Xəbər verdiyimiz kimi, avqustun 3-də əri tərəfindən qətlə yetirilən Sevinc Məhərrəmovanın sosial şəbəkələrdə son yazışması yayılıb.

"Ölkə.Az" verir ki, bu barədə bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə feysbuk səhifəsində paylaşım edib. Qadın son yazışmalarında bunları qeyd edib:

"Çox qorxuram. Dəfələrlə polisə müraciət etmişəm. Səhər elə olar ki, polislər internetdə haradasa öldüyümü eşitsələr nə dəyişəcək? 3 övladım ortalıqda qalacaq. Neçə vaxtdır sizə yazmağa qorxurdum, risk etmirdim. Uşaqlarımı əlimdən almaqla hədələyir. Bəs mənim canım atam insult keçirib, anamın da ürək çatışmazlığı var. Mən də sakitləşdiricilərlə yaşayıram. Mənə kömək edin. Çox qorxuram".

  •  

Avqustun 5-i saat 23:00-da və 23:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Sədərək rayonunun Heydərabad, Kəlbəcər rayonunun İstisu yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Bu barədə "Yol-xeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

İyunun 27-də Bakının "Maşın bazarı"nda axtarışda olan şəxsin özünü qumbara ilə partlatması nəticəsində xəsarət alan polis kapitanı Elçin Səfərov bu gün tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.

"Yol-xeber.az" baku.ws-ə istinadən xəbər verir ki, vəfat etmiş polis kapitanı vəzifəli şəxslərdən birinin övladı olub.

Belə ki, Elçin Səfərov 1 saylı İstintaq Təcridxanasının sabiq rəisi Rəşid Səfərovun oğludur. R.Səfərov 2017-ci ildən Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəis müavini vəzifəsini icra edir.

Qeyd edək ki, Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd olunub ki, iyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 1982-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin narkotiklərlə əlaqəli və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərov paytaxtın Yasamal rayonu ərazisində idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Bu zaman üzərində olan qumbara partlayıb. Nəticədə M.Ələsgərov ölüb.

Avtomobildə olan sərnişin - əvvəllər soyğunçuluq cinayətinə görə məhkum olunmuş 1993-cü il təvəllüdlü Elman Qurbanov isə qaçarkən saxlanılıb. Şəxsi axtarış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

Partlayış zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alsa da, onlardan biri bu gün dünyasını dəyişib.

 

 

 

 
 
 
Polis əməkdaşları tərəfindən Yasamal rayonunda narkotik vasitə, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı, həmçinin oğurluqla məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Yol-xeber.az"a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər tutulub.

Belə ki, əməliyyat zamanı əvvəlcə paytaxt sakinləri Fərhad Sadıqov, Taleh Baxşəliyev və Əjdər Məmmədov saxlanılaraq istintaqa təqdim olunublar. Bu şəxslərin üzərinə və evlərinə baxış zamanı külli miqdarda heroin, metamfetamin və elektron tərəzilər aşkar edilərək götürülüb. Saxlanılan şəxslər izahatlarında psixotrop maddə olan metamfetamindən istifadə etməklə yanaşı qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını da etiraf ediblər.

Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı isə rayon ərazisində yerləşən marketlərdən birindən müştərinin içərisində 890 manat və 100 dollar olan əl çantasını oğurlayan Yeganə Qurbanova, həmçinin tanışı Nicat Musayev də saxlanılıb. Şəxsi axtarış zamanı Nicat Musayevdən heroin və metamfetamin də aşkar edilib. Nicat Musayev ifadəsində narkotik maddələr əldə etmək üçün oğurluq etdikləri bildiriblər.

Qeyd edək ki, Yeganə Qurbanova və Nicat Musayevin marketdən oğurluq etməsi obyektin müçahidə kameraları vasitəsi ilə də lentə alınıb.

Faktlarla bağlı 26-cı Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Yasamal Rayon Polis İdarəsinə göndərilib və adları sadalanan şəxslər istintaqa cəlb olunublar. Yasamal rayonu ərazisində narkotik vasitələrin qanusuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

 

 

 

 
 
 

İyunun 27-də Bakının "Maşın bazarı"nda axtarışda olan şəxsin özünü qumbara ilə partlatması nəticəsində xəsarət alan polis əməkdaşlarından biri vəfat edib.

Yol-xeber.az-ın APA-ya istinadən məlumatına görə, partlayış zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. Onlardan polis kapitanı Elçin Səfərov bu gün bütün tibbi müdaxilələrə baxmayaraq vəfat edib.

 

 

Qeyd edək ki, Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd olunub ki, iyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 1982-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin narkotiklərlə əlaqəli və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərovun paytaxtın Yasamal rayonu ərazisində idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Bu zaman üzərində olan qumbara partlayıb. nəticədə M.Ələsgərov ölüb.

Avtomaşında olan sərnişin, əvvəllər soyğunçuluq cinayətinə görə məhkum olunmuş 1993-cü il təvəllüdlü Elman Qurbanov isə qaçarkən saxlanılıb. Şəxsi axtarış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

Partlayış zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avtomaşına baxış keçirilərkən əlavə silah-sursat aşkarlanıb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hazırda iş üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Ağdam rayonu ərazisində minaya düşüb.

"Yol-xeber.az"ın APA-ya istinadən xəbərinə görə, hadisə Ağdamın işğaldan azad olunan Baş Qərvənd kəndi ərazisində baş verib. Ağdama çəkiləcək yeni yolun ərazisini minalardan təmizləyən ANAMA əməkdaşı Fərid Əliyev minaya düşərək xəsarət alıb.

Xəsarət alan şəxs ərazidən çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Abşeronda tiryəkxana təşkil edən və "patı" satan qadınlar saxlanıldı  - FOTO - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

DİN-in Mətbuat xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, Baş İdarənin əməkdaşlarının Nəsimi rayonunda həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Rahil Orucov saxlanılıb.

Onun üzərindən 65 qram heroin, 58 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Baş İdarə əməkdaşlarının Binəqədi rayonunda həyata keçirdikləri digər əməliyyat zamanı əvvəllər məhkum olunmuş Əli Cavadov və Bahadur İsmayılov saxlanılıblar. Əli Cavadovun üzərindən ümumilikdə 114 qram heroin, metamfetamin, elektron tərəzi, eləcə də 75 ədəd narkotik tərkibli metadon və preqabalin həbi aşkar edilib. Bahadur İsmayılovdan isə 24 qram heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. Bu şəxslər ifadələrində Binəqədi rayonu Rəsulzadə qəsəbəsində narkotik vasitələrin və “patı” adalanan matemfetaminin satışı ilə məşğul olduqlarını bildiriblər.

Binəqədi rayonunda həyata keçirilən növbəti əməliyyat zamanı isə narkotik vasitələrin, xüsusən gənclər arasında psixotrop tərkibli həblərin satışını həyata keçirən iki nəfər- Qafur Lətifov və Adil Ramazanov saxlanılıblar. Onlardan ümumilikdə 81 qram tiryək, heroin, metamfetamin, 240 ədəd narkotik tərkibli metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilib.

Narkotik vasitələrin onlayn yolla satışını həyata keçirən daha bir şəxs isə Abşeron rayonu Masazır qəsəbəsində tutularaq məsuliyyətə cəlb edilib. Əməliyyat zamanı qeyd edilən qəsəbədə yaşayan Tural İbrahimov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 1 kiloqram 47 qram metamfetamin, 270 qram heroin, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi bank kartı və 2 ədəd elektron tərəzi aşkar edilib.

Abşeron rayonu Xırdalan şəhərində həyata keçirilən digər bir əməliyyat zamanı isə əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum edilmiş Ağaxan Hüseynov saxlanılıb. Onun şəhər ərazisində yerləşən evinə və üzərinə baxış zamanı 5 qrama yaxın metamfetamin və 1 ədəd “F-1” əl qumbarası aşkar edilib.

Baş İdarə əməkdaşlarının Abşeron rayonu Xırdalan şəhəri ərazisində həyata keçirdikləri digər bir əməliyyat zamanı isə narkotik vasitələrin qəbul edildiyi tiryəkxana aşkar edilib. Həmin mənzilə baxış zamnaı orada narkotik vasitələrin qəbuluna şərait yaradan Ləman Abdullayeva, Əsmər Abdullayeva və Elşən Cəfərov saxlanılıblar. Bu şəxslərin üzərindən ümumilikdə 27 qram heroin və metamfetamin aşkar edilib.

Yasamal və Sabunçu rayonunda həyata keçirilən sonuncu əməliyyatlar zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Fərid Qulubəyov və Aqil Əzizov saxlanılıblar. Fərid Qulubəyovun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 9 qrama yaxın yüksək təsiredici maddə olan kokain, 35 qram metamfetamin, 25 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilib. Aqil Əzizovdan isə ümumilikdə 1 kiloqram 800 qram marixuana və elektron tərəzi aşkar edilib. Bu şəxslər də ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını bildiriblər.

Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 12 nəfər məsuliyyətə cəlb edilib. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslərin hər biri tutularaq istintaqa cəlb olunublar. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, təqdim etdiyimiz sonuncu əməliyyatların bir neçəsi Baş İdarənin sosial şəbəkələrdəki səhifələrinə ayrı-ayrı vətəndaşlar tərəfindən göndərilən məlumatlar əsasında həyata keçirilib.

Şəkidə cəzaçəkmə müəssisəsinə heroin göndərən şəxs həbs olunub  - FOTO

15 il müddətinə azadlıqdan məhrum edilmiş Kamran Rüstəmova göndərilən sovqatda heroin aşkar edilməsi barədə Şəki Penitensiar Müəssisəsindən Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitəni göndərən şəxsin ifşa edilməsi və mənbənin müəyyən olunması məqsədilə zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Keçirilən tədbirlər nəticəsində Mingəçevir şəhər sakini, əvvəllər oğurluğa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum olunmuş Rövşən Quliyev şübhəli şəxs qismində saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin Kamran Rüstəmovu cəzaçəkmə müəssisəsindən tanıdığı məlum olub.

Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Şirvanda tiryəkxana aşkarlanıb, saxlanılanlar var  - FOTO

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri, əvvəllər narkotiklərə görə məhkum olunmuş 56 yaşlı Firuz Şadlinskinin və onun həyat yoldaşı, 55 yaşlı Qönçəgül Baxışəliyevanın yaşadıqları ünvanda tiryəkxana təşkil etməklə narkotik aludəçilərinə narkotik maddələrin istehlakına şərait yaratdıqları, eləcə də narkotik vasitələrin satışı ilə məşğul olduqları müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən evə keçirilən baxış zamanı oradan “patı” və “şüşə” adlanan narkotik maddə-metamfetamin, heroin, elektron tərəzi və narkotiklərin satışından əldə edilən pullar aşkar edilərək maddi sübut kimi götürülüb.

Həmçinin əməliyyat tədbiri keçirilən zaman orada narkotik vasitə qəbul edən iki nəfər şəxs də saxlanılıb. Araşdırmalarla onların Şirvan şəhər sakini Novruz Məmmədov və Hacıqabul rayon sakini Namiq Abdullayev olduqları müəyyənləşdirilib. Hər iki şəxs dindirilmə zamanı tiryəkxanaya narkotik vasitə qəbul etmək üçün gəldiklərini və pul müqabilində ev sahiblərinin onlara şərait yaratdıqlarını bildiriblər.

F.Şadlinski və Q.Baxışəliyeva isə izahatlarında onlara məxsus fərdi yaşayış evində narkotiklərin satışı həyata keçirdiklərini etiraf ediblər.

Faktla bağlı Şirvan ŞPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Rusiyanın Moskva şəhərində ata öz uşağına qarşı dəhşətli addıb atıb.

Yol-xeber.az xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı Leonid Kudryavçev 2 yaşlı oğlunu 5-ci mərtəbədən yerə atıb.

Bunu yan otaqda olan Leonidin anası fərq edib və dərhal polisə, həmçinin təcili yardıma zəng vurub.

Hadisəni törədən şəxs evdən qaçsa da, hüquq-mühafizə orqanları onu yaxalayıb.

Xəstəxanadan yerləşdirilən azyaşlının ölümdən xilas etmək mümkün olsa da, həyatı təhlükəsi davam edir. Beşinci mərtəbədən atılan 2 yaşlı uşaq ağciyər xəsarəti, qapalı kəllə-beyin zədəsi, beyin qanaması, qapalı sinə zədəsi alıb. Onun həmçinin qabırğa sümükləri və boynunda sınıqları olub.

Hadisəni törədən şəxsin anası oğlu haqda danışarkən bunları deyib: "O, narkotik aludəçisidir. Həyat yoldaşı ilə gah yaşayır, gah da yaşamır. Və son vaxtlar boş şeylər danışırdı. Başına çip qoyulduğunu söyləyirdi". 

Hazırladı: Səbinə

 

 

 

 
 
 

Xəbər lenti