Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Neftçala rayonunda Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolu sakinlərin xahişi ilə yenidən qurulub.

Neftçalanın 3 yaşayış məntəqəsini əhatə edən 19 kilometr uzunluğunda bu yol 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Nəticədə 20 mindən çox əhalinin rahat gediş-gəlişi təmin olunub, yük və sərnişin daşıması asanlaşıb. Yolboyu torpaq, qazma, yataq yolun profilə salınması işləri görülüb. Yolun torpaq yatağının eni 10 metr, hərəkət hissəsi isə 6 metrdir.

Yolboyu suların ötürülməsini təmin etmək məqsədilə mövcud borular yenilənib, boru başlıqları tikilib, yola yeni asfalt-beton örtüyü döşənib.

Prezident İlham Əliyevə Neftçalada 4 yaşayış məntəqəsini əlaqələndirən yolların layihəsi də təqdim olundu.

Qeyd edildi ki, Neftçala rayonunun Neftçala–Xol Qaraqaşlı–Şorsulu avtomobil yolunun 7-ci kilometrliyindən ayrılan Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq aparılan yenidənqurma işləri yekunlaşıb.

Uzunluğu 10 kilometr olan Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yolları 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Yolun eni 10 metrə qədər genişləndirilib. Buraya 6 metrlik hərəkət hissəsi və 2 metr enində çiyinlər daxildir.

Yolun 8,5 kilometr uzunluğunda Həsənabad–Neftçala hissəsində normativ enin alınması üçün genişləndirmə və kipləşdirmə işləri görülüb, yeni yol əsasının inşası və asfaltlanma işləri aparılıb. Yolun yaşayış məntəqəsindən keçən hissəsində eni 1,5 metr, uzunluğu 900 metr olan piyada səkisi inşa olunub.

Layihə çərçivəsində yolun 1,5 kilometrlik Bankə–Beştalı hissəsində də sadalanan işlər icra olunub. Layihə üzrə yolun bu hissəsində Kür çayı üzərində yerləşən və uzunluğu 286 metr olan körpü təmir edilib. Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri yerinə yetirilib.

Layihənin icrası 38 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatının daha da inkişafına töhfə verəcək.

Kamaləddin Qafarov: “Dövlət dilinin statusu Ulu öndərin  səyləri nəticəsində müəyyənləşib”
“Ötən əsrin 70-ci illərinin ortalarından başlayaraq SSRİ-yə daxil olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi gündəmə gətirildi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ana dilimizin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, saflaşması və dövlət dili səviyyəsinə yüksəlməsi istiqamətində gördüyü işlər onun Azərbaycan qarşısında olan misilsiz xidmətlərindəndir. Ümummilli Lider çıxışlarının birində demişdir: “Bu gün iftixar hissi ilə deyə bilərik ki, sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. ” Məhz H.Əliyevin zəngin təcrübəsi, yüksək intellekti, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması sayəsində 60-cı illərin sonlarından başlayaraq həyata keçirilən siyasət doğma dilimizin günbəgün saflaşmasına, zənginləşməsinə və inkişaf etməsinə şərait yaratdı.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov söyləyib.

Deputat deyib: “ Heydər Əliyev Azərbaycan Respublikasının rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub. Məhz Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan dilinin artıq sovet dönəmində dövlət dili statusu Azərbaycan SSR-in Konstitusiyasında və digər müvafiq qanunlarında öz əksini tapıb. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Bununla da Ulu Öndər Moskvanın kəskin etirazlarına baxmayaraq, respublikamızda rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyini təmin etmiş, gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.Ulu Öndərin səyləri ilə həmin dövrdə respublikada Azərbaycandilli təhsilin və maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gənclərin ana dilində təhsilinə üstünlük verilib. Azərbaycan dilində mətbuatın, elm və mədəniyyətin tərəqqisi üçün mühüm tədbirlər həyata keçirilib, Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazıb, Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbuat orqanları – “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat və incəsənət” qəzeti Azərbaycan dilində nəşr edilib. Həmçinin qeyd olunmalıdır ki, məhz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş dəqiqlik və ardıcıllıqla araşdırılıb, elmi-maarifləndirici kitablar, dərsliklər nəşr olunub. Nəhayət, ən əsası, Ümummilli Liderimiz rəsmi və qeyri-rəsmi tədbirlərdə Azərbaycan dilində danışmaqdan çəkinməyərək, ana dilimizə verdiyi yüksək dəyəri vurğulayıb, dilimizin ictimai-siyasi mövqeyinin yüksəlməsinə zəmin yaradıb. O, öz çıxışlarının birində demişdir: “Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var.” Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, onun beynəlxalq münasibətlər sisteminə - diplomatiya aləminə yol alması, yüksək nüfuz qazanması və dünyanın mötəbər kürsülərindən eşidilməsi Ulu Öndərin yorulmaq bilməyən fəaliyyətinin və yürütdüyü müdrik, uzaqgörən siyasətin məntiqi nəticəsidir.”

K.Qafarov daha sonra deyib: “Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dil məsələsi yenidən gündəmə gəldi. Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 31 oktyabr -11 noyabr 1995-ci il tarixləri arasında dövlət dili məsələsi Milli Məclisdə müzakirə olundu və yekdilliklə müstəqil Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili qəbul edildi. Beləliklə, 12 noyabr 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının yeni Konstitusiyasının 21-ci maddəsi Azərbaycan dilini Azərbaycan Respublikasının dövlət dili elan etdi. Ümummilli Lider doğma dilimizi daha yüksək zirvələrə qaldırmaq məqsədilə bir sıra zəruri tədbirlər də həyata keçirdi. Heydər Əliyevin imzaladığı “Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. 29 dekabr 2000-ci il tarixində yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına etdiyi müraciətində Ümummilli Lider demişdir: “Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili son bir əsrlik dövr ərzində böyük inkişaf yolu keçərək lüğət tərkibini zənginləşdirmiş, qrammatik quruluşunu cilalamış və dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur.”


Yol-xeber.az" xəbər verir ki, Aprelin 14-ü Daxili İşlər Nazirliyində mülkiyyət əleyhinə cinayətlərin və qeyri-aşkar şəraitdə baş vermiş xırda talamaların qarşısının alınması və açılmasının, prosessual araşdırmalar zamanı qanunçuluğa və uçot-qeydiyyat intizamına riayət edilməsinin, ailə münaqişəsi zəminində törədilən cinayətlərin profilaktikası sahəsində görülən işlərin vəziyyətinə həsr olunmuş Kollegiya iclası keçirilib.

image_20230414170610.jpg

İclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov bildirib ki, möhkəm təməllərə söykənən ictimai asayişin və təhlükəsizliyin qorunması sahəsində fəaliyyət digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə 2023-cü ilin I rübündə məqsədyönlü şəkildə davam etdirilib. 

Ümumi cinayətlərin açılması 81,9 faiz təşkil edib və 80,3 faizi böyük ictimai təhlükə törətməyən və az ağır növlər olub. Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 9.448 cinayətin 83,5 faizi,  o cümlədən keçmiş illərdən bağlı qalmış 95 cinayət açılıb. Qəsdən adam öldürmələr, qəsdən sağlamlığa ağır zərər vurmalar, mənzillərdən edilən oğurluqlar, mal-qara oğurluqları, quldurluqlar, soyğunçuluqlar, xuliqanlıqlar, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən və odlu silahın tətbiqi ilə baş verən hüquqazidd əməllər 2022-ci ilin 3 ayı ilə müqayisədə azalıb. Ağır və xüsusilə ağır cinayətlərin, şəxsiyyət əleyhinə olanların, onlardan qəsdən adam öldürmə və ona cəhdlərin, qəsdən sağlamlığa ağır zərər vurmaların, habelə quldurluqların açılması yaxşılaşıb. İstintaq prosesində görülmüş tədbirlərlə cinayətlərdən zərər çəkmiş şəxslərə vurulmuş maddi ziyanın 78,5 faizi ödətdirilib. 
Həmçinin, yerli və dövlətlərarası axtarışda olan 1.572 təqsirləndirilən şəxs tutulub, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilən tədbirlərlə 170 cinayətkar qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 59 nəfər cinayət məsuliyyətinə cəlb edilib. 

Qanunsuz dövriyyədən 1 ton 418 kiloqram, yəni ötən ilin analoji dövrü ilə müqayisədə 354 kiloqram çox narkotik vasitə çıxarılıb. Müxtəlif kriminal əməllər törətmiş 4 min nəfər məhkəmə məsuliyyətinə verilib. 
Ölkədə keçirilmiş 183 respublika və beynəlxalq əhəmiyyətli kütləvi tədbirdə, habelə işğaldan azad edilmiş ərazilərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti hüquq qaydasının təmini vəzifələrini tam yerinə yetirib. 
Kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə 1.258 vətəndaşın qəbulu həyata keçirilərək qaldırılan məsələlərin əksəriyyəti yerində həll edilib, 23.042 vətəndaş müraciəti hərtərəfli və obyektiv araşdırılıb, təşəbbüskarlar hüquqları izah edilməklə yazılı məlumatlandırılıb. Nazirliyin “102” Xidmətinə və qaynar xətlərinə  daxil olan, eləcə də sosial şəbəkələrdə yayımlanan hər bir şikayətə çevik reaksiya verilib, insanların qanuni mənafelərinin, hüquq                     və azadlıqlarının müdafiəsi ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilib. 
Kollegiyada bayır xidmətinin fəaliyyətinin təşkili və vətəndaşların narazılığını doğuran hüquqpozmaların qarşısının alınması üzrə verilmiş tapşırıqların icrası barədə nazir müavini polis general-mayoru Oqtay Kərimov, gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə təşviq edilməsi məsələsi ilə əlaqədar Polis Akademiyasının rəisi polis general-mayoru Canpolad Daanov, gündəlikdəki məsələlərlə bağlı Baş Cinayət Axtarışı İdarəsinin rəisi  polis general-mayoru Arzu Daşdəmirov, Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi polis general-mayoru Emil Usubov, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi polis general-mayoru Sərdar Səfərov məruzə ediblər. 
Müzakirə olunan məsələlər ətrafında bir sıra ərazi polis orqanlarının rəisləri çıxış edərək görülmüş işlər, əldə olunmuş nəticələr, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər barədə çıxış ediblər.
Kollegiya iclasına yekun vuran nazir, general-polkovnik V.Eyvazov qanunla müəyyən edilmiş vəzifələrin və qarşıya qoyulmuş tapşırıqların cari ilin birinci rübündə bütövlükdə layiqincə yerinə yetirildiyini, cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində əldə olunmuş müsbət nəticələrin inkişaf etdirildiyini, şəxsi heyətin xidməti vəzifələrin icrasını böyük əzmlə həyata keçirdiyini, xüsusən respublikada və onun paytaxtı Bakı şəhərində ağır və xüsusilə ağır cinayətlərin açılmasında yüksək peşəkarlıq, qətiyyət və operativlik göstərmiş Nazirliyin və ərazi polis qurumlarının 136 əməkdaşının mükafatlandırıldığını diqqətə çatdırıb.
Eyni zamanda, hər bir şəxsin hüquq və azadlığının, qanuni mənafeyinin etibarlı müdafiəsinin, bütövlükdə polisin səlahiyyətinə aid vəzifələrin peşəkarlıqla yerinə yetirilməsinin və vətəndaş məmnunluğunun təmin edilməsinin vacibliyini nəzərə çatdıraraq bu istiqamətlərdə fəaliyyətin səmərəliliyinin artırılması, ümumi işə mənfi təsiri olan halların qarşısının alınması ilə bağlı vəzifələri müəyyən edib, eləcə də tapşırıq və tövsiyələrini verib.
Nazir, general-polkovnik Vilayət Eyvazov əmin olduğunu bildirib ki, daxili işlər orqanlarının şəxsi heyəti bundan sonra da qanunvericiliklə müəyyən edilmiş funksiyaları layiqincə həyata keçirəcək, ölkədə sabitliyin, əmin-amanlığın davamlılığının təmin edilməsi üçün qüvvə və bacarığını əsirgəməyəcəkdir.

ZYN_8929

ZYN_8824


Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası ilə əlaqədar olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrinin gedişatı ilə yerindəcə tanış olmaq məqsədilə Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarında olub.

Səfər çərçivəsində Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov ümumi uzunluğu 82 km olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikinisi və yol üzərində inşa olunan dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinə baxış keçirib. 

Hazırda Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda torpaq yatağının, süni qurğuların və 4 avtomobil tunelinin tikintisi davam etdirilir. 3 tuneldə artıq qazma, püskürtmə və beton işləri tamamlanıb, Murovdağ tunelində isə qazma işləri davam etdirilir. Artıq tuneldə hər bir istiqamət üzrə 5 km-ə yaxın qazma, püskürtmə və beton işləri tamamlanıb, 14 ehtiyat keçidinin tikintisi yekunlaşıb. 

Daha sonra İdarə Heyətinin sədri 72.3 km uzunluğunda olacaq Kəlbəcər-Laçın avtomobil yolunda aparılan tikinti işləri, həmçinin Laçın hava limanının tikintisi ilə əlaqədar torpaq işlərinin yerinə yetirilməsi ilə tanış olub. Hazırda Kəlbəcər-Laçın avtomobil yolu boyunca torpaq yatağının, süni qurğuların və tunellərin tikintisi davam etdirilir.

Səfər zamanı Saleh Məmmədov Laçın şəhərinin daxili yollarının bərpası layihəsi, həmçinin Xudafərin-Qubadlı-Laçın avtomobil yolu layihəsinin icra vəziyyətləri ilə tanış olub. Xudafərin-Qubadlı-Laçın avtomobil yolunda torpaq yatağının və yol əsasının tikintisi, yol əsası hazır olan ərazilərin asfaltlanması, süni qurğuların, körpü və tunellərin inşası davam etdirilir. Ümumilikdə yol boyunca yerinə yetirilmiş işlər 40 fazidən artıqdır. 

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun başlanğıcını götürdüyü Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi), həmçinin Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun da tikintisi sürətlə davam etdirilir. Layihələrin icra vəzityyəti ilə yerindəcə tanış olan Agentliyin İdarə Heyətinin sədrinə məlumat verildi ki, yol boyu torpaq yatağının və yol əsasının, asfalt-beton örtüyünün döşənməsinin, boru və keçidlərin, tunel və körpülərin tikintisi tərtib olunmuş qrafikə uyğun şəkildə yüksək səviyyədə davam etdirilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov sadalanan avtomobil yollarına baxış zamanı yol infrastrukturu layihələrinin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 

ddd
ddd
ddd
ddd
ddd
ddd
ddd
ddd
ddd
ddd
ddd
ddd
ddd
ddd
ddd
ddd
ddd
ddd
ddd
ddd
ddd
ddd
ddd
ddd





Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Heydər Əliyev ideyaları Zəfər yollarının təməlidir” adlı konfrans keçirilib. “Heydər Əliyev İli” çərçivəsində baş tutan konfrans “Azərbaycan” qəzeti ilə birgə təşkil olunub. 

Konfransdan öncə AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Agentliyin rəhbər şəxsləri Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra cəmiyyətin akt zalında keçirilən konfransı giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyyətinin sədri Saleh Məmmədov açıb.

Ulu Öndərin əbədiyaşar xatirəsinə həsr olunmuş konfransda Ümummilli Liderin tarixi missiyası, dövlətçilik yolu, onun ideyalarının indi tam reallaşması barədə fikirlər səsləndirilib, respublikamızın mövcud nailiyyətlərinin əsaslarının yaradıcısı olan Heydər Əliyevin fəaliyyəti, Vətənin inkişafı və azadlığı yolunda atdığı addımlardan bəhs edilib. 

AAYDA-nin İdarə Heyətinin sədri Saleh Məmmədov “Azərbaycan yollarının inkişaf və zəfər salnaməsi: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda çıxış edib.

Saleh Məmmədov müstəqil dövlətimizin banisi Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, neft və sənaye sahələrinə verdiyi töhfələr, əsasını qoyduğu irimiqyaslı layihələr barədə danışaraq deyib: 
“Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən köklü iqtisadi dəyişikliklər nəticəsində bütün sahələrdə olduğu kimi, yol təsərrüfatının fəaliyyətində də tənəzzülə son qoyuldu. Həmin islahatların nəticəsidir ki, bu gün ölkənin sosial-iqtisadi inkişafını şərtləndirən mühüm amillərdən sayılan avtomobil yolları təsərrüfatında köklü dəyişikliklər baş verib. Yol infrastrukturu üzrə mühüm layihələr həyata keçirilib, yeni yollar, körpülər salınıb. Bir sözlə, Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin əsas prioritetlərindən birinə çevrilib”.

Saleh Məmmədov Azərbaycanın müstəqil dövlət quruculuğunda, sosial-iqtisadi sahədə əldə etdiyi bütün nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın dayandığını diqqətə çatdırıb.

Qeyd edilib ki, Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu mükəmməl strategiya və uğurlu xarici və daxili siyasət müasir dövrün reallıqlarına uyğun olaraq qətiyyətlə və ardıcıllıqla gerçəkləşdirilir. 

Daha sonra Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyası” mövzusunda nitq söyləyib. 

Bəxtiyar Sadıqov, Heydər Əliyevin Azərbaycanın bütün sahələrdə inkişafı və tərəqqisi üçün gördüyü işlərdən ətraflı danışaraq bildirib ki, Ulu Öndər hər gün xatırlanır, hər gün anılır. Çünki daim bizimlədir, daim onun yaratdıqlarından bəhrələnir, qurduğu yeni Azərbaycanda yaşayır, müəyyən etdiyi siyasi kursla dönmədən irəliləyirik.

Konfrans Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini, Yeni Azərbaycan Partiyasının ərazi partiya təşkilatının sədri Əvəz Qocayevin “Heydər Əliyev ideyaları Azərbaycanı qlobal nəqliyyat qovşağına çevirdi” mövzusuna həsr olunmuş çıxışı ilə davam edib. 

Konfransda həmçinin Agentliyin Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov “İlham Əliyev Azərbaycanın yol infrastrukturunu müasir və mükəmməl səviyyəyə çatdırdı”, Agentliyin Magistral yolların istismarı və təmiri şöbəsinin rəisi Mehman Musayev “Qarabağ və Şərqi Zəngəzurda dünyanın ən modern yol infrastrukturu qurulur”, “Azəryolelmitədqiqatlayihə” institutunun mütəxəssisi Elmar İntiqam “Azərbaycanın yol infrastrukturu: islahatlar real nəticə verir” mövzularında çıxışlar ediblər.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyətinin hər bir azərbaycanlı üçün nümunə olduğu bildirilib. Vurğulanıb ki, Ulu Öndərin siyasi xətti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Konfrans Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədovun yekun nitqi ilə başa çatıb.

 .

“Heydər Əliyev ideyaları Zəfər yollarının təməlidir” adlı konfrans keçirilib  VİDEO/FOTO
“Heydər Əliyev ideyaları Zəfər yollarının təməlidir” adlı konfrans keçirilib  VİDEO/FOTO
“Heydər Əliyev ideyaları Zəfər yollarının təməlidir” adlı konfrans keçirilib  VİDEO/FOTO
“Heydər Əliyev ideyaları Zəfər yollarının təməlidir” adlı konfrans keçirilib  VİDEO/FOTO
“Heydər Əliyev ideyaları Zəfər yollarının təməlidir” adlı konfrans keçirilib  VİDEO/FOTO
“Heydər Əliyev ideyaları Zəfər yollarının təməlidir” adlı konfrans keçirilib  VİDEO/FOTO
“Heydər Əliyev ideyaları Zəfər yollarının təməlidir” adlı konfrans keçirilib  VİDEO/FOTO
“Heydər Əliyev ideyaları Zəfər yollarının təməlidir” adlı konfrans keçirilib  VİDEO/FOTO
“Heydər Əliyev ideyaları Zəfər yollarının təməlidir” adlı konfrans keçirilib  VİDEO/FOTO
“Heydər Əliyev ideyaları Zəfər yollarının təməlidir” adlı konfrans keçirilib  VİDEO/FOTO
“Heydər Əliyev ideyaları Zəfər yollarının təməlidir” adlı konfrans keçirilib  VİDEO/FOTO
“Heydər Əliyev ideyaları Zəfər yollarının təməlidir” adlı konfrans keçirilib  VİDEO/FOTO
“Heydər Əliyev ideyaları Zəfər yollarının təməlidir” adlı konfrans keçirilib  VİDEO/FOTO
“Heydər Əliyev ideyaları Zəfər yollarının təməlidir” adlı konfrans keçirilib  VİDEO/FOTO



Yol-xeber.az" xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Göygöl  rayonunda vətəndaşları qəbul edib.

 
 

c
c
c
c
c
c
c
c
c
c
c
c
c
c
c
c
c
c

Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Göygöl rayon icra hakimiyyətinin başçısı Elvin Paşayev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra Göygöl rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.

Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Agentliyin balansında olmayan şəhər, qəsəbə və kənddaxili küçə və yollara aid şikayətlərlə bağlı  isə vətəndaşlara aidiyyəti üzrə yerli strukturlara (yerli icra hakimiyyəti və yerli bələdiyyələr) müraciət etmələri tövsiyə olunub.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildiriblər.

 

 

28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsinin daha da yaxşılaşdırılması istiqamətində əməkdaşları üçün praktiki təlimlər təşkil edib. Təlimlərin keçirilməsində məqsəd ADY-də sağlam və təhlükəsiz iş şəraitinin davamlı təmin olunmasına töhfə vermək, habelə işçilərin əmək prosesində təhlükəsizlik qaydalarına düzgün əməl etməsini vaxtaşırı olaraq təkmilləşdirməkdir.

Təlimlər zamanı fövqəladə vəziyyət və böhran anlarında təxliyə və ətraf mühitin qorunmasının operativ və səmərəli təşkili mövzusuna üstünlük verilib.

 

Təlimçilər xüsusilə hündürlükdə və qapalı sahələrdə iş zamanı baş verən hadisələr nəticəsində zərərçəkənlərin təxliyəsi qaydaları, habelə onlara ilk yardımın göstərilməsi, eləcə də yanğın təhlükəsizliyi qaydaları, odsöndürənlər və yanğından mühafizə qatarı ilə dəmir yollarında baş verə biləcək yanğınların söndürülməsi simulyasiyalarında iştirak etməklə praktiki vərdişlərini təkmilləşdiriblər.

ADY əməliyyatların səmərəliliyinin artırılması, sərnişin və yük daşımaların vaxtında və təhlükəsiz mənzil başına çatdırılması ilə bazarda etibarlı tərəfdaş mövqeyinin daha da möhkəmləndirmək istiqamətində əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahələri üzrə  kompleks tədbirlər planını həyata keçirməkdədir.



Yol-xeber.az" xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Salyan rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik  Hətəmov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra Salyan rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda  Salyan və Neftçala  rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.

Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Agentliyin balansında olmayan şəhər, qəsəbə və kənddaxili küçə və yollara aid şikayətlərlə bağlı  isə vətəndaşlara aidiyyəti üzrə yerli strukturlara (yerli icra hakimiyyəti və yerli bələdiyyələr) müraciət etmələri tövsiyə olunub.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildiriblər.



Saleh Məmmədov Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib
Saleh Məmmədov Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib
Saleh Məmmədov Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib
Saleh Məmmədov Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib
Saleh Məmmədov Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib
Saleh Məmmədov Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib
Saleh Məmmədov Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib
Saleh Məmmədov Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib
Saleh Məmmədov Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib
Saleh Məmmədov Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib
Saleh Məmmədov Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib
Saleh Məmmədov Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib
Saleh Məmmədov Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib
Saleh Məmmədov Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib


Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 15-də və 16-da Şəmkir Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib. 
Nazir əvvəlcə Şəmkir şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.
Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Gədəbəy, Daşkəsən, Tovuz, Ağstafa, Qazax və Şəmkir rayonlarından qəbula gələn 156 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyəti yerindəcə həllini  tapıb.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.    
Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. 22-si Vətən müharibəsi iştirakçısı olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 122 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

ZYN_8206

ZYN_8201

ZYN_8211

ZYN_8169

ZYN_8185

ZYN_8145



Yol-xeber.az" xəbər verir ki, Martın 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunları yaranmasının növbəti ildönümünü qeyd edir. Bu münasibətlə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov, Daxili Qoşunların rəhbər heyəti və hərbi qulluqçuları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Sonra respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının uyuduğu Şəhidlər xiyabanı ziyarət olunub. 
Həmin gün Daxili İşlər Nazirliyində Daxili Qoşunların rəhbər heyətinin iştirakı ilə əməliyyat müşavirəsi keçirilib. 
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev iştirak edib. 
Əlamətdar gün münasibəti ilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, zati-alilərinin təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov Milli Lider Heydər Əliyevin ordu quruculuğu prosesində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının təkmilləşməsinə böyük önəm verdiyini, məhz onun xüsusi  diqqət və qayğısı ilə formalaşıb inkişaf etdiyini məmnunluqla xatırladaraq Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf və tərəqqi strategiyası nəticəsində ölkəmizin iqtisadi qüdrətinin, müdafiə potensialının əhəmiyyətli dərəcədə möhkəmləndiyini bildirib. 

Nazir vurğulayıb ki, bu gün dövlət başçısının ali diqqət və qayğısının, tələb və göstərişlərinin nəticəsi olaraq, Daxili Qoşunlar qarşısına qoyulan istənilən döyüş tapşırığını yüksək keyfiyyətlə yerinə yetirməyə qadirdir. Müzəffər Ali Baş Komandanın əmri ilə düşmən həmlələrinə qarşı keçirilən “Dəmir yumruq” əks-hücum əməliyyatlarında hərbi qulluqçularımız bunu bir daha təsdiq etdi. 
Daxili Qoşunların inkişafı üçün qəbul edilən qərarların, cənab Prezidentin dünən imzaladığı müvafiq sərəncamları ilə daha 12 hərbi qulluqçunun dövlət mükafatları ilə təltif olunmasının şəxsi heyət tərəfindən minnətdarlıqla və ruh yüksəkliyi ilə qarşılandığını vurğulayan nazir V.Eyvazov onu da qeyd edib ki, ölkə rəhbərinin Daxili Qoşunların müxtəlif tədbirlərində iştirakı, eləcə də Qoşunların xidmətinə verdiyi yüksək qiymət, haqqında söylədiyi dəyərli fikirlər, tövsiyələr hər zaman fəaliyyət proqramı kimi qəbul olunmaqla şəxsi heyəti daha böyük uğurlara ruhlandırır. O da qeyd olunub ki, Məhz Ali Baş Komandanın əvəzsiz dəstəyi sayəsində Daxili Qoşunların maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, hərbi hissələr müasir standartlara uyğun texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edilib.

Möhtəşəm qələbəmizlə nəticələnmiş Vətən müharibəsi günlərində şəxsi heyətin ölkədə hərbi vəziyyət rejimini etibarlı təmin etməsini, bu gün isə işğaldan azad olunmuş ərazilərdə öz şərəfli xidmətini peşəkarlıqla davam etdirməsini vurğulayan nazir Vilayət Eyvazov Qoşunların hərbi qulluqçularının bundan sonra da vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarıqlarını əsirgəməyəcəklərinə, asayişin və daxili təhlükəsizliyin keşiyində qətiyyətlə dayanacaqlarına əminliyini ifadə edib. 

Daxili işlər nazirinin müavini - daxili qoşunlar komandanı general-leytenant Şahin Məmmədov qurumun yaranması, inkişafı və fəaliyyəti barədə məruzə ilə çıxış edib.
Tədbirə yekun vuran nazir V.Eyvazov DİN-in Daxili Qoşunlarının ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində göstərdiyi sücaəti, respublikamızın hər yerində, o cümlədən işğaldan azad edilmiş şəhər və rayonlarda hərbi qulluqçuların polis əməkdaşları ilə birlikdə ictimai asayişin, təhlükəsizliyin qorunmasında göstərdiyi xidmətlərini cənab Prezidentin yüksək qiymətləndirdiyini məmnunluqla qeyd edərək vurğulayıb ki, bu ali diqqət və qayğı hərbi qulluqçulardan və polis əməkdaşlarından xidməti vəzifələrini daha böyük məsuliyyətlə yerinə yetirməyi tələb edir. O, Qoşunların hərbi qulluqçularının bundan sonra da vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarıqlarını əsirgəməyəcəklərinə, asayişin və daxili təhlükəsizliyin keşiyində əzm və qətiyyətlə dayanacaqlarına əminliyini ifadə edib.
Sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunun təltif edilməsi barədə daxili işlər nazirinin və nazir müavini - daxili qoşunların komandanının imzaladıqları əmrlər elan olunduqdan sonra mükafatlar sahiblərinə təqdim edilib.

ZYN_0911

ZYN_0842

ZYN_08007

ZYN_0981

ZYN_0954

ZYN_1014_1

Xəbər lenti