|
ABŞ Prezidenti Donald Trampın nüvə zərbəsinin endirilməsi ilə bağlı hüququnun məhdudlaşdırılması yönündə bu həftə ABŞ Konqresində iki təklif irəli sürülüb.
Axar.az xəbər verir ki, bu barədə qanun layihəsinin müəllifləri məlumat yayıb. Belə ki, Demokratlar Partiyasının üzvü Elizabet Uorren və Silahlandırma işləri üzrə komitənin rəhbəri Adam Smit ABŞ siyasətində nüvə silahının ilk tətbiqindən imtinanı nəzərdə tutan qanun layihəsini irəli sürüblər
“Bizim hazırki siyasi kursumuz yalnız köhnəlmiş deyil, eyni zamanda, təhlükəlidir. Açıq şəkildə bəyan edirik ki, müdafiə bizim nüvə arselanının yeganə məqsədidir. Qanun layihəsi nüvə sahəsində yanlış hesablaşmaları ciddi şəkildə azaldacaq”, - deyə Uorren və Smit bildiriblər.
Qanun layihəsində ABŞ Prezidentinə Konqresin icazəsi olmadan nüvə zərbəsi endirmə qadağası da nəzərdə tutulur.