Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb olunub

Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin birgə məlumatında qeyd olunub.

Belə ki, Baş Prokurorluq tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarının təmin olunması və etibarlı müdafiəsi, tibbi xidmətlərin göstərilməsi zamanı yol verilən qanunsuzluqların aşkar olunaraq qarşısının alınması, o cümlədən hüquqpozmalara yol verən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində mütəmadi olaraq Səhiyyə Nazirliyi ilə birgə kompleks tədbirlər həyata keçirilir.

Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” PHŞ-nin baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb.

Diqqətə çatdırılıb ki, istintaq zamanı Elşən Mustafayevin 2023-cü ilin aprel ayında qeyd edilən vəzifəyə təyin edildikdən sonra müavini Zamin Əliyev ilə qabaqcadan əlbir olub əsas fəaliyyət istiqaməti narkotik vasitələr və spirtli içkilərin qəbulundan əziyyət çəkən şəxslərin müayinə və müalicəsini aparmaqdan ibarət olan həmin Mərkəzə pasiyentlərin qəbul edilərək aidiyyəti şöbələrə yerləşdirilməsi, müayinələrin aparılması və digər məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına və əvvəlcədən əldə edilmiş razılığa uyğun şəkildə aralarında bölüşdürülmələrinə əsaslı şübhələr müəyyən edilib.

"Həmin şəxslərin qanunazidd əməlləri əməliyyat-texniki tədbirlərlə təsbit edilərək onlar cinayət başında yaxalanıb və aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənədlər və digər maddi sübutlar götürülüb. Toplanmış ilkin sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyev şübhəli şəxs qismində tutularaq onlara Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilib və barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib" birgə məlumatda vurğulanıb.

Məlumatda o da bildirilib ki, hazırda cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir, nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək.

Laçında xidməti mövqelər arasında əlverişsiz hava şəraitində istiqaməti itirərək azan və Ermənistan hərbçiləri tərəfindən saxlanılan Azərbaycan hərbçisi Ruslan Pənahova qarşı uydurma ittihamlarla cinayət işi başlanılıb.

Bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Bildirilir ki, R. Pənahov barəsində diversiyaya cəhd, qanunsuz silah-sursat saxlama, irqi və dini dözümsüzlük zəminində adam öldürməyə cəhd maddələri ilə cinayət işi açılıb.

Ermənistan İstintaq Komitəsi azərbaycanlı hərbçinin müstəntiqin qərarı ilə həbs edildiyini də açıqlayıb.

Ərinin sevgilisi tərəfindən şiddətə məruz qalan həkim Aynur Əsədova hadisə ilə bağlı açıqlama verib.

Metbuat.az-ın məlumatına görə, A. Əsədli bildirib ki, o həyat yoldaşını onun iş yerində sevgilisi ilə birlikdə tutub:

"Mən ərimin iş yerinə təsadüfən gedib (evin düz yanındadır), onu o qadınla intim vəziyyətdə gördüm. Qadın 1978 təvəllüdlü, Quba rayon sakinidir. Bu qadından yoldaşım canını qurtara bilmir. Ona yoldaşım elə bizim məhəlləyə, evə yaxın ev tutub. Yazışma tutmuşdum.

İş yerində yoldaşımla birlikdə tutdum, qadını söydüm, yoldaşıma da dedim seç, ya o əxlaqsız, ya mən. Bu zaman qadın yumruqla üstümə gəldi. Mən belə şey görməmişəm. Mən qışqıranda isə, ərim mənim ağzımı, başımı tutdu, qadın isə məni vurdu.

Xəbər saytlarına mən verməmişəm. DİN-in mətbuat xidmətindən olub, çox təəssüf. Ailəmdə həll edə biləcəyim bir məsələni ölkə müzakirəyə qoyub".

“Nikosayağı”nın növbəti məhkəməsi başlayıb - FOTO

“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilir.

Proses Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə baş tutur.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına (TIR) çırpılıb.

Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ qolu dirsəkdən amputasiya edilib.

 

 

 

 

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan Ordusunun hərbçisinin saxlanılması barədə məlumatı təsdiqləyib.

APA xəbər verir ki, MTX-dan verilən məlumata görə, fevralın 28-də saat 05:15 radələrində Azərbaycan-Ermənistan şərti sərhədinin Syünik vilayətinin Teğ icması istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi təmas xəttini keçib.

Azərbaycan hərbçisinin Ermənistan ordusunun əsgərləri tərəfindən saxlanıldığı bildirilir.

Hadisə ilə bağlı cinayət işinin başlandığı qeyd olunur.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

“Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hərbi qulluqçunun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Bu gün ermənilər tərəfindən Azərbaycanın Sumqayıt şəhərində təxribat törədilməsinin 36-cı ili tamam olur.
 
SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) erməni millətçiləri ilə birgə Azərbaycana qarşı həyata keçirdiyi Sumqayıt hadisələrinin təşkilatçılarından birinin erməni Eduard Qriqoryan olduğu hamıya məlumdur.
 
Himayədarlarının köməkliyi ilə cəzadan yayına bilən Qriqoryanın illər öncə Moskva vilayətinin Sergiyev Posad şəhərində yaşadığı məlum olub.
 
"AzTV Xəbər” mövzu ilə bağlı reportaj hazırlayıb. Reportajda erməni təxribatçılarının mənfur planlarının alt-üst edilməsindən bəhs olunub. 
 
Ətraflı süjetdə:

“Tərtər işi” üzrə məhkum edilərək sonradan bəraət alan hərbçilərdən daha birinə təzminat ödəniləcək.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu dəfə bəraət almış əsgər İbrahimli Turan Marif oğlunun iddiasına baxılıb.

Nəsimi Rayon Məhkəməsi T.İbrahimliyə həbsdə keçirdiyi 5 ilin mənəvi ziyanına görə 99 min manat təzminat ödənilməsinə qərar verib.

İş üzrə cavabdeh Maliyyə Nazirliyidir. Vəsait nazirlikdən tutularaq iddiaçıya ödənilməlidir.

Qeyd edək ki, 2021-ci ildə “Tərtər işi”nin istintaqı təzələnib. Bundan sonra Baş prokurorun təqdimatı ilə dövlətə xəyanət və digər ittihamlarla məhkum edilən 19 nəfərin işi yenidən araşdırılıb. Yeni məhkəmə baxışı nəticəsində bir neçə hərbçiyə bəraət verilib.

Bəraət alanlardan biri 9 il azadlıqdan məhrum edilmiş Turan İbrahimli olub.

Tanınmış həkim-onkoloq İbrahim Əsədlinin öz həyat yoldaşı Aynur Əsədlini döydüyü bildirilir.

“Unikal” yazır ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən “Loğmed” klinikasının qarşısında baş verib.

Qeyd edilir ki, İbrahim Əsədli qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadınla birlikdə və həyat yoldaşı Aynur Əsədli arasında mübahisə yaşanıb. "Daha sonra İ.Əsədli A.Əsədliyə qarşı şiddət göstərib.

Hadisədən sonra Aynur Əsədli Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə ərizə ilə müraciət edib. Artıq iş üzrə ekspertiza təyin olunub", - sayt yazır.

Qeyd edək ki, A.Əsədli də həkimdir və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışır.

Faktla bağlı araşdırma aparılır.

Xocalı soyqırımı Azərbaycan insanının yaddaşında həm də Milli Qəhrəman Çingiz Mustafayevin çəkdiyi kadrlarla qalıb.

Azərbaycan münaqişə müddətində və sonrakı dövrdə bu kadrlardan beynəlxalq ictimaiyyətin məlumatlandırılması üçün istifadə edə bilib. Lakin Çingizin soyqırımı qeydə aldığı kamerası ilə bağlı bu günə qədər deyilməyən həqiqətlər də var…

Metbuat.az Globalinfo.az-a istinadən xəbər verir ki, Birinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik Azay Kərimov Çingiz Mustafayevlə ilk dəfə döyüşlərdə qarşılaşdığını deyib:

“Biz ilk dəfə 1991-ci ildə tanış olmuşuq. O zaman Kərkicahanda vəziyyət çox ağır idi. Ermənilər həmin kəndi nəzarətə götürmək istəyirdilər. Onda Çingiz Mustafayev, Vaqif Mustafayev və Mirşahin Ağayev bizim olduğumuz yerə gəldilər. Mirşahin Ağayev və Vaqif Mustafayev əllərinə avtomat götürdülər, amma Çingiz kamera ilə çəkilişə başladı. İlk dəfə o zaman tanış olduq. Daha sonra onlar Şuşada N saylı xüsusi təyinatlı hərbi hissəyə gəldilər. Bizimlə birlikdə zabit kazarmasında qalırdılar. Hələ o zaman həmin şəxslər Rusiya telekanallarında çalışırdılar. Qarabağda baş verənləri lentə alıb Moskvaya göndərirdilər. Onların bir ayağı Şuşada idi”.

Polkovnik Milli Qəhrəmanın həlak olduğu yerdə əşyaları və pulunun oğurlandığını bildirib:

“Biz Çingiz Mustafayevlə Daşaltı uğrunda əməliyyatlarda birlikdə iştirak etmişik. Döyüşlərin bir çoxunda bizimlə olub, işıqlandırıb. Çox cəsarətli, nikbin biri idi. Bir neçə dəfə Ağdamda rastlaşmışdıq. Xocalı rayonunun Naxçıvanlı kəndi uğrunda çox mübarizə apardıq. Oranı bir neçə dəfə nəzarətə götürdük, ancaq əlimizdə saxlamaq çox çətin idi. Ümumiyyətlə, döyüşlər zamanı onun həlak olduğu yerdə kamerası, tapançası, pulu oğurlanmışdı. Sonradan Vaqif Mustafayev onun vəfatının 7-ci gününə kimi bütün rayonları axtararaq itən əşyalarını tapdı”.

Xəbər lenti