|
Dünən saat 19 radələrində Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində avtomobil təmiri sexində güclü yanğın baş verib.
Dərhal ərazi üzrə Binəqədi Rayon Yanğından Mühafizə Hissəsinin bölmələri və Bakı Qarnizonunun digər qüvvələri hadisə yerinə cəlb edilib.
Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğının söndürülməsinə 11 ədəd yanğınsöndürmə texnikası və 60 nəfərə yaxın canlı qüvvə cəlb edilib.
Yanğın iki saat ərzində tam söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.
Koronavirusa yoluxmuş şəxslərin də PCR testi mənfi nəticəli ola bilər. Xəstəliyin bütün əlamətləri varsa, hımin şəxs yoluxduğu üçün başqaları ilə ünsiyyəti azaltmalıdır.
"Oxu.az xəbər verir ki, bu barədə rusiyalı infeksionist, vaksinoloq Yevgeni Timakov danışıb:
"Əgər testi mənfi olarsa və xəstəliyin bütün əlamətləri varsa, deməli, analizin səhv götürülüb. "Omikron" ştammı burun boşluğunu çox tez tərk edə və testlərlə aşkar edilməyə bilər".
Onun sözlərinə görə, "Omikron" ştammında aktiv virusun ayrılması artıq inkubasiya dövründə başlayır. Onun orta müddəti iki-üç gündür. Yəni, bir həftə ərzində həmin adamın koronavirusa yoluxub-yoluxmadığı məlum olur.
Yevgeni Timakov əlavə edib ki, təhlükə müddəti istənilən halda fərdidir. Bu, xəstəliyin şiddətindən asılıdır, əlavə olaraq, peyvənd edilmiş insanlar xəstəliyi daha yüngül keçirirlər.
"Əvvəlki ştammlarda on gündən üç həftəyə qədər vəziyyətin ağırlığından asılı olaraq yoluxuculuq qalırdı. Uşaqlarda isə virus bir aydan çox müddətdə bağırsaqdan aktiv formada təcrid olunurdu. "Omikron"da isə bunları müşahidə etməmişəm", - deyə o bildirib.
Son vaxtlar sünnət ilə bağlı fərqli və insanı qorxuya salan hallar yaşanır. Məsələn, həkimlərdən biri səhvən uşağın cinsiyyət orqanının müəyyən bir hissəsini kəsib, digəri lazer üsuli ilə sünnət edirəm deyib, orqanı tamamən zədələyib. Belə hallara adətən qeyri-ixtisas həkimlər səbəb olurlar.
Mütəxəssis həkimlər isə valideynləri maksimum diqqətli olmağa, məsələyə səthi yanaşmamağa səsləyirlər.
Sünnət edirəm deyib, 2 yaşlı uşağın cinsiyyət orqanının yarısını kəsdi. Daha sonra başqa bir həkimə zəng edərək, imdad dilədi.
Hadisə Bakı xəstəxanalarının birində yaşanıb. Və bu səhvi edən şəxs ənənəvi sünnətçi yox, qeyri-ixtisas həkimdir. Həmin həkim etdiyi səhv ilə bağlı dərhal uşaq cərrahı Toğrul Ömərova zəng edərək, ondan kömək istəyib.
Cərrah deyir ki, son vaxtlar bu cür hadisələrin sayı artıb. Hətta lazer üsulu ilə sünnət məsələsi də meydana gəlib. Halbuki dünya təcrübəsində belə lazerlə sünnət anlayışı yoxdur.
Cərrah deyir ki, bütün ixtisaslardan olan həkimlər, məsələn, ginekoloq, travmatoloq, hətta kardioloq belə, sünnət edir. Bunun isə ağır fəsadları olur. Valideynlər həkimdir deyib aldanmamalı, övladını ixtisas üzrə həkimə əmanət etməlidir. Əks təqdirdə qanaxma, hissəvi zədələnmə, dəri çürüməsi və digər hallar qaçılmaz olur.
Prokurorluq Yevlaxda baş verən partlayışla bağlı məlumat yayıb.
Daxil olan məlumatda deyilir:
"Fevralın 1-i saat 22 radələrində Yevlax rayonu ərazisində Kəlbəcər rayon sakini, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılovun çoxsaylı qəlpə yarası alması nəticəsində ölməsi müəyyən edilib.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılan araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan İsmayıl Mikayılovun II Qarabağ müharibəsi zamanı həmin əraziyə düşmüş kassetli bombanın partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi ehtimal olunur.
Hazırda faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır".
Yevlax rayonunda Vətən müharibəsi dövründə ermənilərin atdığı kasetli bomba qalığının partlaması faciəyə səbəb olub.
Trend verdiyi məlumata görə, hadisə rayonun Aran qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılov qəsəbənin otlaq sahəsində qoyun otararkən ərazidəki şübhəli əşyaya toxunub. Nəticədə həmin əşya partlayıb və o, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə dərhal polis və prokurorluq orqanlarının əməkdaşları gələrək hadisə yerinə və meyitə baxış keçirib, məhkəmə tibb ekspertizası keçirilib.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda cinayət işi başlanıb.
Müğənni Afət Fərmanqızının bir neçə gün əvvəl ailə həyatı qurduğu Mamed Nanacanov polis tərəfindən saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında məlumat verib. Fərmanqızının sözlərinə görə, buna səbəb həyat yoldaşının bir şəxsi təhqir etməsi olub:
“Xəzər Rayon Polis İdarəsi səhər saatlarında həyat yoldaşımı saxlayıb. Səbəb kimi göstərilir ki, Vaqif İsayev adlı şəxsi təhqir edib. Bu şəxsin həyat yoldaşıma 200 min dollar borcu var. Binanın sahibidir, 7 ildir ona deyir pulu qaytaracağam, amma qaytarmır. Həyat yoldaşım da əsəblərinə hakim olmayıb, onu təhqir edib. Əgər təhqirə görə adam həbs olunursa, biz müğənniləri gündə onlarla, yüzlərlə təhqir edən var. Niyə onlar həbs olunmur? Dəfələrlə məni təhqir edəni şikayət etmişəm, tapıb gətirilib, bölmədə başa salınıb, deyilib etika qorunmalıdır, olmaz və sərbəst buraxılıb. Mamed Nanacanovla həmin insanların fərqi nədir? İş adamıdır deyə saxlamaq lazımdır? Vaqif İsayevin məndə səs yazısı da var. Deyir ki, canımın qorxusundan mən həbs etdirdim".
Afət bildirib ki, həyat yoldaşı Rusiya vətəndaşıdır və orada çalışır.
Zaqatala narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutularaq istintaqa təhvil verilib.
DİN-in Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olduğu üçün, eləcə də quldurluq və oğurluq əməllərinə görə ümumilikdə 25 il məhkumluq həyatı yaşayan Hafiz Məhərrəmli idarə etdiyi “Ford” markalı avtomobillə birgə saxlanılıb. Nəqliyyat vasitəsinə baxış keçirilərkən oturacağın altında satış məqsədilə gizlətdiyi 20 ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkarlanıb.
Davam etdirilən tədbirlərlə onun yaşadığı ünvana da baxış keçirilib. Oradan isə sellofan torbada saxladığı 300 qram marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
H.Məhərrəmli barəsində Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanlıb və məhkəmənin də qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Azərbaycan Ordusunun Kəlbəcərdə itkin düşən baş leytenantının nəşi tapılıb.
Bu barədə "Yol-xeber.az"a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələrinin şəxsi heyəti və xüsusi texnikanın cəlb olunması, eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində itkin düşən baş leytenant Bağırov Fuad Allahverdi oğlunun nəşi yanvarın 31-i saat 12:30 radələrində tapılaraq müvafiq qaydada ərazidən təxliyə edilib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Allah rəhmət eləsin!
Son günlər sosial şəbəkələrdə şagirdlərin tərbiyəsizliyini əks etdirən görüntülər yayılır.
Onlar müəllimə qarşı etdiyi hörmətsizlikləri ilə yanaşı, sinifdə etdikləri hərəkətlərə görə ictimaiyyət tərəfindən qınanılır. Hətta ortaya çıxan mənzərələrdən sonra müəllimin belə şagirdlərə şiddət göstərməsinin labüd olduğunu söyləyənlər də var. Bundan əlavə, günahı həmin məktəblilərin valideynlərində görənlər də az deyil.
Ölkə.Az sosial şəbəkə istifadəçisi Fərid Abdullahın müzakirə olunan mövzu ilə bağlı dublaj etdiyi videoçarxı təqdim edir. Qısametrajlı film özündə sosial mesaj ehtiva edir.
Videoda müəllimə qarşı tərbiyəsizlik nümayiş etdirən şagirdlərə hansı cəzanın verildiyi yer alır. Burada həmçinin təhsil müəssisəsində etdiyi qanunsuzluqlara görə onlarla məktəblilərin aldığı cəzalardan sonra peşmanlığına işarə olunub.
Abşeron rayonunda 1986-cı il təvəllüdlü Cavad şəxsi münasibətlər zəminində qeyri-rəsmi münasibətdə olduğu arvadı Gülnarəyə (adlar şərti verilib - red.) xəsarət yetirib.
Teleqraf.com bildirir ki, hadisə ötən il mayın 2-də baş verib.
Həmin gün saat saat 10 radələrində Cavadla Gülnarənin yaşadıqları evdə qısqanclıq zəminində mübahisəsi düşüb. Cavad Gülnarəni döyərək, ona müxtəlif dərəcəli xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Cavadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavad ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Gülnarəni üç ilə yaxın müddətdir tanıyır: "Bakı şəhərində yerləşən kafelərdən birində tanış olmuşuq. Təxminən iki il müddətində qeyri-rəsmi münasibətdə olduq. Lakin sonradan maddi durumum aşağı olduğu üçün kirayə haqqını ödəyə bilmədim. Gülnarəni valideynlərinin yaşadığı ünvana gətirdim. Buna baxmayaraq mütəmadi olaraq həmin ünvana gedərək onunla maraqlanmışam. Birlikdə yaşadığımız müddət ərzində aramızda bir neçə dəfə mübahisə baş verdi".
Cavadın sözlərinə görə, mayın 2-ə keçən gecə Gülnarə ilə telefon vasitəsilə danışan zaman sonuncu evdə tək olduğunu bildirib və onu yaşadığı evə çağırıb: "Səhər saat 10 radələrində Gülnarənin yaşadığı evə getdim. Heç bir etiraz etmədən yaşadığı evə daxil olmağıma icazə verdi. Söhbət zamanı ona başqa şəxslərlə münasibət saxladığını bildirdim. Gülnarə anidən barəmdə nalayiq ifadələr işlətdi. Hərəkətlərinə son qoymasını tələb etsəm də, ailəm barəsində də nalayiq sözlər dedi. Bundan əsəbləşdim, sifət nahiyəsindən iki şillə vurdum. Sonra sağollaşaraq evi tərk etdim. Bir qədər sonra isə Gülnarə və onun anası barəmdə şikayət etdiyi məlum oldu".
Zərərçəkmiş şəxs qismində ifadə verən Gülnarə deyib ki, Cavadla kafedə tanış olub: "Birlikdə yaşadığımız ilk vaxtlarda Cavad mənimlə normal davrandı, aramızda heç bir mübahisə baş vermədi. Lakin bir müddət sonra mənə münasibətləri dəyişdi. Dəfələrlə mənimlə mübahisə etdi. Bu səbəbdən ondan ayrılmaq qərarına gəldim.
Memar Əcəmi metrosu yaxınlığında Cavadla birlikdə kirayədə yaşadığım evi tərk etdim, ailəmin yaşadığı evə geri qayıtdım. Bundan sonra o, dəfələrlə yaşadığım həmin ünvana gələrək məni narahat etdi, yenidən birlikdə yaşamağı tələb etsə də, razılaşmadım".
Gülnarənin bildirdiyinə görə, mayın 2-də saat 10 radələrində yaşadığı evdə tək olan zaman Cavad ora gəlib: "Cavad mənimlə söhbət etmək istədiyini bildirdi. Aramızda heç bir mübahisənin baş verməyəcəyini ehtimal etdim və onun evə daxil olmasına icazə verdim.
Bir qədər söhbət etdikdən sonra Cavad aprelin 30-da hansı evdə olduğumu soruşdu. Ona getdiyim yer barəsində məlumat verməkdən imtina etdim. Cavad yüksək səslə mənimlə danışaraq mübahisəyə başladı. Ona irad bildirsəm də, hərəkətlərini davam etdirdi. Yumruqla bir neçə dəfə sifət və bədənimin müxtəlif nahiyələrindən vurdu, mənə xəsarət yetirdi. Ondan evi tərk etməsini tələb etdim. Onun evi tərk etmək istəmədiyini gördüm, çölə çıxaraq anama zəng etdim. Hadisə barədə ona məlumat verdim. Anam Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdi".
Gülnarə ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ondan şikayətçi olmadığını deyib.
Abşeron rayon Məhkəməsinin hökmü ilə Cavadın barəsində Milli Məclisinin 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 5 noyabr 2021-ci iltarixli qərarının 9.1-ci bəndi tətbiq edilib.
Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib və cinayət məsuliyyətindən azad edilib.