Bu gün səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu kilometrliyində qaya uçqunu hadisəsi baş verib.

Yol-xeber.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb.

Dərhal hadisə yerinə texnika və canlı qüvvə cəlb olunub.

Hazırda yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi və hərəkətin bərpası üçün addımlar atılır.

Mədəniyyət nazirinin sabiq müavini, rüşvət aldığı üçün həbs edilən Rafiq Bayrmovun cəza müddəti aşağı endirilib.

"Yol-xeber.az"ın unikal.org-a istinadən məlumatına görə, onun həbs müddəti 4 il 6 ay olaraq müəyyən edilib.

Qeyd edək ki, R.Bayramov avqust ayında Bakı Ağır Cinay

Bir neçə gün əvvəl Daşkəsən rayonunun Çıraqlı kəndində 1996-cı il təvəllüdlü Nəbiyev Ruhlan Asim oğlunun bıçaqlanması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Yol-xeber.az-ın əldə etdiyi məlumata görə, kənd sakini 1969-cu il təvəllüdlü Hüseynəliyev Faiq Abbas oğlu tərəfindən bıçaqlanan gənc polis əməkdaşı olub. Belə ki, polis serjantı olan Ruhlan Daşkəsən rayon Polis Şöbəsinin İTB-nin Çıraqlı kənd üzrə sahənin polis nəfəri vəzifəsində çalışır. Hadisə isə münaqişə zəminində baş verib.

Polis əməkdaşları tərəfindən saxlanılan 52 yaşlı Faiq Hüseynəliyev barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə işə açılıb.

Faktla bağlı araşdırma aparılır.

Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il ötür.

2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb.

Belə ki, oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edib.

Ermənistan qədim şəhər olan Gəncədə dinc sakinləri növbəti dəfə hədəf alıb. Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.

Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Azərbaycanın Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Goranboyda qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında baş verib. Mərkəzin direktoru, 1958-ci il təvəllüdlü Əhmədov Ziyad Ələs oğlu iş otağında bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törədən şəxs saxlanılıb. Onun kimliyi dəqiqləşdirilir.

Vətən müharibəsində Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il keçir.

Düşmənin “Toçka-U” kompleksindən atəşi nəticəsində mülki şəxslərə, infrastruktura ciddi ziyan dəyib, yaralananlar olub. Şəhərin, kəndlərin ağır artilleriya qurğularından atəşə tutulması erməni barbarlığının sübutudur.

Ümumilikdə Ermənistan hakimiyyətinin tapşırığı əsasında təkcə Gəncə və Bərdə deyil, eyni zamanda Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.

Balakəndə şəhər mərkəzində ayı balaları peyda olub.

"Yol-xeber.az" xəbər verir ki, səhər saatlarında şəhərin küçələrində qaçan ayı balaları vahiməyə səbəb olub.

Avtomobil yolu ilə qaçan ayıların meşəyə tərəf qovulduğu deyilir. 

Həmin videogörüntüləri təqdim edirik:

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müxtəlif şəxslərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyatlar həyata keçirilib.

"Yol-xeber.az" xəbər verir ki, Baş İdarəyə əvvəllər dəfələrlə məhkum olunmuş Bərdə rayon sakini Babək İsbəndiyarovun üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs Abşeron rayonu Xırdalan şəhərində saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus 1 ədəd sandıqça və 3 ədəd patron aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir tədbir zamanı isə əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Məzahir Aslanov isə yaşadığı Şirvan şəhərində saxlanılaraq Baş İdarəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd revolver tipli tapança və həmin silaha məxsus 5 ədəd patron aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Babək İsbəndiyarov və Məzahir Aslanov barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, araşdırmalar davam etdirilir.

“Mərc oyunlarını qanunsuz reklam edənləri aparırlar. Mostbet kimi platformaları reklam edən məşhurlar, müğənnilər, video blogerlər lazımı orqanlara çağırılır, işləri məhkəməyə göndərilir”. 

Yol-xeber.az xəbər verir ki, bunu İT üzrə ekspert Fərid Pərdəşünas  deyib. O bildirib ki, qanunsuz mərc platformalarının qurbanları çoxdur:

“Bu qurbanlar səhifədə olan reklamlara aldanırlar və daha sonra pullarını qoyub mərc edirlər. Balans çoxalanda isə platforma hesabı bloklayır və aradan çıxır. Qanunsuz olduğu üçün də heç cür dövlət təminatı almaq mümkün deyil. Səhifələr isə yaxşı pul qarşılığında bu platformanı reklam edərək, izləyicilərin bu istiqamətdə yönəldirlər. Nəhayət ki, bu məsələdə artıq saxlamalar başladı”.

Sosial şəbəkə istifadəçiləri iddia edir ki, qanunsuz mərc oyunlarını reklam edənlər arasında Kamil Zeynallı, Roza Zərgərli,  Murad Arif və bir çox məşhurlar var.

Məsələ ilə bağlı Ölkə.Az-a danışan fitness məşqçisi Kamil Zeynallı araşdırmadan qanunsuz mərc oyunlarını reklam etdiyinə görə təəssüfləndiyini söyləyib:

“Mərc oyunlarından qazandığımı qazi qardaşlarıma xərcləmişəm. Mən durub o pulla kef çəkməmişəm, nə də ki pis şey etmişəm. Sadəcə deyiblər ki, oyundur. Amma necə olduğunu bilmirdim. Sonradan eşitdm ki, onlar yanlış adamlar, yanlış şirkətlər olublar. Mən yanlış olan şeyi paylaşmaram. Əfsuslar olsun ki, mən onu araşdırmamışdım. Özləri mənə deyirdilər ki, bu, filankəslərin səhifəsində reklam edilir. Dedim ki, yəqin onların səhifəsində reklam olunubsa, problem yoxdur. Allah şahidimdir, oradan əldə etdiyim qazancı qapılarına getdiyim qazi qardaşlarıma və digər bu kimi yerlərə xərcləyirdim”.

K.Zeynallı mərc oyunlarını reklam etdiyinə görə, hüquq-mühafizə orqanlarından ona zəng gəldiyini deyib:

“Dedilər ki, mərc oyunları ilə bağlı paylaşım etməyim. Çünki bu qanunsuzdur. Onlar deyəndən sonra bildim ki, bunu etdirənlər şərəfsiz adamlar imiş”. 

Tanınmış müğənni Murad Arif isə Ölkə.Az-a açıqlamasında söyləyib ki, tanımadığı şəxslər mərc oyunlarnı reklam etmək üçün onun adından istifadə edib:

“Mənim adımdan istifadə olunub. Həmin adamları tapa bilmirəm. Bizim şəkillərimizi icazəsiz götürüb qoyurlar, sosial şəbəkələrdə reklam edirlər. Bilmirəm həmin adamları haradan tapa bilərəm. Bildiyim qədərilə mənim, Murad Dadaşovun, Elşad Xosenin fotolarından istifadə ediblər. Bu, çoxdan olub, son vaxtlar gözümə dəymir. Kimsə hansısa xarici ölkədə oturub  bizim fotolarımızı montaj edir. IT işçilərimin hamısını bu işə cəlb edlədim, amma tapa bilmədim ki, bu, haradan maliyyələşir”.

Müğənni Roza Zərgərli isə Ölkə.az-a açıqlamasında mərc oyunlarının reklamı ilə bağlı dəfələrlə ona müxtəlif təkliflər gəldiyini desə də, bunu qəbul etmədiyini söyləyib:

“Belə bir məlumatı yayan məsuliyyətə cəlb oluna bilər. Roza xanımın övladları var və oğlan uşaqlarıdır. Mərc oyunları qumardır. Mənə hardasa 10 dəfə təklif gəlib, amma heç vaxt hansısa pulun qarşılığında buna razılıq verməmişəm. Çünki mən yeyinit məhsulu, geyim, cana xeyirli olan şeyi reklam edə bilərəm. Mərc oyunlarının reklamı mənlik deyil. Qanunsuz mərc oyunlarını reklam edənlər bilinir kimlərdir". 

Qeyd edək ki, qanunsuz mərc oyunlarını reklam edən məşhurlara şifahi xəbərdarlığın olunduğu, həmçinin onlardan bəzilərinin polis idarəsinə dəvət edildiyi söylənilir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) ünvanladığımız sorğuya hər hansı bir münasibət bildirilməyib.

Azərbaycanda polis polkovnik-leytenantı vəfat edib.

Bu barədə "oxu.az"-a onun ailə yaxınları bildirib.

Qeyd edilib ki, uzun müddət böyrək çatışmazlığından əziyyət çəkən polis polkovniki Qədirov Maksim Süleyman oğlu bu gecə dünyasını dəyişib.

Qeyd edək ki, Qədirov Maksim 1946-cı ildə Laçın rayonunun Arduşlu kəndində anadan olub.

Xidməti illərində müxtəlif vəzifələrdə çalışıb. 1979-1984-cü illərdə Kəlbəcər Rayon Polis Şöbəsinin, 1994-1996-cı illərdə Laçın Rayon Polis Şöbəsinin, 1996-2005-ci ilə qədər isə Qobustan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Xəbər lenti