Yol-xeber.az" xəbər verir ki,    Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə tanış olub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına aparılan işlər barədə məlumat verdi.

Bildirildi ki, inşası sürətlə davam etdirilən 75,8 kilometr uzunluğunda yeni yol mövcud yoldan 32 kilometr qısa olacaq. I və II texniki dərəcəli bu yol ikizolaqlı və dördzolaqlı olmaqla inşa edilir. Yeni yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpü də inşa edilir.

Dövlətimizin başçısına yol üzərində inşa olunacaq T-9 tuneli barədə də məlumat verildi. Qeyd edildi ki, tunelin uzunluğu 224 metrdir. İkizolaqlı tunelin eni 10,6 metrdir.

İlham Əliyev Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə tanış olub
İlham Əliyev Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə tanış olub

Yol-xeber.az" xəbər verir ki,  Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Quba rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Quba Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tariyel İbrahimov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
 
Daha sonra Quba rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda Quba və Qusar rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.
 
Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Agentliyin balansında olmayan şəhər, qəsəbə və kənddaxili küçə və yollara aid şikayətlərlə bağlı  isə vətəndaşlara aidiyyəti üzrə yerli strukturlara (yerli icra hakimiyyəti və yerli bələdiyyələr) müraciət etmələri tövsiyə olunub.
 
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildiriblər.

Quba və Qusar rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax rayonuna səfər edib.

Dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak edib. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, bu avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən, həmçinin təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə avtomobil yolu əsaslı şəkildə yenidən qurulub.

Uzunluğu 19 kilometr olan Qarapapaq–Çaylı avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Qazax rayonu ərazisində üç yaşayış məntəqəsini birləşdirən bu yolun yenidən qurulması nəticəsində 14 mindən çox əhalinin rahat gediş-gəlişi təmin olunub, yük və sərnişin daşınması asanlaşıb.

Layihə çərçivəsində yol boyunca torpaq, qazma işləri görülüb. Yolun torpaq yatağının eni 10 metr, hərəkət hissəsi isə 6 metrdir.

Yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə yeni suötürücü boruların tikintisi işləri yerinə yetirilib.

Yenidənqurma işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərdə yol nişanları, siqnal dirəkləri və məsafə göstəriciləri, dayanacaqlar quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilib.

Prezident İlham Əliyevə Fərəhli avtomobil yolunun əsaslı təmiri layihəsi də təqdim olundu.

Qeyd edildi ki, Qazax rayonunun Qazax-Yuxarı Əskipara avtomobil yolunun 13-cü kilometrliyindən ayrılan Fərəhli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq görülən yenidənqurma işləri yekunlaşıb.

Uzunluğu 5 kilometr olan yol dördüncü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun Fərəhli kəndinə qədər olan hissəsi 3 kilometr, kəndin içərisindən keçən hissəsinin uzunluğu isə 2 kilometrdir. Bu yolun hərəkət hissəsinin orta eni 5,8 metrdir.

Yolun tikintisi həmin kəndlərdə yaşayan əhalinin mənzil başına tez və rahat çatmasına, həmçinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının bazarlara və digər satış məntəqələrinə vaxtında çatdırılmasına şərait yaradacaq.Qarapapaq-Çaylı avtomobil yolunun açılışı
Qarapapaq-Çaylı avtomobil yolunun açılışı
Qarapapaq-Çaylı avtomobil yolunun açılışı

Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də “Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi (130,15 km) hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi" çərçivəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak edib.

Dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən yenidən qurulan 1b texniki dərəcəli yol dörd hərəkət zolağından ibarətdir. Yolun bu hissəsində 67 alt keçid, 17 qovşaq və 20 körpünün tikintisi başa çatdırılıb.

Dövlətimizin başçısı görülən işlərlə bağlı videoçarxa baxdı.

Qeyd edək ki, uzunluğu 130,15 kilometr olan Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunun dörd hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək. Bundan başqa, yolun iri yaşayış məntəqələrindən kənar keçməsi əhalinin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından önəmlidir.

Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrin inkişafında mühüm rol oynayır. Layihə tam reallaşdırıldıqdan sonra Şərqdən Qərbə və əks istiqamətdə “Böyük İpək yolu”nun Azərbaycandan keçən hissəsi olan bu yol Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq.

 Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazaxbəyli hissəsinin açılışı

Yol-xeber.az" xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov İsmayıllı rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və İsmayıllı  rayon icra hakimiyyətinin başçısı  Nahid Bağırov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
 
Daha sonra İsmayıllı rayonu “9 №-li Yol İstismarı” MMC-nin inzibati binasında keçirilən qəbulda İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.
 
Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Agentliyin balansında olmayan şəhər, qəsəbə və kənddaxili küçə və yollara aid şikayətlərlə bağlı  isə vətəndaşlara aidiyyəti üzrə yerli strukturlara (yerli icra hakimiyyəti və yerli bələdiyyələr) müraciət etmələri tövsiyə olunub.
 
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildiriblər.

İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27 kilometrlik hissəsinin tikintisi ilə tanış olub 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Füzuli rayonunda olub.

Dövlətimizin başçısı 1-ci texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli Beynəlxalq Hava Limanına qədər olan 27 kilometrlik hissəsinin tikintisi ilə tanış olub.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27 kilometrlik hissəsinin tikintisi ilə tanışlıq
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27 kilometrlik hissəsinin tikintisi ilə tanışlıq
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27 kilometrlik hissəsinin tikintisi ilə tanışlıq

Yol-xeber.az" xəbər verir ki,  Ulu Öndər Heydər Əliyevin dəmir yollarının inkişafındakı xüsusi xidmətlərinə həsr olunmuş yaradıcılıq müsabiqəsində 39 nəfər peşəkar jurnalist təltif olunub.

İyulun 19-da “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Azərbaycan Mətbuat Şurasının birgə əmakdaşlığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş media müsabiqəsinin nəticələri açıqlanaraq qalibləri mükafatlandırılıblar.

Tədbirdə ADY və Mətbuat Şurasının rəhbərliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məsul əməkdaşları, 30-dək kütləvi informasiya vasitələrinin rəhbərləri, media üzrə QHT təmsilçiləri iştirak ediblər.

ADY sədri Rövşən Rüstəmov tədbirdə çıxış edərək media nümayəndələrini 22 iyul-Milli Mətbuat Günü münasibəti ilə təbrik edib və rəhbərlik etdiyi qurumun media ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini vurğulayıb.

Azərbaycan dəmir yollarının inkişafında Ulu Öndərin müstəsna xidmətlərindən danışan Rövşən Rüstəmov bildirib ki, sözügedən müsabiqənin keçirilməsində məqsəd Heydər Əliyevin zəngin irsinin öyrənilməsi ilə yanaşı, onun dəmir yollarının inkişafındakı xüsusi xidmətlərini təşviq etmək idi:’’ 1969-1982-ci illər Azərbaycan dəmir yollarının texniki tərəqqi və hərtərəfli inkişaf dövrü kimi qiymətləndirilir. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dəmir yollarının maddi-texniki bazasının formalaşdırılması, infrastrukturun müasirləşdirilməsi və bölgələrə yeni dəmir yolu xətlərinin çəkilməsində əsaslı inkişaf baş verdi. Həmin dövrdə onlarla yeni vağzal binaları, Qafqazda müvafiq sahə üzrə yeganə ixtisaslaşmış müəssisə olan Konteynerlərin Təmiri üzrə Keşlə Vaqon Deposu və daha bir neçə strateji infrastruktur tikililəri istifadəyə verildi’’.

Nəqliyyat sahəsində milli kadr potensialının formalaşdırılması istiqamətində Ulu Öndərin uzaqgörən  siyasətindən danışan ADY sədri qeyd edib ki, 1970-1987-ci illərdə 200 nəfərə yaxın gənc Sovet İttifaqının tanınmış ali məktəblərində dəmiryolçu ixtisası üzrə təhsil alaraq Azərbaycana qayıdıblar. Hazırda həmin mütəxəssislərin böyük əksəriyyəti ADY-nin müxtəlif strukturlarında çalışırlar.

Daha sonra tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, adıçəkilən müsabiqəyə daxil olan 70-dən çox yaradıcı iş jurnalistlərin analitik yazı, video-reportaj və məqalələrin hazırlanmsı bacarıqlarını əks etdirmişdir: ’’Ölkəmiz üçün strateji əhəmiyyət daşıyan dəmir yollarının inkişafı haqqında müsabiqə mövzuları jurnalistlərimiz tərəfindən geniş işlənilmiş, maraqlı faktlar ortaya çıxarılmışdı. Peşəkar media ekspertlərindən ibarət münsiflər heyəti materialları ədalətli və şəffaf qaydada qiymətləndirib’’.

Qeyd edək ki, Ulu Öndərin dəmir yollarının inkişafındakı xüsusi roluna həsr olunmuş müsabiqə 1) Azərbaycan dəmir yollarının inkişafının Heydər Əliyev modeli;
2) Heydər Əliyevin gerçəkləçən arzusu: Qədim İpək Yolundan TRASEKA-dək, Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında və 3) Sibirin və Uzaq Şərqin böyük kəşfi-Baykal Amur Magistralının tikintisini sürətləndirən Heydər Əliyev nəhəngliyi mövzularını diqqətdə saxlayıb.

Müsabiqəyə 1 iyun-15 iyul 2023-cü il müddətində 53 kütləvi informasiya vasitəsindən 77 iş təqdim olunub. Müsabiqənin şərtlərinə əsasən, 9 nəfər jurnalist əsas, 30 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.

Tədbirin sonunda müsabiqənin qaliblərinə sertifikat və mükafatlar təqdim edilib. 

1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixində müstəsna yeri var. Həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxıb. Bu baxımdan Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Ulu Öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Ümummilli Lider bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir.

Ötən əsrin 60-cı illərində Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Ulu Öndər Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşandı. Belə ki, 1969-cu ilin 14 iyulunda Ulu Öndər Heydər Əliyev Azərbaycan KP MK-nın I katibi seçildi. Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul olunur. Ulu Öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi təyin olunduğu il tarixində yeni dövrün, Azərbaycanın sosial-iqtisadi həyatında inkişafın bünövrəsi qoyuldu. 1969-cu il avqustun 5-də Azərbaycan KP MK-nın plenumunda etdiyi tarixi çıxış imperiya rəhbərliyini təşvişə salmışdı. Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il plenumunda Azərbaycanın gələcək inkişafının strateji istiqamətləri müəyyənləşdirildi. Bütünlüklə sovet cəmiyyətini bürüyən rüşvətxorluq, korrupsiya hallarının etiraf olunması, ittifaq ölkəsində böyük hadisəyə çevrildi. Ölkədəki acınacaqlı vəziyyət, əhalinin məmurlar tərəfindən əsassız olaraq incidilmə hallarının, rüşvət və korrupsiyanın qarşısının alınması üçün mühüm tədbirlər hazırlandı.

O dövrlərdə bütün yaşayış məntəqəsində – şəhərlərdə, qəsəbə və kəndlərdə əhalinin mənzil-məişət şəraiti kökündən yaxşılaşdırıldı. Hazırlanan strateji proqrama əsasən, 1970-ci illərdə bütün Azərbaycan əzəmətli tikinti meydanına çevrildi. Ümumiyyətlə, ölkənin hər yerində infrastruktur yaradıldı, yeni xidmət sahələri açıldı. Ümummilli Lider hələ o illərdə Azərbaycanın gələcəyini hesablayır, bugününü qururdu. Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın hər bir yerində nəhəng layihələr, yenidənqurma işləri həyata keçirilirdi.
 
ÖLKƏNİN GƏLƏCƏK İNKİŞAF STRATEGİYASINA HESABLANMİŞ İSLAHATLAR

1969-cu ildə hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyev bütün sahələrdə yüksək ixtisaslı kadrların yetişdirilib hazırlanması məsələsinə böyük diqqət və qayğı göstərdi. Bu kadrların böyük əksəriyyətini respublikanın özündə hazırlamaq məqsədilə o, ali və orta ixtisas müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirdi. Onların yeni binalar və avadanlıqlarla təchiz olunmasını təmin etdi.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və gərgin əməyi, səyi nəticəsində Cəmşid Naxçıvanski adına Hərbi məktəbin açılması Azərbaycanın həyatında çox mühüm bir hadisə oldu. Ulu Öndər Heydər Əliyevin milli tərəqqi - Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafı yolundakı tarixi xidmətlərinin təhlili göstərir ki, mənəvi-ideoloji və siyasi prinsipə xidmət edən siyasi islahatların aparılması ölkənin gələcək inkişaf strategiyasına hesablanıb. Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı müstəsna xidmətlərindən biri kimi Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin, 170-dən çox ən məşhur ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən 250-dən çox ixtisas üzrə azərbaycanlının yüksək ixtisaslı mütəxəssis kimi hazırlanması həyata keçirilmişdir. 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı gənclər Moskvanın aparıcı ali məktəblərinə təhsil almağa göndərildi.

XALQIN QURTULUŞ YOLU

Xalqımızın Ümummilli Lideri, Dahi Şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyi, fədakarlığı, müdrikliyi Onu bütün dünya azərbaycanlılarının Liderinə çevirib. Bütün ömrünü canından artıq sevdiyi xalqına, ölkəsinə həsr edən Ulu Öndər Heydər Əliyev tariximizdə müstəqilliyimizin Memarı və Qurucusu olaraq adını əbədiləşdirib. Ulu Öndər Heydər Əliyevin düşünülmüş siyasəti dövlətin gələcək həyatının inkişafına hesablanmışdır. Belə ki, Ulu Öndər Azərbaycan dövlətini və xalqını dövrün ən çətin sınaqlarından çıxararaq, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur. O, Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində titanik fəaliyyət göstərərək fundamental uğurlara imza atıb. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətinin dirçəlməsində, onun mövqeyinin, təməlinin möhkəmlənməsində rolu əvəzsiz olmuşdur. Məhz 15 İyun xalqımızın tarixinə böyük əhəmiyyət daşıyan günlərdən biri - Milli Qurtuluş Günü kimi daxil olmuşdur. 1993-cü ilin 15 iyununda Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur və həmin tarixdən ölkəmizin yeni bir dövrü başlanıb. O dövrə nəzər salarkən baş verən hadisələrin xalqı, bütövlükdə, uçuruma sürüklədiyinin şahidi oluruq. Belə bir zamanda xalqın təkidi və istəyi ilə hakimiyyətə gələn, Qayıdışı ilə böyük nailiyyətləri Azərbaycan salnaməsinə daxil edən Ulu Öndər Heydər Əliyev Ona etimad göstərənlərin ümidini tez bir zamanda doğrultdu. Ulu Öndərin məqsədyönlü siyasəti ilə Azərbaycanın şanlı və silinməz tarixi yazıldı. Dahi Şəxsiyyət xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir müstəqil Azərbaycanı bəxş etdi. Ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi, xalqımızın milli dəyərlərinin qorunması Heydər Əliyev Şəxsiyyətinin bəhrəsidir. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı. 1993-cü ilin oktyabr ayının 3-də YAP-ın Sədri Heydər Əliyevin Prezident seçilməsi ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi, tənəzzülə uğramasının qarşısının alınması və yeni dövrün tələblərinə uyğun şəkildə islahatların həyata keçirilməsində böyük əhəmiyyət kəsb etdi. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətləri sırasında dövlət müstəqilliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində görülən işlərdən biri kimi dövlət quruculuğunun hüquqi bazasının yaradılması idi. 1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoydu. Ulu Öndərin birbaşa təşəbbüsü ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu Sənəd, müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə yazıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratdı. Onun gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi məqsədi ilə ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı.

MÜASİR MÜSTƏQİL AZƏRBAYCANIN SEÇDİYİ STRATEJİ YOL MİLLİ MARAQLARA VƏ XALQIN ALİ İRADƏSİNƏ ƏSASLANIR

Bu gün Azərbaycanın bütün sahələrində Ulu Öndər Heydər Əliyevin böyüklüyü görünür. Onun Şəxsiyyəti, məhz əməllərini yaşadan Azərbaycanın, bütövlükdə panoramasında özünü göstərir. Müasir həyatımızda Azərbaycana marağın artması Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində mümkün olub. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın böyük nailiyyətlər əldə etməsinə səbəb olub. Müasir dövrümüzdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu islahatlar aparılır, Azərbaycan regionun lider dövlətinə çevrilib, diplomatiya sahəsində uğurlar əldə edilib. Prezident İlham Əliyevin imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə, obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini və insanların rifahının yüksəlməsini təmin edib. 2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrdə yeni nailiyyətlərlə müşahidə olunan sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub.

Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağı edərək qələbə qazanması tariximizə yeni gün olaraq daxil edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Prezident İlham Əliyevin dediyi kimi, O, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. 30 il ərzində xarabazara çevrilmiş torpaqlarımızda canlanma müşahidə olunmaqdadır.

Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib və Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da yüksək zirvələr fəth edir. Ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Ulu Öndər Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır.

Yol-xeber.az" xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə təsadüf edən Azərbaycan Polisinin yaranmasının növbəti ildönümü münasibətilə Nazirliyin şəxsi heyəti Fəxri xiyabana gələrək ulu öndərin abidə kompleksi önünə tər çiçək dəstələri düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edilib.
Respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanı da ziyarət olunub. 
Silsilə tədbirlər Daxili İşlər Nazirliyinin Polis Akademiyasında davam edib. Burada nazir general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə “Polis Günü”nə və 2022-2023-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. 
Tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, habelə respublikamızın ərazi  bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış və xidməti vəzifələri yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi yad olunub.
Sonra peşə bayramı münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik  Vilayət Eyvazov ötən 105 ildə polisin keçdiyi şərəfli və zəngin xidmət yolundan, yaratdığı dəyərli ənənələrdən, xüsusən ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, milli ruhlu vətənpərvər kadrlarla möhkəmlənməsi sahəsində gördüyü mühüm işlərdən danışıb. 
Həmçinin, dövlət başçısı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Daxili İşlər Nazirliyinin fəaliyyətinin və infrastrukturunun təkmilləşdirilməsi, o cümlədən maddi-texniki bazasının və qabaqcıl texnologiyalarla təchizatının müasir dövrün tələblərinə və standartlarına cavab verən səviyyəyə çatdırılması, əməliyyat-xidməti fəaliyyətin vətəndaş məmnunluğunun təmini prinsipləri üzərində qurulması ilə bağlı həyata keçirilmiş tədbirləri  vurğulayıb. 
Hər bir şəxsin qanuni mənafeyinin, hüquq və azadlıqlarının etibarlı təmin olunması üçün davamlı tədbirlərin həyata keçirildiyini, vətəndaşlarımızın da bəhrələndiyi çoxsaylı məlumatlandırma-maarifləndirmə sistemlərinin istifadəyə verildiyini qeyd edib. Polisin professionallığının yeni keyfiyyət səviyyəsinə yüksəldilməsi istiqamətində sistemli tədbirlərin görülməsinə, o cümlədən bütün peşə tələblərinə cavab verən xüsusi qurumun – Təlim Mərkəzinin yaradılmasına, şəxsi heyətin planlı şəkildə həmin Mərkəzdə və Polis Akademiyasında ixtisasartırma və yenidən hazırlıq kurslarına cəlb olunmasına və minlərlə əməkdaşın başqa ölkələrdə keçirilən treninq və konfranslarda iştirak etməsinə diqqət çəkib. 
Nazir xidməti vəzifələrin dəqiq və qüsursuz yerinə yetirilməsində dürüstlük, prinsipiallıq və məsuliyyət kimi keyfiyyətlərin böyük önəm kəsb etdiyini, cinayətlərin açılmasının yüksək səviyyədə saxlanılmasının, hüquqpozmaların profilaktikasının daha da yaxşılaşdırılmasının, orqan və hissələrin mürəkkəb şəraitdə xidmət aparmaq bacarıqlarının artırılmasının, bütövlükdə xalqa xidmət funksiyalarının daha təkmil icrası üçün əlavə tədbirlərin həyata keçirilməsinin başlıca vəzifələr olduğunu şəxsi heyətə çatdırıb.  
Eyni zamanda bildirib ki, son 20 ildə cinayətlərin     qarşısının alınması, açılması, istintaqı, bütövlükdə vətəndaşların qanuni mənafelərinin qorunması sahəsində davamlı iş aparılıb, o cümlədən 24 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 22 mindən çox odlu silah yığılıb və onun tətbiqilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 69 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 20 tona yaxın narkotik vasitə çıxarılıb. Eləcə də cinayətkarlıqla mübarizədə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasında vətəndaşların iştirakını, onların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatların keçirildiyini vurğulayıb. Vətəndaşların ərizə və şikayətlərinin obyektiv və həssaslıqla araşdırılması, qanunçuluğun qorunması, şəxsi heyətin etik davranış qaydalarına riayət etməsi kimi mühüm vəzifələrin səmərəli icrasının vacibliyinə toxunub.                      
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbəmizlə nəticələnmiş Vətən müharibəsindən sonra regionda yeni reallıqların yarandığını nəzərə çatdıran nazir V.Eyvazov işğaldan azad edilmiş ərazilərə “Böyük qayıdış”ın ilk addımlarının  atıldığını, belə bir taleyüklü dönəmdə polis orqanlarının və Daxili Qoşunların fəaliyyətinin də mövcud vəziyyətə uyğunlaşdırıldığını, bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda asayişin və təhlükəsizliyin etibarlı təmin edildiyini, xidmətin böyük əzm və peşəkarlıqla davam etdirildiyini bildirib. 
Nazir xidməti vəzifələrin icrasında daxili işlər orqanlarına hər zaman yardımçı olan, polisin peşə bayramının sevincini bölüşən vətəndaşlara, polis veteranlarına, dövlət qurumlarının rəhbərlərinə və əməkdaşlarına, qeyri-hökumət təşkilatlarının və medianın nümayəndələrinə təşəkkürünü bildirib.
Qazanılan uğurlarda Azərbaycan polisinin müasir dünyagörüşlü yeni nəslini yetirən Polis Akademiyasının da xüsusi rolunu qeyd edən V.Eyvazov məzunları təhsili başa vurmaları münasibətilə təbrik edib, eləcə də bu təhsil müəssisəsini fərqlənmə ilə bitirmiş məzunlara diplomlar və "polis baş leytenantı" xüsusi rütbələrinin paqonlarını təqdim edib.  
General-polkovnik Vilayət Eyvazov təntənəli mərasimin iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham  Əliyevi əmin edib ki, öz andına həmişə sadiq olan daxili işlər orqanları bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək, bu yolda qüvvə və bacarığını əsirgəməyəcək.
Təntənəli tədbir şəxsi heyətin mətin addımlarla tribuna qarşısından keçidi ilə yekunlaşıb.

MRD_2965+

MRD_2666

ZYN_8024

ZYN_8032

MRD_2641

Yol-xeber.az" xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Şabran  rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Şabran  rayon icra hakimiyyətinin başçısı  Asif Hüseynov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
 
Daha sonra Şabran rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda Şabran və Xaçmaz rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.
 
Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Agentliyin balansında olmayan şəhər, qəsəbə və kənddaxili küçə və yollara aid şikayətlərlə bağlı  isə vətəndaşlara aidiyyəti üzrə yerli strukturlara (yerli icra hakimiyyəti və yerli bələdiyyələr) müraciət etmələri tövsiyə olunub.
 
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildiriblər.

Şabran və Xaçmaz rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO

Xəbər lenti