Baş prokuror "Tərtər işi" ilə bağlı bəraətverici əsaslar olmadan xitam verilmiş qərarı ləğv edib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Quliyev Elçin Mətləb oğlu barəsində dövlətə xəyanət ittihamı ilə aparılan cinayət təqibinə öldüyünə görə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qəbul edilən 19 dekabr 2017-ci il tarixli qərar qanunsuz və əsassız olduğundan Baş prokuror tərəfindən ləğv edilib.

"Onunla əlaqədar bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmaqla yekun qərarın qəbul edilməsi təmin ediləcəkdir", - məlumatda qeyd olunub.

"Tərtər işi" ilə bağlı hərbi qulluqçulara işgəncə verən şəxslər həbs edilib.

Bu barədə Yol-xeber.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildiirlib ki, cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşması müəyyən edilən Ələsgərov Vüsal Əziz oğlu, Ələsgərov Rüstəm Çərkəz oğlu, Qarayev Ramil Fariz oğlu Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri, Axundov Fuad Arazi oğlu CM-nin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları yeni əməliyyat həyata keçirib.

Yol-xeber.az xəbər verir ki, istifadəyə yararsız ətin satışı ilə məşğul olan mütəşəkkil dəstəyə qarşı keçirilən əməliyyat gizli kamera vasitəsilə anbaan lentə alınıb.

Polis əməkdaşı şərti alıcı qismində dəstə üzvləri ilə əlaqə yaradıb. Danışıqlardan sonra alıcıya şübhə etməyən dəstə üzvü dəstənin Azik adlı rəhbəri ilə görüşdürüb. Görüş yeri dəstəyə məxsus fermanın saxlama yeri olub.

Görüntüləri təqdim edirik:

Bakı Metropoliteninin "Azadlıq prospekti" stansiyasında özünü qatar yoluna atan şəxs Kliniki Tibbi Mərkəzə gətirilib.

Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Lent.az-a açıqlamasında bildirib ki, 34 yaşlı Mirzəxanova Elnarə Minətulla qızı dünən gecə saatlarında qapalı kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda onun müalicəsi davam etdirilir.

Qardaşını və arvadını güllələyib öldürdü

Türkiyə mətbuatı xəbər verir ki, hadisə axşam saat 4 radələrində İstanbulun Silivri məhəlləsində baş verib.

Qardaşı ilə miras məsələsi üstündə mübahisə edən şəxs axşam saatlarında onun evinə gəlib.
İki qardaş evdə yenidən mübahisə etməyə başlayıblar. Qısa müddətdə böyüyən mübahisə davaya çevrilib. Bu zaman böyük qardaş üzərində olan silahı çıxararaq, qardaşını və onun həyat yoldaşını güllələyib. Ağır güllə yarası alan ər arvad elə hadisə yerində keçinib.

Silah səslərini eşidən qonşular polisə xəbər veriblər.

Qanlı cinayəti törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Azərbaycanda polis əməkdaşı ağır xəstəlikdən ölüb.

Yol-xeber.az-ın əldə etdiyi məlumata görə, 39 yaşlı Məmmədov Tural Şahid oğlu bir neçə gün əvvəl dünyasını dəyişib.

O, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, T.Məmmədov 18 il Şəki şəhər Polis Şöbəsində işləyib.

T.Məmmədov daim öz vəzifəsini layiqincə yerinə yetirdiyi üçün 2 dəfə fərqlənmə medalı ilə təltif edilib, 2 dəfə də fərqlənmə dərəcəsi alıb.

Ölümündən sonra işlədiyi yerdə adına xüsusi güşə yaradılıb.

Ailəli olan polis əməkdaşının özündən sonra 2 övladı yadigar qalıb.

O, dəfələrlə Avropa və Dünya çempionatlarında müvəffəqiyyətlə iştirak edib

“Azpetrol”da rəhbər vəzifələrdə çalışmış Ramiz Yusifov vəfat edib.

Publika xəbər verir ki, uzun illər şirkətdə komitə sədri, departament müdiri və baş direktorun birinci müavini kimi çalışmış R.Yusifov 86 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Yusifov Ramiz Yusif oğluAzərbaycan geoloq alimi, geologiya elmlər üzrə fəlsəfə doktoru, professor, təcrübi-metodiki geofiziki ekspedisiyanın baş geoloqu (1980-1997), Boks üzrə SSRİ mükafatçısı, 5 dəfə Azərbaycan çempionu, 1958 -ci ildən SSRİ idman ustası, 1996-cı ildən boks üzrə Beynəlxalq dərəcəli hakim olub. O, dəfələrlə Avropa və Dünya çempionatlarında müvəffəqiyyətlə iştirak edib. Azərbaycan Respublikası Boks Federasiyasının vitse-prezidenti (1995-2009), həmin federasiyanın icraçı komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin üzvü, Veteranlar Şurasının sədri və Prezident təqaüdçüsüdür.

R.Yusifov "Azpetrol LTD"nin baş direktorunun birinci müavini və təhlükəsizlik xidmətinin rəisi, həmçinin ictimaiyyətlə əlaqə departamentinin müdiri vəzifələrini icra edib. O, tanınmış dövlət xadimi Yusif Yusifovun oğludur.

Allah rəhmət eləsin!

Vəzifəli şəxslərə cinayət işi açıldı

İmişli Rayon İcra Hakimiyyəti başçısının Hacırüstəmli kənd icra nümayəndəsinin digər vəzifəli şəxslərlə cinayət əlaqəsinə girərək bir neçə şəxsə saxta “COVID-19” pasportu verməsi ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılıb.

Prokurorluqdan "Qafqazinfo"ya bildirilib ki, araşdırmalarla Hacırüstəmli kənd üzrə icra nümayəndəsi Yavər Şıxalıyevin kənd icra nümayəndəliyinin mühasibi İkram Şeyxalıyev və həmin kəndin tibb məntəqəsində qeyri-rəsmi diş texniki işləmiş Fərahim Yadigarov ilə cinayət əlaqəsinə girərək ayrı-ayrı şəxslərə “COVID-19” əleyhinə peyvənd olunmamalarına baxmayaraq, onların “e-Tabib” sistemində peyvənd edilmiş kimi qeydiyyata alınmalarını təmin etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. İstintaq davam edir.

Sumqayıt Apellyasiya Məhkəməsində Milli Məclisin həbsdə olan deputatı Eldəniz Səlimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Report verdiyi məlumata görə, hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 14-nə təyin edilib.

Qeyd edək ki, 2021-ci il iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı E.Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılıb.

İstintaqla qeyd edilən tarixdə E.Səlimovun qohumuna məxsus olan restoranda Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək Zaur Mirzəyevin ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

E.Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan E.Səlimov apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Səkkiz erməni hərbçi qarşı tərəfə təhvil verilib.

Yol-xeber.az xəbər verir ki, bu barədə DTX-nin İctimai əlaqələr şöbəsi məlumat yayıb.

Azərbaycan Respublikası humanizm prinsipini rəhbər tutaraq, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarmışdır. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.

Azərbaycan tərəfinin humanitar xarakterli bu addımının əvəzində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə verməlidir.

Qeyd olunmalıdır ki, cari ilin fevralın 4-də Fransa Respublikasının Prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşdə Azərbaycan Respublikasının Prezidenti birinci Ermənistan-Azərbaycan müharibəsində itkin düşmüş vətəndaşlarımızın kütləvi məzarlıqlarının yerləşmə yerləri barədə məlumatın Azərbaycan tərəfinə verilməsinə dair məsələ qaldırmış, Ermənistan tərəfi isə bu məsələdə əməkdaşlıq edəcəyinə dair öhdəlik götürmüşdür. Qeyd olunan məsələ Fransa Respublikasının Prezidenti Emmanuel Makron tərəfindən dəstəklənmişdir.

Xəbər lenti