![]() |
|
Bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova bildirib.
Bir neçə dəqiqə bundan öncə mənəvi atamı, dostumu, böyük qardaşımı, ürək sirdaşımı, nazirimi itirdim. Bir müddət...
Posted by Samaya Mammadova on Friday, April 30, 2021
"Ölkə.Az" xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 25-də rayon ərazisindəki evlərin birindən 6500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Qazax şəhər sakini, əvvəllər məhkum olunmuş F.Məmmədova saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.
“Ölkə.Az” xəbər verir ki, Sabunçu rayonu ərazisində 43 yaşlı Əbdülhüseynov Taleh Qara oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Boğaz nahiyyəsindən bıçaq xəsarəti alan yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb
Faktla bağlı araşdırma aparılır.
Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə rayon ərazisində yerləşən “Cil” çay evində meyxana məclisinin keçirildiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin məclisdə iştirak edən 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.
Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin sosial şəbəkələrdə yayılan intim görüntüləri ilə bağlı cinayət işi başlanılıb.
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, fakta görə Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Həmin videolarda görünən şəxsin kimliyi müəyyən olunub. Hazırda istintaq getdiyi üçün əlavə məlumat verilmir.
İstintaq başa çatandan sonra nəticələr haqda məlumat veriləcək".
Qeyd edək ki, G.Həsənli özünü Mahir Allahverdiyev kimi təqdim edən şəxsin onu aldadaraq hisslərindən istifadə edərək videoya çəkdiyini bildirib.
Bu barədə o özü məlumat paylaşıb.
"Artıq 3-cü gündür ki, zənglərinizə, mesajlarınıza cavab verə bilmirəm.
28 aprel tarixində ağır bir qəzadan yüngül xəsarətlərlə qurtuldum.
Müalicə, sağlamlığıma qovuşmaq üçün hələ bir müddət lazım olacaq. Məni üzrlü saymağınızı xahiş edirəm" , - deyə o qeyd edib.
Fuad Rəsulzadənin döyülməsi ilə bağlı cinayət işi başlanılıb. DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Ölkə.Az"a açıqlamasında bildirib ki, həmin video görüntü sosial şəbəkələrdə yayılandan dərhal sonra DİN tərəfindən müvafiq araşdırma aparılıb:
“Fakta görə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə hadisənin baş verdiyi ərazi üzrə Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıldı. Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxslər müəyyən olunub.
Onlar şəhid Xudayar Yusifzadənin qardaşı, dayısı və xalası oğludur. Həmin şəxslər istintaqa cəlb edilərək izahatları alınıb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir”.
Qeyd edək ki, Tvitterdə “Əhməd” adlı hesabdan “Xudayar çoxdandı təzə mahnı buraxmır” deyə ironik paylaşım edilib. Daha sonra Fuad Rəsulzadə həmin sözləri özünün dediyini açıqlayıb.
Xatırladaq ki, Vətən Müharibəsi şəhidi Xudayar Yusifzadənin döyüşlər ərəfəsində işğaldan azad edilmiş ərazidə oxuduğu mahnılar geniş yayılıb.
Xəbər verdiyimiz kimi, DTX tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov əksər cinayətlərini oğlu Adilzadə Adilin adına rəsmiləşdirib. Bu mənimsəmələrdən biri də Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan “Çinarlı Qəsəbə” MMC ilə bağlıdır.
Belə ki, rəsmi məlumata görə, A.Məmmədov icra başçısı kimi vəzifəsindən sui-istifadə edərək “Çinarlı Qəsəbə”nin bütün paylarını oğluna və tabeliyində fəaliyyət göstərən digər şəxslərə məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata satıb.
"Ölkə.Az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən “Şəmkir Səbəti” də “Çinarlı qəsəbə” MMC-nin nəzdində təsis edilib.
Məlumat üçün bildirək ki, “Şəmkir Səbəti” ticarət mərkəzi Bakı-Qazax avtomobil yolunun 391-ci kilometrliyində yerləşir. Ticarət obyekti beş hektar ərazini əhatə edir. Obyektin ərazisində 147 ədəd ağac konstruksiyasından ibarət butiklər, sahəsi 7000 kvadrat metrə yaxın topdan satış ticarətin təşkili üçün qapalı sahələr, sahəsi 500 kvadrat metrdən ibarət “Ailəvi istirahət” yeməkxana binası, beş ədəd soyuducu anbar inşa olunub.
Eyni zamanda, “Şəmkir Səbəti” ticarət mərkəzinin nəzdində “Şəmkir Səbəti Supermarket” də var ki, Alimpaşa Məmmədov bu obyektin də açılışında qırmızı lenti kəsib. Ötən ilin iyunun 25-də isə bazar ərazisində güclü yanğın olub. Nəticədə, altı köşk külə dönüb.
Alimpaşa Məmmədovun digər cinayətlərindən biri də “Abad Şəmkir” MMC ilə bağlıdır.
Məsələ burasındadır ki, keçmiş başçı Şəmkir Şəhər Bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan “Abad Şəmkir” MMC-nin bütün paylarını oğluna cəmi 180 manata satılmasını təmin edib.
Fotoda Alimpaşa Məmmədovun oğlu Adil Adilzadə
Bildirək ki, respublikada ilk dəfə olaraq Şəmkirdə 42 bələdiyyənin nəzdində 45 məhdud məsuliyyətli cəmiyyət təsis edilib. Bu isə 2014-cü ilin dördüncü rübünə - Alimpaşa Məmmədovun icra başçısı təyin edildiyi ilə təsadüf edir. Rayonun ən böyük bələdiyyəsi olan Şəmkir bələdiyyəsinin nəzdində üç MMC – “Ceyrançöl”, “Abad Şəmkir” və “Morul Tikinti” müəssisələri fəaliyyət göstərir.
“Abad Şəmkir” MMC-yə məxsus Şəmkir Ağ dağlar adlanan ərazisində “Natural” su və konserv məhsulları istehsal edən zavodu isə 2015-ci ildə tikilib.
Mətbuatda yayılan iddialara görə, həmin vaxt zavodun tikintisi üçün “Atabank”dan 10 il müddətinə 700 min manat kredit götürülüb.
Alimpaşa Məmmədovun digər mənimsəməsinə gəlincə, bu, “Az Forel” MMC ilə bağlıdır. Belə ki, sabiq başçı mənimsəmə və rüşvət alma yolu ilə əldə etdiyi 832 min manatı oğlu Adil Adilzadənin adına təsis etdiyi “Az Forel” MMC-nin xərclərinə yönəltməklə həmin pul vəsaitlərini leqallaşdırıb.
Bu müəssisə 2018-ci ildə fəaliyyətə başlayıb. Balıqartırma müəssisəsi Şəmkirçay Su Anbarının sahilində yerləşir. “Az Forel” altı hektar ərazini əhatə edir. 2018-ci ildə müəssisəsinin tikintisinə üç milyon manat kapital qoyulsa da, ümumi investisiya dəyəri 43 milyon manat olduğu qeyd edilib. Bu barədə Alimpaşa Məmmədovun özü 2018-ci ildə rayonunun sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələri barədə çıxışında bildirib.
Onu da bildirək ki, “Az Forel” ötən il Şəmkir rayon sakini Şahmar Qurbanovun şikayəti ilə də gündəmə gəlmişdi. Belə ki, rayon sakini 2017-ci ilin mayından 2018-ci ilin aprelin 2-nə qədər “Az Forel” MMC-də bir il müqaviləsiz işləyib. Şahmar Qurbanov şikayətində bildirmişdi ki, 2018-ci ilin noyabrın 19-da işdə qəza zamanı sol əlinin 90 faizi zədələnib və qeyri-işlək vəziyyətə düşüb. Buna görə 20 gün xəstəxanada yatıb.
Xəstəxanada olarkən MMC-nin direktoru Adil Adilzadə onun yanına gəlib və şikayət etməməsini xahiş edib. Direktor bildirib ki, təxminən iki min manatlıq protez qoyacaqlar, şirkətdə də yüngül işlə təmin ediləcək. Amma xəstəxananı tərk edəndən sonra nə Adil Adilzadənin, nə də şirkətdə digərlərinin qəbuluna düşə bilib.
Oxuduğu mahnı ilə yaddaşlara yazılan şəhid Xudayar Yusifzadə haqqında xoşagəlməz, "zarafatyana” status yazan şəxsin döyülməsi görüntüləri sosial şəbəkələrdə rezonans doğurub. İstifadəçilərin dediklərinə görə "zarafat”ı yazan şəxs ilə döyülən Fuad Rəsulzadə fərqli adamlardır. Paylaşımdan bir neçə gün sonra gələn təzyiqlərə görə Fuad Rəsulzadə hadisənin necə baş verdiyini açıqlayan paylaşım edib, lakin bir qədər sonra silib.
Baku TV-yə danışan F.Rəsulzadə bildirib ki, "zarafat”ı ilk edən o olsa da, paylaşımı dostu edib:
"Mən demişdim ki, paylaşma, amma o paylaşdı. Günlərlə onu təhdid etdilər. Axırda yazdım ki, zarafatı edən mən olmuşam. Haradasa 10-13 nəfər gəlib məni döydü. Hazırda başıma tikiş qoyulub. Daxili orqanlarım əzilməyib. Polis deyir araşdırma aparırıq. Mən sona qədər bu işi araşdıracağam”.
Ətraflı süjeti təqdim edirik:
Daxili İşlər Nazirliyindən Yol-xeber.az-a verilən məlumata görə, aprelin 28-də Masazır qəsəbəsində yerləşən “Kənd ocağı” restoranında xüsusi karantin rejimi qaydalarının pozularaq 65 nəfərin iştirakı ilə toy mərasimi keçirilməsi barədə polisə məlumat daxil olub.
Qeyd edilən ünvana baxış zamanı həmin məclisin təşkilatçısı olan restoranın icarədarı Mənsur Xəlilov və toyda iştirak edən şəxslərlə profilaktik söhbət aparılıb.
Xüsusi karantin qaydalarını pozan restoranın icarədarı 5 min manat məbləğində cərimə edilib. Eləcə də, toyda iştirak edən 65 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib olunub və onların da hər biri 200 manat məbləğində cərimələniblər.