Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yaşayan Günel Vəliyevanın (adlar şərtidir) 2015-ci il təvəllüdlü oğlu və 2007-ci il təvəllüdlü qızının ögey qardaşı və arvadı tərəfindən fiziki və psixi zorakılıq hərəkətlərinə məruz qalması barədə müraciəti üzrə Binəqədi rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə "Yol-xeber.az"a Binəqədi rayon prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, İdris Vəliyev (ad şərtidir) 8 avqust 2021-ci il tarixdə ögey bacısının 2015-ci il təvəllüdlü oğlunun nadinc hərəkətlər etməsini bəhanə edərək bıçağı qızdıraraq onun sağrı nahiyəsinə bir neçə dəfə basıb, İdris Vəliyevin arvadı Arzu Vəliyeva (ad şərtidir) isə Günel Vəliyevanın 2007-ci il təvəllüdlü qızının saçını və qaşını kəsib, həmçinin ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Fakta görə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə), 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) və 133.2.6 (işgəncə verməklə əzab vermə) maddələri ilə cinayət işi başlanaraq aidiyyəti üzrə rayon polis idarəsinin İstintaq şöbəsinə göndərilib.

Nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək.

Türkiyədə yanğın törədən üç nəfər saxlanıldı

Türkiyənin Şanlıurfa vilayətinin Eyübiyye rayonunda ağaclıq ərazidə yandırdığına görə üç nəfər saxlanılıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, rayonun Direkli məhəlləsində yanğın başlayıb.

Bələdiyyə yanğınsöndürənlərinin müdaxiləsi ilə alov tezliklə söndürülüb.

Polis yanğını törətdikləri iddia olunan üç nəfəri saxlayıb. Onlar Polis Şöbəsinə aparılıb.

Paytaxtda hostel adı ilə fəaliyyət göstərən massaj salonları, daha doğrusu, əxlaqsızlıq yuvaları aşkar olunub.

"Yol-xeber.az" xəbər verir ki, BAKU.TV-nin apardığı araşdırma nəticəsində polislərin də göz yumduğu insan alveri məkanlarının üstü açılıb.

“Yarım saatı 50 manat”a xidmət göstərilən bu hostellərə təsadüfən yolunuz düşsə, hostel əvəzinə müştərilərə “gəl-gəl” deyən qadınları, narkomaniyanın, infeksiyaların, müxtəlif xəstəliklərin yayılması üçün münbit şəraitin şahidi ola bilərsiniz.

Elə özlərinin də dediyi kimi, “Hostel afişası sadəcə reklamdır”.

Ətraflı BAKU.TV-nin araşdırmasında:

Tovuzda “patı” satmaqda şübhəli bilinən şəxslər saxlanılıb  - FOTO

Tovuz rayonunda qanunsuz olaraq narkotik vasitə satmaqda və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, rayon sakini Samir İbrahimov saxlanılıb. Onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman oradan narkotik vasitə olan “metamfetamin” və qurudulmuş “marixuana” aşkar edilərək götürlüb.

Polis əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış etədbirləri nəticəsində “patı” satmaqda şübhəli bilinən Nizami Məmmədov da saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman isə qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb.

Bundan başqa rayon sakini Saleh Məmmədov saxlanılan zaman qanunsuz olaraq əldə edib saxladığı narkotik maddə olan “metamfetamin” aşkar olunub.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

DİN:  "554 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 40 nəfər həbs olunub"

Ölkədə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena, karantin rejimlərinin pozulması ilə bağlı nəzarət-profilaktiki tədbirlər diqqət mərkəzində saxlanılır.

DİN-in Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, daxili işlər orqanları tərəfindən koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma faktlarına görə, ötən ilin martından bu günə qədər 1030 cinayət (Maddə 139-1. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) işi üzrə 554 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Həmin işlər üzrə məhkəmələr tərəfindən 40 nəfər barəsində həbs, 54 nəfər barəsində isə polisin nəzarəti altına vermə, 460 nəfər haqda digər qətimkan tədbiri seçilib.

Vətəndaşlara tövsiyə edirik ki, infeksiya şəraitində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına hər bir şəxs ciddi əməl edərək, özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar.

Tətbiq olunan xüsusi karantin rejiminin qayda və tələblərinin mühafizəsində daxili işlər orqanları tərəfindən gücləndirilmiş nəzarət-profilaktiki tədbirləri davam etdirilir.

Dünən Qəbələdə mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın hazırda 3 istiqamətdə - Abrıx, Solqucar, Damnıx kəndlərinin yüksək dağlıq ərazisindəki meşə sahəsində davam edir.

Yol-xeber.az -ın xəbərinə görə, bunu ETSN-nin yerli qrumunun rəsmisi Akif Məmmədov bildirib. 

O qeyd edib ki, yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin regional yanğından mühafizə xidmətlərinin yanğınsöndürənləri və 1 helikopteri, rayon icra hakimiyyətinin nümayəndələri, yerli kənd camaatı cəlb olunub. 

“Yanğın mürəkkəb relyefli dağlıq ərazidə yerləşdiyi üçün ora yanğınsöndürən avtomobillər çıxa bilmədiyindən alovun qarşısını əl əməyi ilə almağa çalışırıq”.

Xırdalan şəhərində uşaqlara və gənclərə açıq şəkildə narkotik vasitələr təklif edilib.

Yol-xeber.az-ın xəbərinə görə, bu barədə Abşeron sakini Lalə Bağırova paylaşım edib. O, hadisənin avqustun 11-də Xırdalandakı AAAF Park Yaşayış Kompleksində baş verib:

“14-15 yaşlarında oğlan uşaqları bu gün axsam saat 21:45-22:00 radələrində Xırdalan şəhəri AAAF Park Yaşayış Kompleksinin 11 saylı küçəsinin blok girişləri tərəfdə bütün oynayan uşaqlara "konfet, saqqız" adı ilə ağ həblər təklif ediblər.

Bizim uşaqlar bildirəndə ki, "biz bilirik bunlar nədi”, - qayıdıblar ki, sizin bilmədiyiniz şeylərdəndir. Uşaqlar təlaşla bizə zəng vurdular ki, narkomanlar həyətdə uşaqlara nə isə təklif edirlər.

Öz aralarında danışırlarmış ki, uşaqları maşına basıb aparsınlar”.

Ərazidə təhlükəsizlik kameraları olduğunu deyən L.Bağırova məsələnin araşdırılmasını istəyib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Ölkə.Az-ın sorğusuna cavab olaraq hadisədən xəbərdar olduqlarını deyib:

"Məsələ barədə məlumatlıyıq, müvafiq araşdırma aparılır” – açıqlamada qeyd edilib.

 

 

 

Rusiyanın Yeketerinburq şəhərində azərbaycanlı fotoqraf Aysel Əhmova həbs olunub.

Yol-xeber.az xarici mətbuata istinadən xəbər verir ki, o, model Yelena Nikiforovskayanın polis idarəsinin qarşısında şalvarını endirərək poz verdiyi yerdə şəklini çəkərkən saxlanılıb. Onunla birgə model qadın da hərkətinə görə tutulub. 

Hər iki şəxsin saxlanılmasına etiraz əlaməti olaraq gənc fəal Alina İvanova da şalvarını polis idarəsinin qarşısından aşağı endirib. Polis tərəfindən saxlanılan şəxs, məhkəmənin qərarı ilə barəsində 5 sutkalıq həbs cəzası verilib.

Məlumata görə, Aysel Əhmədova və Yelena Nikiforovskaya xırda xuliqanlıq maddəsi ilə ittiham olunub. Onlar ayrı-ayrılıqda 2-3 gün müddətinə inzibati qaydada həbs edilib.

 

 

 

 

 
 
 
Bakıda süpürgəçi qadının ifası görənləri təəccübləndirib.

"Yol-xeber.az" "milli.az"a istinadən xəbər verir ki, təxminən 60 yaşlı qadın bu ifasını elə iş başında edib.

Qadının kimliyi barədə bir məlumat yoxdur.

Sözügedən kadrları təqdim edirik:

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 11-i saat 22:20-dən etibarən 12-si saat 00:05-dək Çəmbərək rayonunun Çəmbərək, Ttucur, eləcə də Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Gədəbəy rayonunun Zamanlı, Qaravəllər, o cümlədən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Bu barədə "Yol-xeber.az"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Xəbər lenti