![]() |
|
Həbsdə olan sabiq deputat Rafael Cəbrayılov vəfat edib.
Yol-xeber.az-ın əldə etdiyi məlumata görə R.Cəbrayılov koronavirusdan dünyasını dəyişib.
Məlumata görə, bu gün sabiq deputatın məhkəməsi olacaqmış.
Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Aparılan ibtidai istintaq zamanı Rafael Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən qanunsuz hərəkətləri ilə Rafael Cəbrayılovun deputatların fəaliyyətinin tənzimlənməsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vəzifələrini yerinə yetirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onu da qeyd edək ki, R.Cəbrayılov borcu vəd etdiyi vaxtında qaytara bilməsi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin Deputatının vəsiqəsinin əslini girov qoymuşdu.
“Yol-xeber.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə baş verən günü Əhməd Özdəmir qadının yaşadığı evə gələrək onu təhqir etməyə başlayıb.
Qapını açan qadın qonşuların narahat olduğunu bildirərək həyat oldaşından getməsini tələb edib.
Bu zaman Əhməd Özdəmir evə girərək qadını döyməyə başlayıb. Qadın özünü müdafiə etmək üçün soyuducunun üzərindən götürdüyü bıçaqla həyat yoldaşının sinəsinə xəsarət yetirib.
Köməyə gələn qonşular təcili tibbi yardım çağırıblar.
Hadisə yerinə hələn tibb işçiləri ilkin tibbi yardım göstərsələrdə, xəstəxanaya çatdırılan Əhməd Özdəmir orada dünyasını dəyişib.
Polis əməkdaşları tərəfindən saxlanılan Nuran Özdəmir ifadəsində bildirib ki, həyat yoldaşını öldürmək fikrində olmayıb və özünü qorumaq üçün bıçaqa əl atıb:
“Hadisə baş verən günü həyat yoldaşım binanın içərisində yüksək səslə məni təhqir etməyə başladı. Qapını açıb ondan çıxıb getməsini istədim. Dedim, qonşuları da narahat edirsən. Bu zaman Əhməd qapıdan içəri girdi və başımı yerə əyərək məni vurmağa başladı və bir müddət belə döyməyə davam etdi.
Məni döyərkən başımdan qan axdığını görəndə, ondan qurtulmaq üçün soyuducunun üzərindəki bıçağı götürdüm və baxmadan təsadüfi olaraq onu vurdum.
O vaxt evdə olan uşaqlarım müdaxilə edərək bizi ayırdılar.
Bıçağı öldürmək üçün deyil, əlindən qurtulmaq üçün vurdum".
Araşdırma aparılır.
Azərbaycanda polis şöbədə həyat yoldaşını xidməti silahla öldürüb.
Bu barədə "Yol-xeber.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu gün səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alır.
O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib.
İ.Məmmədov saxlanılıb.
Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.
Azərbaycanda polis generalı vəfat edib.
Yol-xeber.az-ın xəbərinə görə, Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun sabiq rəisi, polis general-mayoru Mehman Təhməzov dünyasını dəyişib.
O, uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirmiş.
Qeyd edək ki, M.Təhməzov 2012-ci ildə Azərbaycan İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə təyin edilib. 2019-cu ildə o, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Bu barədə "Ölkə.Az"a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, rayonun Aran bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla bələdiyyənin vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə 2013-2018-ci illər üzrə poçt və bank filiallarından nağd qaydada alınan pul vəsaitlərindən 63 min manatın təsərrüfat xərcləri kimi sənədləşdirilmədən və təsdiqedici sənədlər olmadan məxaric silinməsi, bələdiyyə tərəfindən müxtəlif hüquqi şəxslərə satılmış torpaq sahələrinə görə 109 min manatın bələdiyyənin hesabına köçürülməməsi, həmçinin bələdiyyənin büdcəsində olan külli miqdarda pul vəsaitinin müxtəlif korrupsiya sxemlərindən istifadə edilməklə mənimsənilməsi nəticəsində ümumilikdə 259 min manat məbləğində ziyan vurulması müəyyən edilib.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə bütün təqsirli şəxslərin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bu barədə "Yol-xeber.az"a Xəzər Rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, paytaxtın Xəzər rayonu Binə Qəsəbəsində yerləşən 29 saylı Birləşmiş Şəhər Xəstəxanasında keçirilən vaksinasiya prosesi zamanı yol verilmiş qanunsuzluqlar barədə daxil olmuş material əsasında Xəzər Rayon Prokurorluğunda araşdırma aparılmışdır.
Araşdırma ilə Elnur Əliyev, qeyd edilən xəstəxanada tibb bacısı işləyən Əsmər Hüseynova, Firəngiz Nəhmətova, Sevər Dadaşzadə, Ülkər Abasova və Sara Allahverdiyeva tərəfindən pul müqabilində vətəndaşlara vaksin vurulmadan “COVİD-19 vaksinasiyası üzrə məlumat forması”nın verilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda cinayət işi üzrə intensiv istintaq hərəkətləri davam etdirilir.
Yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində özünü bloger kimi təqdim edən reket-“jurnalist” Ata Abdullayevin mühakiməsi başlayacaq.
Ölkə.az yenisabah.az-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs olunan Ata Abdullayevin işi üzrə istintaq başa çatıb və cinayət işinin materialları məhkəməyə göndərilib.
Belə ki, Ata Abdullayev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsilə ittiham olunur.
Bu cinayət işi üzrə dörd nəfər zərərçəkmiş qismində tanınıb. Bunlar Əliyev Elmar Ziyafət oğlu, Babayev Cəmil Alim oğlu, Əliyev Elçin Qulamağa oğlu və Həsənov Şahlar Şahmar oğludur. Ata Abdullayevin bu şəxsləri şantaj edib, onlardan pul tələb etdiyi bildirilir.
Zərərçəkmişlərdən Şahlar Həsənov Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır üzrə nümayəndəsidir.
Elmar Əliyev isə Gənclər və İdman Nazirliyinin nəzdində yaradılan Tədbir Əməliyyat Komitəsinin maliyyə direktorudur.
"Yol-xeber.az"ın xəbərinə görə, bununla bağlı Yasamal Rayon Məhkəməsi qərar çıxarıb.
Qərara əsasən, Kamran Cəbrayılzadənin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, sentyabrın 24-də paytaxtda “Volkswagen” markalı avtomobilin sürücüsü 1993-cü il təvəllüdlü K.Cəbrayılzadə ictimai qaydanı, ictimai asayişi qəsdlə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə 10 yaxın avtomobilə maddi ziyan vuraraq polisin təqibindən yayınmağa cəhd göstərib.
Davamlı olaraq, avtoxuliqanlıq hərəkətləri ilə müşayiət olunan avtomobil həyata keçirilən təxirəsalınmaz tədbirlərlə və vətəndaşların əməli köməkliyi ilə saxlanılması təmin olunub.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, K.Cəbrayılzadə cinayət işi üzrə şübhəli şəxs qisimində tutularaq, istintaqa cəlb edilib.
Hazırda istintaq hərəkətləri davam etdirilir.
Paytaxtda polislərdən qaçmaq istəyən sürücü bir neçə dəfə paytaxt ərazisində cəmiyyətə hörmətsizlik edərək, yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq edib.
Bu barədə Yol-xeber.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, yol polisi əməkdaşları yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə sözügedən sürücü barəsində tədbir görüməyə çalışıb:
“Bu zaman şəxs polisə tabe olmayıb. Əksinə baş verən hadisəni daha da gərginləşdirməyə çalışıb. Ətrafdakı sürücülər hadisəyə reaksiya verərək, yol polis əməkdaşına kömək etməyə çalışıblar.
Sözügedən sürücü ətrafda olan bir neçə nəqliyyat vasitəsinə də ziyan vurub. Sürücü saxlanılıb. Hadisə barəsində aidiyyəti üzrə araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq şəxs barəsində qanunauyğun tədbirlər görüləcək. İctimaiyyətə əlavə məlumat veriləcək”.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə paytaxtda polislərdən qaçmaq istəyən sürücünün digər avtomobillərə zərər vurduğunun görüntüləri yayılıb. Belə ki, 50-ED-532 dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” markalı avtomobilin sahibi polislərin dayan əmrinə tabe olmayıb.
Bakıda və Abşeron yarımadasında sentyabrın 24-ü günün ikinci yarısında şimal-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 25-i gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Azərbaycanın rayonlarında sentyabrın 25-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.