|
Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan Feysbuk hesabında Ermənistanın Baş naziri Nikol Paşinyanın Konrad Adenauer Fondundankı çıxışına münasibət bildirib.
Axar.az xəbər verir ki, Aşotyan Nikol Paşinyanın fondun mənzil-qərargahındakı çıxışına orijinalda qulaq asdığını bildirib.
“İnsan necə kompleksli olmalıdır ki, ölkənin baş naziri kimi xaricdə etdiyi mühüm çıxışın bir hissəsini əvvəlki hakimiyyətə həsr etsin? Necə cinayət həddində düşüncəsiz olmalısan ki, bizimlə nasist Almaniyası arasında paralellər aparasan? Necə prinsipsiz olmalısan ki, bundan dərhal sonra həmin hakimiyyətin ən vacib nailiyyətlərindən biri – Ermənistanla AB arasındakı yeni razılaşmanı tərifləyəsən?” - Aşotyan bildirib.