|
Bakıda keçiriləcək "Formula 1" və "Formula 2" üzrə Azərbaycan Qran-prisinin proqramı dəqiqləşib.
İlk olaraq ikinci dərəcəli pilotlar mübarizəyə qoşulacaqlar.
Yarış günlərində paytaxtımızda 26-28° isti olacağı gözlənilir.
13 sentyabr
11:00. "Formula 2": Sərbəst yürüş
13:30. "Formula 1": Birinci sərbəst yürüş
15:00. "Formula 2": Sıralama turu
17:00. "Formula 1": İkinci sərbəst yürüş
14 sentyabr
12:30. "Formula 1": Üçüncü sərbəst yürüş
14:15. "Formula 2": Sprint yarışı
16:00. "Formula 1": Sıralama turu
15 sentyabr
11:35. "Formula 2": Əsas yarış
15:00. "Formula 1": Əsas yarış
1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə ilə təltif olundum. Bu, qürurverici və sevindirici hissdir.
Bunu Paris-2024 Yay Paralimpiya Oyunlarında uzunluğa tullanmada qızıl medal qazanmış Azərbaycan idmançısı Səid Nəcəfzadə (T12 kateqoriyası) jurnalistlərə açıqlamasında deyib.
"Prezident İlham Əliyevə idmana və paralimpiyaçılara diqqətinə görə təşəkkür edirəm. İkinci dəfə paralimpiadada iştirak edirdim. Bu dəfə çempion ola bildim. Mənə dəstək olan məşqçilərimə, ailəmə, məşqçilərə, Milli Paralimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə minnətdaram", - deyə S.Nəcəfzadə bildirib.
Cənab Prezident İlham Əliyev ötən gün məni “Şöhrət” ordeni ilə təltif etdi. Bu, çempionluqlardan daha da önəmlidir.
Bunu Paris-2024 Yay Paralimpiya Oyunlarında uzunluğa tullanmada qızıl medal qazanmış Azərbaycan idmançısı Orxan Aslanov (T13 kateqoriyası) jurnalistlərə açıqlamasında deyib.
"Təəssüratlarımız çox yaxşıdır. Dünən özüm üçün yaxşı xəbər aldım. Çox sevincliyəm. Ölkə başçısına təşəkkür edirəm. Ürəyim doludur. Danışsam, çox vaxt aparacaq", - deyə O.Aslanov bildirib.
Azərbaycanın paralimpiya komandası, nümayəndə heyətinin üzvləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
İdmançılar və rəsmi şəxslər Ümummilli Liderin məzarı önünə əklil qoyublar.
Qeyd edək ki, Azərbaycanın paralimpiya millisi Paris-2024 Yay Paralimpiya Oyunlarında 11 medal qazanıb.
Azərbaycanın paralimpiyaçısı İlham Zəkiyev zədəsi ucbatından Paralimpiya Oyunlarına yaxşı hazırlaşa bilmədiyini, bununla belə, ölkəyə medalla qayıtdığını bildirib.
Bu barədə idmançı onu hava limanında qarşılayan jurnalistlərə açıqlamasında söyləyib.
“Təəssüf ki, zədələrim ucbatından istədiyim kimi hazırlaşa bilmədim. Lakin buna baxmayaraq, vətənə bürünc medalla döndüm. Ümumiyyətlə, Olimpiadada, Paralimpiya Oyunlarında istənilən medal qələbə deməkdir”, – o vurğulayıb.
Birinci görüşündə fransalı rəqibinə məğlub olan idmançının sözlərinə görə, həmin qarşılaşmada “hakimlərin tərəfkeşliyini edirdi”.
44 yaşlı idmançı uğurunun sirrini də paylaşıb: “İnsan öz üzərində çalışarsa, hər şeyi mümkün edə bilər. Mümkün olmayan şey yoxdur. İşini sevə-sevə yanaşanda nəticə əldə edilir”.
Xatırladaq ki, Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında yüksək nəticələr əldə etmiş Azərbaycan idmançılarının növbəti qrupu vətənə qayıdıb.
Tokiodakı nəticəmi təkrarladığımı görə çox sevinirəm.
"Report" xəbər verir ki, bunu Paris-2024 Yay Paralimpiya Oyunlarında paraatletika üzrə yarışlarda qızıl və gümüş medal qazanmış Azərbaycan idmançısı Lamiyə Vəliyeva jurnalistlərə açıqlamasında söyləyib.
O, qazandığı uğura görə xoşbəxt olduğunu bildirib: "Hisslərimi sözlə ifadə etmək çətindir. Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Gənclər və İdman Nazirliyinə və Paralimpiya Komitəsinə təşəkkür edirəm. Dəstəyə görə hər kəsə minnətdaram. Onların inamı bizə stimul verirdi", – o vurğulayıb.
Xatırladaq ki, Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında yüksək nəticələr əldə etmiş Azərbaycan idmançılarının növbəti qrupu vətənə qayıdıb.
Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə qaçışda çempion olan Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) bu gün növbəti medalını qazana bilər.
İdmançı bu dəfə 400 metr məsafədə bacarığını göstərəcək.
Paraatletikada final yarışları Bakı vaxtı ilə saat 12:21-də başlayacaq.
Bu gün Azərbaycanın daha beş təmsilçisi turnirdə çıxış edəcək. Digər paraatlet Orxan Aslanov (T13 kateqoriyası) uzunluğa tullanmada mükafatçılar sırasına düşməyə cəhd göstərəcək.
Paracüdoçulardan Xatirə İsmiyeva (J1 kateqoriyası, +70 kq), Dürsədəf Kərimova (J2 kateqoriyası, +70 kq) və İlham Zəkiyev (J1 kateqoriyası, +90 kq) uğur qazanmağa çalışacaqlar. Mübarizəyə saat 11:30-da start veriləcək.
Paraüzgüçü Raman Saley (S12 kateqoriyası) də növbəti dəfə medal əldə edə bilər. O, 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulla üzmədə yarışacaq. Təsnifat saat 12:47-də olacaq.
Qeyd edək ki, Azərbaycanın aktivində hələlik 7 mükafat var. İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (uzunluğa tullanma) və Lamiyə Vəliyeva (100 metr məsafəyə qaçış) qızıl, Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və bürünc (100 metr məsafəyə sərbəst üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq) ilə Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmək) bürünc medala sahib çıxıblar. Ölkə medal sıralamasında 32-ci pillədə qərarlaşıb. Paris-2024 Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.
Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında finala yüksəlib.
"Report"un məlumatına görə, SB13 kateqoriyasında yer alan idmançı 100 metr məsafəyə brass üsulu ilə çıxış edib.
O, ilk "8-liy"ə düşdüyündən həlledici raunda vəsiqə qazanıb. İsrafilov 1 dəqiqə 5.82 saniyə ilə 16 iştirakçı arasında üçüncü olub.
Final bu gün Bakı vaxtı ilə saat 19:30-da keçiriləcək.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında sentyabrın 3-də 100 metr məsafəyə qaçış üzrə çempion olan Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) bu gün növbəti sınağına çıxacaq.
“Report” xəbər verir ki, idmançı bacarığını 400 metr məsafədə göstərəcək.
Bu kateqoriya üzrə yarış Bakı vaxtı ilə saat 23:34-də başlayacaq. Final mərhələsi isə sentyabrın 7-də keçiriləcək.
Bu gün daha bir Azərbaycan paraüzgüçüsü medal qazanmağa çalışacaq. Vəli İsrafilov (SB13) 100 metr məsafəyə brass üsulu ilə yarışacaq. 16 üzgüçü arasında ən yaxşı 8 nəfər finala adlayacaq. Bu kateqoriya üzrə yarış Bakı vaxtı ilə 11:30-da, final mərhələsi isə 19:30-da başlayacaq.
Qeyd edək ki, hazırda yığmanın hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc mükafat var. İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) və Lamiyə Vəliyeva (T13 kateqoriyası, 100 metr məsafəyə qaçış) qızıl, Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və bürünc (100 metr məsafəyə sərbəst üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc medala sahib çıxıblar.
Azərbaycan yığması UEFA Millətlər Liqasında bu gün ilk oyununu keçirəcək.
Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv Bakıda İsveç ilə üz-üzə gələcək.
Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüş saat 20:00-da start götürəcək. Qarşılaşmanı macarıstanlı FIFA referisi Balaş Berkey idarə edəcək.
C Liqasının I qrupundakı digər matçda Slovakiya Estoniyanın qonağı olacaq. Bu oyun saat 22:45-də başlayacaq.
UEFA Millətlər Liqası
C Liqası, I qrup
I tur
5 sentyabr
20:00. Azərbaycan - İsveç
Baş hakim: Balaş Berkey (Macarıstan).
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Slovakiya ilə qarşılaşacaq. İsveç isə evdə Estoniyanı sınağa çəkəcək.