![]() |
|
Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyinə start verilib. 31 ölkənin qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.
Boksçularımızdan Əli Zamanov (48 kq) Hayk Alaberkyanla (Ermənistan) üz-üzə gəlib. Döyüş təmsilçimizin aşkar üstünlüyü ilə keçib. Rəqibinə heç bir şans verməyən Zamanov ermənini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.
İdmançımız 1/8 finalda Rusiyanı təmsil edən Eduard Voskanyanla qarşılaşacaq. Görüş bu gün baş tutacaq.
Zamanovdan fərqli, Zeynəb Rəhimovanın debütü uğurlu alınmayıb. 57 kq çəki dərəcəsində qüvvəsini sınayan həmyerlimiz ingiltərəli Saca Hikkiyə 0:5 (28:29, 27:30, 26:30, 27:30, 25:30) hesabı ilə məğlub olub.
Yarışın ikinci günündə Zamanovla yanaşı, daha 5 boksçumuz qüvvəsini sınayacaq. Əzrək Bəbirov (54 kq) çexiyalı Dominik Stepaneklə, Turğay Mirzəyev (57 kq) serbiyalı Branko Zeremskiylə, Eldar Babayev (60 kq) belaruslu Yan Krukovskiylə, Elmir Novruzov (63 kq) şotlandiyalı Cey Delaneylə və Mehman Quliyev (70 kq) monteneqrolu Miloş Krasniçi ilə döyüşəcək.
Qeyd edək ki, Avropa birinciliyinə oktyabrın 16-da yekun vurulacaq.
“France Footbal” jurnalı bu ilin ən yaxşı futbolçusuna veriləcək “Qızıl top” mükafatına namizədlərin adlarını açıqlayıb.
“Qafqazinfo” jurnalın rəsmi saytına istinadən namizədlərin siyahısını təqdim edir:
Qapıçılar
Alisson (“Liverpul”)
Tibo Kurtua (“Real Madrid”
Uqo Loris (“Tottenhem”)
Yan Oblak (“Atletiko”)
Müdafiəçilər
Dieqo Qodin (“Atletiko”)
Marselo (“Real”)
Serxio Ramos (“Real”)
Rafael Varan (“Real”)
Yarımmüdafiəçilər
Kevin de Bruyn (“Mançester Siti”)
Luka Modriç (“Real”)
İsko (“Real”)
Pol Poqba (“Mançester Yunayted”)
İvan Rakitiç (“Barselona”)
N'Qolo Kante (“Çelsi”)
Eden Hazar (“Çelsi”)
Hücumçular
Serxio Aquero (“Mançester Siti”)
Antuan Qrizmann (“Atletiko”
Mario Mandjukiç (“Yuventus”, Turin)
Qaret Beyl (“Real”)
Kərim Benzema (“Real”)
Harri Keyn (“Tottenhem”)
Kilian Mbappe (PSJ)
Edinson Kavani (PSJ)
Neymar (PSJ)
Sadio Mane (“Liverpul”)
Kriştiano Ronaldo (“Yuventus”)
Luis Suares (“Barselona”)
Lionel Messi (“Barselona”)
Portuqaliyanın Lole şəhərində batut gimnastikası və tamblinq üzrə ilin sonuncu dünya kuboku yarışları keçirilib.
Axar.az xəbər verir ki, turnirin sonuncu günündə il ərzində təşkil olunmuş bütün dünya kuboklarının yekun xalları əsasında fərqlənmiş gimnastlara xüsusi kuboklar təqdim edilib. Azərbaycan gimnastı, tamblinq üzrə 2018-ci ilin Avropa çempionu Mixail Malkin bütün rəqiblərini üstələyərək kuboka layiq görülüb.
Batut gimnastikası üzrə sinxron proqramda qadın cütlüyümüz Veronika Zemlyanaya və Svetlana Makştaryova cari ildə bütün dünya kuboklarında topladıqları xalların hesabına əsasən birincilik əldə ediblər.