Bu gedişlə Kadini unutduracaq - “Qarabağ”ın yeni adamı

Kadi Borgesin gedişindən sonra “Qarabağ”ın sağ cinahında müşahidə olunan problem tədricən həllini tapmaqdadır.

Sportinfo.az xəbər verir ki, “Köhlən atlar”ın yayboyu heyətinə qatmaq istədiyi, lakin “hə”sini sentyabrda aldığı Aleksey Kaşuk artıq özünü göstərməyə başlayıb.

Ukraynalı vinger qol və assist sayındakı məhsuldarlığını get-gedə artırır. Bu gedişlə qış fasiləsinə qədər komandanın ən faydalı oyunçusuna çevriləcək.

“21 nömrə” Premyer Liqada 5 görüşdə şans qazanıb ki, bunların 3-də əsas heyətdə yer alıb, 2-də mübarizəyə sonradan qoşulub.

“Kəpəz”lə “Zirə”nin qapısına qol vurub, “Şamaxı”yla dueldə assist müəllifi olmaqla yanaşı, komandasına penalti qazandırıb.

Uzaqgörən Qurban Qurbanov Kaşukun son həftələrdəki inamlı çıxışını görüb “Bode Qlimt”lə qarşılaşmada ona start heyətində yer verib, 62 dəqiqə meydanda olmasına şərait yaratmışdı.

Lakin Avropa Liqası ilə Azərbaycan Premyer Liqasının səviyyəsi eyni olmadığından, yeni transferin “axsadığı” hiss olunurdu.

Göstərdiyi oyun və məhsuldarlıq Alekseyin “Qarabağ” üçün yararlı olacağından xəbər verir. Emanuel Addaidən fərqli, o, kifayət qədər texnikalı və ağıllı oyunu ilə seçilir. Qurbanovun ondan istədiyi başını işə salmasıdır.

Bu gün üçün ən vacib problemi fiziki hazırlıqsızlığıdır. Daha doğrusu, gözlənilən formada deyil. Bu da özündən qaynaqlanır.

Yayboyu Masazırdan vurub Mərdəkandan çıxan, “Gənclik”dən yenə Mərdəkana gedən ukraynalının istirahəti üstün tutmasının yaratdığı çətinlik indi özünü açıq-aşkar göstərir.

İstənilən effekti verməsi üçün daha bir neçə həftə tər tökməyə məhkumdur. Həm də sıradan məşqlərlə yox, digərlərindən bir qarış çalışmaqla. Fiziki durumunu qaydasına salsa, “Sabah”dakından da faydalı Kaşuk görəcəyik.

Prezidentin nəvəsi Ronaldinyo ilə bir arada - Foto

Xəbər verdiyimiz kimi, Braziliya millisinin heyətində dünya çempionu olmuş məşhur futbolçu Ronaldinyo Bakıdadır.

Prezident İlham Əliyevin nəvəsi Əli Ağalarov futbolçu ilə bir araya gəlib.

O, sosial media hesabında birgə çəkdirdikləri fotonu yayımlayaraq "Bakıya xoş gəldiniz" deyə, yazıb.

 

 

 
Ronaldinyo paylaşımında Bakı haqqında nə demişdi? - Video

Xəbər verdiyimiz kimi, braziliyalı ulduz futbolçu Ronaldinyo (Ronaldo de Assis Moreyra)hazırda Bakıda keçirilən və noyabrın 22-də qədər davam edəcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası - COP29-da iştirak etmək üçün Bakıya gəlib.

Ötən gün paytaxta çatan məşhur futbolçu təyyarədən video da paylşaıb.

Futbolçu portuqal dilində danışdığından Bakının adını çəksə də, çoxları onun nə dediyini anlaya bilməyib.

"Salam, Bakı, gəlirəm. Orada olacağam, tezliklə görüşərik" - Ronaldinyo deyib.

Xanım boksçumuzdan tarixi uğur

Azərbaycan boksçusu Aynur Mikayılova tarixi ilkə imza atıb.

 57 kq çəkidə mübarizə aparan yığma üzvü Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində bunu reallaşdırıb.

Mikayılova 1/4 finalda Reka Varqa Saraya (Macarıstan) ilk raundda tam üstünlüklə qalib gəlib. O, yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib. Bu, Azərbaycan boks tarixində ilkdir. İndiyədək heç bir yerli qız boksçu dünya birinciliyində bu mərhələyədək irəliləməyib. Onun qazanacağı istənilən əyarlı medal isə boks tariximizə azərbaycanlı qız boksçunun ilk mükafatı kimi düşəcək.

Qeyd edək ki, mundialda yarımfinal görüşləri sabah təşkil olunacaq.

 

 

 
Qara Qarayevin yeni klubu bəlli oldu - Baş məşqçi AÇIQLADI

"Neftçi" ilə qarşılıqlı razılıq əsasında yolları ayıran Qara Qarayevin yeni klubu bəlli olub.

Yarımmüdafiəçi karyerasını yenidən Premyer Liqada davam etdirəcək.

32 yaşlı futbolçu "Araz-Naxçıvan"la anlaşıb. Bu məlumatı açıqlamasında muxtar respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev təsdiqləyib:

"Bəli, Qara Qarayevlə anlaşmışıq. Bu gün rəsmi müqavilə bağlanmalıdır. Futbolçu ilə mövsümün sonuna kimi anlaşdıq".//Offsideplus.az

Lionel Messi "Qızıl top" mükafatlandırma mərasiminin nəticələrini şərh edib

Argentinalı ulduz futbolçu və "İnter Mayami"nin kapitanı Lionel Messi "Qızıl top" mükafatlandırma mərasiminin nəticələrini şərh edib.

O, bu barədə öz sosial şəbəkə hesabıbda paylaşım edib.

"Qızıl top mərasiminin bütün qaliblərini və namizədlərini təbrik edirəm. Xüsusilə Martinez, nə gözəl adam, dünyanın ən yaxşı qapıçısı üçün başqa bir mükafat!", - deyə Messi paylaşımında yazıb.

Xatırladaq ki, 2023/2024 mövsümünün sonunda "Aston Villa"nın və Argentina millisinin qapıçısı Emiliano Martinez Fransanın "France Football" jurnalına görə dünyanın ən yaxşı qapıçısına verilən Lev Yaşin mükafatını qazanıb.

Qeyd edək ki, Fransanın "France Football" qəzetinin ötən mövsümün nəticələrinə görə dünyanın ən yaxşı 5 futbolçusuna aşağıdakılar daxildir: birinci yer - Rodri (Mançester Siti), ikinci yer - Vinisius Junior (Real Madrid), üçüncü yer yer - Cude Bellinqhem ("Real"), dördüncü yer - Daniel Karvaxal (Real Madrid), beşinci yer - Erlinq Haaland (Mançester Siti).//BAKU.WS

UEFA Avropa Liqası: "Qarabağ" bu gün "Ayaks"la qarşılaşacaq

"Qarabağ" bu gün UEFA Avropa Liqasında Niderlandın "Ayaks" klubunu qəbul edəcək.

Liqa mərhələsinin III turuna təsadüf edən qarşılaşma saat 20:45-də start götürəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq matçın baş hakimi şotlandiyalı FIFA referisi Nikolas Uolş olacaq.

UEFA Avropa Liqası

Liqa mərhələsi

III tur

24 oktyabr

20:45. "Qarabağ" - "Ayaks" (Niderland)

Baş hakim: Nikolas Uolş (Şotlandiya).

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

Qeyd edək ki, Azərbaycan çempionu I turda İngiltərədə "Tottenhem"ə (0:3), növbəti görüşdə isə evdə İsveçin "Malmö" kollektivinə uduzub - 1:2. İlk oyunda Türkiyənin "Beşiktaş" klubunu 4 cavabsız qolla üstələyən "Ayaks" ikinci matçda Çexiyada "Slaviya" (Praqa) ilə heç-heçə edib - 1:1.

UEFA Çempionlar Liqası: Liqa mərhələsində III tura bu gün start veriləcək

UEFA Çempionlar Liqasının Liqa mərhələsində III tura bu gün 9 oyunla start veriləcək.

Report məlumatına görə, İspaniyanın “Real” klubu doğma meydanda Almaniya təmsilçisi “Borussiya”nı (Dortmund) qəbul edəcək.

PSJ (Fransa) Niderland təmsilçisi PSV, İtaliyanın “Yuventus” klubu isə “Ştutqart” (Almaniya) ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

III tur

22 oktyabr

20:45. “Milan” (İtaliya) - “Brügge” (Belçika)

20:45. “Monako” (Fransa) - “Srvena Zvezda” (Serbiya)

23:00. PSJ (Fransa) - PSV (Niderland)

23:00. “Yuventus” (İtaliya) - “Ştutqart” (Almaniya)

23:00. “Aston Villa” (İngiltərə) - “Bolonya” (İtaliya)

23:00. “Jirona” (İspaniya) - “Slovan” (Slovakiya)

23:00. “Şturm” (Avstriya) - “Sportinq” (Portuqaliya)

23:00. “Real” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya)

Qeyd edək ki, Liqa mərhələsində III tura sabah baş tutacaq 9 oyunla yekun vurulacaq.

mahirin-qolu-isimizi-asanlasdirdi

Almaniyanın “Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze 2-ci Bundesliqanın 9-cu turunda “Qroyter”ə 4:0 hesabı ilə qalib gəldikləri matçdan danışıb.

“O, qarşılaşmada ilk qolu vuran Azərbaycan yığmasının üzvü Mahir Emrelini tərifləyib:

“Onun vurduğu qol işimizi asanlaşdırdı. Futbolçularımın enerjisi məni heyran etdi. Fantastik çıxış etdilər. Biz bu cür oyun istəyirdik. Mahir Emreli və Stefanos Tsimas tandem uğurludur. Mahir zədədən çox əziyyət çəkirdi. Ona vaxt verdik və bəhrəsini gördük”. 

Qeyd edək ki, Mahir Emreli sözügedən qarşılaşmada komandasının ilk qoluna imza atıb. O, 25 metrdən baxımlı qol vurub. 

Qurbanovların şad günündən FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Abbas Hüseynovun toyu baş tutub.

“Qafqazinfo”məlumatına görə, o, məşqçisi Qurban Qurbanovun qardaşı, veteran futbolçu Musa Qurbanovun qızı ilə ailə həyatı qurub.

Dərviş toyu Bakıdakı restoranların birində təşkil olunub.

Qurbanovların şad günündə ailənin yaxınları, idman ictimaiyyətinin tanınmış simaları iştirak edib.

Həmin toydan fotoları təqdim edirik:

 

Xəbər lenti