Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü yerdə qərarlaşıb

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 24-cü pillədə qərarlaşıb.

Hələlik komandanın aktivində 2 qızıl, 2 gümüş və 1 bürünc mükafat var.

Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) bürünc medala sahib çıxıb.

Ukrayna (3 qızıl, 4 gümüş, 4 bürünc) 18-ci, İran (2 qızıl, 4 gümüş, 2 bürünc) 23-cü, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 42-ci, qardaş ölkə Türkiyə (3 gümüş, 3 bürünc) 61-ci, Ermənistan (2 gümüş, 1 bürünc) 66-cı sıradadır.

İlk "üçlük"də ABŞ (33 qızıl, 39 gümüş, 39 bürünc), Çin (33 qızıl, 27 gümüş, 23 bürünc) və Avstraliya (18 qızıl, 16 gümüş və 14 bürünc) yer alıblar.

Hələlik 86 ölkə mükafat əldə edə bilib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Mehriban Əliyeva Həsrət Cəfərovu təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında bürünc medal mükafatı qazanmış Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərovu təbrik edib.

"Bu barədə birinci xanım sosial şəbəkədə yazıb.

"Ura! Növbəti qələbəmiz! Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov bürünc medal qazandı! İdmançımızı səmimi-qəlbdən təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərə təşəkkürümü bildirirəm!", – o qeyd edib.

Xatırladaq ki, avqustun 8-də Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov qırğızıstanlı rəqibi Amantur İsmayılovu yenərək olimpiadanın üçüncüsü olub.

 

Paris-2024: Azərbaycan medal sıralamasında 22-ci pilləyə yüksəlib

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 22-ci pilləyə yüksəlib.

"Report"un məlumatına görə, bu, taekvondoçu Qaşım Maqomedovun (58 kq) gümüş mükafat əldə etməsi sayəsində mümkün olub.

Hələlik komandanın aktivində iki qızıl və bir gümüş medal var.

Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib. O, mübarizəyə davam etdiyi üçün medal cədvəldə göstərilməyib.

Ukrayna (3 qızıl, 2 gümüş, 3 bürünc) 17-ci, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 32-ci, İran (1 qızıl, 2 bürünc) 43-cü, Ermənistan (2 gümüş, 1 bürünc) 55-ci, qardaş ölkə Türkiyə (1 gümüş, 3 bürünc) 58-ci sıradadır.

İlk "üçlük"də ABŞ (27 qızıl, 35 gümüş, 32 bürünc), Çin (25 qızıl, 23 gümüş, 17 bürünc) və Avstraliya (18 qızıl, 12 gümüş və 11 bürünc) yer alıblar.

Hələlik 80 ölkə mükafat əldə edə bilib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

iranli-idmanci-azerbaycan-gulescisini-ciyninde-gezdirdi

Paris-2024 Yay Olimpiya Oyunlarında iranlı idmançı Amin Mirzəzadənin rəqibi Sabah Şəriətiyə etdiyi jest diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, o, Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriətini çiyninə qaldıraraq meydanda gəzdirib.

İdmançının bunu etməsinə səbəb, Sabah Şəriətinin karyerasını bitirməsi olub. Belə ki, iranlı güləşçi rəqibinin son görüşü olduğunu öyrəndikdən sonra geri qayıdaraq onun çiyinləri üzərinə alıb və dövrə vurub.

Qeyd edək ki, görüşün ilk hissəsi rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb. İkinci yarıda qaşından ciddi zədə alan S.Şəriəti tibbi müdaxiləyə ehtiyac duyub.

Yekunda rəqibinə 0:4 hesabı ilə uduzan güləşçimiz 5-ci yerlə kifayətlənib.

Paris-2024: Azərbaycan medal sıralamasında 23-cü sırada yer alıb

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 23-cü pillədə qərarlaşıb.

Hələlik komandanın aktivində iki qızıl mükafat var.

Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.

Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib. Azərbaycanla birlikdə Serbiya da (2 qızıl) 23-cüdür.

Ukrayna (2 qızıl, 2 gümüş, 3 bürünc) 18-ci, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 28-ci, qardaş ölkə Türkiyə (1 gümüş, 2 bürünc) 54-cü, Ermənistan (1 gümüş) 58-ci, İran (1 bürünc) 69-cu sıradadır.

İlk "üçlük"də ABŞ (24 qızıl, 31 gümüş, 31 bürünc), Çin (22 qızıl, 21 gümüş, 16 bürünc) və Avstraliya (14 qızıl, 12 gümüş və 9 bürünc) yer alıblar.

Hələlik 76 ölkə medal əldə edə bilib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Paris-2024: Azərbaycanın yunan-Roma güləşçisi əslən erməni rəqibinə qalib gələrək 1/4 finala yüksəlib

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 77 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Bolqarıstanı təmsil edən Ayk Mnatsakanyanla qarşılaşıb.

Görüş idmançımızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. S.Süleymanov 1/4 finalda Macarıstan təmsilçisi Zoltan Levayla üz-üzə gələcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.

Çempionlar Liqası: "Qarabağ" bu gün Bolqarıstan klubunu qəbul edəcək

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin ilk oyununda Bakıda Bolqarıstanın “Ludoqorets” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürəcək. Matçın baş hakimi isveçrəli Urs Şnayder olacaq.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun

20:00. “Qarabağ” – “Ludoqorets”
Baş hakim: Urs Şnayder
Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, cavab görüşü avqustun 13-də "Ludoqorets Arena"da gerçəkləşəcək.

Paris-2024: Azərbaycan medal sıralamasında 22-ci pillədə qərarlaşıb

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 22-ci pillədə qərarlaşıb.

Hələlik komandanın aktivində iki qızıl mükafat var.

Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.

Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib. Azərbaycanla birlikdə Filippin və Serbiya da (hər ikisi 2 qızıl) 22-cidir.

Ukrayna (2 qızıl, 2 gümüş, 3 bürünc) 18-ci, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 27-ci, Qardaş ölkə Türkiyə (1 gümüş, 1 bürünc) 52-ci, Ermənistan isə (1 gümüş) 54-cü sıradadır.

İlk "üçlük"də ABŞ (21 qızıl, 30 gümüş, 28 bürünc), Çin (21 qızıl, 18 gümüş, 14 bürünc) və Fransa (13 qızıl, 16 gümüş və 19 bürünc) yer alıblar.

Hələlik 73 ölkə medal əldə edə bilib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Olimpiada idmançılarının performansı hansı yaşda zirvəyə çatır?

Olimpiya idmançılarının nəticələrinə təkcə illərlə edilən məşq və əməl olunan nizam-intizam deyil, həm də, məlum olduğu kimi, onların yaşları da təsir göstərir.

Medicina.az xəbər verir ki, Vaterloo Universitetinin tələbələrindən ibarət komanda olimpiya atletlərinin nə vaxt performanslarının zirvəsində olduğunu anlamaq üçün statistikadan istifadə ediblər.

Olimpiyada yalnız dörd ildən bir keçirildiyinə görə, yüngül atletika idmançıları performansın zirvəsində olarkən yarışmaq şanslarını artırmaq üçün nə vaxt və necə məşq etdiklərini diqqətlə düşünməlidirlər.
Komanda müəyyən edib ki, olimpiadada yüngül atletlər üçün orta yaş həddi son üç onillikdə həm kişilər, həm də qadınlar üçün nəzərəçarpacaq dərəcədə sabit qalıb: 27 yaşdan az.
Təhlil göstərib ki, bu idmançılar üçün ən yaxşı performans yaşı ortalama olaraq 27-dir. Bu yaşdan sonrakı hər il, kondisiyanın pik həddinə çatmamaq ehtimalı 44% azalır.

Elmi məqalənin nəticələri "Significance" jurnalında dərc olunub.

qarabag-bu-gun-potensial-reqibini-taniyacaq

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibi bilinəcək.

Tədbir Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

“Qarabağ” – “Ludoqorets” (Bolqarıstan) cütü Çempionlar yolunun səpələnməmişlər səbətində yer alacaq.

Çempionlar yolu

Səpələnmişlər:

“Dinamo” (Zaqreb, Xorvatiya)

“Srvena Zvezda” (Serbiya)

“Malmö” (İsveç) – PAOK (Yunanıstan)

“Midtullan” (Danimarka) – “Ferentsvaroş” (Macarıstan)

“Yanq Boyz” (İsveçrə)

Səpələnməmişlər:

“Qarabağ” – “Ludoqorets” (Bolqarıstan)

“Qalatasaray” (Türkiyə)

“Slovan” (Slovakiya) – APOEL (Kipr)

“Yagellonya” (Polşa) – “Budyo Qlimt” (Norveç)

“Sparta” (Çexiya) – “Styaua” (Rumıniya)

Liqa yolu

Səpələnmişlər:

“Dinamo” (Kiyev, Ukrayna) – “Reyncers” (Şotlandiya)

“Slaviya” (Çexiya) – “Yunion” (Belçika)

Səpələnməmişlər:

“Lill” (Fransa) – “Fənərbağça” (Türkiyə)

“Zaltsburq” (Avstriya) – “Tvente” (Niderland)

Qeyd edək ki, pley-off matçları 20-21 və 27-28 avqust tarixlərində keçiriləcək.

Xəbər lenti