|
"Formula-1"də ən çox qazanan pilotların adları açıqlanıb.
Oxu.Az xəbər verir ki, ümumilikdə 20 sürücü, bonuslar istisna olmaqla, ildə təxminən 205 milyon funt-sterlinq qazanır.
Siyahıya isə hazırkı dünya çempionu Maks Ferstappen başçılıq edir. Onun illik qazancı 58 milyon dollardan artıqdır.
İlk onluq isə aşağıdakı kimidir:
1. Maks Verstappen (Niderland) - 58,859,503 milyon dollar
2. Lüis Hemilton (Böyük Britaniya) - 44,471,625
3. Çarlz Lekler (Monako) - 34,003,831
4. Lando Noris (Böyük Britaniya) - 19,616,498
5. Fernando Alonso (İspaniya) - 18,309,197
6. Corc Rassel (Böyük Britaniya) - 18,309,197
7. Serxio Peres (Meksika) - 14,387,194
8. Karlos Sans (İspaniya) - 11,771,877
9. Valteri Bottas (Finlandiya) - 9,155,717
10. Daniel Rikkardo (Avstraliya) - 6,539,174
Qeyd edək ki, "Formula-1"in növbəti mərhələsi sentyabrın 13-15-də Azərbaycanda keçiriləcək.