![]() |
|
Tramp Ukrayna prezidenti Volodimir Zelenskini tənqid edərək, onu həddən artıq problemlər yaratmaqda ittiham edib.
Bu barədə “Truth Social” sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
"Prezident Zelenski də danışıqları ilə ölkəsinə heç bir xeyir vermir. Onun ağzından çıxan hər şey problem yaradır. Bu da mənim xoşuma gəlmir. O sussa daha yaxşı olardı", - Tramp bildirib.
Rusiya-Ukrayna müharibəsini “bu, Trampın deyil, Zelenski, Putin və Baydenin müharibəsi” kimi xarakterizə edən ABŞ prezidenti bildirib ki, yalnız müharibənin bitməsinə çalışır.