![]() |
|
Dövlət Sərhəd Хidməti tərəfindən Xəzər dənizində dövlət sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri dаvаm еtdirilir.
Dövlət Sərhəd Хidmətinin Mətbuаt Mərkəzindən bildirilib ki, oktyabrın 16-da saat 23:00 radələrində DSX-nin Sahil Mühafizəsinin texniki müşahidə məntəqələri tərəfindən Xəzər dənizində cənub istiqаmətindən Azərbaycana mənsub sulara daxil olaraq şimala doğru hərəkət еdən üç nаməlum hədəf аşkаr оlunaraq nəzаrətə götürülüb.
Azərbaycana mənsub sulara daxil olmuş naməlum üzmə vasitələrinin saxlanılması məqsədilə Xəzər dənizində dövlət sərhədinin mühаfizəsində оlаn sərhəd gözətçi gəmiləri dərhal həmin istiqаmətə göndəriliblər.
DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri tərəfindən naməlum üzmə vasitələrinin hərəkətinin qarşısı alınıb. Təqib edilən itisürətli üzmə vasitələri sərhəd gözətçi gəmisindən açılan xəbərdarlıq atəşindən sonra bortlarında olan yükləri suya ataraq geriyə doğru hərəkət edib və Xəzər dənizinin Azərbaycana mənsub sularını tərk ediblər.
Yüklər sudan çıxarılmış, baxış zamanı ümumi dəyəri təxminən 100 min manata yaxın olan 23 780 ədəd siqaret qutusundan ibarət olması müəyyən edilib.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
"Ölkə.Az" xəbər verir ki, 217 nömrəli tam orta məktəbin direktoru Bənövşə Cəfərova bir neçə gün əvvəl vəzifəsindən kənarlaşdırılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq direktorun işdən çıxarılması ilə bağlı məlumat təsdiqlənib.
Qeyd edək ki, B.Cəfərova saytımıza açıqlamasında bildirmişdi ki, qan təzyiqi yüksək olması səbəbindən çıxışında 44 günlük Vətən müharibəsini “24 günlük Vətən müharibəsi” kimi ifadə edib.
Xatırladaq ki, Bənövşə Cəfərova Samux rayon icra başçısı Alı Qocayevin həyat yoldaşıdır.
Bakının Nərimanov rayonunda yanğın başlayıb.
“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın “Metro City” ticarət mərkəzindədir.
Ticarət mərkəzinin içinin mallarla dolu olduğu bildirilir. Hazırda yanğının lokallaşdırılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb edilib.
***
Yanğın baş verən ticarət mərkəzinə bitişik dayanan maşın polis əməkdaşları tərəfindən hadisə yerindən çıxarılıb. Qeyd edilib ki, əks halda partlayış baş verə bilərdi.
***
Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarlardan bir neçəsi “Qafqazinfo”ya bildirib ki, ticarət mərkəzi saat 9-da açılır. Ona görə də mağaza sahibləri içəridə olmayıb. Yanğın təxminən 8:00-8:30 radələrində başlayıb.
***
Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb: "FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub".
***
İlkin məlumata görə, ticarət mərkəzində 30-dan çox mağaza fəaliyyət göstərib. Sahibkarların sözlərinə görə, hər mağazada ən azı 50-60 min manatlıq malları olub.
***
Yaxınlıqdakı obyektlərdən birinin mühafizəçisi, hadisə şahidi Eldəniz İbrahimov “Qafqazinfo”ya bildirib ki, yanğın 10 dəq ərzində başlayaraq sürətlənib: “Bir xanım dedi ki, tüstü çıxır. 101-i tez yığdım, gəldilər. Təxminən 9-a işləmiş radələrində başladı. Orta hissəsindən başladı mərkəzin. Həmin vaxt obyekt bağlı olub, içəridə heç kim yox idi”.
***
Metronun yanğın baş verən əraziyə olan çıxışı bağlanılıb.
***
FHN-dən verilən məlumata görə, artıq yanğın söndürülüb. İlkin məlumata əsasən, hadisə nəticəsində 300 kvadrat metr ərazi yanıb.
Murad Əhməd
Oktyabrın 15-də səhər saatlarında qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən mülki tibbi yardım maşınından istifadə etməklə Ağdərə istiqamətində bölmələrimizə qarşı növbəti terror-təxribat cəhdi qeydə alınıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, hərbi qulluqçularımızın sayıqlığı və görülən tədbirlər nəticəsində bu cəhdin qarşısı alınıb və maşında hərəkət edən silahlılar geriyə dönməyə məcbur ediliblər.
"Bildiririk ki, mülki tibbi yardım maşınından hərbi məqsədlər üçün istifadə edilməsi qəti yolverilməzdir, terrorçulara xas olan metoddur və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır. Bir daha xəbərdarlıq edirik ki, istənilən terror-təxribat xarakterli fəaliyyətlərin qarşısı tərəfimizdən dərhal və qətiyyətlə alınacaqdır", - məlumatda bildirilib.
Bunu "Yol-xeber.az"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
"Həmin azyaşlı anasının yanındadır. Onlar barəsində dəfələrlə profilaktik tədbirlər görülüb. Sığınacağa yerləşdirilməsi təklif olunsa da, o, bundan qəti imtina edib. Həmin uşaq və anası xroniki xəstəlikdən əziyyət çəkirlər. Ana və azyaşlı uşağın qanunvericiliyə uyğun olaraq, aidiyyəti qurumlar məlumatlandırılmaqla müvafiq xəstəxanaya yerləşdirilməsi, eləcə də həyat və sağlamlıqlarının nəzarətə götürülməsi istiqamətində tədbirlər görüləcək. Hazırda bu istiqamətdə ərazi polis orqanına müvafiq göstərişlər verilib", - o vurğulayıb.
"Oktyabrın 14-də axşam saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Məmmədov Namin Ruslan oğlunun məzuniyyətdə olarkən yaşadığı ünvanda intihar etməsi ilə bağlı məlumatı təsdiq edirik".
Bu barədə "Yol-xeber.az"a Müdafiə Nazirliyindən bildirilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Rusiyada 18 yaşlı tələbə qız babasını bıçaqlayaraq öldürüb.
Yol-xeber.az xəbər verir ki, hadisəni törədən şəxs aralarında mübahisə olduğunu və yalnız özünü müdafiə etdiyini iddia edib.
Qonşular qışqırıq səsi eşidib və polisə müraciət ediblər. Yaxınlıqda olan patrul xidmətinin əməkdaşları mənzilə daxil olub. Onlar öldürülən kişinin cəsədini və gənc qızı aşkar edib.
18 yaşlı Emina Yakubova saxlanılıb və faktla bağlı cinayət işi açılıb.
O, polisə ifadəsində babasını evdən buraxmadığı üçün bıçaqladığını bildirib.
Qız Moskva Dövlət Universitetinin Mexanika və Riyaziyyat fakültəsinin birinci kurs tələbəsidir. Haqqında danışılarkən yalnız müsbət xarakterizə olunur.
Azərbaycanda makler tələbə qıza əxlaqsız təklif irəli sürüb.
Yol-xeber.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, tələbə qız kirayə qalmaq üçün Ruslan adlı maklerə zəng edib. Makler evin 200 manat qarşılığında kirayəyə verildiyini deyib, sonra isə qeyd edib ki, kirayədə qalan qızla münasibəti yaranarsa, qiymətdə endirim edəcək.
Ruslan hətta qıza gələcəkdə birlikdə həmin evdə qala biləcəklərini də deyib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Yol-xeber.az"a bildirib ki, yayılan həmin video görüntülərlə bağlı Tovuz Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.
O qeyd edib ki, araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Şəhidləri təhqir etdiyi deyilən və onu cəzalandıranların kimliyi hələlik açıqlanmır.
"Hadisə səhər saat 6:50 radələrində Suraxanı dairəsi yaxınlığında baş verib. İlkin ehtimal sürücünün sükan arxasında yuxulamasıdır".
Yol-xeber.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu sözləri İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində qonaq olan DYP-nin baş inspektoru bildirib.
O əlavə edib ki, hadisə baş verdikdən sonra əraziyə dərhal polis əməkdaşları gəliblər: "Sürücünün DYP əməkdaşlarına hadisə yerində bildirdiyi səbəb yuxulu olması olub".
Qeyd edək ki, Suraxanı Rayon Məhkəməsində aeroport yolunda sərnişin avtobusuna çarpılan yük avtomobilinin sürücüsü Mahmud Əzizovun barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb. Qərara əsasən, M.Əzizovun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.