![]() |
|
"Ameriabank"ın alıcısını Gürcüstan vasitəsilə Ermənistanın maliyyə bazarına daxil olmağa çalışan Türkiyə-Azərbaycan kapitalının dəstəklədiyi istisna deyil.
Bu sözləri "Alternativ" Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı alim Tatul Manaseryan Ruben Vardanyanın bankının Gürcüstan bankı tərəfindən alınması haqda danışarkən deyib.
O, Bakıda həbsdə olan separatçı, erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanın təşəbbüsü ilə uzun illər əvvəl edilən sövdələşmə cəhdini xatırladıb:
"Vardanyan qurduğu "Troyka Dialoq" təşkilatının köməyi ilə Bakıdakı neft quyularından birini əldə etməyə çalışırdı. Biz ermənilərdən fərqli olaraq, azərbaycanlılar bunun arxasında kimin dayandığını, hansı kapital olduğunu və bu kapitalın Azərbaycana nə üçün girməyə çalışdığını anlamağa çalışırlar. Nəticədə azərbaycanlılar bu sövdələşməni qadağan etdilər və anlaşmanı pozdular".
O bildirib ki, Ruben Bardanyanın bankının o vaxtdan nəzarətdə olduğunu istisna etmir:
"Yəni bizdə başqa bank yoxdur? 20-dən çox bank var, qoy istənilən başqa bankı alsınlar, halbuki onları daha ucuz ala bilərlər. Niyə məhz bu bank?"
Manaseryanın sözlərinə görə, Ermənistanın bank sistemində banklara bank sirrini saxlamağa imkan verən müxtəlif ödəniş və məlumat ötürmə sistemləri mövcuddur:
"Unutmayın ki, bank sirri dövlət sirrinin bir hissəsidir. Bu vəziyyətdə bu cür "xoş gəldin!" çox ağır nəticələr verə bilər. Hər şey dəyişir, dünya nizamı dəyişir, amma türk heç vaxt dəyişməyəcək. Onun arzuları və məqsədləri çox dəyişmir".
O, Ruben Vardanyanın azadlığa buraxılması üçün "Ameriabank" sövdələşməsinin fidyə ola biləcəyi ilə bağlı ehtimalı sadəlövhlük adlandırıb və belə bir varianta inanmadığını bildirib.
Qeyd edək ki, "Bank of Georgia Group" "Ameriabank"ın əsas səhmlərini almaq niyyətini açıqlayıb. Bankın hazırkı səhmdarları arasında 10% pay Avropa Yenidənqurma və İnkişaf Bankında qalacaq. İlkin məlumatlara görə, "Ameriabank"ın satışı üzrə əməliyyatın məbləği 303,6 milyon dollar təşkil edir.
Əməliyyat həmçinin tərəflərin səhmdarlarının ümumi yığıncaqları və tənzimləyici orqanlar, o cümlədən Ermənistan Mərkəzi Bankı tərəfindən təsdiqlənməlidir. Manaseryan əminliklə bildirib ki, Ermənistan Mərkəzi Bankı bu əməliyyatı təsdiqləyəcək.
"Ameriabank"ın səhmdarları sırasında 48,82 faizlə "Imast Group" şirkəti (Ruben Vardanyanın təsis etdiyi keçmiş "Ameria Group"), 17,71 faizlə Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı (13,91%), eləcə də 12,05 faizlə ESPS Group (buraya bir sıra Ameria Group menecerləri daxildir) var.
© Axar.az
Aparıcı, prodüser Tarix Əliyev (Tolik) fitnes məşqçi Kamil Zeynallının gecə saatlarında Moskvanın “Domodevo” hava limanından Bakıya gələrkən hüquq mühafizə orqanları tərəfindən saxlanılması hadisəsinə münasibət bildirib.
Onun sözlərinə görə Kamilin adı beynəlxalq axtarış siyahısında yoxdur:
Kamili axtarışa Ermənistan Hərbi Prokurorluğu verib. Amma nə əsasla? Kamil onların vətəndaşları kimi adam öldürməyib”.
© Yenisabah
Fevralın 26-dan etibarən Bakıda və Abşeron yarımadasında hava şəraiti yenidən kəskin dəyişəcək.
Fevralın 26-da paytaxtda 2 dərəcə şaxta olacaq.
Fevralın 28-də gecə də havanın temperaturu -1 dərəcə təşkil edəcək.
Azərbaycanlı tanınmış fitnes məşqçisi Kamil Zeynallı Moskvada saxlanılıb. Bu barədə o, özü instaqram sosial hesabında videogörüntü yayıb.
Videogörüntüdə K.Zeynallı Moskvanın Domodedovo hava limanında Bakıya qayıdarkən polis tərəfindən saxlanıldığını və şöbəyə aparıldığını söyləyib.
K.Zeynallı bildirib ki, polislər ona Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini, sabah məhkəməyə çıxarılacağını söyləyib.
K. Zeynallı onu da bildirib ki, polislər ona Ermənistana təhvil verilə biləcəyini də söyləyib.
Bakıda buğa avtomobillərlə "yarış"a çıxıb.
Yolda hərəkət edən buğa bu gün Heydər Əliyev prospektində maraqlı görüntülərə səbəb olub.
Həmin görüntülər itəqdim edirik:
Füzuli rayon İcra hakimiyyətinin başçısı Alı Alıyevə ağır itki üz verib.
Başçının qardaşı Vidadı Alıyev dünyasını dəyişib.
Qeyd edək ki, A.Alıyev 2011-ci ildən Füzuli rayon İcra hakimiyyətinin başçısıdır.
Fotoda Alı Alıyev
Ötən gün Xəzər dənizində bir neçə saat fasilə ilə 3 dəfə zəlzələ qeydə alınıb. Belə ki, ilk zəlzələ təkanı Xəzər dənizində yerli vaxtla saat 12.30-da 3,4 maqnitudalı, ikinci təkan yerli vaxtla saat 16:46-da Xəzər dənizində 3.1 maqnitudalı, sonuncu və üçüncü təkan isə yerli vaxtla saat 18:49-da Xəzər dənizində 3.5 maqnitudalı zəlzələ formasında qeydə alınıb.
Hazırda seysmoloji vəziyyəti necə dəyərləndirmək olar? Yaxın zamanda zəlzələ gözlənilirmi? Ümumilikdə yaxın zamanlarda Azərbaycanda güclü zəlzələnin olma ehtimalı var?
Bu sualları AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, dosent Qulam Babayev Referans.az-a açıqlamasında cavablandırıb.
"Ümumiyyətlə, 2024-cü ildə Azərbaycanda hiss olunan zəlzələlərdən qaçmaq mümkün olmayacaq. Bu il nəinki Azərbaycanda, elə dünyada da tektonik və seysmik aktivlik yüksək səviyyəyə qalxacaq. Digər müsahibələrimdə də qeyd etmişdim ki, Azərbaycanda belə seysmik aktivlik 2023-cü ildən etibarən davam edəcək. Zəlzələnin zamanını, gücünü, yerini və dərinliyini dəqiqliklə demək mümkün deyil. Demək olmaz ki, hansısa bir tarixdə mütləq şəkildə güclü zəlzələ olacaq. Bunu demək mümkün deyil. Amma biz seysmoloq, müəyyən yanaşmalara, metodlara yiyələnmiş mütəxəssis kimi ehtimal olunan seysmik qiymətləndirilməni rəhbər tutaraq qeyd edə bilərəm ki, 2024-cü ildə hiss olunan zəlzələlər Azərbaycanda olacaq".
Mütəxəssis bildirib ki, baş verəcək hiss olunan zəlzələlər müxtəlif maqnitudalı olacaq. Bu zəlzələlər ən azı 4, 5, 5.5 maqnitudalı zəlzələlərin hiss olunacağı gözlənilir.
"Zəlzələlər baş verməsi baxımından bir neçə kateqoriyalara bölünür: hiss olunan, hiss olunmayan, güclü, dağıdıcı və katostrofik. Hiss olunmayan zəlzələlər hər gün baş verir, bunu sadəcə cihazlar hiss edə bilir. Azərbaycanda daha çox hiss olunan zəlzələlər baş verir. Lakin güclü, dağıdıcı və katostrofik zəlzələlərin baş verəcəyini demək çətindir. Ötən ilin fevral ayında Türkiyədə baş verən zəlzələ dağıdıcı zəlzələ idi. Lakin Azərbaycanda dağıdıcı zəlzələ olması ehtimalı çox azdır. Çünki piltələrin hərəkət aktivliyi digər bölgələrlə müqayisədə zəifdir. Dgər bölgələr dedikdə Sakit okean, Filippin, İndoneziya, Türkiyə, İtaliya və s. kimi ölkələri nəzərdə tuturam. Azərbaycanda piltələrin hərəkət sürəti bu ölkələrə nisbətdə zəifdir".
Gürcüstanın Bank of Georgia (BOGG) bankı, sahiblərindən biri Ruben Vardanyan olan Ermənistanın "Ameriabank"ın səhmlərinin 100%-ni almaq niyyətində olduğunu açıqlayıb.
Gürcüstan bankı "Ameriabank"ın 90%-ni alacaq, qalan 10%-i səhmdarların opsion müqaviləsinə uyğun olaraq Avropa Yenidənqurma və İnkişaf Bankında (AYİB) saxlanacaq.
Bu barədə BOGG saytında bildirilir.
Məlumatda bildirilir ki, satışın əməliyyat məbləği təqribən 303,6 milyon ABŞ dolları təşkil edəcək.
Ən son açıq məlumatlara görə, "Ameriabank"ın əsas səhmdarları arasında 2023-cü ildə həbs edilərək Bakıya gətirilən separatçı Ruben Vardanyan da var. Ona məxsus "Imast Group" (CY) Limited şirkəti bankda 48,8% səhmə malikdir.
Mesrop Arakelyan öz feysbuk səhifəsində yazıb ki, Vardanyanın bankla heç bir əlaqəsi yoxdur.
"Ruben Vardanyanın 48,8% payı "İmast Group" şirkətinə verilib. Heç bir səhmdarın təkbaşına belə məsələlərlə bağlı qərar qəbul etmək səlahiyyəti yoxdur", - Arakelyan qeyd edib.
Xəbər verdiyimiz kimi, Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Rauf Yəhyayev bir neçə şəxs tərəfindən döyülüb.
“Hadisə ilə bağlı R. Yəhyayev İctimai Televiziyaya danışıb.
O bildirib ki, ona zor tətbiq edən həmin şəxslər rayonun Veyisli kəndində qeydiyyatda olsalar da, Gəncə şəhərində yaşayırlar.
Daha ətraflı videoda:
Ermənilər Ağdamda turboreaktiv raket basdırıblar.
Belə ki, raketin yanına 120 millimetrlik minaatan mərmiləri düzülüb.
Ətraflı “AzTV Xəbər”in süjetində: