Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Qazaxda əhəng zavodunun açılışında iştirak edib.
Qazax rayonunda yeni fəaliyyətə başlayan və “Mətanət A” şirkətinə məxsus “Azerlime” əhəng zavodu regionda yerləşən tikinti-quruculuq işlərində mühüm rol oynayacaq. Rayonun Daş Salahlı kəndində yaradılan bu müəssisə yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir.

“Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, 2000-ci ildə əsası qoyulan şirkət inşaat materiallarının istehsalı sektorunda 20 ildir uğurla fəaliyyət göstərir. Şirkətin tərkibinə quru inşaat qarışıqları, gips əsaslı məhsulların buraxılışı, boya, beton qatqıları, avadanlıq və dəzgahların istehsalı, açar təhvili sahəsində ixtisaslaşmış zavodlar daxildir.

Prezident İlham Əliyevə şirkətin hazırda icra edilməkdə olan və perspektiv layihələri barədə məlumat verildi. Bildirildi ki, daş yunu zavodu və gips lövhə zavodu artıq icra olunma mərhələsindədir. Perspektiv layihələrdə isə illik istehsal gücü 300 min ton olan zənginləşdirilmiş kvars qum zavodunun və illik istehsal gücü 200 min kubmetr olan yüngül bloklar zavodunun tikilməsi nəzərdə tutulur. Bu zavodların yaradılmasına ümumilikdə 90 milyon manat investisiya qoyulacaq və dövlətin güzəştli kreditlərindən də istifadə olunacaq. Zavodların yaradılması nəticəsində 1000-ə yaxın daimi iş yeri açılacaq.

Dövlətimizin başçısı “Azerlime” əhəng zavodunu işə saldı.
Prezident İlham Əliyev “Azerlime” əhəng zavodunda istehsal edilən məhsullara baxdı. Bu məhsullar müasir standartlara cavab verməklə yanaşı, həm də Azərbaycan brendi kimi ölkəmizin iqtisadi potensialını dünyaya nümayiş etdirəcək. Müəssisədə quraşdırılan müasir avadanlıqlar hesabına məhsullar yüksək keyfiyyəti ilə seçiləcək. Zavodda əsasən yerli xammaldan istifadə olunacaq. Hazırlanan məhsulların 60 faizi daxili bazarın tələbatının ödənilməsi, 40 faizi isə ixracat üçün nəzərdə tutulur. Bu zavodda istehsal olunan keyfiyyətli əhəng məhsulundan metallurgiya, qida, əczaçılıq, su təmizlənməsi, kənd təsərrüfatı, səhiyyə, kimya, plastik məmulat, şüşə və mədən sənayeləri kimi vacib sektorlarda istifadə edilir.

Zavodda istehsal olunan yeni növ “Azerlime” suvaq üçün əhəng məhsulu inşaat sektorunda inqilabi yenilikdir. Müəssisənin istehsal prosesində ekoloji təmiz məhsul əldə etməyə və enerjiyə qənaətə xüsusi diqqət yetirilir. Bu isə öz növbəsində, məhsulun maya dəyərini aşağı salır.

Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin bir qrupu və zavodun kollektivi ilə görüşdü.

Daha sonra “Azerlime” əhəng zavodunun icraçı direktoru Fuad Bəşirov çıxış etdi.

Sonda xatirə şəkli çəkdirildi.

Qazaxda əhəng zavodunun açıldı
Qazaxda əhəng zavodunun açıldı
Qazaxda əhəng zavodunun açıldı
Qazaxda əhəng zavodunun açıldı
Qazaxda əhəng zavodunun açıldı
Qazaxda əhəng zavodunun açıldı
Prezident Goranboyda yol açılışında — FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Goranboy rayonuna səfəri çərçivəsində Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun yenidənqurmadan və bərpadan sonra açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

Prezident Goranboyda yol açılışında — FOTO
Prezident Goranboyda yol açılışında — FOTO
Prezident Goranboyda yol açılışında — FOTO
Prezident Goranboyda yol açılışında — FOTO
Prezident Goranboyda yol açılışında — FOTO
 
Prezident bu ASC-yə 1,4 milyon manat ayırdı — SƏRƏNCAM



Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Ağdam rayonunun əhalisi 24740 nəfər olan 18 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,4 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Ekspert: "Azərbaycan Dəmir Yolları"nın İtaliya şirkəti ilə əməkdaşlığı tranzit yüklərin həcmini artıracaq"
Azərbaycanda dəmir yolu sistemi beynəlxalq standartlara uyğun olaraq formalaşıb

Ekspert: "Azərbaycan Dəmir Yolları"nın İtaliya şirkəti ilə əməkdaşlığı tranzit yüklərin həcmini artıracaq"

“Azərbaycan Dəmir Yolları” QSC-nin İtaliyanın “I.M.A. Project Financing S.R.L.” şirkəti ilə bağladığı müqavilə Azərbaycan ərazisi ilə daşınan beynəlxalq yüklərin həcmini artıracaq".

Bunu "Report"a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov müqavilənin əhəmiyyətini şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan İtaliya ilə təkcə neft deyil, həm də qeyri-neft sektorunda əməkdaşlıqda maraqlıdır: “Çünki İtaliya bir sıra sahələrdə, o cümlədən texnologiyalar üzrə müqayisəli üstünlüyə malikdir. Bu ölkədə dəmir yolu nəqliyyatı daxil olmaqla, logistik və nəqliyyat xidmətləri kifayət qədər inkişaf edib. Bu baxımdan Azərbaycan və İtaliya şirkətləri arasında dəmir yolu maşınlarının (drezinlərin) və iş avadanlığının satın alınması barədə müqavilə İtaliya texnologiyasının, innovasiyasının Azərbaycanın dəmir yollarına ötürülməsi deməkdir. Yəni, İtaliya təcrübəsi əsasında dəmir yolu təsərrüfatının, parkının yenilənməsi nəzərdə tutulur, bu isə dolayısı ilə ölkəmizin ərazisi ilə daşınan beynəlxalq yüklərin həcminin artmasına xidmət edir".

V.Bayramov qeyd edib ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti istifadəyə verildikdən sonra regionda yükdaşımalar üçün əhəmiyyətli nəqliyyat növlərindən birinə çevrilib: “İtaliya həm də  Azərbaycanla logistik sahədə əməkdaşlığı gücləndirmək, Azərbaycan üzərindən beynəlxalq yükdaşımaların həcmini artırmaq niyyətindədir. Azərbaycanda dəmir yolu sisteminin beynəlxalq standartlara uyğun olaraq formalaşması buna imkan verir və ölkəmizin yükdaşımalardan daha çox gəlir əldə etməsinə gətirib çıxa bilər".

Xatırladaq ki, bu günlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin İtaliyaya rəsmi səfəri baş tutub. Səfər çərçivəsində Azərbaycan-İtaliya sənədləri mübadilə edilib. Bunlardan birini də “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov və İtaliyanın “I.M.A. Project Financing” şirkətinin baş icraçı direktoru Rikkardo Paoncelli həyata keçirib.

2019-cu ildə Azərbaycanda dəmir yolu ilə yükdaşımalar 2018-ci ilə nisbətən 9,1%, o cümlədən BTQ ilə daşımalar 42% artıb.

Azərbaycan Rusiyanın ən çox avtomobil ixrac etdiyi üçüncü ölkədir
Azərbaycan Rusiyanın avtomobil ixrac etdiyi ölkələr arasında üçüncü yerdədir

Ötən il Rusiyadan Azərbaycana 3300 avtomobil ixrac edilib.

“AvtoSTAT” portalı Rusiyanın 2019-cu ildə ixrac etdiyi avtomobillərin statistikasını hazırlayıb.

Statistikaya görə, Azərbaycan Rusiyanın avtomobil ixrac etdiyi ölkələr arasında üçüncü yerdədir.

 

Digər ilk iki yeri isə 10000 avtomobillə Çexiya və 8500 avtomobillə Özbəkistan tutur.

Bakıda yeni texniki baxış mərkəzi tikilir  - VİDEO
Qaradağ, Səbail, Yasamal və Nəsimi rayonlarında yaşayan sürücülər müraciət edə biləcəklər

Bakının Qaradağ rayonu ərazisində Avtomobillərin Texniki Baxış Mərkəzi tikilir. Dairəvi yolun kənarında tikilən mərkəzin ümumi sahəsi 2,5 hektardır.

Yol-xeber.az-ın məlumatına görə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev  bildirib ki, yeni inşa edilən texniki baxış mərkəzində bir sıra yeniliklər olacaq.

Yeniliklərdən biri odur ki, texniki baxış mərkəzinə gələn sürücülərin avtomobildən enmədən bütün prosedurlar keçiriləcək.

 

Paytaxtın Qaradağ, Səbail, Yasamal və Nəsimi rayonlarında yaşayan sürücülər həmin texniki baxış mərkəzinə daha asan müraciət edə biləcəklər.

Mərkəzdə avtomobil sıxlığını azaltmaq üçün dayanacaq da tikilir.

Qeyd edək ki, yeni mərkəz may ayında sürücülərin istifadəsinə veriləcək.

 
Yeni magistral yolun 100 km-lik hissəsinin tikintisi yaya qədər bitəcək - FOTO
2018-ci il tarixli 19 fevral 3692 nömrəli Sərəncamı ilə islahatlarla bağlı xərclər hesabına yolun tikintisinə müvafiq vəsait ayrılmışdır

Son illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icrası nəticəsində ölkəmizdə magistral, respublika və yerli əhəmiyyətli avtomobil yolları əsaslı şəkildə yenidən qurularaq təkmilləşdirilmiş, həmçinin yeni avtomobil yolları, körpülər və yol ötürücüləri inşa edilərək əhalinin istifadəsinə verilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yol-xeber.az-a verilən məlumata görə bu tədbirlərin davamı kimi, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə və keyfiyyətlə tikintisi işləri sürətlə və yüksək keyfiyyətlə davam etdirilir.

M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan və 92 km uzunluğunda olan yeni yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. 4 hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3.75 m, ayırıcı zolağın eni 5 m olmaqla yol yatağının eni 27.5 metr təşkil edəcək.

Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayrıcı zolaqda beton çəpərlərin, beton bardyurların quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi (təhkim zolağının eni 72,5 m olmaqla) nəzərdə tutulur.

 

Yeni magistral yolun keçdiyi ərazi Xəzər sahili boyu Samur-Dəvəçi ovalığından yerləşir əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Əsas qəsəbə və rayon mərkəzlərindən isə magistrala giriş-çıxış yolları çəkiləcək. Tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması nəzərdə tutulur. 

Layihədə tikinti işləri  4 lot üzrə aparılır: 1-ci lot yeni yolun 0-29.9,  2-ci lot 29.9-53.5,  3-cü lot 53.5-73.5,  4-cü lot isə 73.5-92-ci km-lik hissələri əhatə edir. Hazırda işlər 1-ci, 2-ci və 3-cü lotlar üzrə aparılır. 

Layihənin və 1-ci lotun başlanğıcı mövcud M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci km olmaqla, yeni yolun  7 km-lik hissəsi beton yol üzrə layihələndirildiyindən mövcud sement-beton örtüyü sökülüb sahədan kənarlaşdırılmış, köhnə asfalt frezlənmiş, yararsız material qazılıb çıxarılmış, 60 kilometr məsafədən daşınaraq daha keyfiyyətli  material ilə tökmə işləri yerinə yetirilmiş, qruntun zəif olduğu yerlərində qaya dolğu işləri icra edilmiş, yol geyimi aşınma layına qədər tikilmişdir.

Ümumilikdə, LOT 1 üzrə işlər yekunlaşmaq üzrədir.  Belə ki, yeni layihələndirilən yol üzrə yararsız materialın qazılması və dolğu işləri bitib, yol boyu hamarlayıcı lay, əsas lay və asfalt-beton örtüyün 1-ci qatı tikilibdir. Layihə üzrə nəzərdə tutulmuş körpülərin, tunellərin və suötürücü boruların tikintisi və kommunikasiya işləri demək olar ki, tamamlanıb.

Layihənin 2-ci lotu üzrə hazırda işlər paralel olaraq aparılır. Lot boyu yararsız material qazılıb çıxarılır, geri dolğu işləri aparılır, qruntun zəif olduğu yerlərində qaya dolğu işləri görülür. Yeni magistral yolun sözügedən hissəsində artıq suötürücü boruların tikintisi üzrə 100 %, tunellərin tikintisi üzrə 98 % işlər yekunlaşdırılmışdır.

Layihənin 3-cü lotu üzrə də həmçinin ərazinin təmizlənməsi, qazma və dolğu işləri həyata keçirilir.

Layihə üzrə 19 ədəd körpü və yolötürücülərin, 169 ədəd dairəvi və 43 ədəd düzbucaqlı suötürücü boruların, 20 ədəd avtomobil və mal-qara keçidinin tikintisi nəzərdə tutulmuşdur.

“Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsinin davamı olaraq, M-1 magistralının 134-192 km-lik hissəsində yeni stiqamət üzrə 16 km qısa olmaqla, 58 km uzunluğunda, Samur-Abşeron kanalı boyunca, I b texniki dərəcəli, 4 zolaqlı asfalt-beton örtüklü  yolun tikintisi də həyata keçirilir. Sözügedən hissədə də tikinti işləri tamamlanmaq üzrədir.

Bununla da H.Z.Tağıyev qəsəbəsindən başlayaraq Rusiya Federasiyası ilə dövlət sərhədinə qədər uzanacaq yeni avtomobil yolunun uzunluğu 150 km təşkil edəcək. 

Ümumilikdə sözügedən hissədə 20 ədəd qovşaq və yol ötürücü körpünün, 15 ədəd hidravlik və kanal körpüsünün, 41 ədəd kəndlərarası düzbucaqlı yeraltı keçidin, 345 ədəd müxtəlif diametrlərdə dairəvi beton suötürücü və ehtiyat boruların tikintisi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi nəzərdə tutulub ki, bu işlərin müəyyən hissəsi artıq icra olunub.

Yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun olaraq yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, öz növbəsində, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.

Qeyd edək ki, “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsinin maliyyələşməsi Azərbaycan Hökumətinin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına həyata keçirilir. 07 dekabr 2017-ci il tarixində layihənin tikintisi ilə bağlı təməl qoyma mərasimi keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təməl qoyma mərasimində işlərin sürətləndirilməsi barədə şifahi tapşırıqlarını vermişdir. Daha sonra, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 19 fevral 3692 nömrəli Sərəncamı ilə islahatlarla bağlı xərclər hesabına yolun tikintisinə müvafiq vəsait ayrılmışdır.

 

Azərbaycanda ilk ödənişli yolun istifadəyə veriləcəyi tarix açıqlandı
Böyük layihələrdən biri Gəncədən Gürcüstan sərhədinə qədər olan avtomobil yoludur

Bu il ərzində respublika əhəmiyyətli 36, Bakı şəhərinin isə 12 rayon və qəsəbə yolunun abadlaşdırılmasına sərmayə qoyulub.Trend-in məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov bildirib.

O qeyd edib ki, ən böyük layihələrdən biri Gəncədən Gürcüstan sərhədinə qədər olan avtomobil yolunun ikinci texniki dərəcədən birinci texniki dərəcəyə keçirilməsidir:

"Bununla 4 hərəkət zolağına keçirilməsi layihəsinin bəzi lotlarda yekunlaşdırılmasını planlaşdırırıq. Həmçinin bu ilin sonuna Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Xaldan qəsəbəsindən ayrılaraq, Gürcüstan sərhədinə qədər Xaldan-Şəki-Mazımçay gömrük məntəqəsinədək olan avtomobil yolunun Xaldan-Şəki hissəsinin 54 kilometrinin çəkilib başa çatdırılması nəzərdə tutulub. Bundan əlavə, respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 68 kilometrlik hissəsinin ilin sonunadək çəkilməsi planlaşdırılır".

 

O qeyd edib ki, bu ilin sonunadək Bakı-Rusiya sərhədi avtomobil yolunun 45-ci kilometrindən paralel salınan (Zeynalabdin Tağıyev qəsəbəsindən 208-ci kilometrədək) yeni yolun 100 kilometrlik hissəsinin tikintisini başa çatdırılaraq istifadəyə verilməsi nəzərdə tutulur:

S. Məmmədov əlavə edib ki, alternativ yol tam istifadəyə verildikdən sonra Bakı-Quba yolunun beton hissəsinin bərpası təmin ediləcək.

"İlbəil Bakı-Quba yolunun beton hissəsinin sıradan çıxmış sahələrini təmir edirik. Yəqin ki, alternativ yol tam istifadəyə verildikdən sonra beton yolun yenidən bərpası təmin ediləcək"

Assosiasiya rəhbəri:                            "Şahdağ" xizək kurortuna dəmir yolunun çəkilməsi qış turizminin inkişafına səbəb olacaq"
Yalamadan Qusar rayonundakı "Şahdağ" dağ-xizək kurortuna da dəmir yolunun çəkiləcəyi bildirilir

Azərbaycanın regionlarında, o cümlədən Şahdağa sürət elektrik qatarlarının işləməsi turistlərin müxtəlif bölgələrə axınını gücləndirəcək və turizmin inkişafını sürətləndirəcək".

 Bunu "Report”a açıqlamasında Azərbaycan Otellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi Şahdağ Qış-Yay Turizm Kompleksinə qədər dəmir yolu xəttinin çəkilməsinə münasibət bildirərkən deyib.

"Məncə turizm sənayesi Ləki-Qəbələ və Bakı-Yalama-Şahdağ istiqamətlərində dəmir yolu xətlərinin çəkilməsini səbirsizliklə gözləyir. Həmin təyinat məntəqələrindəki turizm kompleksləri bu infrastrukturdan qazanacaq, çünki turistlərin sayı artacaq. Bundan başqa, yeni dəmir yolları xətləri müxtəlif istiqamətlərdə olan turizm destinasiyalarını yaxınlaşdıracaq, yol daha komfortlu və qısa olacaq", - o qeyd edib.

 

 

S.Dübəndi vurğulayıb ki, regionlara sürətli dəmir yollarının çəkilməsi həm daxili turizmi və eyni zamanda, Bakıya gələn turistlərin regionlara üz tutmasını artırar və ekoturizmın, milli parkların, aktiv, ekstrim və digər açıq hava turizm fəaliyyətlərinin inkişafına da müsbət təsir göstərər.

 

Xatırladaq ki, Bakı-Yalama dəmir yolu xəttinin yeniləşdirilməsi gündəmdədir və burada layihələndirmə işləri aparılır: Yolun əsaslı təmirinə bu il başlanması nəzərdə tutulur. Tikinti işlərinə başlandıqdan sonra prosesin təxminən iki il yarım müddətində davam etməsi planlaşdırılır. Biləcəri-Yalama-Biləcəri sahəsinin açılmış uzunluğu 382 kilometrdir. Yolun Biləcəridən Sumqayıta qədər olan 34 kilometri əsaslı təmir edilib, 336 kilometri isə bu layihə çərçivəsində əsaslı şəkildə yenidən qurulacaq. Hazırda bu xətdə elektrik, rabitə xətləri ilə bağlı işlər görülür, fiberoptik kabellər çəkilir. Eyni zamanda, 5 yeni yarımstansiya tikilib. Bakı-Yalama xəttinin yeniləşdirilməsi bu sahədə hərəkətin təhlükəsizliyinin təmin olunmasında, gələcəkdə "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətinin genişləndirilməsində mühüm rol oynayacaq. Yalamadan Qusar rayonundakı "Şahdağ" dağ-xizək kurortuna da dəmir yolunun çəkiləcəyi bildirilir. Artıq Şahdağ istiqamətində yeni dəmir yolu xəttinin layihələndirilməsinə başlanılıb.

Metro istifadəçilərinə
"Bu ilin may ayında Bakıya yeni metro vaqonları gətiriləcək”.

 "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, ölkəyə ümumilikdə, 20 vaqonun gətirilməsi gözlənilir: "Yeni vaqonların istehsalı eyni zamanda aparılır. Bu səbəbdən bu il üçün nəzərdə tutulan 20 vaqon və yaxud 4 qatarın eyni vaxtda Bakıya gətirilməsi gözlənilir. Digər vaqonlar isə razılaşmaya görə, növbəti iki ildə gətiriləcək". Xatırladaq ki, ötən il oktyabr ayında "Bakı Metropoliteni" Rusiyanın ”Transmaşholdinq” QSC-yə daxil olan "Metrovaqonmaş” ASC ilə yeni vaqonların (qatarların) alınmasına dair yeni müqavilə imzalayıb. Müqavilənin şərtinə görə, qarşıdakı 3 ildə, hər il 20 vaqon yaxud 4 qatar olmaqla ümumilikdə, 60 qatar və yaxud 12 qatarın Bakıya gətirilməsi nəzərdə tutulub. (report)

Xəbər lenti