“Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistana gözlənilən səfərləri çox maraqlı səfər olacaq. Bu səfərdə çox diqqət çəkən məsələ ondan ibarətdir ki, Lavrov öncə İrəvana səfər edib, Moskvaya dönəcək və ondan sonra Bakıya gələcək. Bu onu deməyə əsas verir ki, səfərlər zamanı ən ciddi müzakirə predmeti Azərbaycanla Ermənistan arasındakı münasibətlər olacaq”.

Bu fikirləri “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.

Millət vəkilinin sözlərinə görə, səfər zamanı əsas diqqət Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqlar, imzalanmış sənədlərin yerinə yetirilib-yetirilməməsi, icra vəziyyətinin gecikməsi kimi məsələlərə yer ayrılacaq. 

“Əldə olunan razılaşmaların İrəvan tərəfindən niyə icra olunmaması, Rusiyanın bölgədəki maraqları və bu kimi çox maraqlı və narahatedici suallar var ki, onlara cavab aranacaq. Təbii ki, həmin suallar Bakıda keçiriləcək görüşlərdə Azərbaycan tərəfinin də Lavrovun təmsil etdiyi dövlətə Lavrov timsalında ünvanlanacaq. Odur ki, səfərin çox ciddi müzakirələr fonunda keçəcəyini indidən demək olar”, - millət vəkili qeyd edib.

“Rusiya sülhməramlılarının fəaliyyəti ciddi müzakirə predmetindən biri olacaq. Sülhməramlıların Azərbaycan qanunlarını pozub, ermənilərin xeyrinə fəaliyyətinə diqqət yetiriləcək. Digər məsələ Zəngəzur dəhlizində reallaşacaq nəqliyyat-kommunikasiya xəttinin açılması və bir də Laçın dəhlizindəki sülhməramlıların “fəaliyyəti”nə ciddi toxunulacaq. Çünki sülhməramlıların Laçın dəhlizindəki fəaliyyəti çox ciddi narahat edir.  Rusiya sülhmərmalıların Laçındakı fəaliyyətini erməniməramlı fəaliyyət adlandırmaq olar. Rus sülhmərmalıları oranı cinayətkar, quldur yoluna çeviriblər. Digər narahatedici məqamlardan biri hələ də Qarabağ ərazisində terrorçu, quldur cinayətkar dəstənin tör-töküntülərinin sülhməramlılar tərəfindən himayə olunması və əməkdaşlıq edilməsidir. Hələ də Xankəndidə separatçı rejimin əskisinin dalğalanması və bəzi cinayətkar, terrorçu separatçıların fəaliyyət göstərməsidir. Onların məsuliyyətə cəlb olunması istiqamətində heç bir addım atılmır”, - millət vəkili bildirib.

Millət vəkili hesab edir ki, rus sülhmərmalılarının erməniməramlı fəaliyyətinin qarşısını almaq üçün Laçın dəhlizində Ermənistanla sərhəddə birmənalı şəkildə Azərbaycan sərhədçisi dayanmalı və orada sərhəd-keçid məntəqəsi yaradılmalıdır: “İkinci ən vacib məsələ kimi sülhməramlılar qarşısında Qarabağın  tamamilə separatçı rejimin tör-töküntülərindən, terrorçulardan, silahlı quldur və cinayətkar dəstələrdən təmizlənməsi  qoyulmalıdır.  Fikrimcə, Azərbaycan məsələni belə qoymalıdır ki, Rusiya sülhməramlıları bunların öhdəsindən gələ bilmirsə, o zaman öz ərazisində anti-terror əməliyyatı başlayaraq bu işləri görəcək”.

Bakıda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Report məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Kürdəxanı qəsəbəsində yolu keçən 1951-ci il təvəllüdlü Mustafayev Adil Rza oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Aprelin 28-də saat 16.00 radələrində Lerik rayonunun Barzavu kənd sakini 1981-ci il təvəllüdlü Fərziyeva Zəkifə Feyruz qızının qətli ilə bağlı aparılan istintaq zamanı cinayətin mərhumun həmkəndlisi 1972-ci il təvəllüdlü Əskərov Murad Gülbaba oğlu tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

"Ölkə.Az" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında qeyd olunub.

Murad Əskərov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmiş, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf etmiş, hadisə yerində ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zamanı cinayətin törədilmə mexanizmini əyani olaraq göstərmişdir. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

Lerik rayonun Barzavu kəndində üç uşaq anasını qətlə yetirən şəxslə bağlı cinayət işi açılıb.

Bu barədə "Ölkə.Az"a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, aprelin 28-də saat 16:00 radələrində Lerik rayonunun Barzavu kənd sakini 1981-ci il təvəllüdlü Fərziyeva Zəkifə Feyruz qızının yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Lerik Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, qətlə yetirilən Z.Fərziyevanın üç övladından birinin Vətən müharibəsində iştirak etdiyinə dair məlumatlar həqiqəti əks etdirmir. Onun övladlarından heç biri Vətən müharibəsi zamanı heç bir əməliyyatda iştirak etməyib. Oğlanlarından biri E.Fərziyev 2020-ci ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılıb və hazırda Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissədə xidmətini davam etdirir.

Sosial şəbəkələrin İran seqmentində bu ölkənin Ermənistan vasitəsilə Qarabağa “yardım”ların çatdırılmasını əks etdirən qalmaqallı görüntülər yayılıb.

Bununla bağlı video “Azad İran” “Telegram” kanalında paylaşılıb. 

Bu yüklərin Ermənistandan keçərək, Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə aparıldığı bildirilib. Məlumatda qeyd edilib ki, həmin yük avtomobillərində bezin, qaz, bitum, eləcə də qida, geyim məhsulları, tikinti malları qanunsuz daşınır. 

Bundan başqa, bildirilir ki, həmin avtomobillərlə əraziyə külli miqdarda narkotik daşınır. 

İran hansı haqla bu “yardım”ları Azərbaycan ərazisinə çatdırır, rusiyalı sülhməramlılar isə hansı haqla qaçaqmalçılığa göz yumur? 

Lerik rayonunda qətl hadisəsi törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Hadisə aprelin 28-də axşam saatlarında rayonun Barzavu kəndində qeydə alınıb.

Kənd sakini 1981-ci il təvəllüdlü Zəkifə Feyruz qızı Fərziyevanın yaşadığı evində üzərində xəsarət izləri olan meyiti tapılıb.

Rayon hüquq-mühafizə orqanlarının keçirdiyi istintaq tədbirləri nəticəsində hadisəni Z.Fərziyevanın qonşusu Murad Əsgərovun törətdiyi məlum olub.

Kənd bələdiyyəsindən “Ölkə.Az”a verilən məlumata görə kənddə molla kimi tanınan Murad Əsgərov qadının evdə tək olduğunu bilərək mənzilə daxil olub. Daha sonra o, qadına qarşı əxlaqsız hərəkətlər etməyə başlayıb. Bu zaman Z.Fərziyeva qışqıraraq qonşuları çağırıb. M.Əsgərov da cibində gəzdirdiyi bıçaqla qadının boğazını kəsərək, onu qətlə yetirib.

M.Əsgərov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Bələdiyyədən "Ölkə.Az"a onu da bildirdilər ki, saxlanılan Murad Əsgərov kənddə sakit insan kimi tanınıb. Onun bu cinayəti törətməsi hamida şok effekti yaradıb.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. 

Xatırladaq ki, qətlə yetirilən qadın 3 uşaq anası olub.

Qaçırılmış maşınla yol polisi avtomobilini  vuran şəxs həbs edildi

Mingəçevir Şəhər Polis Şöbəsinə (ŞPŞ) aprelin 29-da gecə saatlarında şəhər ərazisindən “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Bu barədə Yol-xeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə avtomobilin Saatlı rayonu ərazisində hərəkətdə olması müəyyən edilib.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Oruc Ağaməmmədov rayonun Məzrəli kəndi ərazisində saxlanılarkən tabesizlik göstərərib, İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə məxsus xidməti avtomobilini vuraraq qaçmağa cəhd göstərib.

Polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində O.Ağaməmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 31 qrama yaxın heroin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Naxçıvanda saxta əskinas satan şəxs saxlanıldı

Naxçıvan Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini E.Məmmədov 100 dollarlıq saxta əskinası satarkən saxlanılıb.

Bu barədə Yol-xeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, şəxsi axtarış zamanı ondan 30 ədəd 100 dollarlıq saxta əskinas aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Aprelin 30-da saat 13 radələrində Tərtər rayonunun Qaradağlı kəndi ərazisində Bərdə rayon sakini Mənsim Aslanov idarə etdiyi “QAZ-31” markalı avtomobillə işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərib.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşı onu dayandırmağa çalışsa da, M.Aslanov avtomobillə onu vuraraq hadisə yerindən yayınıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Aslanov saxlanılıb.

Qol nahiyəsindən yüngül xəsarət alan polis əməkdaşına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Araşdırma aparılır.

Ötən gün Laçın Rayon İcra Hakimiyyətinin sabiq başçısı Akif Səlimov vəfat edib.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilib ki, Akif Səlimov aprelin 30-u saat 11:50 radələrində vəfat edib.

Qeyd edək ki, Akif Səlimov Birinci Qarabağ müharibəsində Laçın və Füzuli cəbhəsində böyük döyüş yolu keçmiş, qəhrəmanlıqlar göstərmiş Laçın polisinin komandiri olmuş, uzun illər Laçın, Goranboy, Qax, Cəlilabad rayonlarında polis şöbəsinin rəisi, təqaüdə çıxmazdan öncə isə Laçın rayonunun icra başçısı vəzifələrində çalışıb.

Xəzər dənizində 3,4 maqnitudada zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 04:20-də qeydə alınıb.

Zəlzələ ocağı 47 kilometr dərinlikdə yerləşib.

Xəbər lenti