Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yol-xeber.az APA-ya istinadən xəbər verir ki, qəza Girdəni kəndində qeydə alınıb.

“Shacman” markalı yük avtomobili ilə toqquşma nəticəsində motosikletin sürücüsü hadisə yerində dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Lənkəranda qəzada ölən motosikletçinin kimliyi məlum olub. Bu, Qızılağac kənd sakini, 1957-ci il təvəllüdlü İsayət Hidayət oğlu Əhmədovdur. Motosikleti arxadan vuran "Shacman"ın sürücüsü isə 1997-ci il təvəllüdlü Şaiq Ramiz oğlu Quluzadədir.

Lənkəran rayonunda transformatorun içində paltarını dəyişən süpürgəçi qadın cərəyan vurması nəticəsində ölüb.

Prokurorluqdan “Ölkə.az”a verilən məlumata görə, iyunun 29-u saat 14 radələrində Lənkəran şəhər mənzil-istismar sahəsində süpürgəçi işləyən, Lənkəran rayon sakini Kitabə Quliyeva elektrik cərəyanı vurması nəticəsində ölüb.

Araşdırmalarla müəyyən edilib ki, Kitabə Quliyeva rayonun K.Kazımov küçəsindəki binanın həyətində yerləşən Cənub Regional Enerji Təchizatı və Satışı idarəsinin Lənkəran Elektrik şəbəkəsinin balansında olan qapalı paylayıcı-çevirici məntəqənin giriş qapısını açaraq içəri daxil olub, orada paltarını dəyişən zaman elektrik cərəyanının onu vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

"Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.

Bu barədə "Yol-xeber.az"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində işğaldan azad olunmuş Əliağalı kəndi ərazisində yabanı halda bitmiş çəkisi 106 kiloqram olan 1074 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Bakıda yanğın hadisəsi baş verib.

Yol-xeber.az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığı, "Bakı" futbol klubunun keçmiş ərazisində qeydə alınıb.

Belə ki, yeni tikilən binaların yerləşdiyi ərazidə yanğın başlayıb.

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Bu barədə "Yol-xeber.az"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Belə ki, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbirlər zamanı rayonun işğaldan azad edilmiş ərazilərindəki tərk edilmiş hərbi mövqelərdən 4 avtomat, 1 tank əleyhinə raket qurğusu, 1 “AQS-17” qurğusu, 41 müxtəlif növ əl qumbarası, 14 müxtəlif növ partladıcılar, 30 avtomat darağı, 4600 müxtəlif çaplı patronlar və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

"Ermənistanın təxribatları davam edəcək, çünki böhran yaşayan ölkədə orduya nəzarət yüksək səviyyədə deyil. Nəzərə almalıyıq ki, Qarabağ klanının orduya təsiri hələ də davam edir".

Yol-xeber.az-ın xəbərinə görə, bunu təhlükəsizlik üzrə ekspert İlham İsmayıl son zamanlar Ermənistanın Azərbaycanla sərhəddə təxribatçı addımlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, indiki məqamda bir neçə versiya irəli sürmək olar:

"26-dan 27-nə keçən gecədə müxtəlif fasilələrlə atıcı silahlardan atəş açıblar. Biləsiniz ki, həmin Kəlbəcər istiqamətində Azərbaycan Ordusu çox sürətlə mühəndis-texniki qurğuları yerləşdirir. O qədər intensiv işlər gedir ki, payıza qədər çatmalıdır. Bunu qarşı tərəf görür və erməni mətbuatı da təəccübünü gizlədə bilmir. Bu işlərin qarşısını almaq və ləngitmələr üçün maksimum çalışırlar. Çünki seçkidən sonra Paşinyanın ilk addımlarından biri Moskvaya nümayəndə heyəti göndərmək oldu. Məqsəd Şoyqu ilə görüşmək və Azərbaycanla olan bütün sərhədlərinə Rusiya sərhədçiləri yerləşdirməkdir. Bilirsiniz ki, Ermənistanın İran, Türkiyə ilə artıq Zəngilan istiqamətində olan sərhədlərini Rusiya hərbçiləri qoruyurlar. Məhz buna görə Kəlbəcər istiqamətində işlərin ləngiməsinə çalışırlar və bu əraziyə də Rusiya hərbçilərinin gəlməsini istəyirlər. Amma bunun bizə bir o qədər də zərəri yoxdur.  Çünki təqdim olunan xəritə məhz Rusiya tərəfindən verilib. Biz sovetin xəritəsi əsasında onsuz da işimizi görəcəyik. Heç kəsin ərazisinə girməmişik. Ona görə də çox inamla sərhədə qurğular yerləşdiririk. Sadəcə, istəyirlər ki, bir qarış da olsa, ərazi üstünlükləri olsun".

Onun sözlərinə görə, Ermənistan tərəfi həmçinin Azərbaycanın sülh müqaviləsi dəvətindən qaçmaq istəyir: "Bunun fonunda beynəlxalq aləmin qınağına tuş gəlməməsi üçün öz təxribatlarını Azərbaycanın üstünə yıxmaq istəyir. Bununla bizi bir növ şantaj etmək istəyirlər. Guya Azərbaycan sülh istəmir və s. Bu səbəblərdən təxribatlara əl atırlar". 

Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Yol-xeber.az"ın oxu.az-a istinadən məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan magistral yolunun 262-ci kilometrliyinin Ləki qəsəbəsindən keçən hissəsində qeydə alınıb. 

“Mercedes-Benz” markalı minik avtomobili ilə yük maşını toqquşub.

Baş verən hadisə zamanı “Mercedes-Benz”in sürücüsü və bir sərnişin ölüb.

Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi zamanı Zamir İbrahimov və Şamil Həlləyev vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Bakıda yaşayış binasında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə Səbail rayonunda yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb.

Belə ki, binanın beşinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd sayğac, 10 ədəd qoruyucu açar və 4 p.m kabel yanıb. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində erməni terror dəstəsinin üzvü olan Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Seryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdiriləcək.

“Yol-xeber.az” xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçiriləcək prosesdə ittiham aktının elan ediləcəyi və təqsirləndirilən şəxslərin dindiriləcəyi gözlənilir.

Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar. Onlar 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq, 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Həmin silahlı dəstənin 14 nəfər üzvü barəsində cinayət işinin istintaqının yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilməsi barədə ictimaiyyətə daha əvvəl məlumat verilib.

Hazırda sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin - Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç və qeyrilərinin, ümumilikdə 13 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan "Yol-xeber.az"a verilən məlumata görə, tədbir zamanı rayonun Ağalı kəndi ərazisində çəkisi 100 kiloqram olan 760 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

 

 

 

 
 
 

Xəbər lenti