Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 10 dəfə atəşə tutulub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bunlardan 6-sı Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Qarakilsə və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.

Digər 4 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər, Goranboy və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərini snayper tufəngindən və müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla qeydə alınıb.
Şəxsi heyət və texnikamızda itki yoxdur.

Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bildiririk ki, son vaxtlar Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Xəbər verdiyimiz kimi, avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçasının üzərinə düşməsi nəticəsində şəhid olan əsgər Xudiyev Samir Səməd oğlunun nəşi ailəsinə təhvil verilib.

“Qafqazinfo”ya danışan şəhid qardaşı Rəsul Xudiyev Samirin 13 ayın əsgəri olduğunu bildirib:

“Samirin tərxis olunmasına beş ay qalmışdı. Çox nümunəvi əsgər idi, Komandoda xidmət edirdi. Əvvəl Qusarda xidmət edib, ötən ilin sentyabrından xidmətini Laçında davam etdirirdi. Qardaşımın şəhid xəbərini işdə olanda öyrəndim, instaqramda gördüm. Samirin sinif yoldaşı səhifələrin birindən məlumatı mənə göndərmişdi. Şəkil yox idi, ad-soyadı görəndə inanmadım, tez evə gəlib gördüm ki, camaat evin qarşısına toplaşıb. Atamın səhhətində problem olduğu üçün, birinci əmimə zəng edib deyiblər. Samir mənim tək sirdaşım idi, indi bilmirəm, dərdimi kiminlə bölüşəcəm”.

Qeyd edək ki, əslən Füzulinin Əhmədalılar kəndindən olan Samir Xudiyev Sabunçu rayonu Elşən Məhərrəmov adına 137 nömrəli tam orta məktəbi bitirib.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki son vəziyyətlə bağlı məlumat yayıb.

"Məlumatda deyilir:

"Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Ötən sutka 9 belə hal qeydə alınıb.

Şəxsi heyət və texnikamızda itki yoxdur.

Bütün hallarda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb".

Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 12 dəfə atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bunlardan 3-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Nərimanlı və Zərkənd yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.

Digər 9 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutmaqla qeydə alınıb.

Şəxsi heyət və texnikamızda itki yoxdur.

Bütün hallarda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 12 dəfə atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bunlardan 3-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Nərimanlı və Zərkənd yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.

Digər 9 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutmaqla qeydə alınıb.

Şəxsi heyət və texnikamızda itki yoxdur.

Bütün hallarda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Azərbaycan Ordusunun Tovuzda həlak olan əsgərinin qətlə yetirildiyi məlum olub.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 5-də Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlunun Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla cinayətin zərərçəkmişlə eyni hərbi hissədə xidmət edən əsgər Kazımov Amil Famil oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Amil Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İş üzrə istintaq tədbirləri davam edir.

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlu Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat edib.

Bu barədə "Yol-xeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Faktla bağlı cinayət işi açılıb.

Azərbaycanın Londondakı səfirliyinə hücum edən “Mehdi Xidmətçiləri Birliyi” (The Mahdi Servants Union, əvvəlki adı Khoddam Al-Mahdi Organization) barədə maraqlı məlumatlar üzə çıxıb.

Şiə təriqətli dini qrupa küveytli din xadimi Yasir Əl-Həbib tərəfindən rəhbərlik edildiyi məlum olub.

Qrupun lideri “radikal sağçı” hesab edilir. O, İran İslam Respublikası hökumətinə qarşı çıxır və İranın Ali Rəhbəri Əli Xamneyinin dini nüfuzunu şübhə altına alır.

“Fədək” adlı peyk telekanalının məhz Mehdi Xidmətçilərinə məxsus olduğu bildirilir.

Təşkilatın sələfi olan “Khoddam Al-Mahdi Organization” (KMO) 23 fevral 2010-cu ildə təsis edilib və daha sonra 21 iyul 2010-cu ildə İngiltərə və Uels Xeyriyyə Komissiyası tərəfindən xeyriyyə təşkilatı kimi qeydiyyata alınıb. Təşkilata Britaniya vətəndaşları olan dörd nəfər - Adel Salah, Əli Şuber, Məhəmməd Salah və Yaser Fovjyan rəhbərlik edib. Xeyriyyə cəmiyyəti 2012-ci il aprelin 10-da rəsmi olaraq ləğv edilib, lakin sonradan xeyriyyəçilik adı ilə ianə toplamağa və əmlak almağa davam edib.

2013-cü ildə təşkilat keçmiş kilsənin ərazisini 1,2 milyon funt-sterlinqə satın alaraq Bukinhemşir vilayətinin Fulmer şəhərində “Əl-Muhasin” məscidi yaradıb.

Qeyd edək ki, 2018-ci il martın 10-da təşkilatın üzvləri Hüseyn əş-Şirazinin həbsinə etiraz olaraq İranın Londondakı səfirliyinin birinci mərtəbəsinin eyvanına çıxaraq İran bayrağını qrupun bayrağı ilə əvəzləyib və polis tərəfindən həbs ediliblər.(oxu.az)

Azərbaycan Ordusunun dünən Qarabağda keçirdiyi "Qisas" əməliyyatı nəticəsində yaralanan qanunsuz erməni silahlı dəstələrinin üzvlərinin sayı 19-a çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə separatçı rejimin "səhiyyə naziri” Mikael Ayryan bildirib.

Onun sözlərinə görə, 4 yaralının vəziyyəti ağırdır: "Onlardan birinin vəziyyəti son dərəcə ağırdır, əməliyyat bu yaxınlarda başa çatıb. Digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir”.

Qeyd edək ki, bundan öncə erməni mənbələr 4 separatçının öldüyünü, 15-nin isə yaralandığını bildirmişdi.

Azərbaycan Ordusunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı keçirdiyi antiterror əməliyyatı keçirib.

Qeyd edək ki, Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb.

"Qisas" əməliyyatının görüntülərini təqdim edir:

Xəbər lenti