Abşeron rayonunda 1986-cı il təvəllüdlü Cavad şəxsi münasibətlər zəminində qeyri-rəsmi münasibətdə olduğu arvadı Gülnarəyə (adlar şərti verilib - red.) xəsarət yetirib.

Teleqraf.com bildirir ki, hadisə ötən il mayın 2-də baş verib.

Həmin gün saat saat 10 radələrində Cavadla Gülnarənin yaşadıqları evdə qısqanclıq zəminində mübahisəsi düşüb. Cavad Gülnarəni döyərək, ona müxtəlif dərəcəli xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Cavadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavad ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Gülnarəni üç ilə yaxın müddətdir tanıyır: "Bakı şəhərində yerləşən kafelərdən birində tanış olmuşuq. Təxminən iki il müddətində qeyri-rəsmi münasibətdə olduq. Lakin sonradan maddi durumum aşağı olduğu üçün kirayə haqqını ödəyə bilmədim. Gülnarəni valideynlərinin yaşadığı ünvana gətirdim. Buna baxmayaraq mütəmadi olaraq həmin ünvana gedərək onunla maraqlanmışam. Birlikdə yaşadığımız müddət ərzində aramızda bir neçə dəfə mübahisə baş verdi".

Cavadın sözlərinə görə, mayın 2-ə keçən gecə Gülnarə ilə telefon vasitəsilə danışan zaman sonuncu evdə tək olduğunu bildirib və onu yaşadığı evə çağırıb: "Səhər saat 10 radələrində Gülnarənin yaşadığı evə getdim. Heç bir etiraz etmədən yaşadığı evə daxil olmağıma icazə verdi. Söhbət zamanı ona başqa şəxslərlə münasibət saxladığını bildirdim. Gülnarə anidən barəmdə nalayiq ifadələr işlətdi. Hərəkətlərinə son qoymasını tələb etsəm də, ailəm barəsində də nalayiq sözlər dedi. Bundan əsəbləşdim, sifət nahiyəsindən iki şillə vurdum. Sonra sağollaşaraq evi tərk etdim. Bir qədər sonra isə Gülnarə və onun anası barəmdə şikayət etdiyi məlum oldu".

Zərərçəkmiş şəxs qismində ifadə verən Gülnarə deyib ki, Cavadla kafedə tanış olub: "Birlikdə yaşadığımız ilk vaxtlarda Cavad mənimlə normal davrandı, aramızda heç bir mübahisə baş vermədi. Lakin bir müddət sonra mənə münasibətləri dəyişdi. Dəfələrlə mənimlə mübahisə etdi. Bu səbəbdən ondan ayrılmaq qərarına gəldim.

Memar Əcəmi metrosu yaxınlığında Cavadla birlikdə kirayədə yaşadığım evi tərk etdim, ailəmin yaşadığı evə geri qayıtdım. Bundan sonra o, dəfələrlə yaşadığım həmin ünvana gələrək məni narahat etdi, yenidən birlikdə yaşamağı tələb etsə də, razılaşmadım".

Gülnarənin bildirdiyinə görə, mayın 2-də saat 10 radələrində yaşadığı evdə tək olan zaman Cavad ora gəlib: "Cavad mənimlə söhbət etmək istədiyini bildirdi. Aramızda heç bir mübahisənin baş verməyəcəyini ehtimal etdim və onun evə daxil olmasına icazə verdim.

Bir qədər söhbət etdikdən sonra Cavad aprelin 30-da hansı evdə olduğumu soruşdu. Ona getdiyim yer barəsində məlumat verməkdən imtina etdim. Cavad yüksək səslə mənimlə danışaraq mübahisəyə başladı. Ona irad bildirsəm də, hərəkətlərini davam etdirdi. Yumruqla bir neçə dəfə sifət və bədənimin müxtəlif nahiyələrindən vurdu, mənə xəsarət yetirdi. Ondan evi tərk etməsini tələb etdim. Onun evi tərk etmək istəmədiyini gördüm, çölə çıxaraq anama zəng etdim. Hadisə barədə ona məlumat verdim. Anam Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdi".

Gülnarə ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ondan şikayətçi olmadığını deyib.

Abşeron rayon Məhkəməsinin hökmü ilə Cavadın barəsində Milli Məclisinin 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 5 noyabr 2021-ci iltarixli qərarının 9.1-ci bəndi tətbiq edilib.

Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib və cinayət məsuliyyətindən azad edilib.

Ucar rayonunda 1993-cü il təvəllüdlü Əbdül münaqişə zamanı həmkəndlisi Toğrula (adlar şərti verilib - red.) xəsarət yetirib.

"Teleqraf.com xəbər verir ki, Əbdül bacısı Sənəmin həmkəndlisi Toğrulla cinsi münasibətlərinə görə qisas almaq qərarına gəlib.

Onların arasında dava 9 sentyabr 2020-ci ildə saat 20 radələrində Ucar rayonu, Qazyan kəndi ərazisində yerləşən "Qazyan Piri" adlanan qəbirstanlığın qarşısında olub.

 İstintaq orqanı Əbdülə Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edib.

"Qəbiristanlığın qarşısına getdik"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əbdül elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, həmkəndlisi Toğrulu əvvəldən tanıyıb: "Onunla aramızda heç bir ədavət və düşmənçiliyimiz olmayıb. Sənəm mənim bacımdır. Sənəm Toğrulla qonşuluqda ailəsi ilə birlikdə yaşayıb".

Təqsirləndirilən şəxsin sözlərinə görə, sentyabrın 9-da saat 20 radələrində Toğrulun mobil telefonuna zəng edib, öz avtomobili xarab olduğu üçün onu Qazyan kəndinə maşınla aparmağı xahiş edib: "Əmim oğlu Rəsul da yanımda idi. Təxminən 10 dəqiqə sonra Toğrul məni və Rəsulu avtomobilinə götürdü. Toğrul mənə bildirdi ki, ağrıyır, avtomobili idarə edə bilmir. Bu səbəbdən avtomobili mənim idarə etməyimi istədi. Onun maşınında Ucar rayonu, Qazyan kəndi ərazisində yerləşən "Qəzyan Piri" deyilən qəbristanlığın yoluna döndük. Həmin yolda avtomobildən düşərək gözlədik. Toğrul məndən orada niyə gözlədiyimizi soruşdu. Mən də gözləməyi dedim".

"Səhv etdiyini bildirdi"

Əbdül qeyd edib ki, təxminən 10 dəqiqə sonra atası Bahəddin və Sənəmin qayını Elvin "BMV" markalı avtomobillə həmin yerə gəliblər:

"Elvin qardaşının həyat yoldaşı Sənəmə qarşı Toğrulun əxlaqsız hərəkətlər etdiyini bildirdi. Bundan sonra atam Toğruldan nəyə görə belə hərəkətlərə yol verməsini soruşdu. O, əvvəlcə hərəkətlərini etiraf etmədi. Sifətinə iki şillə vurdum. Elvin də onun sifətinə vurdu. Bundan sonra Toğrul səhv etdiyini bildirdi".

"Atam üzünə tüpürdü"

Əbdül qeyd edib ki, həmin vaxt Toğrul atası Bahəddinə yalvarıb: "Daha sonra Toğrulu orada qoyduq və Elvinin avtomobili ilə oradan kəndə qayıtdıq. Bundan başqa aramızda heç bir münaqişə olmayıb. Mən Rəsul və Elvinlə Toğrulu yerə yıxmamışıq. Onun əlini və ayaqlarını iplə bağlamamışıq. Onu yerə yıxaraq yumruq və təpiklə döyməmişik. Toğrulu mən və Elvin ayaq üstə şillə ilə sifətinə vurnuşuq. Atam isə Toğrulun etdiyi hərəkətlərə görə üzünə tüpürdü".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Toğrulun sözlərinə görə, sentyabrın 9-da saat 20 radələrində yaşadığı Ucar rayonu Lək kəndində evində olub: "Bu zaman Əbdül mənə zəng etdi. Avtomaşınlarının xarab olduğunu, onları "Qəzyan Piri" qəbristanlığına aparmağı, orada avtomobillərinin xarab olduğunu bildirdi.

Avtomobilimi işə salaraq Əbdülün yaşadığı evin qarşısına gəldim. Həmin yerdə Əbdül və əmisi oğlu Rəsul avtomobilimə əyləşdilər və qəbirstanlığa tərəf sürməyimi istədilər. Qəbristanlığa çatanda avtomobilin harada olduğunu soruşdum. Avtomobillərinin xarab olamadığını, qazyanlılarla aralarında münaqişə olduğunu, evdə bilməsinlər deyə mənim maşınımda həmin yerə gəldiklərini dedilər".

"Bildirdi ki, başıma sidik ifraz edib, şəklimi çəksinlər"

Zərərçəkmiş qeyd edib ki, təxminən 3 dəqiqə sonra Bahəddin və Elvin "BMV" marakalı avtomobillə qəbristanlığa gəliblər:

"Bahəddin mənə yaxınlaşaraq qızı Sənəmə söz atdığımı dedi. Sənəmlə aramda heç bir münasibət olmadığını söylədim. Bu vaxt Elvin, Əbdül və Rəsul üstümə hücum etdilər. Üçü məni yerə yıxıb əl-qolumu iplə bağladılar. Yerdə təpik-yumruqla döyməyə başladılar. Təxmənən 40 dəqiqə məni yerdə döydülər. Bahəddin isə kənarda dayanıb, bizə tamaşa etdi.

Sonra Elvin özünə məxsus olan mobil telefonu çıxardaraq məni yerdə yıxılı, əl-qolu bağlı vəziyyətdə telefonun kamerası ilə çəkməyə başladı. Təxminən 10 dəqiqə ərzində məni telefonun kamerasına çəkdi. Sonra Əbdül bildirdi ki, başıma sidik ifraz edib, şəklimi çəksinlər. Lakin bu hərəkəti etmədilər".

Zərərçəkmiş qeyd edib ki, Bahəddin, Əbdül, Elvin və Rəsul ona sözlə hədə-qorxu gəlib, kəndi tərk etməyi, əks halda öldürəcəklərini deyiblər. O bildirib ki, hadisə zamanı onun sol qabırğası sınıb, həmin xəsarəti ona Əbdül təpiklə vuraraq yetirib.

Toğrul bildirib ki, hadisədən sonra özünü pis hiss edib, əvvəlcə şikayət etməyib: "Fikirləşdim ki, məni döyən şəxslər həmkəndliləri olduğundan üzr istəyəcəklər. Bu səbəbdən ilkin ifadəmdə məni mal-qara vurduğunu, bu səəbəbdən xəsarət aldığımı bildirdim".

"Atası və qardaşına danışdım"

Cinayət işi üzrə şahid qismində ifadə verən Elvinin sözlərinə görə, sentyabrın 8-də Bakı şəhərindən Ucarın Lək kəndinə gəlib: "Lək kəndində atamın evində olan zaman qardaşımın azyaşlı qızı Gülnar anası Sənəmin qonşumuz Toğrulla öz evlərində əxlaqsız hərəkətlər etdiyini bildirdi. Qardaşım Vəlinin evinə getdim, Sənəmə hər şeyi bildiyimi dedim.


Sənəm Toğrulla aralarında olmuş münasibət barədə danışdı, onunla görüşdüyünü özü etiraf etdi. Bu zaman qardaşımın evini axtardım, Sənəmin qardaşımdan xəbərsiz işlətdiyi mobil telefonu tapdım. Olanları Sənəmin atası Bahəddinə və qardaşı Əbdülə danışdım".

"İki dəfə şillə ilə vurdum"

Elvinin sözlərinə görə, səhəri gün Bahəddinlə telefon vasitəsilə əlaqə yaradıb: "Bahəddin bildirdi ki, işdədir, saat 15 radələrində evə gələcək. Sonra Toğrulla bu barədə söhbət edib, məsələyə aydınlıq gətirmək lazım olduğunu dedi.

Bir qədər sonra Əbdül zəng etdi, Toğrulla birlikdə "Qazyan Piri" adlanan qəbristanlıqda olduğunu dedi. Bahəddinlə birlikdə özümə məxsus "BMV" markalı avtomobillə həmin yerə, onların yanına getdik. Orada Toğrulun sifətindən tutaraq qardaşımın həyat yoldaşı ilə görüşüb-görüşmədiyini soruşdum. Toğrul etiraf etmədi, Sənəmlə görüşmədiyini bildirdi. Etiraf etmədiyi üçün onun sifət nahiyəsindən iki şillə ilə vurdum. Əbdül də Toğrulu vurmağa başladı.

Bahəddin Toğrula qohumu olduğu və qonşuluqda yaşayaraq qızına qarşı əxlaqsızlıq etdiyinə görə hirsləndiyi üçün halının pisləşdiyini gördük. Onu avtomobilimlə evinə apardıq. Əbdül və Rəsul da bizimlə birlikdə getdilər. Bundan bir neçə gün sonra Toğrulun bizdən Ucar rayon polis şöbəsinə şikayət etməsini öyrəndim".

"Müqavimət göstərə bilmədim"

Cinayət işi üzrə şahid qismində ifadə verən Sənəm qeyd edib ki, Vəli ilə 10 il əvvəl ailə həyatı qurub, birgə nikahdan 2 övladları olub: "Həmkəndlimiz Toğrul bizimlə qonşuluqda yaşayır, aramızda əvvəllər heç bir ədavət və düşmənçilik olmayıb. Toğrul təxminən 2020-ci ilin may ayının hansı günü olması unutmuşam, gündüz saat 13 radələrində yaşadığım evin həyətinə gəldi. Qəflətən içəri daxil oldu, evin alt mərtəbəsinin qapısını bağladı, mənə qarşı cinsi təcavüz etdi.

Toğrula müqavimət göstərə bilmədim. Onu itələdim, həmin vaxt orada ikimiz olmuşuq. Kənardan kimsə bizi görməyib. Ailəm dağılmasın deyə səs-küy salmadım. Toğrula qarşı aktiv müqavimət göstərmədim".

"Ərim boşanmaq üçün məhkəməyə müraciət edib"

Sənəm qeyd edib ki, təxminən iyul ayının sonlarında azyaşlı qızı Elvinə Toğrulun onunla əlaqəsinin olduğunu deyib: "Sentyabrın 9-da qaynım Elvin bizə gəldi. Mənə hədə-qorxu gələrək əlində şəkil olduğunu, qonşumuz Toğrulla görüşdüyümü bildirdi. Əvvəl qorxduğum üçün olanlar barədə Elvinə heç nə demədim. Sonra isə bir dəfə evimizin birinci mərtəbəsində onunla qeyri-ixtiyari cinsi əlaqədə olduğumu dedim.

Qaynım atam və qardaşıma bu barədə məlumat verdi. Məni Elvin atamın evinə gətirdi, əxlaqsızlıq etdiyimi, buna görə məni saxlaya bilməyəcəklərini dedi. Həmin gündən bu günə qədər atamın evində yaşayıram".

Sənəm bildirib ki, boşanmaq üçün həyat yoldaşı ərizə ilə Ucar rayon Məhkəməsinə müraciət edib.

Cəza

Bu cinayət işinə Ucar rayon Məhkəməsində baxılıb. Əbdül 1 il 6 ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzаsınа məhkum edilib.

Əbdülün üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri оlаn Ucar rayonu, Lək kəndində yerləşən evi axşam saat 23.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulub.

Hökmdən narazı qalan Əbdülün müdafiəçisi apelyasiya şikayəti verib. Vəkil şikayətində Əbdülün günahsız olduğunu, onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Apelyasiya şikayətinə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Hakim Akif Eyvazovun sədrliyi ilə baş tutan iclasda apellyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.

Apellyasiya şikayəti təmin olunmayıb.

Azərbaycan ordusunun zabiti vəfat edib.

Bu barədə "Yol-xeber.az" Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Belə ki, Silahlı Qüvvələrin Quru qoşunlarında xidmət edən mayor Araz İbrahimov koronavirus infeksiyası səbəbindən dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 27-si saat 20:58-dən 23:00-dək dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb.

Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və hərbi texnika baxımdan itki yoxdur.

Əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altındadır.

3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin direktoru Bahar Kərimovanın oradakı ərzaqları şəxsi maşınına yüklətdirməsini əks etdirən videogörüntülər yayılıb.

Bu barədə iddialar sosial şəbəkələrdə yayılıb.

Qeyd olunub ki, direktor məktəbin ərzağını satışa çıxarmaq məqsədilə daşıtdırıb. 

Təhsil Nazirliyinin rəsmisi Cəsarət Valehov Ölkə.Az-a açıqlamasında yayılan görüntülərin araşdırıldığını deyib.

"Hazırda məsələ araşdırılır. Araşdırmanın nəticəsinə uyğun olaraq ictimaiyyətə məlumat veriləcək", - deyə o söyləyib.

Ağstafada ibtidai sinif müəllimi direktorun ondan dərs saatlarına görə rüşvət tələb etdiyini iddia edir.

"Yol-xeber.az"ın məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı səs yazısı yayılıb.

Səs yazısının Ağstafa rayon Şahin Abadov adına Aşağı Kəsəmən tam orta məktəbinin müəllimi və direktoruna aid olduğu iddia edilir.

Direktorun təzyiqinə məruz qaldığı və rüşvət tələb edildiyi iddia edilən müəllimə Vüsalə Məmmədova baş verən hadisə ilə bağlı "Xəzər Xəbər"ə eksklüziv açıqlama verib. Vüsalə Məmmədova iddia edir ki, məktəbin direktoru Mətanət Məmmədova onun dərs yükünə əlavə olunan hər üç saata görə rüşvət tələb edib.

Direktor Mətanət Məmmədova isə səsləndirilən iddiaları qəbul etmədiyini bildirib. Səhhətində problem yarandığını söyləyərək rüşvət tələb etmədiyini və səs yazısının əsassız olduğunu bildirib. Amma onun müavini də "Xəzər Xəbər"ə  açıqlamasında məktəbdə müəllimlərdən rüşvət alındığını iddia edib.

Vüsalə Məmmədova bildirib ki, faktla bağlı Ağstafa rayon Təhsil Şöbəsinə müraciət edib. Rayon Təhsil Şöbəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin məsul şəxsi Nəcibə Vəliyeva bildirib ki, onlar lazımi məlumatları Təhsil Nazirliyinə təqdim ediblər və müvafiq qərarı gözləyirlər. Təhsil Nazirliyinin məlumatında isə qeyd edilib ki, sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı araşdırma aparılır.

Bakıda məktəblərin birindən çəkilən görüntülər yenidən gündəm yaradıb.

"Yol-xeber.az" xəbər verir ki, video sosial şəbəkələrdə yayılıb.

Belə ki, şagirdlər dərs zamanı sinif otağının əşyalarını dağıdır, onları yararsız vəziyyətə salırlar. Müəllimə olub-olmadığı dəqiq bəlli olmayan bir qadını isə sinifdən qovurlar.

Bakıda motosiklet minik avtomobilinin altında qalıb.

Yol-xeber.az xəbər verir ki, yol qəzası paytaxtın mərkəzi küçələrindən birində qeydə alınıb. Küçədə dönmə əməliyyatını yerinə yetirən “Wolt” kuryer şirkətinə məxsus motosiklet “Bolt” taksi şirkətinə məxsus olan minik avtomobilinə çırpılıb. Belə ki, dönmə əməliyyatı zamanı sürücülərin diqqətsizliyi ucbatından motosiklet avtomobilin altında qalıb.

Hadisə anı ərazidəki müşahidə kamerasına yansıyıb.

Lent.az bir neçə ay əvvəl baş verən qəzanın görüntülərini əldə edib.

Həmin görüntüləri təqdim edirik:    

Azərbaycan polisi külli miqdarda dələduzluqda təqsirli bilinən müəllimi axtarışa verib.

Yol-xeber.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Həsənzadə Rahilə Əhməd qızı Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham olunur.

Onun saxlanılaraq istintaqa cəlb olunması üçün barəsində axtarış elan olunub.

Qeyd edək ki, bir neçə il əvvəl də R. Həsənzadənin anoloji cinayətlər törətməsi ilə bağlı mediada məlumatlar yayılıb. Belə ki, 73 nəfər şikayətçi o zaman Suraxanı rayonu 104 saylı orta məktəbdə müəllim işləyən R. Həsənovadan polisə şikayət ediblər. Şikayətçilər qeyd ediblər ki, adıçəkilən müəllim onların adına ləğv edilmiş “Dəmirbank”dan nə az, nə çox 200 min manat kredit götürüb. 

R.Həsənovanın Türkiyəyə qaçdığı bildirilir. 

291519


Şəkidə 34 yaşlı kişinin Dövlət Sosial Müdafiə Fondunun şöbəsini və avtomobili yandırmağa cəhd etməsinin səbəbi bəlli olub.

Yanvarın 25-də günorta saatlarında şəhər sakini, 1988-ci il təvəllüdlü M.Əhmədov DSMF-nin Şəki rayon şöbəsinin pəncərəsinə və vətəndaşa məxsus avtomobilə benzin tökərək bir hissəsini yandırıb.

Yol-xeber.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yanan “Nissan” markalı avtomobil Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi, 1952-ci il təvəllüdlü Akif Fəxrəddin oğlu Əsədullayevə məxsusdur.

M.Əhmədov ona ayrılan təqaüdün dayandırılmasına görə Akif Əsədullayevi ittiham edib. Və bu iddia ilə də hadisəni törədib.

Qeyd edək ki, 2010-cu ildən psixiatriya xəstəxanasında qeydiyyatda olan ruhi-əsəb xəstəsi M. Ə. Yevlax rayonu ərazisində saxlanılaraq şöbəyə gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti