|
“Sabah” və “Neftçi” klubları bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər.
“Report”un məlumatına görə, Murad Musayevin baş məşqçisi olduğu komanda Bakıda Serbiya “Partizan”ı ilə qarşılaşacaq. “Bank Respublika Arena”dakı qarşılaşma saat 20:00-da start götürəcək. Matçı gürcüstanlı FIFA referisi Giorgi Kruaşvili idarə edəcək.
“Ağ-qaralar” isə bu raundun ilk duelində Türkiyə nəhəngi “Beşiktaş”ı sınağa çəkəcəklər. “Neftçi Arena”da oynanılacaq görüşün start fiti saat 21:00-da veriləcək. Qarşılaşmanı isveçrəli baş hakim Lukas Fandrix idarə edəcək.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
10 avqust
20:00. “Sabah” (Azərbaycan) - “Partizan” (Serbiya)
Baş hakim: Giorgi Kruaşvili (Gürcüstan)
“Bank Respublika Arena”
21:00. “Neftçi” (Azərbaycan) - “Beşiktaş” (Türkiyə)
Baş hakim: Lukas Fandrix (İsveçrə)
“Neftçi Arena”
Qeyd edək ki, III təsnifat mərhələsinin cavab oyunları avqustun 17-də baş tutacaq.
Ali Koç Azərbaycanda "Qalatasaray" azarkeşinin çox olduğunu əsas gətirərək Superkubok matçının Bakıda keçirilməsinin qarşısını almaq üçün TFF-yə müraciət edəcək.
BAKU.WS xəbər verir ki, bu barədə iddia ilə Türkiyəli idman şərhçisi və radio proqramçısı Eyüp Yıldız çıxış edib.
Qeyd edək ki, bir müddət öncə Türkiyə mətbuatında Super Liqada bəzi matçların Bakıda keçiriləcəyi iddiası yayılmışdı. Hətta bununla bağlı "Qalatasaray"ın prezidenti Dursun Özbeke çoxsaylı suallar ünvanlanmış, o da cavabında məsələyə isti yanaşdıqlarını bildirmişdi.
Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.
Oxu.az xəbər verir ki, ilk oyun günündə yeddi oyun baş tutacaq.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu Yunanıstanda AEK-in qonağı olacaq.
Türkiyənin turnirdəki təmsilçisi “Qalatasaray” Sloveniyada “Olimpiya” ilə qarşılaşacaq. Bu cütün məğlubu Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” - HIK (Finlandiya) duelinin güclüsünə rəqib olacaq.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
8 avqust
22:00. “Rakuv” (Polşa) - “Aris” (Kipr)
22:00. “Kopenhagen” (Danimarka) - “Sparta” (Çexiya)
22:30. PSV (Niderland) - “Şturm” (Avstriya)
22:45. AEK (Yunanıstan) - “Dinamo” (Zaqreb, Xorvatiya)
22:45. “Klaksvik” (Farer adaları) - “Molde” (Norveç)
23:00. “Olimpiya” (Sloveniya) - “Qalatasaray” (Türkiyə)
23:00. “Braqa” (Portuqaliya) - “Baçka Topola” (Serbiya)
Qeyd edək ki, bu raundun digər üç oyunu avqustun 9-da keçiriləcək.
Azərbaycan və Belarusu təmsil edən kikboksinq üzrə “One Championship” Dünya Qran-prisinin qalibi və yüngül çəkidə mütləq çempion Çingiz Əlləzov “ONE Fight Night 13”də növbəti qələbəsini qazanıb.
30 yaşlı döyüşçü Tailandın paytaxtı Banqkokda ermənistanlı Marat Qriqoryana qalib gəlib.
Əlləzov kəməri müdafiə döyüşündə 5 raundluq mübarizənin sonunda qalib elan olunaraq, rəqibindən 2013-cü ildəki məğlubiyyətin əvəzini çıxıb.
Qeyd edək ki, Çingiz Əlləzov 2023-cü ilin yanvarında dünyanın ən məşhur kikboksinq təşkilatı “One Championship”in çempionu olub. O, “ONE Fight Night-6” turniri çərçivəsində keçmiş yüngül çəki çempionu olan Tailand döyüşçüsü Superbon Sinqh üzərində qələbə qazanıb.
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Ağdam təmsilçisi Polşanın “Rakuv” klubunu qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.
İlk qarşılaşmada rəqibinə 2:3 hesabı ilə uduzan “atlılar” mərhələ keçmək üçün ən azı 2 top fərqi ilə qələbə qazanmalıdır. Minimalhesablı qələbə oyunu əlavə vaxta aparacaq.
Qeyd edək ki, bu cütün qalibi III raundda Kiprin “Aris” klubu ilə qarşılaşacaq. Uduzan tərəf isə Avropa Liqasının III təsnifat mərhələsində HİK (Finlandiya) - “Molde” (Norveç) cütünün məğlubu ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi (cavab oyunu)
2 avqust
20:00. “Qarabağ” (Azərbaycan) - “Rakuv” (Polşa)
Baş hakim: Sven Yablonski (Almaniya)
İlk oyun - 2:3
Bakı Olimpiya Stadionu
Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab matçlarına start veriləcək.
İlk oyun günündə dörd qarşılaşma keçiriləcək.
“Qarabağ” - “Rakuv” (Polşa) cütünün III təsnifat mərhələsindəki potensial rəqibləri olan Belarusun BATE və Kiprin “Aris” klubları Macarıstanda üz-üzə gələcəklər. Limasoldakı ilk oyunda meydan sahibləri rəqiblərini darmadağın ediblər - 6:2.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi (cavab oyunları)
1 avqust
21:30. “Panatinaikos” (Yunanıstan) - “Dnepr-1” (Ukrayna)
İlk oyun - 3:1
22:00. “Olimpiya” (Sloveniya) - “Ludoqorets” (Bolqarıstan)
İlk oyun - 1:1
22:00. BATE (Belarus) - “Aris” (Kipr)
İlk oyun - 2:6
22:00. “Slovan” (Slovakiya) - “Zrinski” (Bosniya və Herseqovina)
İlk oyun - 1:0
Qeyd edək ki, bu mərhələnin digər səkkiz cavab qarşılaşması avqustun 2-də keçiriləcək.
Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan millisi evə qayıdarkən təyyarədə xoş sürprizlə üzləşib.
Belə ki, təyyarənin türkiyəli kapitanı sərnişinləri göyərtədə salamlayarkən qızlarımızı bu nailiyyət münasibətilə təbrik edib.
Pilot millimizin qələbəsinin onun üçün qürur mənbəyi olduğunu qeyd edib.
Xatırladaq ki, Avropa çempionatı C Divizionunun finalında ev sahibi Andorra seçməsini 45:57 hesabı ilə məğlub edən qızlarımız turnir ərzində heç bir oyunda məğlub olmayıblar və qitə çempionu adını qazanmaqla Azərbaycan qadın basketbolu tarixində bir ilkə imza atıblar.
Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.
“Report”un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Azərbaycanın bu turnirdəki təmsilçiləri “Sabah”, “Neftçi” və “Qəbələ”nin potensial rəqibləri müəyyənləşəcək.
Hər üç komandanın cütlüyü püşk zamanı səpələnməmişlər səbətində yer alacaq. Bu mərhələdən yarışa qoşulacaq komandalardan “Alkmaar” (Niderland), “Dinamo” (Kiyev, Ukrayna), “Partizan” (Serbiya), “Rapid” (Vyana, Avstriya) və “Aruka” (Portuqaliya) Azərbaycan klublarının potensial rəqibləri sırasındadırlar.
Əsas yolda 27, Çempionlar Yolunda isə 5 cütlük bəlli olacaq.
Qeyd edək ki, Konfrans Liqasında III raundun oyunları avqustun 10-da və 17-də keçiriləcək.
"Rakuv" və "Qarabağ" komandaları arasında Polşada keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün təyinatlar bəlli olub.
"Report"un məlumatına görə, qarşılaşma İsveçrədən olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Lukas Fendrixə həmyerliləri Yonas Enri və Giyom Mer laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Lionel Çudi yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 26-da oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Cavab matçı bir həftə sonra Bakı Olimpiya Stadionunda gerçəkləşəcək.
Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
İlk olaraq səkkiz qarşılaşma baş tutacaq.
“Qarabağ”ın II raunddakı potensial rəqibləri Polşanın “Rakuv” klubu ilə Estoniya “Flora”sı ikincilərin meydanında üz-üzə gələcəklər. İlk matçda polşalılar minimalhesablı qələbə qazanıblar - 1:0.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları
18 iyul
19:00. “Struqa” (Şimali Makedoniya) - “Jalgiris” (Litva)
İlk oyun - 0:0
21:00. “Flora” (Estoniya) - “Rakuv” (Polşa)
İlk oyun - 0:1
21:00. “Makkabi” (Hayfa, İsrail) - “Hamrun” (Malta)
İlk oyun - 4:0
21:00. “Şerif” (Moldova) - “Farul” (Rumıniya)
İlk oyun - 0:1
22:00. BATE (Belarus) - “Partizani” (Albaniya)
İlk oyun - 1:1
22:00. TNS (Uels) - “Haken” (İsveç)
İlk oyun - 1:3
22:00. “Zrinski” (Bosniya və Herseqovina) - “Urartu” (Ermənistan)
İlk oyun - 1:0
23:15. “Breydablik” (İslandiya) - “Şemrok Rovers” (İrlandiya)
İlk oyun - 1:0
Qeyd edək ki, digər cavab matçları iyulun 19-da keçiriləcək. “Qarabağ” səfərdə minimal hesabla (1:2) məğlub etdiyi Cəbəllüttariqin “Linkoln” klubunu qəbul edəcək.