Özünü televiziyalardan birinin əməkdaşı kimi təqdim edərək iaşə obyektlərinə daxil olaraq ayrı-ayrı vətəndaşlardan şantaj yolu ilə pul tələb edən şəxs barəsində Ağdam Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında aparılan araşdırmaların təfərrüatı məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, Bərdə rayonunda yaşayan Fəxri Əliyev Bərdə və Ağdam rayonlarında yerləşən iaşə obyektlərinə daxil olaraq özünü televiziya əməkdaşı və eləcə də, səlahiyyətli şəxs kimi təqdim edərək şantaj yolu ilə pul tələb etdiyi müəyyən edilib.

Belə ki, Bərdə rayonunda daxil olduğu aptekdə özünü səlahiyyətli şəxs kimi təqdim edib, maskadan istifadə edilmədiyini səbəb göstərərək 1400 manat məbləğində pul tələb edib.

Bundan başqa F.Əliyev Ağdam rayon ərazisində yerləşən marketlərdən birinə daxil olub və özünü televiziya əməkdaşı kimi təqdim edib. Obyekt daxilində tibbi maskadan istifadə edilmədiyinə dair video görüntüləri silmək üçün 50 manat məbləğində pul tələb etdiyi də müəyyən edilib.

Müəyyən edilən faktlarla bağlı şikayətçilərin ərizələri alınıb. F.Əliyev Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun digər analoji əməllərinin olub-olmaması istiqamətində tədbirlər davam etdirilir.

 

 

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda ana və körpəsinin ölümü ilə bağlı məlumat yayıb.

"Yol-xeber.aza daxil olan məlumatda deyilir:

"İctimaiyyətin diqqətinə çatdırmaq istərdik ki, sosial şəbəkələrdə Aytən Niftəliyeva və körpə qızının ölümü ilə nəticələnən hadisə barədə yayılan məlumatla bağlı məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti qurumların hər biri tərəfindən öz səlahiyyətləri çərçivəsində birgə araşdırılaraq müvafiq tədbirlər həyata keçirilməkdədir.

Bu kimi hadisələrin cəmiyyəti sarsıdan, insanlara və ailələrə faciəvi təsirini önləmək üçün vətəndaşlardan məişət zorakılığı hallarının şahidi olduqda Komitəyə, o cümlədən 860 qaynar xəttinə müraciət etmələrini xahiş edirik.

Bir daha qeyd etmək istəyirik ki, qadınlara, uşaqlara, o cümlədən öz doğmalarına qarşı zorakılıq yolverilməzdir və biz hamılıqla belə halları şiddətlə qınamalı, həmçinin öz vətəndaşlıq borcumuzu yerinə yetirərək müvafiq dövlət orqanları və ictimai qurumlarla birgə bu bəlaya qarşı mübarizə aparmalıyıq".

Xatırladaq ki, Bakıda ana və körpəsinin ölümü ilə bağlı cinayət işi başlanılıb.

Ötən gün Bakıda övladı ilə birgə özünü binadan atdığı deyilən qadının anası onun bunu intihar məqsədilə etmədiyini iddia edir. 

Ölkə.az xəbər verir ki, Mehriban Süleymanova “Qafqazinfo”ya müraciət edərək qızı Aytən Niftəliyevanın intihar etmədiyini, həyat yoldaşı və qayınanası tərəfindən döyülərək, damdan atıldığını bildirib:

“Avqustun 30-u qızım Aytən Niftəliyeva bizdə Sumqayıtda qonaq idi. Ayın 29-u bizə yığıncağa gəldi, oğlumun toyu olmuşdu, gəlinimin qohumları bizdə idi. Ayın 30-u da tək taksi ilə yola saldım. Ailəsində axır vaxtlar münaqişələr olurdu. Ümumiyyətlə, əvvəldən yoldaşı Rəhman Niftəliyev tez-tez dalaşırdı qızımla. Yoldaşım öləndən sonra dava-dalaş daha da böyüdü. Yoldaşım Qarabağ qazisi idi, ötən il koronadan rəhmətə getdi”.

Ananın sözlərinə görə, evə getdikdən sonra qızına zəng edib: “Dedi ki, çatmışam. Sonra Rəhman zəng etdi ki, bezmişəm, gəl apar qızını. Uşaq da ağlayırdı. Mən də fikirləşdim ki, yenə döyüblər qızımı. Sonra qayınatasına yığdım, dedi ki, rayondan çıxmışıq çatanda baxarıq. Qayınanası zəng etdi ki, gəl apar qızını, tərbiyəsizdir. Mən də taksiyə minib Sumqayıta gedirdim ki, yolda zəng gəldi ki, tez gəl. Çatana yaxın zəng gəldi ki, qızın atdı özünü”.

Mehriban Süleymanova deyir ki, qonşular ona qızının sağ olduğunu bildiriblər: “Dedilər ki, DTX hospitalına apardılar, amma uşağın öldüyünü dedilər. Qızım 3 mərtəbəli şəxsi mülkün damından özünü uşağı ilə birgə atdı. Bunlar dedilər ki, qızım  birinci uşağı, sonra da özünü atıb damdan, amma qız oyananda dedi ki, Rəhmanla dalaşanda ayağım sürüşdü, o da mənə kömək etmədi, uşaq əlimdən düşdü, mən də yıxıldım. Həmişə dalaşanda şantaj eliyirdilər ki, uşağı əlinizdən alacağıq, atam əlinizdən alacaq uşağı. Qızım deyir ki, ayağım sürüşəndə Rəhmana dedim ki, kömək elə, o da eləmədi. Uşağı dartanda damdan düşüb. Qızım da yıxılıb. Hazırda qızımın vəziyyəti ağırdır. Daxili qanaxması var. Nə qədər sümükləri sınıb. Qan köçürürlər. Qızımı qayınanası ilə kürəkənim döyüb. Yoldaşım ölənə kimi, hər gün bizi dava-dalaş üstündə evlərinə çağırırdılar. Rəhman hər gün evdədir. Onlayn proqram dərsi keçir. 3 il idi ki, evli idilər. Cinayət Məcəlləsinin özünü intihara çatdırma maddəsi ilə iş açılıb. Amma qızım intihar etməyib”.

***

Mehriban Süleymanovanın saytımıza müraciətindən bir neçə saat sonra onun reanimasiyada olan qızı Aytən Niftəliyeva vəfat edib.


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə FHN məlumat yayıb.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Emin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Yol-xeber.az” xəbər verir ki, hadisə  Xəzər rayonu Buzovna qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Emin Hüseynov qısqanclıq zəminində həyat yoldaşı, 1977-ci il təvəllüdlü Hüseynova Nurəngiz Nadir qızına çoxsaylı bıçaq zərbələri vurub. Qadın xəstəxanaya yerləşdirilsə də, bir neçə gün sonra orada dünyasını dəyişib.

Cinayəti törətməkdə şübhəli bilinən Ümin Hüseynov könüllü polisə gələrək təslim olub və hadisəni qısqanclıq zəmnində törətdiyini bildirib. Lakin istinataqın gedişində məlum olub ki, qadını heç bir əsas olmadan xuliqanlıq zəmnində qətlə yetirib.

İş üzrə dindirilən Emin Hüseynov ifadəsində bildirib ki, daim həyat yoldaşı Nürəngiz Hüseynovanı qısqanıb. Hadisədən iki il əvvəl münasibətləri kəskinləşib. 3 aya yaxın müddət olar ki, Nürəngizdən ayrı başqa otaqda yatıb.

Hadisədən təxminən 1 ay əvvəl yoldaşının telefonunu əlindən alıb özündə saxlayıb ki, ona gələn zənglərə baxsın. Həmin gündən qadının telefonuna heç bir zəng gəlməyib. Amma sonradan ona məlum olub ki, qadının gizli işlətdiyi daha bir telefonu var və o, köhnə nömrəsinə zəng edilməməsi üçün hər kəsi xəbərdar edib:

“Ona demişdim ki, telefon işlətmə. Sonra bildim ki, məhdən xəbərsiz gizlin telefon işlədir”.

Emin Hüseynov ifadəsinin davamında bildirib ki, hadisə baş verən günü Nurəngiz xalası qızları ilə birlikdə qonaq otagında oturub. Ora girərək onlara otaqdan çıxmamağı tapşırıb və Təranənin əlindən telefonu alaraq baxış keçirməyə başlayıb. Məqsədi Nürəngizin təzə işlətdiyi telefon nömrəsini tapmaq olub. Bu vaxt qızı gəlinin otağına getmək bəhanəsi ilə otaqdan çıxıb. Ardınca Nurəngizdə həmin otağa yollanıb. Arvadının telefonu gizlədəcəyini düşünən Emin gəlinin otağına daxil olub

“Girdim otağa hamısını çıxartdım bayıra. Nürəngizin qolundan tutub saxladım. Qapını arxadan bağladım. Dedim, telefonundan çox şeylər çıxıb. Oda başladı qışqırmağa ki, belə şeylər yoxdur. Üstümdə də bıçaq var idi, otaqdan götürmüşdüm. Çıxardıb bir neçə zərbə vurdum, yıxıldı yerə”.

Emin daha sonra qeyd edib ki, Nurəngizi bıçaqaldıqdan sonra oğlu İlqar otağın qapısını sındıraraq içəri girib. Özünə gələndən sonra təslim olmaq üçün polisə yollanıb və arvadının birinci telefonunu polis əməkdaşına təqdim edib.

Telefona baxış keçirilən zaman qadının telefonundan istintaq üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməyib.

Məhkəmə prosesi zamanı Emin Hüseynov ittiham üzrə özünü qismən təqsirli bilib. Qadını xüsusi amansızlıqla öldürməsi ilə bağlı prokurorluğun gəldiyi nəticəni əsassız sayıb.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ömürlük cazə təyin edilməsini xahiş edib.

Məhkəmə hesab edib ki, Emin Hüseynovun həyat yoldaşını öldürməsinə əsas kimi göstərdiyi qısqanclıq motivi, yəni qadının əlavə mobil elefon işlətməsi və ərinə xəyanət etməsi, iş materialarındakı protokollarla tam təkzib olunub.

Təqsirləndirilən şəxs heç bir səbəb olmadan qadını qəsdən həyatdan məhrum edin.

Sonda məhkəmənin hökmü ilə Emin Hüseynov 18 il müddətinə azadlıqdan məhrum olunub.

Bakı şəhərində fəaliyyət göstərən 7 saylı Şəhər Poliklinikasında vaksinasiya prosesində gərginlik yaşanıb. 

Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, arvadı ilə vaksinasiya növbəsinə gələn kişi poliklinikanın qapısını sındırıb. 

Səhiyyə Nazirliyindən ölkə.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ötən gün axşam saat 18:40 radələrində baş verib:

“Növbədə dayanan vətəndaşlardan bir neçəsi sosial məsafənin qorunması üçün növbəli şəkildə tibb müəssisəsindən içəri buraxılır və qapı bağlanır. Həmin şəxs və həyat yoldaşı poliklinikanın qapısını sındıraraq içəri daxil olub və 3 həkimə xəsarət yetirib”.

Qurumdan qeyd edilib ki, faktla bağlı artıq hüquq mühafizə orqanlarına rəsmi müraciət olunub.

Neftçalada ərini öldürüb yandıran Şahzadə Məhərrəmovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Yol-xeber.az lent.az-a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlkin Abdullayevin icraatına verilib.

Qeyd edək ki, bu il mayın 17-də Lerik rayon sakini, 61 yaşlı Məhərrəmova Şahzadə Nəzir qızı kənd icra nümayəndəliyinə müraciət edərək, qeyri-rəsmi nikahda olduğu Neftçala rayon Aşağı Surra kənd sakini, 65 yaşlı Əsgərov Qalib Cabir oğlunun 11 may tarixində itkin düşməsi barədə məlumat verib.

Neftçala rayon Polis Şöbəsinin və Neftçala Rayon Prokurorluğunun apardığı əməliyyat-istintaq tədbirləri nəticəsində itkin düşən şəxsin öz həyat yoldaşı Şahzadə Məhərrəmova tərəfindən qətlə yetirildiyi məlum olub.

Ş.Məhərrəmova etdiyi cinayət əməlini etiraf edib. Məlum olub ki, o, həyat yoldaşı Qalib Əsgərovu kürəklə öldürdükdən sonra yandıraraq öz həyətlərində basdırıb. 

Faktla bağlı Neftçala rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq davam edir.

Ölkəyə qanunsuz qızıl-zinət əşyaları keçirmək istəyən şəxs aeroportda saxlanıb

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin (HNBGİ) əməkdaşları zərgərlik məmulatlarının Azərbaycan gömrük sərhədindən qanunsuz olaraq keçirmə cəhdinin qarşısını alıblar.

Bu barədə Yol-xeber.az DGK-ya istinadən xəbər verir.

Belə ki, HNBGİ Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Bakı-İstanbul aviareysi ilə gedən Azərbaycan vətəndaşı "Qırmızı Kanal" vasitəsilə keçərkən mütləq qaydada bəyan etməli əşyaları elektron və yazılı formada bəyan etməyib.

Vətəndaşın yükləri rentgen aparatından keçən zaman monitorda zərgərlik məmulatlarının təsvirləri görünüb. Yoxlama zamanı vətəndaşa məxsus çamadanın içərisində gömrük nəzarətindən gizlədilən, ümumi çəkisi 128 qram olan qızıl zərgərlik məmulatları – 2 ədəd sırğa-üzük-kulon dəsti, 1 ədəd sırğa-üzük-kulon-qolbaq dəsti aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb.

"Yol-xeber.az" xəbər verir ki, məlumatda deyilir:

Daxil olmuş məlumatlar və keçirilən yoxlamalar nəticəsində bəzi şəxslərin ölkəmizdə koronovirus pandemiyası əleyhinə aparılan vaksinasiya prosesinə qanunsuz yollarla müdaxilə edərək pul müqabilində ayrı-ayrı vətəndaşlara dair məlumatları “e-tebib” elektron qeydiyyat sisteminə yerləşdirmələri və bununla da guya peyvənd olunmaları ilə bağlı onlara saxta COVID-19 pasportu satmaları müəyyən olunub.

Belə ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avqustun 30-da keçirilən tədbirlərlə saxta “COVID-19” pasportu satmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Fikrət Şıxıyev, Eldar Mirzəyev və Şirin Şirəliyev saxlanılıb.

İlkin dindirmə zamanı onlar hər birindən 225 manat almaqla 40 nəfər şəxsə belə saxta sənəd satdıqlarını etiraf etmişlər. F.Şıxıyevə məxsus “Mercedes” markalı avtomobilə baxış keçirilərkən bir vətəndaşa məxsus vaksinasiyanın hər iki dozası qeyd olunmuş “COVID-19” pasportu, 30 nəfərə aid üzərilərində mobil nömrələri yazılmış şəxsiyyət vəsiqələrinin surətləri və bank kartları aşkar edilərək götürülüb.

Hazırda faktla bağlı Rayon Polis İdarəsinin və Rayon prokurorluğunun əməkdaşları tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qubada qızını boğaraq qətlə yetirməkdə təqsirləndirilən Məhərrəm İmanquliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Yol-xeber.az” xəbər verir ki, hadisə Quba rayonunun Barlı kəndində baş verib.

1991-ci il təvəllüdlü İmanquliyeva Zeynəb Məhərrəm qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib.

Aparılmış araşdırmalarla zərərçəkmişin atası İmanquliyev Məhərrəm Nəsir oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əlləri ilə boğaraq Zeynəb İmanquliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilərək saxlanılıb.

Təqsirləndirilən şəxs qismində ifadə verən Məhərrəm İmanquliyev bildirib ki, Barlı kəndindəki evində həyat yoldaşı, oğlu və qızı ilə yaşayıb. Zeynəb təxminən 2010-cu ildə ailə həyatı qurub və nigahdan 2 övladı dünyaya gəlib. 2017-ci ildə Zeynəb ər evindən qaçıb. Bir neçə dəfə yoldaşı onun telefonunda yad kişilərin nömrəsini görüb. Bu zəmində aralarında yaranan mübahisələrdən sonra onlar boşanıblar. Qızının ərinə qarşı etdiyi hərəkətlərə görə Məhərrəm onların ayrılmalarına etiraz etməyib. Bütün səhvləri öz qızında görüb.

Məhərrəm İmanverdiyev bildirib ki, boşandıqdan sonra qızını öz evinə gətirib, uşaqlar isə atasının evində qalıb.

"Qızıma əxlaqsızlıqla məşğul olmamasını, ər evində etdiyi xoşagəlməz hərəkətləri təkrar eləməməyi və məni kənddə biabır etməməyi tapşırdım. O isə mənə həmin hərəkətləri təkrarlamayacağını bildirdi.

Lakin söz versə də, Zeynəb yenə də öz əxlaqsız hərəkətlərini davam etdirdi. Hətta bir gün axşam pəncərənin dəmir barmaqlıqlarını sökərək evdən çıxıb getdi və bir müddət qayıtmadı", - o söyləyib.

Bununla bağlı Məhərrəm polis şöbəsinə müraciət edərək ərizə yazıb.

Aparılmış araşdırmalar zamanı müəyyən olunub ki, qızı Xaçmaz rayon sakini olan bir kişi ilə qaçıb. Yenə də Zeynəbi tənbeh edərək onu bağışlayıb.

Qızı boşanıb atası evinə qayıdan zaman onun mobil telefonu olmayıb. Kənar şəxslərlə danışmaması üçün Zeynəbə telefon işlətməyə icazə verməyib.

Oktybarın 31-i səhər saatlarında arvadı və oğlu qonşuluqda yaşayan qardaşının evinə gediblər. Məhərrəm ayaqyoluna gedən zaman Zeynəbin kiminləsə telefonla danışmasını eşidib:

“Eşitdim ki, kiminləsə telefonla danışır. Tutdum qolundan apardım evə. Dedim telefonu çıxart. Dedi məndə telefon yoxdu. Axtardım üstündən tapdım. Qaçmaq istəyəndə tutdum boğazından yıxdım yerə oturdum üstünə iki əlimlə boğmağa başladım”.

Məhərrəm İmanquliyev ifadəsinin davamında bildirib ki, xırıldamasını eşidən kimi ayağa qalxıb və sağ ayağı ilə boğazından möhkəm sıxaraq onu öldürüb.

Cinayəti törətdikdən sonra qardaşı evinə gedərək arvadı və oğluna Zeynəbi öldürdüyünü deyib sonra isə polisə zəng edərək hadisə barədə məlumat verib.  

Məhkəmə prosesi zamanı Məhərrəm İmanquliyev ittiham üzrə özünü təqsirli bilib.

Sonda məhkəmənin hökmü ilə Məhərrəm İmanquliyev CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum olunub.

Xəbər lenti