![]() |
|
Vaxtilə zəbt etdikləri azərbaycanlıların evlərini tərk edib İrəvana pənah aparan erməni ailələrinin problemləri başlayıb. Yataqxanada məskunlaşan erməni ailələrindən mənzillərini tərk etmələri tələb olunur. Lakin getməyə heç bir yeri olmadıqlarını bildirirlər. Bildirirlər ki, onlar fevral ayından etibarən yataqxanada yaşamağa məcburdurlar.
"Yol-xeber.az" Milli.Az-a istinadən bildirir ki, o zaman onlara mənzil problemi həll edilənə qədər burada yaşaya biləcəkləri söylənilib. İndi isə deyirlər ki, "10 gündən sonra hindli tələbələr gələcək, çox pul ödəyirlər. Sosial təminat, azyaşlı uşaqla yaşaya bilməyəcəyiniz bir yer təklif edilir. Getməyə heç bir yerimiz yoxdur və sabah son gündür", - deyə qarabağlı qadınlardan biri bildirib.
Onlar başqa mənzil tapmağın daha çətin olduğunu söyləyirlər. "Soruşurlar ki, "siz qarabağlısınızmı? "Bəli" deyirik və bizə cavab verilmir. Bu münasibət nədir? Bir erməni bizə qarşı bunu edərsə, türklər nə edəcək? Türklər bizi evdən qovdular, indi də buradan qovurlar, bu həqiqətən mümkündürmü? Pul istəmirik, evə ehtiyacımız var", - deyə başqa bir qadın göz yaşları içində deyib. Onlar daimi yaşamaq üçün gəlmədiklərini, yalnız yaşayış yeri məsələsi həll olunana qədər müvəqqəti mənzilə ehtiyac duyduqlarını vurğulayıblar.
"Yol-xeber.az"ın Report-a istinadən məlumatına görə, o, barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyir.
Şikayətə avqustun 11-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.
Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Milli Məclisin 3 avqustda keçirilən növbədənkənar sessiyasının iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib.
Həmin gün Binəqədi Rayon Məhkəməsi onun barəsində 3 ay həbs qətimkan tədbiri seçib.
"Yol-xeber.az" xəbər verir ki, bunu “ARB 24”ün “Gündəm” verilişinə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, DİN-ə bununla bağlı faktlar daxil olub:
“Gözəllik salonlarında bu hal müşahidə edilib. Aşkarlanan faktlarla bağlı tədbir görülüb və qarşısı alınıb. Həmin şəxslər məsuliyyətə cəlb olunublar. Onlar maddənin çəki azaltmaqda təsiri olduğunu desələr də, onun narkotik vasitə olmasını söyləmirlər”.
E.Hacıyev valideynləri də diqqətli olmağa səsləyib:
“Valideynlər övladlarının xarakterində, hərəkətlərində dəyişiklik müşahidə etdikdə, onu müvafiq qaydada yoxlatdırsın. İmkan olmasa, çətinlik çəksələr, dövlət qurumlarına müraciət etsinlər. Dövlət qurumları tərəfindən zəruri köməkliklər göstəriləcək”.
Avqustun 4-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələrinin xidməti-döyüş fəaliyyəti çərçivəsində Xəzər dənizinin cənub istiqamətində Lənkəran reydində dəniz sərhədlərinin mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı dəniz istiqamətləndirici nişanına bərkidilmış bir ədəd şübhəli bağlama aşkarlanıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Yol-xeber.az"a məlumat verililib.
Bağlamaya keçirilən baxış zamanı içərisində 20 ədəd kiçik hissələrə bölünmüş şəkildə ümumi çəkisi 21 kiloqam 255 qram “tiryək”ə bənzər narkotik vasitə aşkar olunaraq götürülüb, fakt üzrə əməliyyat-istintaq tədbirlərinə başlanılıb.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı leytenant Babayev İlqar Rüfət oğlu həlak olub.
Hadisənin səbəbləri araşdırılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Avqustun 9-u saat 00:10-dan 00:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
“Yol-xeber.az” xəbər verir ki, yanğınsöndürmə əməliyyatlarında Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri və Aviasiya dəstəsinin helikopteri fəaliyyət göstərib.
Ümumilikdə 300 hektar ərazidə baş vermiş yanğın nəticəsində quru ot, kol-kos və biçilmiş taxıl sahəsi yanıb.
Bakıda baş vermiş yanğın zamanı 3 avtomobilə ziyan dəyib.
Bu barədə "Yol-xeber.az" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Binəqədi rayonunda “Ford” markalı (qəzalı) yük avtomobilinin yanar hissələri yanıb, yüksək temperaturdan “Mercedes” markalı yük avtomobilinin 1 qapısı, üstündə olan soyuducusu qismən və “Jeep” markalı minik avtomobilinin 1 ədəd arxa fənəri və buferi əriyib. Avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Sumqayıt sakini Biləsuvarda külli miqdarda narkotik maddəylə saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini E.Mirseyidov Biləsuvar rayonu ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı onun üzərindən 44 qrama yaxın psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.