|
Azərbaycan Silahlı Qüvvələrinin sabiq Qərargah rəisi, ehtiyatda olan general-polkovnik Nəcməddin Sadıkov Bakıda qəza törədib.
Bakupost.az məlumatına görə, hadisə dünən Mikayıl Müşfiq küçəsi, 10-da baş verib.
Belə ki, “Land Cruiser” markalı, 90 AS 020 nömrəli avtomobili idarə edən N. Sadıkov qarşıdakı “Toyota Prius” markalı maşını vurub.
Həmin avtomobil də qabağındakı digər maşına çırpılıb. Hadisə yerinə Dövlət Yol Polis əməkdaşları gəlib.
N. Sadıkov sonradan hadisə yerinə öz köməkçisini çağırıb. Şahidlərin sözlərinə görə, o, maşından 10 min dollar pul götürərək köməkçisinə verib və dəyən ziyanın ödənilməsi ilə bağlı tapşırıq verib.
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin mütəxəssislərinin iştirakı ilə ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz olaraq kəsilməsi və emal edilməsi ilə məşğul olan daha bir mütəşəkkil dəstənin üzvlərinin saxlanılması istiqamətində əməliyyat keçirib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş İdarəyə Astara və Lerik rayonları ərazisində qiymətli ağac növlərinin qanunsuz olaraq kütləvi şəkildə kəsilməsi barədə əməliyyat məlumatları daxil olub. Həmin məlumatlar Baş İdarədə nəzarətə götürülməklə hərtərəfli araşdırılıb və qeyd edilən ərazilərdə palıd və fıstıq ağaclarının kəsildiyi müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ağacların Astara rayon sakinləri Sərdar Gənciyev və Sərhad Eynullayevin başçılıq etdiyi mütəşəkkil dəstə üzvləri tərəfindən kəsildiyi məlum olub. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən əməliyat nəticəsində adları çəkilən şəxslər və onlara ağacların kəsilməsində yaxından köməklik edən dəstənin digər üzvləri Fərman Fərziyev, Aiəddin Novruzov, Nurlan Cövziyev, qohumu Surxay Cövziyev, Rahid Gənciyev və Nail Zəbiyevin saxlanılması təmin edilib. Dəstə üzvlərinin qanunsuz əməlləri, onların ağacları kəsməsi və satması təkzibedilməz faktlarla sübuta yetirilib. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər ağacları kəsərək dəstə üzvü Fərman Fərziyevin həyətində emal edəndən sonra satışını həyata keçiriblər. Dəstə üzvlərinin qanunsuz olaraq ağac emalı sexlərinə satdıqları çoxlu sayda ağacın və onların oduncaqlarının yeri də müəyyən edilib. Ekspertlərin verdiyi rəyə əsasən dəstə üzvləri tərəfindən yaş halda kəsilən ağaclardan bəzilərinin yaşının 100-150 il olduğu məlum olub.
Qeyd olunan faktla bağlı Baş İdarənində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda qeyd edilən faktların tam, hərtərəfli araşdırılması, eləcə də ağacların kəsilməsində iştirak edən dəstənin digər üzvlərinin saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Azərbaycan Silahlı Qüvvələrinin sabiq Qərargah rəisi, ehtiyatda olan general-polkovnik Nəcməddin Sadıkovla bağlı daha bir sensasion açıqlama verilib.
“Qafqazinfo” xəbər verir ki, bu dəfə müdafiə nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələrinin keçmiş komandanı general-mayor Altay Mehdiyev Sadıkovla bağlı keçmişi xatırlayıb.
Altay Mehdiyev bu barədə özünün feysbuk hesabında paylaşım edərək, Nəcməddin Sadıkovu keçmişdə azad olunan əraziləri düşmənə verməkdə ittiham edib:
“Bildirmək istəyirəm ki, xidmət etdiyim bütün müddət ərzində mənə qarşı törədilən çoxsaylı qanunsuzluqlara baxmayaraq, rəhbərliyim altında çoxlu sayda uğurlu əməliyyatların keçirilməsinə nail olmuşam. Çox uğurlu əməliyyat o deməkdir ki, keçirilən döyüş əməliyyatları zamanı bir nəfər də olsun itki verilmir.
Ən uğurlu əməliyyatlarımızdan biri də, 2003-cü ildə rəhbərliyim altında, düşmənin nəzarəti altında olan Buzqov dağı-Havuç kəndi arasında 70 kv.km yaxın ərazidə yerləşən bütün strateji hündürlükləri azad etməyimiz olmuşdu.
Qəbul etdiyim əsaslandırılmış qərar, real vəziyyətə uyğun olaraq hazırladığımız döyüş planı, döyüş planına uyğun olaraq keçirdiyimiz təlimlər, əməliyyata cəlb olunan bölmələrin hazırlığı, döyüş ərazisində qabaqcadan gördüyümüz ağlabatmaz mühəndis işləri, şəxsi heyət tərəfindən məxfiçilik rejiminə tam şəkildə riayət olunması və nəhayət qarşımızda duran lovğa, özündən razı, heç bir hazırlığı olmayan, Qarabağ müharibəsinin ilk günlərində bizim səhvlərimiz hesabına təsadüfi "qələbə" qazanan düşmən durumu - bu əməliyyatın çox uğurla keçirməyimizə bizə əsas verirdi.
Bəli, bu əməliyyat zamanı planımıza uyğun olaraq, qısa bir zamanda, düşmənə göz açmağa belə imkan vermədən, çox eşalonlu mina sahələrini uğurla keçərək, bir nəfər olsun belə, itki vermədən, ən yeni taktiki üsullarla torpaqlarımızı azad etdik.
Dəhşətlisi ondan ibarətdir ki, keçirdiyim döyüş əməliyyatının ən qızğın vaxtında, yeni azad etdiyimiz Buzqov dağında əməliyyatı idarə edərkən, o zaman Baş qərargah rəisi vəzifəsində olan Nəcməddin Sadıkov mənimlə mobil telefonla əlaqə saxlayaraq, taktiki vəziyyətlə maraqlanmadan, araşdırmadan, çox acıqlı və qəzəbli bir tərzdə:
- Siz haradasınıız? Nə ilə məşğulsunuz?
- Ön xətdə! Müdafiə xəttini möhkəmləndirməklə...
- Hansı müdafiə xəttini möhkəmləndirməklə? Bu dəqiqə Ermənistanın Baş qərargah rəisi Arutunyan mənimlə əlaqə saxlayıb bildirdi ki, siz hücuma keçib "torpaqlarını" zəbt etmisiniz. Yerevanda prezident aparatı qarşısında mitinq keçirilir. Mən sizə əmr edirəm - təcili olaraq əvvəlki mövqelərimizə qayıdın.
Fotoda: Altay Mehdiyev
- Oldu! - sözünü, 1974 -cü ildən hərbi xidmətdə olduğum bütün müddət ərzində söylədiyim qədər ürəkdən, böyük bir sevinc hissi, yüksək templə söyləməmişdim. Lakin onun qanunsuz verilən "əmrinə" məhəl qoymadan çox uğurlu döyüş əməliyyatlarına rəhbərliyə davam etdim.
Ən maraqlısı odur ki, general Sadıkov çox gözəl bilirdi ki, Naxçıvan MR keçirdiyimiz bütün tədbirlər Ali Məclisin sədri cənab Vasif Talıbovun şəxsən tapşırığı, razılığı və nəzarəti altında, qarşımıza qoyduğu "Əgər torpaqlar bizimdirsə, o torpaqlara biz nəzarət etməliyik" tələbi altında həyata keçirilirdi. Bütün bunlara baxmayaraq, yenə də digər istiqamətdə olduğu kimi, Naxçıvan MR-da da istədiyini həyata keçirməyə çalışırdı.
Əks halda, qanunsuz verdiyi əmri yerinə yetirmədiyimə görə, hələ 1994-cü ilin yanvar ayında yaşadığım problemləri yenidən mənə yaşadacaq idi.
Belə ki, 1993 dekabr - 1994 yanvar aylarında Tərtər istiqamətində Briqada komandiri vəzifəsində xidmət edərkən, Müdafiə Nazirliyindən xəbərsiz, öz qərarımla, bir-neçə kəndi azad etdiyimə görə, general Sadıkovun yanvarın 27-də ( Uğursuz Qış əməliyyatlarından sonra ) general Vasyak və iki polkovnik Tərtərə gələrək məni Briqada komandiri vəzifəsindən uzaqlaşdıraraq, bütün azad etdiyimiz torpaqlarımızı qısa bir zamanda düşmənə təhvil verdilər. Narazılığımı bildirdikdə, general Sadıkovun təklifi, general Məmmədrəfi Məmmədovun əmri ilə heç bir səbəb göstərmədən, məni tutduğum vəzifədən azad edərək başqa hərbi hissəyə, aşağı vəzifəyə təyin etdilər.
Onu da deyim ki, general Məmmədovun vəzifədən azad olunmağımın səbəbini mənə söyləməyinə söz verməyinə baxmayaraq, hətta nazir sözünü də yerinə yetirmədi.
"Köməklik göstərmək" məqsədi ilə mənə, Briqada komandiri vəzifəsində xidmət edən, polkovnik rütbəsində, M.V. Frunze adına Akademiyanı bitirmiş zabitə, müharibənin ən qızğın vaxtında ordudan tərxis olunmaq haqqında ərizə yazmağımı da təklif etdilər. Hələ bu az imiş, bu istiqamətdə mənə kömək göstərmələrinə söz də verdilər.
Əlbəttə də ki, mənim cavabım çox qısa oldu: "Məni Vətənimi qorumağa siz gətirməmisiz, siz də mənə getməyə kömək göstərəsiniz".
Bu və bunun kimi yüzlərlə faktlara görə Nəcməddin Sadıkov məni xidmət etdiyim bütün müddət ərzində heç cürə qəbul edə, bağışlaya bilmirdi. Mənə qarşı tədbirlər görməyə isə o zamanlar səlahətləri kifayət etmirdi.
Ən dəhşətlisi isə odur ki, son zamanlar onun səlahətləri həndəsi silsilə ilə artmağa başladı.
Məhz bu səbəbdən də Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev, İkinci Qarabağ müharibəsində Nəcməddin Sadıkovu və rəhbərliyi altında döyüşlərin planlaşdırılmasında, idarə olunmasında, döyüş və arxa cəbhə təminatında yol verdikləri uğursuzluqları nəzərə alaraq, bir neçə yuxarı vəzifəli şəxslərlə birlikdə tutduqları vəzifələrindən azad etdi.
Lakin çox əfsuslar olsun ki, Ali Baş Komandan tərəfindən general Sadıkov ordudan uzaqlaşdırılana qədər yüzlərlə yüksək rütbəli və vəzifəli, vətənpərvər zabitlərimizi müxtəlif yollarla Ordumuzdan uzaqlaşdırmaqla, Ordu quruculuğuna, Ordumuzun inkişafına nə qədər ziyan vurdu".
Sabunçuda intihara cəhd hadisəsi qeydə alınıb.
Yol-xeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda “Sabunçu körpü”sü kimi tanınan yerdə qeydə alınıb.
2009-cu il təvəllüdlü Abbaszadə Nailə Pərviz qızı körpünün üzərindən özünü atıb. O, ağır kəllə-beyin travması və çox saylı sınıq xəsarətləri alıb. Yaralı ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə çatdırılıb.
Daxili İşlər Nazirliyi (DİN) dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyevin köməkçisinin saxlanılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Ölkə.Az"a bildirib ki, Eldar Əmirov dünən Daxili İşlər Nazirliyinə daxil olmuş bir məlumatın araşdırılması məqsədilə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən saxlanılıb:
“Hazırda məsələ barədə araşdırma aparılır”.
Qeyd edək ki, Eldar Əmirov R.Mehdiyevin baldızı oğludur. O, R.Mehdiyevin Prezident Administrasiyasında rəhbər olduğu vaxtlar onun köməkçisi də işləyib.
“34 il bundan qabaq Sumqayıt şəhərində baş verən hadisələrin təşkilatçıları barəsində əməliyyat tədbirləri davam etdirilir”.
Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin rəisi Nemət Əvəzov məlumat verib.
Onun sözlərinə görə, 1988-ci ildə Sumqayıt şəhərində baş vermiş hadisələrin təşkilatçısı Eduard Qriqoryan və digər şəxslərin barəsində axtarış elan edilib:
“Hazırda bu iş üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir. Həmin şəxslərin istintaqa cəlb olunması istiqamətində müvafiq addımlar atılır”.
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-ü saat 18:45-dən başlayaraq Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Barmaqbinə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutub.
Fevralın 15-i saat 01:40 radələrində Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətindən Tovuz rayonunun Ağbulaq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz də atəşə tutulub: "Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb".
“DSX-nin helikopter qəzası ilə bağlı çox aktiv istintaq aparılıb. 20 gün ərzində biz helikopterin qara qutusunun Avropada oxunmasını təmin etdik”.
Oxu.az xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bildirib.
O bildirib ki, müxtəlif qurumlardan rəyin alınması təmin edilib:
“Həmin helikopterin hərəkətlərini imitasiya edən şərait yaratdıq. Pilotların helikopterin idarəetməsində yol verdiyi səhvlər çoxsaylı hərbi qulluqçuların həyatını itirməsinə səbəb oldu. İstintaq işləri davam edir. İstintaqçılar bu məsələdə digər qanun pozuntularını da üzə çıxarmaq üçün işləri davam etdirir. Bu istiqamətdə yekun qərar hələ ki yoxdur”.
“2020-ci ilin 4, 5, 11 və 17 oktyabr tarixlərində Azərbaycan Respublikasının Gəncə şəhərində heç bir hərbi obyekt olmayan mülki şəxslərin yaşadığı ərzilərə terror hücumu təşkil edilib. Özlərini “Artsax” Respbulikası adlandıran qondarma qurum tərəfindən həyata keçirilən bu hcüum nəticəsində 26 mülki vətəndaşımız həlak olub, 175 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib. O bildirib ki, özünü “Artsax”adlandırdıqları qondarma qurumun rəhbəri kimi təqdim edən Araik Arutyunyan hücumun məsuliyyətini öz üzərinə götürdüyünü elan edib:
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214, 220 və ayrı-ayrı maddələri ilə A.Arutyunyan barəsində axtarış elan edilib.
Barəsində axtarış elan edilmiş şəxs həmin dövrddə sərbəst hərəkət edə bilər. Lakin Həm Azərbaycan, həm də Ermənistan terrorçuluğa qarşı beynəlxalq konvensiyaları ratifikasiya edib. Hesab edirəm ki, özünü qondurma respublikasının rəhbəri kimi təqdim edən Araik Arutyunyanın qısa müddətdə istintaqa təqdim edilməsi təmin ediləcək.
İstintaq hərəkətləri davam edir. Qısa müddət ərzində əməliyyat və kəşfiyyat qrurumları tərəfindən onun məhkəmə baxışına çıxarılması təmin ediləcək”.
Bir müddət əvvəl rüşvət istəməsi ilə bağlı səs yazısı yayılan Ağstafa Rayon Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru vəzifəsindən çıxarılıb.
Məktəb direktoru Mətanət Məmmədova artıq işdən çıxarılıb.
“İşə qayıtdıqdan sonra barəsində qərar veriləcək”.
Qeyd edək ki, bir müddət əvvəl M.Məmmədovanın müəllimdən əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edən səs yazısı yayılmışdı.