Milli Məclisin keçmiş deputatı Aslan Abbasov vəfat edib.

“O, 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Abbasov Aslan Məmməd oğlu 1950-ci il martın 11-də Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun kimya texnologiyası fakültəsini bitirib.

1995-ci ildə 32 saylı İkinci Kəpəz seçki dairəsindən deputat seçilib. 2016-cı ildən Azərbaycan Texnologiya Universitetinin prorektoru vəzifəsində çalışıb.

Xatırladaq ki, A.Abbasov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin atasıdır.

Allah rəhmət eləsin!

Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən daha 23 nəfərin adı məlum olub.

“Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Qevorg Samveloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşaq Aşotoviç, Akopyan Volodya Qaqikoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqatelyan Qriqor Seyranoviç, Giraqusyan Eduard Armenoviç barəsində cinayət işinə Faiq Qəniyevin sədrliyi ilə baxılacaq.

Qoloyan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yeğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrikyan Vahagen Edikoviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Hovanesoviç, Ambardanyan Mels Karapetoviç, Qriqoryan Feliks Arşakoviç barəsində cinayət işinə isə hakim Azad Məcidovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Məlumat verildiyi kimi, silahlı dəstənin əvvəlcə 14, sonra isə daha 13 nəfər üzvü barəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Mikaelyan Andranik Vazgenoviç, Soğomonyan Setrak Samveloviç, Karapetyan Rafik Robertoviç və qeyriləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Bakıda baş verən yol qəzasının görüntüləri yayılıb.

"Yol-xeber.az"ın “Report”a istinadən xəbərinə görə, hadisə paytaxtın Qaradağ rayonu, Kənar Dairəvi Yolda, Lökbatan dairəsi istiqamətində qeydə alınıb.

Belə ki, iki yük avtomobili toqquşub. Qəza zamanı avtomobillərdən biri aşıb. Nəticədə avtomobillərə və yolun kənarındakı təhlükəsizlik məqsədilə quraşdırılmış dəmir məhəccərlərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Saatlı rayon sakinində narkotik aşkarlanılıb.

"Yol-xeber.az" xəbər verir ki, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş F.Nuriyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 3 qrama yaxın metamfetamin, 80 qram marixuana və şəhər ərazisində gizlətdiyi 4 kiloqrama yaxın marixuana götürülüb.

Bakıda bir nəfəri qətlə yetirib, üç nəfəri yaralamaqda təqsirli bilinən Zaur Rzayevin cinayət işi.

"Yol-xeber.az" xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda baş verib.

Saat 03.10-da Binə qəsəbəsində 45 yaşlı Astara rayon sakini Zaur Rzayev keçmiş həyat yoldaşı, 42 yaşlı Maral Rzayev, 20 yaşlı qızı Samirə, 35 yaşlı Zirə qəsəbə sakini Vasif Əliyev və 59 yaşlı Qəmər Nəbiyevə bıçaqla hücum edib.

Nəticədə Vasif Əliyev hadisə yerində ölüb, digər şəxslər xəstəxanaya çatdırılıb. Yaralılara vaxtında tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.

Cinayəti törədən Zaur Rzayev daha sonra polisə könüllü təslim olub.

Bundan əvvəl onun narkotik vasitə saxlama, az ağır bədən xəsarətləri yetirmə maddələri ilə məhkumluğu olub.

İlkin araşdırma nəticəsində saxlanılan şəxsin həyat yoldaşı Maral Rzayeva ilə boşandığı müəyyən edilib.

Onlar yollarını ayırdıqdan sonra zərərçəkən Vasif Əliyevlə vətəndaş nikahında yaşayıb. Bu isə Zaur Rzayevin ürəyincə olmayıb və müdaxilə etmək qərarına gəlib.

Dindirilmə zamanı o, keçmiş arvadının başqa kişi ilə yaşamasının yolverilməz olduğunu bildirib.

Ona görə gecə saatlarında hamı yuxuda olanda həyat yoldaşı və qızının kirayə yaşadığı evə pəncərədən daxil olub.

Əvvəl o, Vasif Əliyevə bıçaq xəsarətləri yetirib, sonradan Maral Rzayevaya keçib.

Qışqırıq səslərinə oyanan qızı atasına mane olmağa çalışsa da, özü də üç bıçaq xəsarəti alıb. Mənzilin sahibi Qəmər Nəbiyeva da bıçaqla edilmiş hücumdan yan keçməyib.

İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Zaur Rzayev bildirib ki, Maral Rzayeva ilə birgə nigahdan iki övladı var. Astaradan Bakıya köçdükdən sonra bir müddət Zirə qəsəbəsində yaşayıblar:" Həyat yoldaşıma istixanada fəhlə işləyirdi. Oranın müdiri mənə, sürücü işləyən Vasiflə həyat yoldaşımın arasında yaxın münasibət olduğunu dedi. Avqust ayında biz boşandıq".

Zaur Rzayev daha sonra bildirib ki, hadisədən əvvəl Vasifə arvadım və qızımdan uzaq durmasını dedim."Dedim onlardan uzaq dur lakin o, mənim sözümə fikir vermədi".

Hadisə baş verən gün Maralın Rəfiqə adlı rəfiqəsi Zaura zəng edərək, keçmiş arvadının qayınanası olduğunu deyib, Maraldan əl çəkməyini və bir də ona zəng etməməyini bildirib. Bundan sonra Zaur Binə qəsəbəsinə yollanıb. Onun Maralın kirayə yaşadığı evə getməkdə əsas məqsədi qızı Samirəni rayona göndərmək olub.

Çünki Maralla görüşən Vasifin onun qızı ilə birlikdə bir evdə yaşamasını istəməyib. Ona görə də həmişə Vasifdən övladından uzaq durmasını tələb edib. Lakin nə Vasif, nə Maral, nə də ki, qızı onu ciddi qəbul etməyiblər. Əksinə onlar üçü birlikdə bir evdə, hətta bir otaqda yaşayıblar.
Maralın evinə çatandan sonra pəncərədən evə daxil olub.

Qarşısına çıxan qızını əli ilə itələyib, Samirəni bıçaqlamaq istəməyib, lakin çox əsəbi olduğundan bıçaqla ona xəsarət yetirib. Ardınca Marala və Vasifə çoxsaylı zərbələr endirib. Vasif yerə yıxılıb, Qəmər üstünə gələndə, ona da xəsarət yetirib, törətdiyi əməldən qorxaraq hadisə yerindən qaçıb.

Məhkəmə prosesi zamanı Zaur Rzayev özünü qismən təqsirli bilib.  

Keçmiş həyat yoldaşı Maral və qızı Samirə isə Zaura ağır cəza verilməsini istəyiblər.

Sonda isə məhkəmənin hökmü ilə Zaur Rzayev 12 il müddətinə azadlıqdan məhrum edilib.

İyunun 9-da Quba rayonu, Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

"Yol-xeber.az" xəbər verir ki, aparılan araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı balta ilə Sadıq Ramazanovun sinə və baş nahiyəsinə xəsarətlər yetirərək qəsdən öldürüb.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Rəvan Ramazanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq davam edir.

Gəncə şəhərində yanğın baş verib.

"Yol-xeber.az" bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub.

Şəmkirdə keçirilən yas mərasiminin qarşısı alınarkən polis əməkdaşının rayon sakinini döyməsi ilə bağlı iddialar yayılıb.

"Yol-xeber.az" xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə Şəmkir rayon Dəllər-Cəyir kənd sakini Məmməd Hüseynovun Şəmkir RPŞ-nin əməkdaşları barədə paylaşdığı iddiaları həqiqəti əks etdirmir və böhtan xarakterlidir:

“Məlumat üçün qeyd edim ki, iyun ayının 3-də Şəmkir RPŞ-yə rayonun Dəllər-Cəyir kəndi ərazisində karantin qaydalarına zidd olaraq yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları dərhal həmin əraziyə gələrək 30-40 nəfərdən ibarət şəxsin fərdi yaşayış evinin həyətində toplaşaraq yas mərasimi keçirməsini aşkar edib. Həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaq, ölkə ərazisində tətbiq olunan karantin rejimi qaydaları barədə məlumat verilib. 

Lakin buna baxmayaraq mərasimi təşkil edən Dəllər-Cəyir kənd sakinləri - M.Hüseynov və S.Rüstəmova polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq yas mərasiminin dayandırılmasına etiraz ediblər.

Nəticədə həmin şəxslər Polis Şöbəsinə dəvət olunublar. Şöbə rəhbərliyi tərəfindən onlarla bir daha profilaktiki söhbətlər aparılıb. 

Daha sonra S. Rüstəmova barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib. Məmməd Hüseynov barəsində isə toplanan material baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onun barəsində müvafiq tədbir görülüb”.

“Əfsuslar olsun ki, adıçəkilən şəxslər həqiqətə uyğun olmayan, polis əməkdaşlarından qisas almaq məqsədi ilə qərəzli iddialar səsləndirirlər”, - deyə o qeyd edib.

Qeyd edək ki, ölkədə elan olunan karantin rejiminə görə yas mərasiminin təşkil edilməsi qadağandır.

Ötən gün saat 18:40 radələrində 28 May - 9-cu Mikrorayon (Adil Məmmədov) küçəsi istiqamətində hərəkət edən 85 saylı marşrut xətti üzrə hərəkət edən 99 JS 787 dövlət qeydiyyat nişanlı "İsuzu Citiport" markalı avtobusda sərnişinlərdən biri tərəfindən insident törədilib.

Avtobusun Ziya Bünyadov prospekti 7A ünvanındakı dayanacaqda dayanmasından sonra orta və ya arxa qapıdan deyil, təkidlə ön qapıdan enən sərnişin daha sonra geri qayıdaraq nəqliyyat vasitəsinin ön şüşəsini yumruqla zərbə endirərək sındırıb.

Törədilmiş əməllə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

 

"Rusiya sülhməramlıları Laçın dəhlizinin 5 km eninə nəzarət edir. Onlar müşahidə məntəqələri təşkil edirlər və sərhədi qorumurlar. Bizim qoşunlarımız yalnız Güləbird və Kəlbəcər istiqamətində olan yerlərə nəzarət edirlər. Sülhməramlılar Laçın dəhlizindən gedib-gələnlərə yumşaq nəzarət edirlər. Erməni katolikosu keçəndə də bilinmir nə məqsədlə gəlib. Ona görə həmin istiqamət zəif qorunur".

Yol-xeber.az-ın xəbərinə görə, bunu təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl son günlər Ermənistanla sərhəddə baş verən proseslərlə bağlı fikirlərini bildirərkən deyib.

Onun sözlərinə görə, bir müşahidə məntəqəsi və ya monitoriq mərkəzi ilə bu məsələlərə nəzarət etmək çox çətindir: "Ona görə güc bizim öz hərbçilərimizin üzərinə düşür". 

Ekspertin fikrincə, Ermənistanda keçiriləcək 20 iyun seçkilərinə qədər bu hallar davam edəcək: "Buna görə ayıq-sayıq olmalıyıq. Çünki bu, nə ilk, nə də sondur. Sözügedən istiqamətdə çalışırlar ki, mina yerləşdirmək, həm də beynəlxalq aləmdə səs-küy salmaq, o cümlədən bizim əsgərlərdən əsir götürmək istəyirlər. Biz bunların hamısına hazır olmalıyıq".

Xəbər lenti