|
Ermənistan parlamentinin müxalifət “Ermənistan” blokunun bir qrup deputatı Xankəndidə səfərdədir.
“Hraparak” xəbər verir ki, müxalifəti təmsil edən Aqnesa Xamoyan, Aram Vardevanyan, Aqvan Vardanyan, Anna Qriqoryan, Artur Sarkisyan rus sülhməramlılarının nəzarəti altında olan Azərbaycan torpaqlarına səfər edərkən Zabux və Laçında köçürülən ermənilərlə görüşləri planlaşdırsa da, onlar Zabuxun icma rəhbəri ilə görüşü olub. Erməni deputatlar bu gün Xankəndidə görüşləri nəzərdə tutulub.
Lakin deputatlar səfərin təfərrüatlarını açıqlamamağa çalışır, ola bilsin ki, maneələrin yaranacağından qorxurlar.
Bu mövqe onların yaranmış vəziyyətlə hesablaşması deməkdir.
Səfərdən anlaşılır ki, seprataçı-terrorçu Robert Köçəryanın lider olduğu “Ermənistan” bloku da yaranmış vəziyyət və Azərbaycanın gücü qarşısında boyun əyir. Belə olmasaydı, o zaman onlar haray-həşir salaraq gündəm yaratmağa çalışardılar.
Onu da qeyd edək ki, bir neçə gün öncə Serj Sarqsyanın lideri olduğu “Şərəfim mənim” blokunun deputatı Tiqran Abramyan da Xankəndidə olub.
Köçəryan tərəfdarlarının Xankəndinə bu səfəri manipulyasiya xarakteri daşıyır. Köçəryan, Sarqsyan tərəfdarları da yaxşı anlayırlar ki, Cənubi Qafqazda proseslər onların maraqlarına uyğun şəkildə deyil, tamamilə başqa səmtdə, Azərbaycanın yaratdığı geosiyasi reallığın diktə etdiyi şərtlərə uyğun formada gedir. Bundan əlavə avqustun əvvəlində “Qisas” əməliyyatı nəticəsində Azərbaycan ordusu Qarabağın qərb hissəsində ən strateji yüksəklikləri ələ keçirməklə mənəvi-psixoloji cəhətdən qarşı tərəfi basqı altına salıb. Yəni istənilən yanlış hərəkət orada yaşayan separatçı ermənilər üçün baha başa gələ bilər. Ona görə də revanşistlər Xankəndinə səfər etməklə həm real vəziyyətlə yerində tanış olmağa çalışır, həm də görüntü yaradıb, gələcəklərini sığortalamaq istəyirlər. Yaranmış duruma görə Paşinyan hakimiyyətini xəyanətkarlıqda ittiham etməklə məsuliyyəti öz üzərlərindən atmağa çalışırlar.
Çünki bilirlər ki, sabah ermənilər baş verənlərə, üzləşdikləri faciələrə görə, onlardan hesab soracaq. Ancaq onu da unudurlar ki, baş verənlərə görə gec-tez bu separatçı-terrorçu, revansişt köçəryanlar, sarqsyanlar, balasanyanlar, ohanyanlar və digərlərindən hesab sorulacaq. Bunu erməni xalqı etməsə də, Azərbaycan xalqı bu hesabı mütləq soracaq.
Geologiya və Geofizika İnstitutu bu gün Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsi yaxınlığında yerləşən Lökbatanda palçıq vulkanının püskürməsiilə bağlı məlumat yayıb.
İnstitutdan verilən xəbərə görə, bu, güclü püskürmədir. Gurultulu səslə başlamış vulkan püskürməsi zamanı alov müşahidə olunmayıb. Müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb. Məlumatda bildirilib ki, dünyanın ən intensiv püskürən palçıq vulkanlarından olan Lökbatan palçıq vulkanının qeydə alınan ilk püskürməsi 1829-cu ilə təsadüf edir. Bu tarixdən indiyədək vulkan 27 dəfə püskürüb, sonuncu püskürmə isə 2018-ci ildə baş verib.
***
Bakının Qaradağ rayonunda vulkan püskürüb.
"Hadisə Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.
Müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
Avqustun 10-da saat 14 radələrində Yevlax rayonun İrəvanlı qəsəbəsi ərazisində Tovuz rayon sakini Əmrah Mahmudov idarə etdiyi “VAZ-2106” markalı avtomobili qarşıda gedən Bərdə rayon sakini Q.Malımovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub.
DİN-dən verilən məlumata görə, nəticədə sürücü və sərnişini Y.Alıyev xəstəxanaya yerləşdirilib, Ə.Mahmudov orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Bakıda sürücü və polislər arasında insident baş verib.
Hadisə paytaxtın Ziya Bünyadov prospektində, körpünün altında qeydə alınıb.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.az-a açıqlamasında bildirib ki, hadisə avqustun 9-u saat 13:20 radələrində baş verib:
“Belə ki, “Toyota Corolla” markalı, 77-DV-297 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Lerik sakini, 1977-ci il təvəllüdlü Azad Rufullayev “20 Yanvar” istiqamətində hərəkətdə olarkən işıqforun qırmızı işığında hərəkəti davam etdirdiyi üçün “Velotrek” adlanan ərazinin qarşısında YPX əməkdaşları tərəfindən saxlanılması üçün işarə verilib.
Şəxs avtomobilini saxlayıb, daha sonra ona yaxınlaşıb, sənədlərini təqdim etməli olduğunu bildirən polis əməkdaşına tabe olmayıb, onu aldatmağa çalışıb. Bir anda qəfil hərəkətə başlamaqla yoluna davam edib. Təhlükəli manevr hərəkətləri isə əhalinin sıx olduğu “20 Yanvar” dairəsi ərazisində digər vətəndaşlar üçün ciddi təhlükə yaradıb.
YPX əməkdaşları şəxsi təqib etmədən, qarşıda xidmət aparan naryadlara məlumat verməklə Salamzadə körpüsünün altında süni tıxac yaradılmaqla saxlayıblar. Sürücü ərazi üzrə polis bölməsinə aparılıb, tabesizlik göstərən şəxs barəsində toplanmış material Nəsimi Rayon Məhkəməsinə təqdim edilib. Məhkəmə İXM-in 535-ci maddəsinə uyğun qərar qəbul edib.
Əlavə olaraq onu da qeyd edək ki, sürücünün sürücülük hüququ olmayıb”.
A.Əsgərli sosial şəbəkələrdə YPX əməkdaşlarının sürücü ilə o formada çəkişməyə girmək hüququnun olmaması ilə bağlı səsləndirilən iradlara da münasibət bildirib:
“Onu da qeyd edək ki, hadisədə iştirak edən YPX əməkdaşları barədə də xidməti araşdırma başladılıb, onların da hərəkətlərinə hüquqi qiymət veriləcək”.
"Avqustun 9-da saat 21 radələrində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində 99 -??- 777 dövlət qeydiyyat nişanlı “Porsche” markalı avtomobilin sürücüsü tərəfindən xuliqanlıq əməli ilə üzləşmişəm".
Bu iddia ilə Bakı şəhər sakini, 21 yaşlı Ü.Ç. müraciət edib.
O bildirib ki, həmin şəxs onu maşına mindirib aparmaq məqsədilə çantasını zorla əlindən alıb: “Mən Masazır dairəsindəki avtobus dayanacağında olarkən həmin şəxs yaxınlaşaraq avtomobilə minməyimi təklif etdi. Daha sonra çantamı alaraq avtomobilə qoydu və məni maşına minməyə vadar etməyə çalışaraq zorakılıq etdi. Ona bildirdim ki, nişanlıyam, problem yaratmasın. 40-42 yaşlı həmin şəxs daha sonra çantama vizitka ataraq geri qaytardı”.
Şikayətçi qadın hadisə barədə polisə müraciət etdiyini bildirib.
Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”ya bildirib ki, baş vermiş hadisə ilə bağlı Ü.Ç. tərəfindən müraciət daxil olub: “Məsələ hazırda Abşeron RPİ-nin əməkdaşları tərəfindən araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Laçını tərk edən ermənilər özləri ilə məzarlarını və bu ərazilərdə tikdikləri dini abidələrin də evakuasiyasına başlayıblar. Laçındakı kilsəsinə bitişik ərazidə tikdikləri “erməni soyqırımı” qurbanlarının xatirəsinə həsr olunmuş xaçkar da götürüblər.
“Bu barədə erməni mediası məlumat yayıb.
Mülki müdafiə planına əsasən, Laçın, Aqavno və Nerkin Susdan təkcə sakinlər deyil, həm də daşınması mümkün olan mədəniyyət abidələri təxliyə edilir.
Artıq boşaldılan bəzi abidələrin taleyinə aydınlıq gətirilib və onlar müvəqqəti olaraq digər kilsələrin həyətində yerləşdiriləcək.
Ermənilər Laçın ərazisində qədim alban kilsələrinə sonradan yerləşdirdiyi xaçları da sökürlər.
İyul ayının 27-də saat 20:40-da Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı 2 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından (İİR) Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra qaçaqmalçılar əllərindəki bağlamanı yerə ataraq havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə İİR istiqamətinə qaçıblar.
Həmin ərazidə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 1 ədəd bağlamada təxmini çəkisi 5025 qram narkotik vasitə “tiryək”ə bənzər maddə və 1 ədəd “PULSAR HELİON 2” markalı termal gecəgörmə cihazı aşkar olunaraq götürülmüşdür.
Avqust ayının 5-də saat 22:30-da Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, ərazi qapadılaraq sərhədboyu zolaq və nəzarətedici vasitələr yoxlanılaraq sərhəd axtarışına başlanılmışdır.
Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində saat 23:00 radələrində Astara rayonunun Qapıçıməhəllə kəndi ərzisində“Mercedes-Benz” markalı 10 UD 091 dövlət nömrə nişanlı avtomobilin mühəndis texniki çəpərinin yaxınlığında dayanması, avtomobildəki şəxslərdən birinin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə edərək kolluqda gizlədilmış 1 ədəd bağlamanı götürməsi sərhəd naryadının diqqətini cəlb etmişdir.
Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan naməlum şəxs ərazidən bağlamanı götürüb hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılmışdır.
Saxlanılan şəxsin əvvəllər məhkum olunmuş Ağdam rayon sakini 1968-ci il təvəllüdlü Mamedov İlqar Boran oğlu olduğu müəyyənləşdirilmiş, əlindəki bağlamaya baxış zamanı təxmini çəkisi 5780 qram psixotrop tərkibli “metamfetamin” həbləri və 695 qram “marixuana”ya bənzər narkotik maddə aşkar olunaraq götürülmüşdür. İlqar Mamedovun saxlanılmasını görən avtomobilin sürücüsü sərhəd naryadının qanuni tələblərinə tabesizlik göstərərək yüksək surətlə ərazidən uzaqlaşmışdır.
Hadisə yerindən qaçmış avtomobilin saxlanılması ilə bağlı aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə məlumat verilmiş, nəticədə Masallı rayonu ərazisində DİN BDYP əməkdaşları tərəfindən avtomobilin sürücüsü saxlanılmışdır. Onun 1980-ci il təvəllüdlü əvvəllər narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə görə məhkum olunmuş Xocavənd rayon sakini Aslanov Anar Yavər oğlu olması müəyyənləşdirilmişdir.
Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Yevlax şəhəri ərazisində beşmərtəbəli yataqxana binasında baş verən yanğın zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
TƏBİB-dən oxu.az-a verilən açıqlamada bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən Yevlax Rayon Mərkəzi Xəstəxanasına dörd nəfər yerləşdirilib.
Xəstəxanaya yerləşdirilən Yevlax Yanğından Mühafizə Hissəsinin (iki nəfər) və Yevlax Rayon Polis Şöbəsinin (iki nəfər) əməkdaşlarına ilkin tibbi yardım göstərildikdən sonra elə həmin gün də öz istəkləri ilə evə buraxılıblar.
Hazırda xəstəxanada yanğınla əlaqədar müalicə alan yoxdur.
Xatırladaq ki, yanğınla əlaqədar Yevlax Rayon Mərkəzi Xəstəxanasının üç təcili tibbi yardım briqadası əraziyə cəlb edilib.
Qeyd edək ki, yanğın zamanı 120 ailəyə ziyan dəyib və onlar evlərini tərk etmək məcburiyyətində qalıblar.
Ötən gün Yevlax şəhəri ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsinin yeni təfərrüatı məlum olub.
Hadisə ilə bağlı "oxu.az"a danışan şahidlərin iddialarına görə, yanğına 1977-ci il təvəllüdlü Murad Əliyev səbəb olub.
Bundan sonra yanğın bütün binaya yayılıb. Qonşular evlərindən heç bir əşya çıxara bilmədiklərini deyirlər.
Lənkəranda ağır yol qəzası baş verib.
“Qafqazinfo” məlumatına görə, rayonun Vel kəndində 1999-cu il təvəllüdlü Əliyev Fariz Ramiz oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobil idarəetmədən çıxaraq kənd sakinlərindən birinin evinin dəmir darvazasına çırpılıb. Nəticədə Səpnəkəran kənd sakini olan sürücü və sərnişini Ruslan Hüseynzadə aldıqları xəsarətlərdən hadisə yerində ölüb.
Avtomobildə olan digər sərnişin Tərlan Rəhimov isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.