2021-ci ilin 9 ayı ərzində Azərbaycanda baş verən yanğın hadisələrinin sayı açıqlanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın hadisələri zamanı 24 nəfər həlak olub,104 nəfər xəsarət alınıb,

Bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 8 nəfər və ya 25% az, xəsarət alanlar üzrə 4 nəfər və ya 4% çoxdur.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində apardıqları mübarizə tədbirləri davam etdirilir.

Bu barədə "Yol-xeber.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Həyata keçirilən növbəti əməliyyatlar nəticəsində rayonun Hövsan, Qaraçuxur, Əmircan, Bül-bülə Yeni Suraxanı və Yeni Günəşli qəsəbələrində narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan 48 nəfər saxlanılıb, həmin ərazilərdə narkotik vasitələrin qəbul edildiyi “tiryəkxana”lar müəyyən edilib.

Belə ki, əməliyyat zamanı əvvəlcə rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan Radik Mamedov və Anar Cəbiyev saxlanılıblar. Radik Mamedovun üzərindən və idarə etdiyi avtomobildən 1 kiloqram 496 qram heroin, 99 qram tiryək və 19 qram metamfetamin, Anar Cəbiyevdən isə 110 qram heroin aşkar edilərək götürülüb. Onların ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər xarici ölkələrdə yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlərlə əlaqələr yaradaraq narkokuryerliyə cəlb ediliblər. Bu şəxslər paytaxt ərazisində narkotiklərin satışını təşkil ediblər.
Həyata keçirilən digər əməliyyat zamanı isə Suraxanı rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Rahid Zeynalov da saxlanılıb. Onun üzərinə baxış zamanı heroin aşkar edilib. Ətrafında araşdırma aparılan zaman Rahid Zeynalovun paytaxt ərazisində 15 evdən oğurluq etdiyi də məlum olub.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri daha bir əməliyyat zamanı Hövsan qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 14 nəfər – Mirdamət Ağayev, Rinat Bəbirov, Anar Əsgərov, Elmir Paşayev, Samir Bağırov, qohumu Vaqif Bağırov, Elnur Qurbanov, Nicat Hüseynov, Elçin Seyidov, Fuad Ruma, Rəşadət Nuriyev, Məcid Həsənov, Elçin Səfərov və Əhməd Əliyev saxlanılaraq ərazi üzrə 30-cu Polis Şöbəsinə gətiriliblər. Onların üzərində şəxsi axtarış aparılan və evlərinə baxış zamanı satış məqsədi ilə əldə etdikləri külli miqdarda heroin və elektron tərəzilər aşkar edilib.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı Əmircan və Bülbülə qəsəbələrində narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə məşğul olan daha 15 nəfər saxlanılıb. Əməliyyat nəticəsində paytaxt sakinləri Şəhriyar Zülfüqarzadə, Tural Şahmuradov, Nicat , Elvin və Qərib Məmmədovlar, Murad Babayev, Ruslan Hüseynli, Əmrah Osmanov, İslam Səlimov, Sübhan Mustafazadə, Əli Ağayev, Aslan İslamov, Röyal Məmmədli, Cavanşir Axundov və Kənan Sadıqov saxlanılıblar.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyatlar zamanı Yeni Günəşli, Qaraçuxur və digər ərazilərdə narkotik vasitə və psixotrop maddələlərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 26 nəfər saxlanılıb. Əməliyyatlar nəticəsində Orxan Quliyev, Elvin Məmmədov, Ramil Cəfərov, Elçin Babayev, İlyas Kazımov, Əhliman Babayev, Rafiq Quliyev, Rəşad Hacıyev, Bəxtiyar Alışov, Qərib Məmmədov, Eşqin Haqverdiyev, Yalçın Əliyev, Vüsal Kazımov, Rafiq Məmmədov, Elməddin Əsgərov və Fərman Axundov tutulublar. Onların da üzərindən külli miqdarda heroin və metamfetamin aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı Suraxanı rayonunda ümumilikdə 4 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Suraxanı rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Qazaxıstan hava limanında sərnişin təyyarəsi qəzaya uğrayıb.

Yol-xeber.az "tengrinews"a istinadən xəbər verir ki, hava gəmisi minik avtomobili ilə toqquşub.

Hadisə Almatı Beynəlxalq Hava Limanının uçuş-enmə zolağında baş verib.

Hadisə nəticəsində xəsarət alanlar olmayıb.

Məlumatda bildirilib ki, təyyarə Bakıdan havaya qalxıb və 22 oktyabr saat 6.43 -də Almatı hava limanına enib.

Nəqliyyat Polis İdarəsi, Cinayət Məcəlləsinin 344-cü maddəsinin 1-ci hissəsi ("Yol hərəkəti təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma") ilə başladığı ibtidai istintaqla bağlı məlumat yayıb.

"Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. Cinayət Prosessual Məcəlləsinin 201 -ci maddəsinin tələblərinə uyğun olaraq digər məlumatlar istintaqın maraqlarına görə açıqlanmır", - idarədən vurğulanıb.

Qəzaya uğrayan təyyarə Qazaxıstanın “Kayrat” futbol klubunun üzvlərini Bakıdan Almatı şəhərinə aparırmış.

 

 
  •  

 

 
 

Vətən müharibəsi şəhidi mayor Rəhim Hüseynovun xanımı Günel Ələsgərova Kürdəmir ərazisində avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

Yol-xeber.az xəbər verir ki, şəhidin həyat yoldaşı Bakıdan rayona anım mərasiminə iştirak etmək üçün gedirmiş.

Qəza nəticəsində Günel Ələsgərovanın övladı da xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.

Dəhşətli qəzanın görüntülərini təqdim edirik:

 

 

 

“Qarabağdakı separatçı rejimin silahlı birləşmələri ləğv edilir”.
Konkret.az xəbər verir ki, bu barədə qondarma rejimin rəhbəri Arayik Arutyunyan özü məlumat verib.

O Aşot Arutyunyan adlı QHT nümayəndəsi ilə söhbət zamanı Qarabağdakı separatçı rejimin ordusunun ləğv ediləcəyini açıqlayıb. Arutyunyan “Azərbaycanlılar tələb edir” deyə vurğulayıb.

Arutyunyanın dediyi “ordu” sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qalan qanunsuz erməni silahlı birləşmələridir.

Azərbaycan Respublikası humanizm, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərindən çıxış edərək və xoş niyyət nümayiş etdirərək İran İslam Respublikasının vətəndaşları Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heidar müvafiq razılaşmaya əsasən oktyabrın 21-i səhər saatlarında öz ölkələrinə qaytarılıb.

Bu barədə Dövlət Gömrük Komitəsi Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Xatırladaq ki, adıçəkilən şəxslər malları Ermənistan Respublikasından Azərbaycan Respublikası Xankəndi şəhərinə sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmələri, habelə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdiklərinə görə saxlanılmışdılar.

Bakının Nəsimi rayonunda iki nəfər polis bölməsinə hücum edib.

Yol-xeber.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib. Bildirilir ki, iki nəfər Nəsimi rayon Polis İdarəsi 22-ci polis bölməsinə hücum edib. Onlar Əli və Zaur adlı trans olublar.

Həmin şəxslər dava salıblar və ictimai asayişi kobud şəkildə pozublar.

Hadisə barədə ətraflı məlumat almaq üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə bildirib ki, onlar barədə qanunauyğun şəkildə tədbir görülüb.

“Həmin şəxslərin qanunsuz hərəkətləri ilə bağlı 3 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən (xırda xuliqanlıq) protokol tərtib olunub. Və digər qanunsuz hərəkətlərinin xüsusatları ilə bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır”, - deyə Elşad Hacıyev bildirib.

Araşdırmanın nəticəsindən asılı olaraq əməli hüquqi qiymət veriləcək.

Bakıda baş verən dəhşətli qəza zamanı yaralananlardan biri dünyasını dəyişib.

Yol-xeber.az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, hadisədə ağır xəsarət alan 1975-ci il təvəllüdlü Zeynalabdiyev Ramiz ayın 17-də müalicə aldığı xəstəxanada vəfat edib. 

Xəstəxanada müalicəsini davam etdirən digər pasiyentlərin vəziyyəti isə stabil olaraq qalır. 

Qeyd edək ki, oktyabrın 13-də səhər saatlarında Bakıda “Mercedes-Benz” markalı yük avtomobili ilə “Daewoo” markalı sərnişin avtobusunun toqquşması nəticəsində beş nəfər ölmüş, 26 nəfər isə xəsarət almışdı.

Bakıda polis əməkdaşının vurulduğu ağır yol qəzasının görüntüləri yayılıb.

Lent.az xəbər verir ki, hadisə ötən il paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən “Toyota Prado” markalı avtomobil, yolun kənarı ilə gedən polis əməkdaşını vurub. Nəticədə polis əməkdaşı dünyasını dəyişib.

 

Bir müddət əvvəl koronavirusa yoluxan İmişlinin sabiq icra başçısı Vilyam Haciyevin vəziyyəti ağırlaşıb.

Yol-xeber.az-ın apa-ya istinadən verdiyi məlumata görə, ağciyərinin çox hissəsi zədələnən sabiq icra başçısı reanimasiyaya yerləşdirilib.

Xatırladaq ki, koronavirusa yoluxan Vilyam Hacıyev 20 gündür xəstəxanada müalicə olunur.

V.Haciyevin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasları təxirə salınıb.

Qeyd edək ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirməsinə, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.

2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.

İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Səbail Rayon Məhkəməsi tərəfindən V. Hacıyev barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti