![]() |
|
Dövlət Komissiyası Xocalı rayonu (keçmiş Əsgəran rayonu) ərazisində tapılan kütləvi məzarlıqdan Natiq Qasımovun meyitinin aşkar edilib-edilməməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov APA-ya açıqlamasında deyib ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş bütün Azərbaycan vətəndaşlarının axtarışları davam etdirilir.
“Bu, çox mürəkkəb prosesdir. Bu il 9 fevralda qazıntı prosesində Xocalı soyqırımı zamanı qətlə yetirilmiş vətəndaşlara aid olduğu ehtimal edilən 8 nəfərdən artıq şəxsin meyitinin basdırıldığı kütləvi məzarlıq aşkar edilib. Dövlət Komissiyası Birinci Qarabağ müharibəsində itkin düşmüş bütün Azərbaycan vətəndaşlarının, həmçinin Natiq Qasımovun axtarışlarını davam etdirir. Təəssüf ki, Natiq Qasımovun dəfn yeri barədə Dövlət Komissiyasında məlumat yoxdur. Ancaq ehtimal etmək olar ki, onun meyiti Xocalı rayonu (keçmiş Əsgəran) ərazisində dəfn edilib. Bu mövzuda daha təmkinli olmalıyıq. Qalığın məzardan tapılması hələ ilkin mərhələdir. Qalığın kimə aid olması isə araşdırmadan sonra məlum olur. Bu araşdırmalar da gedir. Bu istiqamətdə iki laboratoriyada işlər davam etdirilir. Məsələn, 2021-ci ilin fevralın 17-də Daşaltıda aparılan qazıntı zamanı orada iki kütləvi məzarlıq aşkar edilib. Orada müəyyən edilmiş meyit qalıqlarının bir hissəsini yalnız 2023-cü ildə eyniləşdirmək mümkün olub. Bu iş davam etdirilir. Bir daha vurğulayıram ki, kütləvi məzarlıqdan tapılan meyit qalığının kimə aid olmasını yalnız aparılan molekulyar-genetik araşdırmadan sonra demək mümkündür. Bu iş ciddi vaxt, insan və maliyyə resursu tələb edir”, - Eldar Səmədov deyib.
Qeyd edək ki, Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 döyüş yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq təkbaşına döyüşüb. Gülləsi qurtardığından sonra, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Onun əsir götürülməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilib.
Xocalı soyqırımından 32 il ötür və bu illər ərzində ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti bütün aspektlərdə araşdırılıb, səbəbləri və hədəfləri aydınlaşdırılıb, dünyanın müxtəlif ölkələri və bir sıra beynəlxalq strukturlar bu soyqırıma hüquqi qiymət verib. Lakin Xocalı soyqırımını dünyada baş vermiş digər soyqırımılardan fərqləndirən erməni vəhşiliyinin səbəbləri hələ də açıq olaraq qalmaqdadır.
Nasistlər yəhudilərə qarşı soyqırımını konslagerlərdə həyata keçirir, qaz otaqlarında öldürərək, ocaqda yandırmaq kimi qətl üsullarından istifadə edir, əksər hallarda isə boyunlarının ardından güllə ilə qətlə yetirirdi...
Serblər Srebrenitsada bosniyalı müsəlmanları silah və ağır texnika ilə məhv etdi.
II Dünya müharibəsindən sonra Mərkəzi və Şərqi Avropadakı almanlar SSRİ rəhbərliyi tərəfindən sürgün edildi və nəticədə 2 milyona yaxın insan sağ çıxmadı. Sürgünlə soyqırımına SSRİ dövründə azərbaycanlılar da məruz qaldı.
Lakin dünya tarixində qeydə alınmış soyqırımıların, qətliamların, dəhşətli faciələrin heç birində Xocalıda ermənilərin əl atdığı üsullardan istifadə olunmayıb.
- hamilə qadınların qarınları yarılaraq bətinlərindəki körpələr çıxarılır, nizələrə taxırdılar;
- qoca qadınların belinə qaynar samovar bağlayaraq qaçmağa məcbur edirdilər;
- uşaqların başını kəsərək “top” kimi istifadə edirdilər;
- qadınları, qızları ərlərinin, atalarının, qardaşlarının gözləri önündə zorlayır, döşlərini kəsir, gözlərini çıxarırdılar;
- kişilərin başlarının dərisini soyur, cinsiyyət orqanlarını kəsirdilər;
və saydıqca bitməyən dəhşətli əməllər...
Ermənilərin Xocalıda törətdiyi soyqırımıda hannibalizmin elementləri açıq şəkildə görünür və bu, təsadüfi deyildi. Bütün soyqırımılar etnik təmizləmə siyasətindən qaynaqlanır, o cümlədən Xocalı soyqırımı, lakin ermənilər Xocalıda həm də tarixi yaddaşlarından qaynaqlanan hannibalizmdən istifadə etmişdi.
Araşdırmalar təsdiqləyir ki, ermənilərin Xocalıda hannibalizmə əl atması onların tarixi ənənələrindən qaynaqlanır və bu, Xocalı soyqırımını digər soyqırımı və qətliamlardan fərqləndirən əsas xüsusiyyətlərdəndir.
Erməni hannibalizmi
“Ermənilər təqribən 326-408 qram ağırlığında adam ətini 100 dеkana satırdılar. Hətta adam ətini konservləşdirilmiş halda da satırdılar”.
(Армянские источники о монг). Ermənilərin insan ətini yeməsi ilə bağlı öz mənbələrində müxtəlif məlumatlar yer alıb.
Məşhur sovet bioloqu Lev Zilberin 1930-cu illərdə Qarabağda taunla mübarizə aparmasına dair xatirələri isə erməni hannibalizminin gerçəkliyini sübut edir.
.... Azərbaycanın Xalq Səhiyyə Komissarlığı təcili şəkildə Lev Zilberi çağırır. Artıq gecə saat 04:00-da professor lazımi avadanlıq və əməkdaşları ilə birlikdə qatarla Qarabağa yola düşmüşdü. Məqsəd taunun qarşısını almaq idi. Daxili İşlər Xalq Komissarlığının Qarabağdakı yerli nümayəndələri bildirirdilər ki, xarici ölkənin bölgəyə atılmış diversantları-kəşfiyyatçıları qəbirləri açır, cəsədlərin ürəyini, qaraciyərini kəsərək, infeksiyanı yayırlar. Lakin Zilber bu versiyanı cəfəngiyat adlandırdı.
“Bir neçə gün ərzində laboratoriyada taun virusunu hazırlamaq və minlərlə insanı öldürmək olar. Nə üçün diversantlar cəsədlərin orqanlarını kəsirlər? Axı onların özü də buna yoluxa bilərlər”, - deyə o bildirir.
Zilberi erməni qəbiristanlığına aparırlar. O, məşəllərin işığında 10-a qədər təzə qəbiri açır. Alim dəhşətə gəlmişdi. Həqiqətən də bir neçə cəsədin başı yox idi, bəzilərinin dalağı, qaraciyəri, yaxud ürəyi çıxarılmışdı.
“Açdığımız üçüncü qəbir qadına məxsus idi. Paltarlarını çıxaranda gördük ki, ay aman, bu nədir belə. Qadının bədənini yarıb ürəyini, ciyərini çıxarmışdılar”, - Zilber yazır.
Zilber ümumi karantin elan edir, lakin o, diversant xəbərinə inanmır. Köhnə tibb jurnallarından tapır ki, bölgədə vaxtilə taun olub və indi həmin xəstəlik yenidən oyanıb. Bir az rus dilində danışmağı bacaran yerli müəllim Zilberə sirri açır. Bildirir ki, Qarabağda yaşayan erməni əhalisi arasında bir inanc mövcuddur: “Əgər ailədə ard-arda ölümlər baş verirsə, ilk ölənin canlı olmasına inanırlar. Əgər ölü qəbirdə canlıdırsa, deməli digər doğmaları da “aparmağa gələcək”. Ölünün canlı olub-olmadığını bilmək üçün qəribə üsuldan istifadə olunur. Atı qəbirin üstünə aparır və ona yulaf verirlər. Əgər at qəbrin üstündə yulafı yeməsə, deməli, həmin ölü canlıdır və qəbri qazıb, həmin ölünün başını kəsmək, yaxud ürəyini və digər orqanlarını çıxarmaq lazımdır. Çıxarılan orqanlar doğranaraq ailənin digər üzvlərinə verilir, onlar yeyir və beləliklə ölümdən xilas olurlar”.
Məhz bu sirdən sonra Zilber müəyyən edir ki, vaxtilə bölgədə olmuş infeksiya bu yolla yayılır. O, infeksiyanın yayılmasının qarşısını almağı bacarır. Hadrutda baş verən bu hadisə erməni hannibalizminin XX əsrdə qeydə alınan əsas nümunəsidir. 1977-ci ildə “Lenfilm” kinostudiyası Hadrut taunu mövzusunda çəkdiyi filmdə də erməni hannibalizmindən bəhs olunur.
Ermənilərin hannibalizmə yoluxmasının tarixi haqqında da müəyyən versiyalar var. Əsas versiyaya görə, onlar vaxtilə Hindistanda mövcud olan və hələ bu gün də insan əti ilə qidalanan tayfaların arasında yaşayıblar. Sonradan qərbə köç edərkən, hannibalizm ənənələrini Qarabağa qədər də gətiriblər.
Umberto Eko məşhur “Qızılgülün adı” əsərində də erməni hannibalizminə toxunur, qeyd edir ki, orta əsrlərdə erməni kilsəsində hannibalizm yeres (yanlış etiqad) səviyyəsində olub.
Bu faktlar ermənilərin Xocalı soyqırımında azərbaycanlıların orqanlarını niyə çıxardığı, hamilə qadınların qarınlarını niyə yardığı, uşaqlara mazaxistcəsinə əzab verdiyi və bundan zövq aldığının səbəblərini təsdiqləyir. Xocalıda baş verənlər qorxu filmlərində gördüyümüz hannibalların gerçək həyatda törətdiyi qətliam idi.
© Publika.az
2001-ci ildə baş vermiş cinayətin təfərrüatı məlum olub.
Belə ki, martın 21-də Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının dosenti Xankişi Ələsgərovun evinə quldurcasına basqın edilib, o və ruhi xəstə olan oğlu Yaşar Ələsərov çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.
Xocalı soyqırımından 32 il ötür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib.
Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. Səkkiz ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın ozamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır.
Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı.
1994-cü ildə ozamankı Prezident Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 Fevral - Xocalı Soyqırımı Günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.
Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə “Ana harayı” adlı abidə ucaldılıb.
Bildirək ki, Heydər Əliyev Fondu Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə soyqırımı ilə bağlı xüsusi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər, anım mərasimləri keçirilir.
Fondun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyasının səmərəsi isə ildən-ilə artır.
Azərbaycan Xocalı soyqırımının 31-ci ildönümünü artıq başını dik tutaraq yad edir.
2020-ci ilin sentyabrın 27-də başlanan və noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın edərək zəfərə nail olub.
Bununla da Xocalı soyqırımının qisası döyüş meydanında alınıb.
Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı.
Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi.
Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilib, 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə geniş vüsət alıb. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınıb və faciəyə beynəlxalq siyasi qiymət verilib.
Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar.
Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq.
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində rayon ərazisində silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Çuxanlı və Yekəxana kəndlərində yerləşən ümumilikdə 3 mağazadan eyni gündə oğurluq edilməsi barədə şöbəyə məlumat daxil olub.
Araşdırma zamanı tanışların oğurluq məqsədilə paytaxtdan Qobustana gəldikləri və məqsədlərinə çatdıqdan sonra Bakıya qayıdaraq əldə etdiklərini öz aralarında böldükləri müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
“Qızım 17 yaşının içindədir, oğlanın isə 35 yaşı var. Mən Bakıda olanda qızın şəkilini görüblər. Sonra bizə gəldilər. Bir-birlərini görüb istəyiblər”.
Bu sözləri Beyləqanda 16 yaşında nişanlanan qızın anası Aysel Ağayeva deyib.
Qızın atası Məzahir Ağayev isə bildirib ki, hazırda qızını evləndirmək fikri yoxdur:
“Bu dəqiqə qızımı köçürtmürəm. Oğlan qızı bəyənib, qız da oğlanı. Nişan mərasimi olmayıb, “hə” olub. Dövlətimizin qanununa əsasən, qızımın 18 yaşında xeyir işi olacaq”.
Qeyd edək ki, məsələ ilə bağlı müvafiq qurumlar hərəkətə keçiblər.
Ətraflı Baku TV-nin süjetində:
Suraxanıda əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 4, avtomobillərdən oğurluq edən 1 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən ötən gün keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Ruslan İslamov, Şəmsi Məcidov, əvvəllər məhkum olunmuş Elşən Ələkbərov və daha bir qadın saxlanılıblar. Onlardan 3 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar olunub. Araşdırma zamanı R.İslamovun narkotik tərkibli çətənə kollarının kultivasiyası ilə məşğul olduğu da müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bundan başqa, ötən gün Suraxanı rayon sakini olan daha bir nəfər “Kalaşnikov” avtomatı, 15 patron və 1 ədəd patron darağını könüllü olaraq polis əməkdaşlarına təhvil verib.
İşğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması barədə fevralın 21-də Xocalı Rayon Prokurorluğuna məlumat daxil olub məlumat daxil olub.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş Prokurorluğunun peşəkar əməkdaşları hadisə yerinə ezam olunmaqla, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində ərazidə aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfər (onlardan 1 nəfərin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) şəxsə məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib.
Hazırda hadisə yerinin tam müayinə edilməsi istiqamətində işlər davam etdirilir.
Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
Axtarış işləri tam yekunlaşdıqdan və müvafiq ekspertiza nəticələri müəyyən olunduqdan sonra ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.
***
Xocalı rayonu ərazisində kütləvi məzarlıq aşkar edilib.
APA xəbər verir ki, məzarlıq təmir-tikinti işləri zamanı aşkarlanıb.
Tapılan skelet qalıqlarının əsasən əlləri və ayaqları bağlı uşaq və qadınlara aid olduğu bildirilir.
Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında tərkibində narkotik və ya psixotrop maddələr olan dərman vasitələrinin dövriyyəsinin məhdudlaşdırılmasının pozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər dörd yüz əlli manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə ediləcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan Məcəlləyə əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında tərkibində narkotik və ya psixotrop maddələr olan dərman vasitələrinin dövriyyəsinin məhdudlaşdırılmasının pozulmasına görə fiziki şəxslər əlli manatdan səksən manatadək miqdarda cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, on beş günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə edilir.
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa olunub.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Abşeron Rayon İcra Hakimiyyətinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin sahə rəisi Vəli Abbasovun qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb.
İstintaq zamanı Vəli Abbasovun qeyd edilən vəzifədə işləyərkən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək Abşeron Rayon İcra Hakimiyyəti və digər dövlət qurumlarının vəzifəli şəxslərinin qərarına qanunsuz təsir etmək imkanında olmasını bildirməklə Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi üçün vətəndaşdan 6 min manat pul vəsaiti almasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Vəli Abbasova Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.