|
Bu gün UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin daha 29 oyunu baş tutacaq.
Azərbaycan təmsilçilərinin II raunddakı potensial rəqibləri də ilk matçlarını keçirəcəklər.
“Sabah”ın mümkün rəqibləri olan Şimali Makedoniyanın “Makedoniya GP” və Latviyanın RFŞ klubları Skopyedə üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
“Neftçi”nin potensial rəqibləri olan Bosniya və Herseqovinanın “Jelezniçar” və Belarusun “Dinamo” (Minsk) klubları Sarayevoda münasibətlərinə aydınlıq gətirəcəklər. Matç Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Bundan başqa, Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniyanın “Eqnatiya” klubu Ermənistanda “Ararat”ın qonağı olacaq. 28 yaşlı yarımmüdafiəçinin də İrəvanda meydana çıxması gözlənilən oyunun start fiti Bakı vaxtı ilə saat 19:00-da veriləcək.
Qeyd edək ki, I təsnifat mərhələsinin cavab matçları iyulun 18-i və 20-də keçiriləcək.
Bu gün İrəvanda Albaniyanın “Eqnatiya” futbol komandası ilə “Ararat-Ermənistan” komandasının 1-ci təsnifat mərhələsinin ilk oyunu keçiriləcək.
Bu yay Albaniyanın "Eqnatiya" klubuna keçən azərbaycanlı futbolçu Vüsal İsgəndərli bu gün komandasının "Ararat-Ermənistan"la Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununa çıxacağı İrəvana gedib.
27 yaşlı yarımmüdafiəçi meydana daxil olsa və qol vura bilsə, qolu hərbi salamla qeyd edəcəyini bildirib.
“Ararat-Ermənistan” – “Eqnatiya” matçı bu gün Ermənistan Futbol Federasiyasının Akademiyasının stadionunda keçiriləcək və yerli vaxtla saat 19:00-da başlayacaq.
“Neftçi”nin yeni baş məşqçisi bəlli olub.
“Report”un məlumatına görə, paytaxt klubu Avropanın perspektvili mütəxəssislərindən biri hesab olunan Adrian Mutu ilə müqavilə imzalayıb.
Bir neçə müddətdir tərəflər arasında davam edən danışıqların yekununda klub rəhbərliyi öz planları və islahatlar vəd edən gələcək layihələri ilə rumıniyalı mütəxəssisi razı salıb.
Rumıniya mətbuatında Mutunun “Neftçi”dəki qazancı haqqında müxtəlif spekuliyasiyalar və iddialar səsləndirilsə də, əldə etdiyimiz məlumata görə, onun Bakı klubundan alacağı məvacib iddia olunandan qat-qat azdır.
Məşqçilik karyerasına nisbətən tez – 37 yaşında başlayan və baş məşqçi kimi sonuncu iş yeri Buxarestin “Rapid” klubu olan Mutu müxtəlif vaxtlarda ölkəsinin “Voluntari”, “Universitatea Krayova”, həmçinin BƏƏ-nin “Əl-Vəhdə” klubunda və Rumıniya millisinin gənclər komandasında işləyib.
Futbolçu kimi çox uğurlu karyeraya malik olan eks hücumçunun ən parlaq illəri İtaliyada keçib. O, bu ölkənin “İnter”, “Verona”, “Parma”, “Yuventus”, “Fiorentina” kimi klublarında çıxış edib.
Bundan əlavə, İngiltərədə “Çelsi”, Fransada isə “Ayaçço”nun da formasını geyinmiş Mutu əfsanəvi məşqçilər – Marçello Lippi, Klaudio Ranyeri, Joze Mourinyo, Fabio Kapello, Çezare Prandelli kimi mütəxəssislərin rəhbərliyi altında çıxış edib, onlardan futbolun sirlərini öyrənib.
Məşqçi kimi isə özünü ötən mövsüm uzun illər sonra “Napoli”yə A seriyası çempionluğunu qazandıran Luçano Spalettinin yetirməsi hesab edən Mutu oynatdığı oyun tərzi ilə də italiyalı mütəxəssisə bənzəyir. Maraqlıdır ki, “Fiorentina”da çıxış etdiyi zamanlarda Spaletti hücumçunu o zamanlar çalışdırdığı “Roma”ya transfer etmək istəmişdi. Keçid alınmasa da, ikili arasında o vaxtdan qalma dostluq münasibətləri mövcuddur.
Komandasına daha çox hücum və pressinqə əsaslanan taktika aşılayan rumıniyalı məşqçi aqressiv oyuna üstünlük verir. Bir çox futbol şərhçilərinin fikrincə, gənc olmasına baxmayaraq, özünü yetərincə təsdiqləmiş Mutu A seriyasında belə klub çalışdırmaq iqtidarındadır.
Qeyd edək ki, Rumıniya millisinin tarixində əfsanəvi Geroge Haci ilə birlikdə ən çox qol vuran oyunçu da (35 qol) məhz Adrian Mutudur.
Sergen Yalçın “Neftçi”nin yeni baş məşqçisi olacaq.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, tərəflər arasında dünən Bakıda baş tutan danışıqlar müsbət yekunlaşıb. “Ağ-qaralar” türkiyəli mütəxəssislə 1+1 illik müqavilə imzalayacaqlar.
Klub öncə hazırkı baş məşqçi Laurentsiu Regekampfla yolları ayırmalıdır. Bu gün məsələnin həllini tapacağı gözlənilir.
Bu gün AVRO-2024-ün seçmə mərhələsində IV tura start veriləcək.
Oxu.Az xəbər verir ki, 5 qrupda ümumilikdə 12 oyun keçiriləcək.
Azərbaycanda böyük azarkeş dəstəyinə malik Türkiyə yığması öz meydanında Uelsin müqavimətini qırmağa çalışacaq.
B qrupunda Fransa Yunanıstanla, C qrupunda İngiltərə Şimali Makedoniya ilə üz-üzə gələcək.
AVRO-2024
Seçmə mərhələ, IV tur
19 iyun
C qrupu
20:00. Ukrayna - Malta
22:45. İngiltərə - Şimali Makedoniya
Xal durumu: İngiltərə - 9, Ukrayna - 3, İtaliya - 3, Şimali Makedoniya - 3, Malta - 0.
D qrupu
20:00. Ermənistan - Latviya
22:45. Türkiyə - Uels
Xal durumu: Türkiyə - 6, Uels - 4, Xorvatiya - 4, Ermənistan - 3, Latviya - 0.
H qrupu
20:00. Finlandiya - San-Marino
22:45. Şimali İrlandiya - Qazaxıstan
22:45. Sloveniya - Danimarka
Xal durumu: Danimarka - 6, Finlandiya - 6, Qazaxıstan - 6, Sloveniya - 6, Şimali İrlandiya - 3, San-Marino - 0.
B qrupu
22:45. Fransa - Yunanıstan
22:45. İrlandiya - Cəbəllütariq
Xal durumu: Fransa - 9, Yunanıstan - 6, Niderland - 3, İrlandiya - 0, Cəbəllütariq - 0.
İ qrupu
22:45. Belarus - Kosovo
22:45. İsveçrə - Rumıniya
22:45. İsrail - Andorra
Xal durumu: İsveçrə - 9, Rumıniya - 7, İsrail - 4, Kosovo - 3, Andorra - 1, Belarus - 0.
Türkiyəli məşhur məşqçi Sərgən Yalçın “Neftçi” ilə razılıq əldə edib.
Onun köməkçisi Murat Şahin “CBC Sport”da yayımlanan “Türkiyədən futbol” verilişində məlumatı təsdiqləyib.
O bildirib ki, artıq tərəflər arasında bütün məsələlərdə razılıq əldə edilib. Qeyri-adi nəsə baş verməsə, Sərgən Yalçın yaxın günlərdə Azərbaycan təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq.
Növbəti mövsümdə Azərbaycan Premyer Liqasında 12 komanda mübarizə aparacaq.
Ətraflı
Bu barədə AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov açıqlamasında deyib.
O bildirib ki, 2022/23 mövsümündə sonuncu olan “Şamaxı” Premyer Liqada qalacaq. Eləcə də “Araz Naxçıvan” və “Zaqatala” yeni mövsümdə Premyer Liqada mübarizə aoparacaq.
Avro-2024-üç seçmə mərhələsində növbəti oyununu Azərbaycan yığmasına qarşı keçirəcək Estoniya millisi oyuna ciddi itkilərlə çıxacaq.
Komandanın 8 üzvü millimizlə oyunu buraxacaq.
Yoonas Tam şəxsi səbəblərə görə millidən kənarda qalıb. Sabiq “Qəbələ”li Sergey Zenyov, eləcə də Artur Pikk, Maksim Paskoçi, Morko Lipp, Ken Kallaste, Henrik Pürq, Markus Soomets isə zədəli olduğu üçün iyun ayında keçiriləcək oyunlarda meydana çıxa bilməyəcək.
Qeyd edək ki, iyunun 17-də Bakıda Azərbaycan millisinin qonağı olacaq Estoniya yığması iyunun 20-də evdə Belçikanı qəbul edəcək.(Qafqazinfo)
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni reytinqini açıqlayıb.
Qurumun rəsmi saytı xəbər verir ki, siyahıda Azərbaycan təmsilçilərindən yalnız “Qarabağ” və “Neftçi” var.
Ağdam klubu ötən ayla müqayisədə 4 pillə geriləyib və 138,5 xalla 71-ci sıradadır.
“Neftçi” isə 21 xal irəliləyərək 287-ci pilləyə qalxıb. Bakılıların hesabında 67 xal var.
Cədvələ 313 xalla “Real” başçılıq edir.