|
Avqustun 10-u saat 11:00 radələrində Abşeron rayonu, MD-23 qəsəbəsi ərazisində 1962-ci il təvəllüdlü Bayrampur Ehtimat Bayraməli oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron Rayon Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, “Azərişıq” ASC-nin Biləcəri Elektrik Təchizatı və Satışı Sahəsi Enerji İstismar Şöbəsində elektrik-montyor işləyən Ehtimat Bayrampur qeyd edilən ərazidə yerləşən “AZENCO” ASC-nin ərazisində yüksək cərəyanlı yeraltı kabeldə yaranmış nasazlıqla bağlı təmir işləri apararkən elektrik cərəyanının vurması nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
"Yol-xeber.az" virtualaz.org-a istinadən xəbər verir ki, general-leytenant Rövşən Əkbərov bu ilin martında həbs edilib. Onun həbsi barədə Baş Prokurorluq məlumat verib. Əkbərova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3 (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. General azərbaycanlı biznesmen Elçin Əliyevin qətlində ittiham olunur. Cinayət 1 iyun 2001-ci ildə Kiyevdə baş verib.
Daha əvvəl bildirildiyi kimi, general günahını etiraf etmir, ittihamları rədd edir və məhkəməyə gəlməkdən imtina edir. Rövşən Əkbərov da istintaq zamanı qürurla susmağa qərarına gəlib və təqsirləndirilən şəxs qismində ifadə verməyib.
Eyni zamanda cinayət işində general Əkbərov günahını təsdiq edən sübutlar var. Belə sübutlardan biri də hadisənin əsas şahidi Məzahir Şıxəliyevlə Elçin Əliyevin atası Faday Əliyev arasında baş verən söhbətin qeydəalınmasıdır. Məzahir Şıxəliyevin özü 2013-cü ildə onkolojı xəstəlikdən dünyasını dəyişib.
Əvvəlki ifadələrdən məlum olduğu kimi, 1 iyun 2001 -ci ildə Elçin Əliyev, Məzahir Şıxəliyev və Rövşən Əkbərov Azərbaycanın Kiyevdəki səfirliyində görüşüblər. Səfirlikdəki ziyafətə çoxlu qonaq toplaşıb.
Gecə yarısına yaxın Elçin Əliyev və Məzahir Şıxəliyev pivə içmək üçün "Sikora" kafesinə gediblər. Tezliklə oraya daha bir azərbaycanlı ilə birlikdə (bəzi şahidlər onun səfirliyin komendantı Qüdrət Əhmədov olduğunu deyib - red.) general Rövşən Əkbərov da gəlib.
Rövşən Akperovu görən Elçin Əliyev kafedə olan skripkaçıdan zabitlər haqqında bir neçə mahnı, o cümlədən Qazmanovun məşhur hiti - "Cənab zabitlər" ifa etməsini istəyib. Tezliklə Rövşən Əkbərov, Elçin Əliyev və Məzahir Şıxəliyev bir masa arxasında oturublar.
Məzahir Şıxəliyevlə Elçin Əliyevin atası arasındakı söhbətdən stenoqramı diqqətinizə təqdim edirik: "Rövşən soruşub ki, niyə ona səfirlikdə salam vermədik? "Biz səfirliyə çatanda sən samovar dəmləyirdin", - gülərək Elçin cavab verib. Bu sözlərdən sonra Rövşən Əkbərov əsəbi şəkildə soruşub: "Səncə mən çayxanaçıyam?" Onu sakitləşdirməyə çalışdım. O isə məni təhqir edib. Soruşdum ki, sən kimsən ki, məni susdurursan? Ayağa qalxıb və "indi ağzını bağlayacam" deyib.
İfadələr göstərir ki, mühafizəçilər sərxoş azərbaycanlılardan kafeni tərk etmələrini istəyiblər. Mübahisə küçədə davam edib və faciə ilə başa çatıb. Rövşən Əkbərov Məzahir Şıxəliyevin sifətinə yumruqla zərbə endirib və sonra Elçin Əliyevi bıçaqla vurub.
Avqustun 11-i saat 01:05-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonu Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.
Bu barədə "Yol-xeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
"Yol-xeber.az" fanat.az-a istinadən xəbər verir ki, avqusun 8-i saat 01 radələrində Xətai rayon sakini, 1991-ci il təvəllüdlü Mirzəyev Ramal Rafiq oğlunun yaşadığı mənzildə özünü asaraq intihar edib.
Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.
Vaxtilə zəbt etdikləri azərbaycanlıların evlərini tərk edib İrəvana pənah aparan erməni ailələrinin problemləri başlayıb. Yataqxanada məskunlaşan erməni ailələrindən mənzillərini tərk etmələri tələb olunur. Lakin getməyə heç bir yeri olmadıqlarını bildirirlər. Bildirirlər ki, onlar fevral ayından etibarən yataqxanada yaşamağa məcburdurlar.
"Yol-xeber.az" Milli.Az-a istinadən bildirir ki, o zaman onlara mənzil problemi həll edilənə qədər burada yaşaya biləcəkləri söylənilib. İndi isə deyirlər ki, "10 gündən sonra hindli tələbələr gələcək, çox pul ödəyirlər. Sosial təminat, azyaşlı uşaqla yaşaya bilməyəcəyiniz bir yer təklif edilir. Getməyə heç bir yerimiz yoxdur və sabah son gündür", - deyə qarabağlı qadınlardan biri bildirib.
Onlar başqa mənzil tapmağın daha çətin olduğunu söyləyirlər. "Soruşurlar ki, "siz qarabağlısınızmı? "Bəli" deyirik və bizə cavab verilmir. Bu münasibət nədir? Bir erməni bizə qarşı bunu edərsə, türklər nə edəcək? Türklər bizi evdən qovdular, indi də buradan qovurlar, bu həqiqətən mümkündürmü? Pul istəmirik, evə ehtiyacımız var", - deyə başqa bir qadın göz yaşları içində deyib. Onlar daimi yaşamaq üçün gəlmədiklərini, yalnız yaşayış yeri məsələsi həll olunana qədər müvəqqəti mənzilə ehtiyac duyduqlarını vurğulayıblar.
"Yol-xeber.az"ın Report-a istinadən məlumatına görə, o, barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyir.
Şikayətə avqustun 11-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.
Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Milli Məclisin 3 avqustda keçirilən növbədənkənar sessiyasının iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib.
Həmin gün Binəqədi Rayon Məhkəməsi onun barəsində 3 ay həbs qətimkan tədbiri seçib.
"Yol-xeber.az" xəbər verir ki, bunu “ARB 24”ün “Gündəm” verilişinə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, DİN-ə bununla bağlı faktlar daxil olub:
“Gözəllik salonlarında bu hal müşahidə edilib. Aşkarlanan faktlarla bağlı tədbir görülüb və qarşısı alınıb. Həmin şəxslər məsuliyyətə cəlb olunublar. Onlar maddənin çəki azaltmaqda təsiri olduğunu desələr də, onun narkotik vasitə olmasını söyləmirlər”.
E.Hacıyev valideynləri də diqqətli olmağa səsləyib:
“Valideynlər övladlarının xarakterində, hərəkətlərində dəyişiklik müşahidə etdikdə, onu müvafiq qaydada yoxlatdırsın. İmkan olmasa, çətinlik çəksələr, dövlət qurumlarına müraciət etsinlər. Dövlət qurumları tərəfindən zəruri köməkliklər göstəriləcək”.
Avqustun 4-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələrinin xidməti-döyüş fəaliyyəti çərçivəsində Xəzər dənizinin cənub istiqamətində Lənkəran reydində dəniz sərhədlərinin mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı dəniz istiqamətləndirici nişanına bərkidilmış bir ədəd şübhəli bağlama aşkarlanıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Yol-xeber.az"a məlumat verililib.
Bağlamaya keçirilən baxış zamanı içərisində 20 ədəd kiçik hissələrə bölünmüş şəkildə ümumi çəkisi 21 kiloqam 255 qram “tiryək”ə bənzər narkotik vasitə aşkar olunaraq götürülüb, fakt üzrə əməliyyat-istintaq tədbirlərinə başlanılıb.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı leytenant Babayev İlqar Rüfət oğlu həlak olub.
Hadisənin səbəbləri araşdırılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.