![]() |
|
Ötən gün sosial şəbəkələrdə yayılan Lənkəranın Yuxarı Nüvədi kəndində 1946-cı il təvəllüdlü Girdənaz Qurbanovanın 1990-cı il təvəllüdlü gəlinini döyməsini əks etdirən videogörüntülər ajiotaj yaradıb.
Dərhal sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yerli icra hakimiyyətinin, eyni zamanda Daxili İşlər Nazirliyinin nümayəndələrinin və digər dövlət qurumlarının yerlərdəki komissiyalarının iştirakı ilə məsələnin araşdırıldığını açıqlayıb.
“Ölkə.az”a daxil olan məlumatda isə 75 yaşlı Girdənaz Qurbanovanın ruhi əsəb xəstəliyindən əziyyət çəkdiyi iddia olunurdu.
Baku TV-nin hadisə yerindən hazırladığı materialda G.Qurbanova və gəlin Rəmziyyə Qurbanova aralarında heç bir problemin olmadığı deyiblər.
Yayılan məlumatlarda gəlinin hamilə olduğu deyilsə də, iki uşaq anası olan R.Qurbanova bunun yalan məlumat olduğunu bildirib. Gəlin hətta "Anamdır, bir zarafatdır edib”, “səhvim olub döyülmüşəm” deməklə kifayətlənib.
Qayınanın dediyinə görə, səhər işə gedib, qayıdanda isə qabların yuyulmadığını görüb və gəlininə qışqırıb. Görüntülərdə olanlar isə zarafatdır.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov cəmiyyətdə narahatlıq doğururan görüntülərlə bağlı “Ölkə.az”a danışıb:
“Görüntülərlə bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır. Hər iki tərəf dəvət olunub, izahatları alınıb, araşdırma aparılıb. Hələlik araşdırma gedir, nətcəsi məlum deyil. Araşdırmanın nəticəsinə uyğun olaraq qanuna müvafiq tədbirlər götüləcək”, - E.Zahidov söyləyib.
Xatırladaq ki, sosial şəbəkələrdə yayılan məlumatlarda Yuxarı Nüvədi kəndində qeydə alınan olayda R.Qurbanovanın ailəsinin olmadığı qeyd olunmuşdu.
Şəmkir Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət əmlakının ələ keçirilməsi, vətəndaşların hüquqlarına zərər vurulması ilə bağlı qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Bildirilib ki, başlanılmış cinayət işi üzrə araşdırmalar zamanı Məmmədov Alimpaşa Adil oğlunun Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan “Çinarlı Qəsəbə” MMC-nin bütün paylarını oğlu Adilzadə Adil Alimpaşa oğlu və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata satılmasını, Şəmkir şəhər Bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan “Abad Şəmkir” MMC-nin bütün paylarını oğlu Adil Adilzadəyə cəmi 180 manata satılmasını təmin edib xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Alimpaşa Məmmədovun Şəmkir rayon ərazisində abadlıq işlərinin görülməsi ilə bağlı “Ağstafasutikinti” MMC-nin hesabına köçürülmüş 218 min manat külli miqdarda pul vəsaitini nağdlaşdıraraq təkrar mənimsəmə yolu ilə ələ keçirməsinə, Şəmkir rayonu ərazisində dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına tikinti və abadlıq işləri, əsaslı və cari təmir, habelə yolların təmir edilməsi ilə bağlı işləri yerinə yetirən ayrı-ayrı şəxslərdən ümumilikdə 382 min manat, rayon ərazisində sahibkarlıq və yaşayış təyinatlı tikinti işlərinin aparılması ilə bağlı ayrı-ayrı vətəndaşlardan ümumilikdə 217 min manat vəsaiti tabeçiliyində olan şəxslər vasitəsi ilə rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.
Alimpaşa Məmmədovun həmçinin rayon icra hakimiyyəti başçısının ərazi icra nümayəndələri və digər yerli dövlət təsisatlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında 3 min - 10 min manat məbləğində pul vəsaitləri tələb edərək almasına dair əldə edilmiş məlumatlar üzrə araşdırma aparılır.
Eləcə də, onun mənimsəmə və rüşvət alma yolu ilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədi ilə 832 min manat vəsaitin oğlu Adil Adilzadənin adına təsis etdiyi “Az Forel” MMC-nin Şəmkir rayonunda yerləşən balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə və digər xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Alimpaşa Məmmədovun xidməti və yaşayış yerlərinə baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.
Alimpaşa Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
"Ölkə.Az" xəbər verir ki, beşmərtəbəli yaşayış binasının zirzəmisində məişət tullantıları 5 m² sahədə və elektrik kabeli 3,5 p.m yanıb. Yanğın zamanı 5-i azyaşlı olmaqla 12 nəfər bina sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Bu gün çəkilən görüntülərdə ermənilərə məxsus hərbi avtomobillərin və zirehli texnikanın Laçın dəhlizi vasitəsilə Xankəndini tərk edərək Ermənistana keçməsi əks olunub.
Məsələ ilə bağlı hələ ki, heç bir rəsmi açıqlama verilməyib.
ABŞ-da müalicə alan gənclər və idman naziri Azad Rəhimovun vəfat etməsi ilə bağlı xəbər yayılıb.
“Qafqazinfo” məlumatı dəqiqləşdirmək üçün nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə əlaqə saxlayıb.
O bildirib ki, nazirin vəfat etdiyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Lakin hazırda A. Rəhimovun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, Azad Rəhimov ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunur. Nazir yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanıb. O, 8 aydır ki, səlahiyyətlərini yerinə yetirə bilmir.
***
Unikal.org saytı isə nazirin xəstəxanada vəfat etdiyi barədə məlumat yayıb.
İHA xəbər verir ki, hadisə, gecə saatlarında Hürriyət Məhəlləsindəki hosteldə baş verib. Qadın polis məmuru E.Ç. həmkarı M.D ilə hələlik bilinməyən səbəbdən mübahisə edib.
Mübahisə zamanı M.D qadın həmkarını odlu silahla qətlə yetirib.
Hadisə yerinə gələn polis əməkdaşları qadının meyitini aşkar edərək aidiyyatı üzrə təhvil veriblər.
Cinayəti törətməkdə şübhəli bilinən M.D polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
“Ölkə.Az”ın əldə etdiyi məlumata görə, 75 yaşlı Girdənaz Qurbanovanın ruhi əsəb xəstəliyindən əziyyət çəkdiyi iddia olunur.
Döyülən qadının isə hamilə olmadığı və iki övladının olduğu bildirilib.
Kənddən verilən məlumata görə, Güldənaz Qurbanovanın qızı kəndə gələrək anasını paytaxt xəstəxanalarının birinə gətirib.
Qeyd edək ki, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən zəruri addımların atıldığı qeyd edilir.
Komitədən döyülən gəlinlə bağlı RƏSMİ AÇIQLAMA
Ötən gün Novxanı qəsəbəsində baş verən qəzadan sonra çəkilən görüntülər yayılıb.
Baku.ws verir ki, 10-YP-051 dövlət nömrə nişanlı YPX avtomobilinin iştirakı ilə qəza baş verib.
Hadisə nəticəsində YPX avtomobili iki maşına çırpılıb.
Qəza zamanı “Toyoto” və “Opel” markalı nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Qəza zamanı YPX avtomobilinin sürücüsü yüngül xəsarət alıb.
Unikal.org məlumatına görə, o, yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozduğuna görə Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs edilib.
Xatırladaq ki, sonuncu dəfə 12 may 2020-ci il tarixində Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın hadisəsi baş vermişdi.
Qeyd edək ki, "EuroHome"un sahibi Azay Möhnətovdur.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.
Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, çayxananın icarədarı və müştəriləri barəsində inzibati qaydada protokollar tərtib edilib.