qərar daha çox Azərbaycanın Qərbdən uzaqlaşaraq Rusiya və İranla sıx əməkdaşlıq etdiyi üçün qəbul edilib.

“Qərb Qarabağda ermənilərin boşaldılması faktına göz yummaqla ümid edirdi ki, bu sülh müqaviləsi imzalanmasını asanlaşdıracaq. Amma nəticə gözlənildiyinin tam əksinə oldu", - o qeyd edib.

AŞPA qərarının nəticəsinə gəldikdə isə erməni diplomat deyib ki, Bakı Ermənistanla yox, Qərblə qarşıdurma və manevrdən yayınmağa çalışacaq.

Onun fikrincə, Azərbaycanla Qərb arasında yumşalma və kəskin qarşıdurmadan qaçma prosesi 7 fevral seçkisindən sonra başlayacaq: “Təbii ki, Türkiyə də bu baxımdan onlara dəstək olacaq. Eyni zamanda, əminəm ki, erməni tərəfinə təzyiqlər davam edəcək, ritorika dəyişməyəcək. Bu prosesdə İngiltərə də aktiv rol oynayacaq. Qərbin adından çıxış edən İngiltərə Ermənistan hakimiyyətini güzəştə getməyə inandırmağa çalışacaq. Sülh prosesinin tam iflasa uğramaması üçün Azərbaycanın tələbini yerinə yetirməyə inandıracaq”.

Erməni diplomat onu da əlavə edib ki, bu gün Qərb Azərbaycana sanksiyalar tətbiq etmək niyyətində deyil: "Qərb sülh sazişinin imzalanmasında maraqlıdır. Qərb hesab edir ki, sülh müqaviləsinin imzalanması ilə bağlı Rusiya regiondan və bununla da rus hərbi bazası Ermənistandan çıxarılacaq".
AŞPA-nın Ermənistan nümayəndə heyətinin keçmiş üzvü Naira Zohrabyan bu qətnaməni diplomatik qələbə hesab etmir. "Bunu diplomatik qələbə hesab etmirəm. Azərbaycana qarşı sanksiyalar təkcə A4 kağızı olacaq. Konkret nəticə olmayacaq”, - Zöhrabyan bildirib.

29 Aprel 2025 Ərdoğan İtaliyaya getdi
29 Aprel 2025 Köçəryandan İLGİNC açıqlama: Müharibənin dayandırılmasını istədim, amma…
29 Aprel 2025 İmamoğlu həbsdə qalsa, prezident bu şəxs olacaq - ŞOK İDDİA
29 Aprel 2025 Vatikanda ələ salınan Ermənistan prezidenti - İrəvanın gözləntisi
29 Aprel 2025 İstanbul səhlənkarlığa və laqeydliyə dözə bilməz - Ərdoğan
29 Aprel 2025 Putin Rusiyadakı miqrantlarla bağlı fərman imzaladı
28 Aprel 2025 Kəşfiyyat: Rusiya üç keçmiş sovet ölkəsinə hücum edəcək
28 Aprel 2025 Kim Çen In: “Əsgərlərimiz Kurskda qəhrəmanlıq hekayələri yazdılar”
28 Aprel 2025 İrandakı partlayışda ölənlərin sayı artdı
28 Aprel 2025 ABŞ Yəmənə zərbə endirdi - 30 ölü, 50 yaralı
28 Aprel 2025 Trampın 100 günü: Dünya başqa dünyadır - ABŞ-ın 47 -ci prezidenti nələr etdi, nələri edə bilmədi?
28 Aprel 2025 Dünyanın gözü bu gərginlikdə: Türkiyə Pakistana 6 təyyarə dolusu SİLAH GÖNDƏRDİ
28 Aprel 2025 İsrailli generaldan etiraf: HƏMAS-ı məğlub edə bilmədik
28 Aprel 2025 Makronun mühafizə rəisi “Qırmızı Bülleten”lə axtarışa verildi - ŞOK
28 Aprel 2025 Ermənistanı xəritədən siləcək dörd ssenari: Bütün variantlar onu Rusiyanın tərkibinə aparır
26 Aprel 2025 Dünya liderləri Romaya toplaşır - Fotolar - Yenilənir
26 Aprel 2025 Çernobıl AES-də baş verən qəzadan 39 il ötür
25 Aprel 2025 Tramp ermənilərin gözləntilərini puç etdi
25 Aprel 2025 Paris Bakıdan ehtiyat edir, səbəb isə... - Fransalı ekspert
25 Aprel 2025 İstanbulda Rusiya-Türkiyə danışıqları başladı

Xəbər lenti