|
Bu barədə "Ölkə.Az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Xırdalan şəhərində yerləşən şadlıq evlərindən birində profilaktik tədbir keçirilən zaman polislər obyektin icarədarı Ceyran Məmmədova və restoranın inzibatçısı Nazir Cəlilovun dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq insanların kütləvi şəkildə iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi müəyyən edilib.
Polislər tərəfindən obyektin icarədarı, xidməti personal, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb.
Ümumilikdə toyda iştirak edən 38 nəfər, eləcə də obyektin inzibatçısı barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib və onlar 200 manat məbləğində cərimələniblər.
Mərasimin təşkilinə şərait yaradan şadlıq sarayının rəhbəri isə 5000 manat miqdarında cərimə olunub.
Şuşa türməsində etnik qarşıdurma yaratmaq istəyən Serj Sarkisyana türmənin rəisi Aydın Abbasov sərt sözlər deyib.
29 il əvvəl Xankəndidəki aksiyalarda azərbaycanlıların guya türmədə erməniləri incitməsi ilə bağlı iddialar səsləndirən Serj Sarkisyan nümayəndə heyəti ilə Şuşa türməsində təxribat törətməyə çalışıb. Həmin vaxt türmənin rəisi olan Aydın Abbasov bu yalanı ifşa edərək Serj Sarksiyanla bərabər digər erməniləri də tənbeh edib və onları türməyə buraxmayıb.
Şuşa işğal olunana qədər türmənin rəisi işləyən Aydın Abbasov deyir ki, orada bütün millətlərdən olan məhbuslara eyni qaydada münasibət göstərilib. Lakin ermənilər türmədə olan hər kəsdən fərqlənib. Olduqca hiyləgər olan erməni məhbuslar maskalanaraq özlərini sakit aparsalar da, fürsət düşən kimi hər cür pisliyi edirmiş.
Şuşa işğal olunmazdan bir neçə saat əvvəl Aydın Abbasov çətin qərar qarşısında qalır. Çünki erməni məhbuslar bir müddət əvvəl Bakıya göndərilmişdi, amma 36 azərbaycanlı məhkum hələ də türmədə qalırdı. Ermənilər isə Şuşanın bir addımlığında idi. Bu məqamda Aydın Ababsov bütün məhbusları sərbəst buraxır və onları döyüşə çağırır.
Döyüşlər bitdikdən sonra 35 məhbusun bəziləri etdikləri qəhrəmanlıqlara görə əfv edilərək azadlığa buraxılır. Digərlərinin isə qanunun verdiyi imkanlar çərçivəsində cəzaları azaldılır.
"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsinin müdiri işləmiş Pənahov Rövşən Pənah oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Eldar Mikayılovun icraatındadır.
Qeyd edək ki, R.Pənahova Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb.
Aparılan araşdırmalarla R.Pənahov həmin idarənin çilingəri və sürücüsünün əmək stajı hesablanmaqla işə gəlməmələrinə şərait yaratması müqabilində onların əməkhaqqı kartlarını alıb özündə saxlamaqla karta mədaxil olunan pul vəsaitini hər ay nağdlaşdıraraq 2017-ci ildən 2020-ci ilə kimi olan müddətdə 10 min 239 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Rövşən Pənahovun həmin vəzifədə işləyərkən şəxsən və digər şəxslərin vasitəsi ilə 2017-2019-cu illər ərzində idarənin işçisi kimi rəsmiləşdirilmiş digər şəxslərin adına açılmış əməkhaqqı kartlarından pul vəsaitini hər ay nağdlaşdırmaqla 36 min 980 manat, habelə idarəyə rəhbərlik etdiyi 2009-2019-cu illər ərzində idarənin balansında olan nəqliyyat vasitələrinin xidməti istifadəsi üçün verilən yanacağın bir hissəsini yanacaq doldurma məntəqəsinə sataraq 36 min manat olmaqla, ümumilikdə 72 min 980 manat məbləğində dövlət əmlakını mənimsəməsinə də əsaslı şübhələr yaranıb.
Qeyd edilən xüsusatlarla əlaqədar olaraq, Baş İdarədə fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 311.3.2 (təkrar rüşvətalma) və 311.3.3-cü maddələri ilə (külli miqdarda rüşvətalma) cinayət işi başlanıb.
Dəfələrlə yol-hərəkəti qaydalarını pozan sürücü yol polisinə etiraz əlaməti olaraq şəhərin mərkəzində intihara cəhd edib.
Xəzər TV xəbər verir ki, o, ''Azneft'' dairəsi ətrafında üstünə benzin tökərək yandırmaq istəyərkən ərazidə xidmət aparan polis əməkdaşları ona mane olub.
Şəki sakini Rəfael Həbubullayevi şəhər dövlət yol polis idarəsinin əməkdaşları Yasamal rayonu ərazisində təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlayaraq ona inzibati qaydada cərimə yazıblar. Sürücü hərəkətinə davam etdikdən bir qədər sonra dönmə işığından istifadə etmədiyi üçün yenə də həmin polis əməkdaşları tərəfindən saxlanıb.
Baş verənlərdən əsəbiləşən Rəfael Həbubullayev avtomobilində video-çəkiliş edərək özünü yandıracağını deyib və görüntüləri sosial şəbəkələrdə paylaşıb. O, ''Azneft'' dairəsinin yaxınlığında intihara cəhd edib. O, polis əməkdaşları tərəfindən saxlanaraq 28-ci polis bölməsinə gətirilib. Amma indi Rəfael Həbubullayev törətdiyi əmələ görə çox peşmandır.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı Araz Əsgərli mövzu ilə bağlı deyib ki, belə hal baş verdikdə sürücü yol polis idarəsinə şəxsən və yaxud elektron qaydada şikayət etməlidir. Belə hallar baş verdikdə yol polis idarəsində araşdırılır və məsələ öz həllini tapır.
28-ci polis bölməsində onun barəsində toplanan material Yasamal rayon məhkəməsinə göndərilib. Məhkəmədə Rəfael Həbubullayev xırda xuliqanlıq əməlinə görə inzibati qaydada 10 sutka azadlıqdan məhrum olunub.
Abşeron rayon Prokurorluğundan "Ölkə.Az"a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İlkin istintaqla müəyyən edilib ki, Adəm Usubov qeyd edilən fabrikdə müəyyən işlər görərkən ətrafa yığılmış torpaq yığınının üzərinə tökülməsi nəticəsində hadisə yerində ölüb.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Baku TV xəbər verir ki, rayonun Cəyirli kənd ərazisində olan ət kəsim məntəqəsində gün ərzində onlarla iri buynuzlu heyvan kəsilir.
Cəyirli kənd sakinlərinin sözlərinə görə, son bir neçə gündür havaların isti keçməsi əraziyə atılan tullantıların qoxusunu daha da artırıb.
Araşdırma zamanı məlum oldu ki, Cəyirli kənd ət kəsim məntəqəsi 2016-ci ildən fəaliyyətə başlayıb. Kəsim məntəqəsinə nəzarət edən şəxs Elnur Yəhyayev şifahi olaraq bildirdi ki, hər il yaz və yay mövsümündə kəsilmiş heyvan tullatılarının atılması və çirkab suların axıdılması üçün quyular qazılır və üstü bağlı saxlanılır. Bu ildə bu işlərin görülməsi nəzərdə tutulub ki, günü sabahdan başlanılacaq. Belə olan təqdirdə sakinlər üçün hər hansi bir narahatçılıq yaratmayacaq. Kəsim məntəqəsinə məxsus ərazidə olan quyuların üstü bağlanılacaq, əlavə olaraq ehtiyyat üçün iki ədəd yeni üstü bağlı quyu qazılacaq.
Qeyd edək ki, kəsim məntəqəsi rayon ərazisində olan bütün qəssab fəaliyyəti ilə məşgul olan sahibkarlara xidmət edir. Məntəqədə kəsilən ətin baytar həkim və labaratoriya qərarından sonra satışına icazə verilir.
Hadisə Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb. 1986-ci il təvəllüdlü Ruslan Fəxrətovun boğazını bıçaqla kəsərək intihar etməsi və qanaxmadan dünyasını dəyişməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaq araşdırmaları zamanı hadisənin intihar deyil, qətl olduğu ortaya çıxıb.
Məlum olub ki, o, arvadı Fəxrətova Şahanə Məstalı qızı tərəfindən boğazı kəsilərək qətlə yetirilib.
Hadisədən 6 ay sonra Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Şahanə Fəxrətova şübhəli şəxs qismində saxlanılıb.
İş üzrə dindirilmiş Şahanə Fəxrətova ifadəsində bildirib ki, iyulun 14-ü axşam saatlarında əri ilə birlikdə oğlunu yaxınlıqda yaşayan çöpçüyə aparıblar. Bir neçə saat sonra oradan qayıdanda Ruslan onları evə göndərib özü isə dostları ilə görüşməyə gedib:
" Axşam saat 12-nin yarısı idi yoldaşım gəldi evə bir az yemek yeyib yatdıq. Səhər uşağın ağlamaq səsinə oyanıb durdum ona yemək verməyə. Mətbəxdə yemək hazırlayıb uşağa yemək yedizdirirdim Ruslan qapını açıb dedi ki, uşağa yemək yedizdirəndən sonra gəl yanıma. Gəldim qonaq otağına Ruslan oturmuşdu, ayağa qalxıb dedi ki, mənə deyiblər ki, sən mənə xəyanət eləmisən. Dedim yalan söhbətdi elə bir şey yoxdu. Bundan sonra Ruslan balışın altından mətbəx bıçağını götürüb dedi səni öldürəcəm".
Şahanə Fəxrətova ifadəsinin davamında bildirib ki, bu söhbətdən sonra qapıdan çıxıb gedən zaman hiss edib ki, Ruslan onun arxasınca gəlmir. Məqsədim qaçıb qayınatam və qayınanama xəbər vermək idi: "Hiss elədim ki, bu mənim arxamca gəlmir. Qayıdıb gördüm ki, Rulan oturub əlində boğazına tutub. O biri əlindən də bıçaq düşdü yerə. Mən qorxdum tez yaxınlaşdım Ruslana gördüm boğazından qan axır. Qaçıb qayınanam dedim ki, Rusalanı qan aparır. Qayınatamda getdi təcili tibbi yardım çağırmağa. Ruslan ayağa qalxmaq istəyəndə yıxıldı anasının quçağına. Sonra həkimlər gəlib dedilər ki, artıq keçinib".
Fəxrətova daha sonra bildirib ki, bıçağın tiyəsini çarpayının qabağından götürüb dəstəyi ilə bir yerdə pəncərədən çölə atıb. Bıçağı gölə atmağının səbəbini özü də bilmir. Ruslan öldüyünə görə onu tutacaqları halda uşaqlarının sahibsiz qalacağını fikirləşib.
Hadisə barədə daha ətraflı videonu təqdim edərik.
Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi 1 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev “Qafqazinfo”ya bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazinin tikinti aparmaq məqsədilə hasara alındığı və 12 ağacın kökündən çıxarılaraq məhv edildiyi məlum olub. Araşdırma zamanı ərazinin Könül Hümmətlinin mülkiyyətində olduğu və ağacların kəsilməsi nəticəsində təbiətə 9800 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.
Eks-deputat Zeynəb Xanlarovanın həbsdə olan bacısı oğlu Daşqın Nəsirovun azadlığa buraxılması etiraz doğurub. Türkan qəsəbə sakinləri olan ahıl qadınlar Baş Prokurorluğun binası önünə gedərək buna etiraz ediblər.
Musavat.com xəbər verir ki, Daşqın Nəsirov 2 ahıl qadının - 80 yaşlı Əzizəxanım Atayevanın və 90 yaşlı Xumara Şabanovanın Türkan qəsəbəsində, dəniz sahilində yerləşən bağ torpaq sahələrini saxtakarlıqla ələ keçirməkdə ittiham olunaraq 4 ay əvvəl həbs olunub.
Həmin məlumatda deyilirdi: “Həyata keçirilmiş intensiv istintaq tədbirləri ilə Türkan qəsəbəsi sakinləri Daşqın Nəsirov və Çingiz Səfərovun 2019-cu ilin iyul ayında Xəzər rayon İcra Hakimiyyətinin Türkan qəsəbə nümayəndəsi vəzifəsində işləmiş Rahil Babayevi vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik edərək qəsəbə sakinləri 1939-cu il təvəllüdlü Əzizəxanım Atayevanın və 1928-ci il təvəllüdlü Xumara Şabanovanın ölmələrinə dair saxta sənədlər hazırlamalarına, daha sonra Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə ünvanlanmış məktublara qeyd olunan şəxslərə məxsus Türkan qəsəbəsi ”Bağlar Məscidi" deyilən ərazidə yerləşən bağ sahəsinin guya Türkan qəsəbəsində Xəzər dənizinin sahilində yerləşməsini əks etdirən yalan məlumatlar daxil etmələrinə, bununla da dövlətə məxsus olan orta bazar qiyməti daha yüksək olan torpaq sahəsini və həmin torpaq sahəsinə dair əmlak hüquqlarını dələduzluq etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Çingiz Səfərov və Daşqın Nəsirov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 320.2 (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) və başqa maddələri ilə, icra nümayəndəsi işləmiş Rahil Babayev isə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə təqsirləndirilən şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir".
Daşqın Nəsirovun azad olunmasına torpaqları mənimsənilən, onlara qarşı külli miqdarda ziyan vurulmuş zərərçəkənlər etiraz edirlər. Onlar Baş Prokurorluğun binası önünə gedərək üzərində “Kamran Əliyev, bu işi nəzarətə götürün! Ümidimiz sizədir”, “Cənab Prezident! Yaşlı anaların haqlarını yeyənlərin cəzasını verin!” sözləri yazılmış transparantlarla etiraz aksiyası keçiriblər.
Tələb ediblər ki, 200016059 nömrəli cinayət işi üzrə təqsirli bilinərək həbs edilən Daşqın Nəsirov həbs edilsin.
“Daşqın Nəsirov hazırda Türkan qəsəbəsində açıq-aşkar küçələrdə gəzir və bizə deyir ki, ”nə etdiniz mənə, görün bundan sonra başınıza nələr gəlir! Siz 3 nəfəri tutdurdunuz, mən çıxdım, o biri iki nəfər də çıxacaq", - deyə zərərçəkənlər bildirib.
Onlar deyir ki, Türkan qəsəbəsi o qədər də böyük deyil. Daşqın Nəsirov COVİD-19 xəstəliyi və ev dustağı adı ilə azadlıq əldə edib: “Daşqın Nəsirov xəstə deyil o, hansısa qanunsuz bir yol taparaq azadlıq əldə edib.
Baş prokuror Kamran Əliyevdən xahiş edirik ki, Daşqın Nəsirov həbsə qaytarılsın, “günahı” bizə kömək etməkdən ibarət olan Natiq Məhəmmədsoy azad olunsun".
Hərbi hissədə intihar edən əsgərin ölümü ilə bağlı cinayət işi açılıb. Hərbi Prokurorluğun Mətbuat Xidmətindən “Qafqazinfo”nun əsgər İsmayılov Əli Arif oğlunun ölüm faktı ilə əlaqədar sorğusuna cavab olaraq bildirilib ki, 29 mart 2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İsmayılov Əli Arif oğlunun həmin gün odlu silahdan atəş açaraq özünü öldürməsi barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub.
Daxil olan məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilib.
Fakt üzrə 29 mart 2021-ci il tarixdə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.