Rəqibi qrupa düşməsi münasibətilə təbrik edirik.

Bu gün güclü komandaya uduzduq. Ümid edirdik ki, sonadək, ən azı ilk hissədə bərabərliyi saxlayacağıq. Ancaq erkən qol buraxdıq. Bu, "Qarabağ"ın ilk hücumundaca baş verdi. İlk hissədə futbolçularımızda özünəinam hissi yox idi. İkinci hissədə bir az oyunumuz yaxşılaşdı. Ancaq "Qarabağ" vaxtında 2-ci və 3-cü qolları vurdu.

Report xəbər verir ki, bunu Moldova "Şerif"inin baş məşqçisi Qoran Sabliç Bakıda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları Avropa Liqasının "play-off" mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib. 39 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

- Oyunöncəsi mətbuat konfransında çox inamlı danışırdınız. Bugünkü məğlubiyyətinizə səbəb "Qarabağ"ın möhtəşəm oyunu oldu, yoxsa komandanızın aciz çıxışı?

- İlk növbədə, "Qarabağ"ın oyununu fərqləndirərdim. Bəzi futbolçularımız zəif çıxış etdilər. "Qarabağ" bu qələbəni layiqli qazandı. Komandaya iradı həmişə tapmaq olar. Bu gün fərdi oyun keyfiyyətləri ilə seçilən, Çempionlar Liqasının qrupunda oynamış komandaya uduzduq. Bütün gücümüzü ortaya qoyduq. İlk oyunda qalib gəlmişdik, amma cavab görüşündə də qol vurmağımız lazım idi. Bunu bacarmadıq.

- Düşünürdünüzmü ki, daha böyük hesabla uduzacaqsınız?

- Oyundan sonra vacib deyil ki, nə düşünürsən. Bu səviyyə üçün oyun göstərə bilmədik. "Qarabağ" daha 1-2 qol vura bilərdi.

- İlk oyundan sonra bildirmişdiniz ki, "Qarabağ" sizi heç nə ilə təəccübləndirmədi. Bəs bu dəfə?

- Belə şey deməmişəm. "Qarabağ"a həmişə kompliment bildirmişəm. Demişəm ki, rəqibin necə oynayacağını bilirəm. "Qarabağ" topla çox yaxşı rəftar edir və zamanını gözləyir.

- Sirr deyisə, oyundan sonra Qurban Qurbanova nə dediniz?

- Qələbə və yaxşı oyun münasibətilə təbrik etdim və qrupda uğurlar arzuladım.

- "Qarabağ"ı qrupda izləyəcəksiniz? Bu potensialla komanda 1/16 finala çıxa bilərmi?

- "Qarabağ"a ötən il Çempionlar Liqasında baxmışdım. Bu komandaya simpatiyam var. Bu il də elə olacaq. Bu il "Qarabağ" bizim üçün çətin rəqib idi.

27 Noyabr 2024 Komanda yoldaşı Messinin yeni baş məşqçisi oldu
26 Noyabr 2024 Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb
25 Noyabr 2024 "Qarabağ" ölkə çempionatları tarixinin rekordunu təkrarlayıb
22 Noyabr 2024 Fernandu Santuş Rövşən Nəcəfin görüşünə gedir: İstefaya göndərilir - DETALLAR
20 Noyabr 2024 Ronaldo "Fənərbaxça"ya gəlir? - FOTO
20 Noyabr 2024 "Barselona"dan Laportanın Bakı səfəri ilə bağlı paylaşım - Video
20 Noyabr 2024 Mahir Emreli göz yaşlarını saxlaya bilmədi - Video
19 Noyabr 2024 UEFA Millətlər Liqası: Qrup mərhələsinə bu gün yekun vurulacaq
18 Noyabr 2024 “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi– Ronaldinyo haqqında bilmədikləriniz - Video
16 Noyabr 2024 Mayk Tayson Cek Paul yarışı başa çatdı - Qalib isə... FOTO
16 Noyabr 2024 UEFA Millətlər Liqası: Azərbaycan yığması Qəbələdə Estoniyanı qəbul edəcək
15 Noyabr 2024 "Barselona" prezidenti COP29 üçün Bakıya gəlir
15 Noyabr 2024 Messi bu tarixdə Azərbaycana gəlir
14 Noyabr 2024 AFFA prezidenti Ronaldinyo ilə görüşdü
14 Noyabr 2024 Bu gedişlə Kadini unutduracaq - “Qarabağ”ın yeni adamı
13 Noyabr 2024 Prezidentin nəvəsi Ronaldinyo ilə bir arada - Foto
13 Noyabr 2024 Ronaldinyo paylaşımında Bakı haqqında nə demişdi? - Video
31 Oktyabr 2024 Xanım boksçumuzdan tarixi uğur
30 Oktyabr 2024 Qara Qarayevin yeni klubu bəlli oldu - Baş məşqçi AÇIQLADI
29 Oktyabr 2024 Lionel Messi "Qızıl top" mükafatlandırma mərasiminin nəticələrini şərh edib

Xəbər lenti