![]() |
|
Avqustun 4-ü saat 14:50-dən 00:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Şorca, Əzizli, Şişqaya və Qaraiman, Çəmbərək rayonunun Ardanış yaşayış məntəqələrində yerləşən mövqelərindən Sədərək rayonunun Heydərabad, Gədəbəy rayonunun Novoivanovka və Qalakənd, Kəlbəcər rayonunun İstisu və Yellicə, Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.
Bu barədə "Yol-xeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Daxili İşlər Nazirliyindən "Yol-xeber.az"a verilən məlumata görə, avqustun 2-də Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən İsa və Habil Balaxanov qardaşlarını saxlayıb.
Onlar polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq ediliblər.
Həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
"Yol-xeber.az" “Report”a istinadən xəbər verir ki, ötən gün saat 22:30 radələrindən başlayaraq sözügedən ərazilərdə kol-kos yanır.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu, Şamaxı və İsmayıllı yanğından mühafizə hissələrindən 5 yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb olunub.
Hazırda yolsuzluq və çətin relyef şəraitində getdikcə yayılan yanğının söndürülməsi üçün gərgin mübarizə aparılır.
Əsas diqqət yanğının dağlardakı meşəlik ərazilərə keçmədən söndürülməsinə yönəldilib.
Qeyd edək ki, yanğınla mübarizəyə mülki vətəndaşlar da cəlb olunub.
"Ölkə.Az"ın xarici mediaya istinadən xəbər verir ki, hadisə Odessa şəhərində baş verib.
Belə ki, Şəmkir sakini, 1996-cı il təvəllüdlü Laçın Məmmədov küçə ilə hərəkət edən zaman bir nəfər əlində avtomatla ona atəş açıb.
O, Odessada kiçik sahibkarlıqla məşğul olub.
Yerli polisin açıqlamasına görə, qətli törədən şəxsin Gürcüstan vətəndaşı Elmuraz Məmmədov olduğu üzə çıxıb.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Hazırladı: Fidan
Ailə-məişət zəminində daxil olan bütün müraciətlər DİN-in nəzarətinə götürülür
Paytaxtın Xəzər rayonunda Sevinc Məhərrəmovanın həyat yoldaşı tərəfindən qətlə yetirilməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif iddialar paylaşılır və polisi daha çox müzakirə obyektinə çevirməyə çalışırlar.
Bu iddiaların nə qədər əsaslı olması ilə bağlı DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Yol-xeber.az-ın sorğusunu cavablandırıb.
"Ağır hadisədir, faciədir, bu hal baş verməməli idi. Qarşısının alınması üçün qətlə yetirilən qadının “ailəmdən ayrıla bilmərəm, övladlarımdan ayrı yaşaya bilmərəm” kimi israrlı istəkləri, ona təklif olunan sığınacaqdan imtinası ilə bağlı daha təsirli tədbirlər görülə bilərdi. Etiraf edək ki, onu xilas etmək üçün bütün imkanlar tam səfərbər edilmədi, daha çox ailənin, qadının, onun yaxınlarının istəkləri nəzərə alınmaqla tədbirlər hüquq çərçivəsində həyata keçirilib.
Cari ilin mart ayında zorakılığa məruz qalan qadının şikayəti əsasında başlayan cinayət işi üzrə zəruri olan bütün tədbirlər qanunvericiliyə uyğun olaraq təmin edilməsinə baxmayaraq, məhkəmə baxışı zamanı tərəflərin barışığı nəzərə alındı. İlk günlər ailədaxili münasibətlərin normallaşması müşahidə edilirdi. Təəssüf ki, sonradan baş verənlər – tərəflərin barışığı, valideynlərin bir-birinə güzəştsiz münasibəti ağır nəticələrə yol açdı. Bu o həqiqətin göstəricisidir ki, bu barışıqlar həmişə xoşbəxtliklə nəticələnmir.
Hadisənin təfərrüatları tərəfimizdən ətraflı təhlil olunaraq, ailə-məişət zəminində daxil olan bütün müraciətlərə daha diqqətli, daha məsuliyyətli yanaşılması üçün tərəflərin razılığı, yaxud barışığı olsa belə həmin şəxslər profilaktik qeydiyyata alınmaqla, nəzarət profilaktik işin effektiv təşkili və gücləndirilməsi üçün tədbirlər görülür"- açıqlamada qeyd edilib.
Saatlı rayon prokurorluğundan "Ölkə.Az"a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Saatlı RMX-nin direktorunun müavini-baş həkimi işləyən Adəm Əliyev baş-beyin qan dövranının pozulması xəstəliyinə görə müavinət almaq üçün ona müraciət edən qohumuna kömək etmək məqsədilə xəstəxananın digər vəzifəli şəxsləri ilə birlikdə əlbir olaraq sonuncunun adına tibbi sənədləri saxtalaşdırıb.
Belə ki, əmək qabiliyyətinin olmaması vərəqələrində göstərilən xəstəxanaların heç birində ambulator və ya stasionar qaydada müalicə olunmadığı halda bununla bağlı bilə-bilə yalan məlumatlar daxil edərək həmin şəxsə 01.06.2019-cu il tarixdən 31.12.2019-cu il tarixədək Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 2 976 manat məbləğində pul müavinətinin ödənilməsini təmin edib.
Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq hərəkətləri aparılır.
DİN-dən verilən məlumata görə, monitorinq 224 şadlıq sarayında, 52 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 71 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;
- 2119 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Daxili İşlər Nazirliyindən "Yol-xeber.az"a verilən məlumata görə, sürücüdən sənədləri tələb etdikdə tabesizlik göstərməsinə baxmayaraq o, polis əməkdaşları tərəfindən saxlanılıb.
Avtomobilə baxış zamanı oradan çəkisi 3 kiloqram 625 qram olan marixuana aşkar edilərək götürülüb və sürücü ilə birgə Yevlax Rayon Polis Şöbəsinə təhvil verib.
Davam etdirilən tədbirlərlə N.Cəfərovun Aşağı Qarxun kəndi ərazisində atdığı, çəkisi 2 kiloqram 335 qram olan çətənə kolunun hissələri də aşkar edilərək götürülüb.
"Yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin və Regional Ekologiya İdarəsinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunub.
Qeyd edək ki, yanğın mürəkkəb relyefli yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb və bu səbəbdən yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.
Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə növbəti məhkəmə iclası davam etdirilib.
Yol-xeber.az-ın report-a istinadən xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər.
Müdafiəçilər ilk olaraq çıxışlarında məhkəmə iclaslarının qanunun tələblərinə uyğun aparıldığına görə təşəkkür ediblər.
İttihama münasibət bildirən vəkillər təqsirləndirilən şəxslərin yalnız 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqsirli bilinmələrini, digər maddələrin isə ittihamdan çıxarılmasını istəyiblər.
Daha sonra təqsirləndirilən şəxslər son sözlə çıxış ediblər.
Erməni yaraqlıları son sözlərində məhkəmədə və istintaqda iştirak edən işçilərə təşəkkür ediblər: "Məhkəmə davam edən müddətdə bizimlə çox yaxşı davrandılar. Azərbaycan Prezidentindən, Azərbaycan xalqından və məhkəmədən üzr istəyirik. Yalvararaq bizi bağışlamağı xahiş edirik".
Məhkəmə hökm çıxarmaq üçün müşavirəyə gedib.
***
Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə növbəti məhkəmə iclası davam etdiriləcək.
"Ölkə.Az"ın Report-a istinadən məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı, L.Mkrtiçyanla A.Xosrovyanın son söz deməsi və məhkəmənin hökmü elan etməsi gözlənilir.
Xatırladaq ki, ötən məhkəmə prosesində prokuror çıxış edib. Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxslərin hər birinin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, təqsirləndirilən şəxslərin cəzasının 10 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin müəyyənləşdirilməsini tələb edib.
Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistandan gəlmiş millətçi ermənilərdən ibarət yaradılan silahlı qrupların fəaliyyətində iştirak edib, onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürüb qanunsuz olaraq azadlığı məhdudlaşdırılmış Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək, Yerevan şəhərinə gətirilib və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.
İstintaqla Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülmüş Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib.
Lüdvik Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib.
Aparılan istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyanla birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr verən Ermənistan Respublikasının vətəndaşı, 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub.
İstintaqla Alyoşa Xosrovyanın 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilib.
Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının "müdafiə naziri" Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlq nümayiş etdirərək onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.
Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazilərində kəşfiyyat xarakterli hərəkətlər apararkən 3 oktyabr 2020-ci il tarixdə Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələrinin üzvləri, Ermənistan Respublikasının vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətməsi və digər faktlara görə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.
Belə ki, Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113-cü (işgəncə), 115.2-ci (müharibə qanunlarını və adətlərini pozma), 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.