|
"Yol-xeber.az" xəbər verir ki, Ölkə Prezidentinin tapşırığı ilə respublikamızın hərtərəfli inkişafına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində də qabaqcıl islahatlar aparılmaqla müvafiq sahə təkmilləşir, müasirləşir, daha keyfiyyətli xidmətlərin göstərilməsi ilə bağlı ardıcıl və yeni tədbirlər həyata keçirilir.
Bu istiqamətdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində yol infrastrukturuna xidmət göstərilməsi üçün yeni alınan maşın-mexanizmlərin təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, ölkə başçısının müvafiq Sərəncamı əsasında alınmış yol təsərrüfatının müxtəlif sahələrində - istismar, təmir, inşaat işlərinin görülməsi üçün nəzərdə tutulan bu texnikalar işğaldan azad edilmiş ərazilərdəki yol layihələrinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə cəlb olunacaq.
Təqdimatda yol təsərrüfatının müxtəlif sahələrində - istismar, təmir, inşaat işlərinin görülməsi üçün nəzərdə tutulan texnikalar,inşa edilən avtomobil yollarının müasir səviyyədə və keyfiyyətlə yenidən qurulması üçün Dövlət Agentliyi maşın-mexanizm parkına yeni gətirilmiş xüsusi təyinatlı avadanlıqlarla təchiz olunmuş avtomobillər nümayiş olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol infrastrukturunun möhkəmləndirilməsi istiqamətində Dövlət Agentliyi maşın-mexanizm parkına 40 adda 360 yeni texnika və avadanlıqlar alınmışdır.
Türkiyə, Rusiya, Yaponiya, Çin, Çexiya, Almaniya, İsveç və yerli şirkətlər tərəfindən istehsal edilən bu texnikalar sayəsində yollar keyfiyyətlə və vaxtında inşa edilərək istismara verilir, bu isə öz növbəsində yolların istismar müddətinin artmasına yardımçı olur.
Müasir infrastrukturun yaradılması, yeni maşın-mexanizmlərin və avtomobillərin alınması işğaldan azad edilmiş ərazilərimizdə istənilən hava şəraitində xidmətin rahat və təhlükəsiz təşkilinə imkan verəcəkdir.
"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov avqustun 25-də Şəki Şəhər-Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Daxili işlər naziri qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib, önünə gül dəstəsi qoyub.
Sonra Şəhər-Rayon polis şöbəsinin inzibati binasında Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarından gələn 162 vətəndaşı qəbul edən nazir onların müraciətlərini dinləyib, problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.
Qəbula gələn vətəndaşlar onların ərizə və müraciətlərinə operativ yanaşılmasına, o cümlədən göstərilən diqqətə və həssas münasibətə görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Bölgəyə səfəri çərçivəsində general-polkovnik V.Eyvazov polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə qəbulla bağlı sıra baxışı keçirib.
Sıra baxışında Şəki şəhəri və ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib.
Xidmətə qəbulun şərtlərinə uyğun gələn 87 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 23 nəfəri Vətən müharibəsi iştirakçısı, 2 nəfəri isə şəhid ailələrinin üzvüdür.
"Yol-xeber.az" xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Qax rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Qax rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda Qax və Şəki rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.
Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov avqust ayının 19-da Qax rayonunda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, müraciət edənləri qəbul etdikdən sonra Qax rayonu “13 №-li Yol İstismarı” MMC-nin Vətən müharibəsi iştirakçısı olmuş əməkdaşları ilə görüşüb.
Görüşdə İdarə Heyətinin sədri Saleh Məmmədov onların qayğıları və problemləri ilə maraqlanıb.
Qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Qələbəsi ilə nəticələnən Vətən müharibəsində Qax rayonu “13 №-li Yol İstismarı” MMC-nin 3 əməkdaşı iştirak edib. Çilingər vəzifəsində çalışan Kazım Kazımov “Suqovuşanın azad olunmasına görə, buldozerçi Şıxəmir Şıxəmirov ”Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə”, sürücü kimi çalışan Bəxtiyar Ziyadlı isə “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif ediliblər.
Ümumilikdə Vətən müharibəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Aparatı və tabeli qurumlarında çalışan hərbi vəzifəlilərdən 182 nəfər iştirak edib.
"Yol-xeber.az" xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Cəlilabad rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Cəlilabad rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.
Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, son 6 ay ərzində regionlarda 77 nəfər vətəndaşın müraciəti dinlənilmiş və həlli yolu istiqamətində İdarə Heyətinin sədri tərəfindən müvafiq tapşırıqlar verilib.
Bununla yanaşı “Vətəndaşların müraciətlərinin baxılması qaydası haqqında qanun”a uyğun olaraq, son 6 ay ərzində müraciət etmiş 83 nəfər vətəndaş Agentliyin inzibati binasında rəhbərlik tərəfindən qəbul edilib, müvafiq strukturlar tərəfindən araşdırılmış və aidiyyatı üzrə tapşırıqlar verilib.
"Yol-xeber.az" xəbər verir ki, Dəmir yolu ilə Beynəlxalq Daşımalar üzrə Hökumətlərarası Təşkilatın (OTIF) Baş katibi Volfqanq Küpper Azərbaycana səfəri çərçivəsində Füzuli rayonunun Horadiz şəhərində olub.
Volfqanq Küpper Horadiz – Ağbənd dəmir yolu xəttində aparılan tikinti prosesi ilə tanış olub. Qonağa layihənin əhəmiyyəti və görüləcək işlər barədə məlumat verilib.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi tərəqqisi üçün xüsusi strateji əhəmiyyətə malik Horadiz – Ağbənd dəmir yolu xəttinin təməli ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ötən il fevralın 14-də qoyulub.
Qeyd olunub ki, layihə regionun tranzit potensialına mühüm təsir göstərəcək və daşımaların inkişafına töhfə verəcək.
Dəmir yolu xətti tək xətlidir və ox üzrə uzunluğu 110,4 km təşkil edir. Layihə çərçivəsində 8 stansiyanın (Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 453 ədəd süni mühəndis qurğusunun, 70 ədəd yoldəyişənin, 110.4 km rabitə və işarəvermə sisteminin tikintisi nəzərdə tutulur.
Əlavə edilib ki, dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi işləri 3 mərhələdə aparılır və 2023-cü ilin sonunda işlərin yekunlaşdırılması planlaşdırılır.
Hazırda dəmir yolu xəttinin ox üzrə 55 km hissəsi tamamlanıb. Həmçinin 59-cu və 70-ci km-lər arası ərazidə torpaq yatağı və süni mühəndis qurğularının tikintisi işləri aparılır.
3 mərhələdə intensiv şəkildə yerinə yetirilən layihələndirilmə və tikinti işləri minatəmizləmə prosesinə paralel davam etdirilir və hazırda yolun 101,5 km-dək ərazisi minalardan təmizlənib.