|
"Yol-xeber.az"ın APA-ya istinadən xəbərinə görə, hadisə Ağdamın işğaldan azad olunan Baş Qərvənd kəndi ərazisində baş verib. Ağdama çəkiləcək yeni yolun ərazisini minalardan təmizləyən ANAMA əməkdaşı Fərid Əliyev minaya düşərək xəsarət alıb.
Xəsarət alan şəxs ərazidən çıxarılaraq xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, Baş İdarənin əməkdaşlarının Nəsimi rayonunda həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Rahil Orucov saxlanılıb.
Onun üzərindən 65 qram heroin, 58 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.
Baş İdarə əməkdaşlarının Binəqədi rayonunda həyata keçirdikləri digər əməliyyat zamanı əvvəllər məhkum olunmuş Əli Cavadov və Bahadur İsmayılov saxlanılıblar. Əli Cavadovun üzərindən ümumilikdə 114 qram heroin, metamfetamin, elektron tərəzi, eləcə də 75 ədəd narkotik tərkibli metadon və preqabalin həbi aşkar edilib. Bahadur İsmayılovdan isə 24 qram heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. Bu şəxslər ifadələrində Binəqədi rayonu Rəsulzadə qəsəbəsində narkotik vasitələrin və “patı” adalanan matemfetaminin satışı ilə məşğul olduqlarını bildiriblər.
Binəqədi rayonunda həyata keçirilən növbəti əməliyyat zamanı isə narkotik vasitələrin, xüsusən gənclər arasında psixotrop tərkibli həblərin satışını həyata keçirən iki nəfər- Qafur Lətifov və Adil Ramazanov saxlanılıblar. Onlardan ümumilikdə 81 qram tiryək, heroin, metamfetamin, 240 ədəd narkotik tərkibli metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilib.
Narkotik vasitələrin onlayn yolla satışını həyata keçirən daha bir şəxs isə Abşeron rayonu Masazır qəsəbəsində tutularaq məsuliyyətə cəlb edilib. Əməliyyat zamanı qeyd edilən qəsəbədə yaşayan Tural İbrahimov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 1 kiloqram 47 qram metamfetamin, 270 qram heroin, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi bank kartı və 2 ədəd elektron tərəzi aşkar edilib.
Abşeron rayonu Xırdalan şəhərində həyata keçirilən digər bir əməliyyat zamanı isə əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum edilmiş Ağaxan Hüseynov saxlanılıb. Onun şəhər ərazisində yerləşən evinə və üzərinə baxış zamanı 5 qrama yaxın metamfetamin və 1 ədəd “F-1” əl qumbarası aşkar edilib.
Baş İdarə əməkdaşlarının Abşeron rayonu Xırdalan şəhəri ərazisində həyata keçirdikləri digər bir əməliyyat zamanı isə narkotik vasitələrin qəbul edildiyi tiryəkxana aşkar edilib. Həmin mənzilə baxış zamnaı orada narkotik vasitələrin qəbuluna şərait yaradan Ləman Abdullayeva, Əsmər Abdullayeva və Elşən Cəfərov saxlanılıblar. Bu şəxslərin üzərindən ümumilikdə 27 qram heroin və metamfetamin aşkar edilib.
Yasamal və Sabunçu rayonunda həyata keçirilən sonuncu əməliyyatlar zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Fərid Qulubəyov və Aqil Əzizov saxlanılıblar. Fərid Qulubəyovun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 9 qrama yaxın yüksək təsiredici maddə olan kokain, 35 qram metamfetamin, 25 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilib. Aqil Əzizovdan isə ümumilikdə 1 kiloqram 800 qram marixuana və elektron tərəzi aşkar edilib. Bu şəxslər də ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını bildiriblər.
Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 12 nəfər məsuliyyətə cəlb edilib. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslərin hər biri tutularaq istintaqa cəlb olunublar. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, təqdim etdiyimiz sonuncu əməliyyatların bir neçəsi Baş İdarənin sosial şəbəkələrdəki səhifələrinə ayrı-ayrı vətəndaşlar tərəfindən göndərilən məlumatlar əsasında həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitəni göndərən şəxsin ifşa edilməsi və mənbənin müəyyən olunması məqsədilə zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Keçirilən tədbirlər nəticəsində Mingəçevir şəhər sakini, əvvəllər oğurluğa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum olunmuş Rövşən Quliyev şübhəli şəxs qismində saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin Kamran Rüstəmovu cəzaçəkmə müəssisəsindən tanıdığı məlum olub.
Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən evə keçirilən baxış zamanı oradan “patı” və “şüşə” adlanan narkotik maddə-metamfetamin, heroin, elektron tərəzi və narkotiklərin satışından əldə edilən pullar aşkar edilərək maddi sübut kimi götürülüb.
Həmçinin əməliyyat tədbiri keçirilən zaman orada narkotik vasitə qəbul edən iki nəfər şəxs də saxlanılıb. Araşdırmalarla onların Şirvan şəhər sakini Novruz Məmmədov və Hacıqabul rayon sakini Namiq Abdullayev olduqları müəyyənləşdirilib. Hər iki şəxs dindirilmə zamanı tiryəkxanaya narkotik vasitə qəbul etmək üçün gəldiklərini və pul müqabilində ev sahiblərinin onlara şərait yaratdıqlarını bildiriblər.
F.Şadlinski və Q.Baxışəliyeva isə izahatlarında onlara məxsus fərdi yaşayış evində narkotiklərin satışı həyata keçirdiklərini etiraf ediblər.
Faktla bağlı Şirvan ŞPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Rusiyanın Moskva şəhərində ata öz uşağına qarşı dəhşətli addıb atıb.
Yol-xeber.az xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı Leonid Kudryavçev 2 yaşlı oğlunu 5-ci mərtəbədən yerə atıb.
Bunu yan otaqda olan Leonidin anası fərq edib və dərhal polisə, həmçinin təcili yardıma zəng vurub.
Hadisəni törədən şəxs evdən qaçsa da, hüquq-mühafizə orqanları onu yaxalayıb.
Xəstəxanadan yerləşdirilən azyaşlının ölümdən xilas etmək mümkün olsa da, həyatı təhlükəsi davam edir. Beşinci mərtəbədən atılan 2 yaşlı uşaq ağciyər xəsarəti, qapalı kəllə-beyin zədəsi, beyin qanaması, qapalı sinə zədəsi alıb. Onun həmçinin qabırğa sümükləri və boynunda sınıqları olub.
Hadisəni törədən şəxsin anası oğlu haqda danışarkən bunları deyib: "O, narkotik aludəçisidir. Həyat yoldaşı ilə gah yaşayır, gah da yaşamır. Və son vaxtlar boş şeylər danışırdı. Başına çip qoyulduğunu söyləyirdi".
Hazırladı: Səbinə
Avqustun 4-ü saat 14:50-dən 00:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Şorca, Əzizli, Şişqaya və Qaraiman, Çəmbərək rayonunun Ardanış yaşayış məntəqələrində yerləşən mövqelərindən Sədərək rayonunun Heydərabad, Gədəbəy rayonunun Novoivanovka və Qalakənd, Kəlbəcər rayonunun İstisu və Yellicə, Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.
Bu barədə "Yol-xeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Daxili İşlər Nazirliyindən "Yol-xeber.az"a verilən məlumata görə, avqustun 2-də Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən İsa və Habil Balaxanov qardaşlarını saxlayıb.
Onlar polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq ediliblər.
Həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
"Yol-xeber.az" “Report”a istinadən xəbər verir ki, ötən gün saat 22:30 radələrindən başlayaraq sözügedən ərazilərdə kol-kos yanır.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu, Şamaxı və İsmayıllı yanğından mühafizə hissələrindən 5 yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb olunub.
Hazırda yolsuzluq və çətin relyef şəraitində getdikcə yayılan yanğının söndürülməsi üçün gərgin mübarizə aparılır.
Əsas diqqət yanğının dağlardakı meşəlik ərazilərə keçmədən söndürülməsinə yönəldilib.
Qeyd edək ki, yanğınla mübarizəyə mülki vətəndaşlar da cəlb olunub.
"Ölkə.Az"ın xarici mediaya istinadən xəbər verir ki, hadisə Odessa şəhərində baş verib.
Belə ki, Şəmkir sakini, 1996-cı il təvəllüdlü Laçın Məmmədov küçə ilə hərəkət edən zaman bir nəfər əlində avtomatla ona atəş açıb.
O, Odessada kiçik sahibkarlıqla məşğul olub.
Yerli polisin açıqlamasına görə, qətli törədən şəxsin Gürcüstan vətəndaşı Elmuraz Məmmədov olduğu üzə çıxıb.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Hazırladı: Fidan
Ailə-məişət zəminində daxil olan bütün müraciətlər DİN-in nəzarətinə götürülür
Paytaxtın Xəzər rayonunda Sevinc Məhərrəmovanın həyat yoldaşı tərəfindən qətlə yetirilməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif iddialar paylaşılır və polisi daha çox müzakirə obyektinə çevirməyə çalışırlar.
Bu iddiaların nə qədər əsaslı olması ilə bağlı DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Yol-xeber.az-ın sorğusunu cavablandırıb.
"Ağır hadisədir, faciədir, bu hal baş verməməli idi. Qarşısının alınması üçün qətlə yetirilən qadının “ailəmdən ayrıla bilmərəm, övladlarımdan ayrı yaşaya bilmərəm” kimi israrlı istəkləri, ona təklif olunan sığınacaqdan imtinası ilə bağlı daha təsirli tədbirlər görülə bilərdi. Etiraf edək ki, onu xilas etmək üçün bütün imkanlar tam səfərbər edilmədi, daha çox ailənin, qadının, onun yaxınlarının istəkləri nəzərə alınmaqla tədbirlər hüquq çərçivəsində həyata keçirilib.
Cari ilin mart ayında zorakılığa məruz qalan qadının şikayəti əsasında başlayan cinayət işi üzrə zəruri olan bütün tədbirlər qanunvericiliyə uyğun olaraq təmin edilməsinə baxmayaraq, məhkəmə baxışı zamanı tərəflərin barışığı nəzərə alındı. İlk günlər ailədaxili münasibətlərin normallaşması müşahidə edilirdi. Təəssüf ki, sonradan baş verənlər – tərəflərin barışığı, valideynlərin bir-birinə güzəştsiz münasibəti ağır nəticələrə yol açdı. Bu o həqiqətin göstəricisidir ki, bu barışıqlar həmişə xoşbəxtliklə nəticələnmir.
Hadisənin təfərrüatları tərəfimizdən ətraflı təhlil olunaraq, ailə-məişət zəminində daxil olan bütün müraciətlərə daha diqqətli, daha məsuliyyətli yanaşılması üçün tərəflərin razılığı, yaxud barışığı olsa belə həmin şəxslər profilaktik qeydiyyata alınmaqla, nəzarət profilaktik işin effektiv təşkili və gücləndirilməsi üçün tədbirlər görülür"- açıqlamada qeyd edilib.