Suraxanıda əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 4, avtomobillərdən oğurluq edən 1 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən ötən gün keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Ruslan İslamov, Şəmsi Məcidov, əvvəllər məhkum olunmuş Elşən Ələkbərov və daha bir qadın saxlanılıblar. Onlardan 3 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar olunub. Araşdırma zamanı R.İslamovun narkotik tərkibli çətənə kollarının kultivasiyası ilə məşğul olduğu da müəyyən edilib.

Suraxanı RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən daha bir tədbir zamanı müxtəlif vaxtlarda 7 avtomobildən oğurluq edən 1996-cı il təvəllüdlü Elməddin Rəhimov da saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Bundan başqa, ötən gün Suraxanı rayon sakini olan daha bir nəfər “Kalaşnikov” avtomatı, 15 patron və 1 ədəd patron darağını könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

İşğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması barədə fevralın 21-də Xocalı Rayon Prokurorluğuna məlumat daxil olub məlumat daxil olub.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluğunun peşəkar əməkdaşları hadisə yerinə ezam olunmaqla, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində ərazidə aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfər (onlardan 1 nəfərin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) şəxsə məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib.

Hazırda hadisə yerinin tam müayinə edilməsi istiqamətində işlər davam etdirilir.

Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.

Axtarış işləri tam yekunlaşdıqdan və müvafiq ekspertiza nəticələri müəyyən olunduqdan sonra ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

***
Xocalı rayonu ərazisində kütləvi məzarlıq aşkar edilib.

APA xəbər verir ki, məzarlıq təmir-tikinti işləri zamanı aşkarlanıb.

Tapılan skelet qalıqlarının əsasən əlləri və ayaqları bağlı uşaq və qadınlara aid olduğu bildirilir.



Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında tərkibində narkotik və ya psixotrop maddələr olan dərman vasitələrinin dövriyyəsinin məhdudlaşdırılmasının pozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər dörd yüz əlli manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə ediləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan Məcəlləyə əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında tərkibində narkotik və ya psixotrop maddələr olan dərman vasitələrinin dövriyyəsinin məhdudlaşdırılmasının pozulmasına görə fiziki şəxslər əlli manatdan səksən manatadək miqdarda cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, on beş günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə edilir.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Abşeron Rayon İcra Hakimiyyətinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin sahə rəisi Vəli Abbasovun qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb.

İstintaq zamanı Vəli Abbasovun qeyd edilən vəzifədə işləyərkən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək Abşeron Rayon İcra Hakimiyyəti və digər dövlət qurumlarının vəzifəli şəxslərinin qərarına qanunsuz təsir etmək imkanında olmasını bildirməklə Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi üçün vətəndaşdan 6 min manat pul vəsaiti almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Vəli Abbasova Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Fevralın 23-ü saat 05:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iki ölkənin şərti sərhədində vəziyyətin gərginləşdirilməməsi və sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülməyib.

Ermənistanın hərbi rəhbərliyini şərti sərhəddə son beş ayda hökm sürən sabitliyin pozulması və vəziyyətin yenidən nəzarətdən çıxmasına yönəlmiş bu kimi təxribatlara yol verməməyə çağırır, bu əməlləri törədənlərin isə müəyyən edilərək cəzalandırılmasını tələb edirik.

Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev və onunla birgə məhkum edilən şəxslərin kassasiya şikayətlərinə baxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçirilən iclasda apellyasiya instansiyasının qərarı dəyişdirilib.

Qərara əsasən, İsmayıl Vəliyevin cəzası 6 il 2 aya, Vurğun Əkbərovunku 6 ilə, Əjdər Kərimovun cəzası 5 il 10 aya, Vüqar Nağıyevinki isə 5 il 8 aya, Telman Zahidov və Anar Cəfərovun cəzaları 5 il 6 aya, Gültəkin Sadıqovanın cəzası isə 4 il 6 aya endirilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs ediliblər.

Şirvan Apellyasiya Məhkəməsinin yekun qərarı ilə İsmayıl Vəliyev 9 il 6 ay, Əjdər Kərimov və digərləri 8 il, Gültəkin Sadıqova 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Bakıda həbsdə saxlanılan livanlı erməni terrorçu Vigen Euljekjyanın həyat yoldaşı Linda Euljekyanan ötən ay əri ilə danışıb.

O bu barədə “Hraparak”a açıqlamasında deyib.

“Keçən ay Vigenlə görüntülü danışdıq, o, daha yaxşı görünürdü. Mənə dedilər ki, Vigen eyni həbsxanadadır, lakin daha uyğun otağa köçürülüb”.

Linda ərinin vəziyyətinin ötən dəfəkindən yaxşı olduğunu, hətta bir qədər kökəldiyini qeyd edib.

Arvadı Vigen Euljekjyanın ondan paltar istədiyini bildirib.

“O, bir müddət öncə 31 erməni hərbçi ilə birgə Ermənistana qayıdacağını biləndə paltarlarını başqa məhbuslara paylamışdı. Təəssüf ki, azadlığa buraxılmadı. Məndən yeni paltarlar, sevimli yeməklərindən bəzilərini və şəkillərimizi istədi”, - qadın deyib.

Qızıl Xaç Cəmiyyətinin əməkdaşları Vigenin həyat yoldaşına hazırda onun səhhətində problem olmadığını bildiriblər.

Linda Euljekjyan ayın sonunda ərinin telefon zəngini gözləyir.

“Hraparak” yazıb ki, Livan hökuməti də Vigen Euljekjyana kömək etmək qərarına gəlib. Vigenin həyat yoldaşı ilə Livan parlamentinin erməni deputatı Paula Yakubean əlaqə saxlayıb və terrorçu haqqında məlumatı ölkənin baş nazirinə təqdim edib.

Qeyd edək ki, Livan ermənisi Vigen Euljekyan 2020-ci ildə imzalanmış 10 noyabr tarixli bəyanatdan sonra Şuşada saxlanılmışdı.

O, Azərbaycan ərazisinə qanunsuz daxil olmuş və ölkəmizin qanunvericiliyini pozan digər hərəkətlərə yol vermişdi. Vigen Euljekyan Azərbaycana qarşı müharibədə Ermənistan tərəfindən iştirak etmişdi.

Vigen Euljekyan 20 il müddətinə azadlıqdan məhrum edilib.

© Modern.az

Naxçıvanda qadının kişini döydüyünü əks etdirən görüntülər yayılıb.

Polis əməkdaşı hadisəyə müdaxilə edərək onları ayırıb.

Məlumata görə, insident kişinin qadına sataşmasından sonra yaşanıb.

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə fevralın 21-də baş verib:

"Naxçıvan şəhər Heydər Əliyev prospektində Orxan (ad şərtidir) və Gülmira(ad şərtidir) arasında şəxsi münaqişəsi zəmnində mübahisə baş verib. 

Naxçıvan MR DİN Mətbuat Xidmətindən verilən məlumata görə faktla bağlı Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır. Məsələyə hüquqi qiymət veriləcək".

Bakıda ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədov Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

O, 20 gün müddətində burada stasionar qaydada saxlanılacaq və müddətin psixi vəziyyəti ilə bağlı ekspertiza rəyi veriləcək.

Xəzər TV xəbər verir ki, mövzu ilə bağlı danışan tanınmış psixiatr, ümumi və məhkəmə psixiatriyası üzrə beynəlxalq eskpert Nadir İsmayılov deyir ki, tibb müəssisəsində təyin edilmiş ekspertiza Əhməd Əhmədovun psixi xəstə olub-olmamasını müəyyənləşdirəcək.

Onun sözlərinə görə, ekspertiza şübhəli ilə söhbət əsnasında cinayəti anlaqlı və ya anlaqsız vəziyyətdə törətməsini öyrənəcək.

Psixiatr onu da vurğuladı ki, xəstə olub ekspertizaya cəlb edilən adamların sadəcə 10-15%-i anlaqsız hesab olunaraq xəstənaya müalicə üçün göndərilir. Qalanları anlaqlı sayılır və öz cəzalarını çəkir.

Əhməd Əhmədovun cinayəti anlaqlı vəziyyətdə törətdiyi müəyyən olunarsa, o, həbs olunacaq. Əgər onun cinayəti anlaqsız vəziyyətdə törətdiyi aşkarlanarsa, ciddi şöbədə məcburi müalicəyə göndəriləcək.

Jurnalist Valeh Dadaşov fitnes məşqçisi Kamil Zeynallının Rusiyada hava limanında saxlanılması ilə bağlı yeni bir iddia irəli sürüb.

Jurnalist Rusiya polisinin bu cür hərəkəti rüşvət üçün etmiş ola biləcəyi versiyasını səsləndirib. O, Rusiyada tez-tez azərbaycanlıların bu cür yalançı ittihamlarla saxanıldığını yazıb:

"Kamil Zeynallını Ermənistan niyə beynəlxalq axtarışa versin ki?! O, Ermənistanda cinayət törədib? Burada mütləq başqa səbəb var.

Ümumiyyətlə, II Qarabağ müharibəsindən sonra Rusiyada polis azərbaycanlıları saxlayıb sənədlərini yoxlayan zaman hər hansı çatışmazlıq olmasa belə bölməyə aparmaq üçün Ermənistanın həmin şəxsi beynəlxaq axtarışa verdiyini bəhənə edir. Məqsəd isə əksər hallarda rüşvət almaq olur.

Bölməyə aparılan şəxs saxlama kamerasına salınsa da ondan əşyaları və mobil telefonu alınmır. Buna görə də, Kamil Zeynallı saxlama kamerasından video çəkə, sosial şəbəkələrdəki hesabında yayımlaya bilib. Saxlama kameraları 4-6 nəfərlik olur. Orada uzanmaq və əyləşmək üçün yerlər də var. Saxlanılan şəxs barədə 2 saat ərzində hər hansı tədbir görülməlidir. Bir çox hallarda isə bu qanun tez-tez pozulur".

V.Dadadşov özünün də ötən il eyni ittihamla saxlanıdlığını deyib:

"Ötən il noyabrın 12-də Moskvada metrosunun "Lyublino" stansiyasında polis əməkdaşları məni saxlayaraq sənədlərimi yoxladı və bildirdi ki, Ermənistan tərəfdən beynəlxalq axtarışa verildiyim üçün onlarla bölməyə getməliyəm. Etiraz etmədim, etsəydim, polisin qanuni əmrinə tabe olmamaq, polisə müqavimət göstərmək suçları ilə dərhal qandallayıb aparacaqlar.
Bölməyə çatdıq və müvəqqəti saxlama kamerasında 2 saat saxlanıldıqdan sonra (bu müddət ərzində 4-5 polis əməkdaşı, hər 10-15 dəqiqədən bir saxlama kamerasına girərək deyir: - “sənin işin çox ağırdır, ola bilsin səni Ermənistana təhvil vercəklər”.) polis məndən 40 000 rubl (680 manat) istədi. Əks təqdirdə məni Ermənistana təhvil verəcəklərini bildirdi. Mən isə bütün bunları polisin rüşvət almaq üçün etdiyini bilirdim və çox rahat idim. Çünki məndən əvvəl də, bir neçə azərbaycanlı bu minvalla saxlanılıb, sonradan buraxılmışdı. Elə məni də, 2 saatdan sonra buraxdılar".

Xəbər lenti