|
Dünən gün ərzində və ötən gecə ümumilikdə düşmənin 13 ədəd T-72 tankı, 2 ədəd PDM-i, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 2 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 3 ədəd D-30 haubitsa topu, 2 ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası dəqiq atəşlə məhv edilib və sıradan çıxarılıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, cəbhənin istiqamətlərindən birində həyata keçirilən əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin 49-cu tank briqadasına məxsus 6 ədəd T-72 tankı tam işlək vəziyyətdə ələ keçirilib.
Erməni mayor David Arzumanyan məhv edilib.
Baku.ws xəbər verir ki, bu barədə məlumatı erməni saytları təsdiq edib. Məlumata görə, məhv edilmiş mayor Suriyadan 1 həftə əvvəl gəlibmiş.
Qeyd edək ki, D.Arzumanyan 1986-cı il təvəllüdlü olub. 20 il işğalçı Ermənistan ordusunda xidmət edib.
Füzuli rayonunun işğaldan azad olunan Horadiz kəndində erməni hərbçilərin qaçarkən tərk etdiyi zirehli texnikaların videogörüntüsü
Report xəbər verir ki, məlumatı “Novosti Armenii - news.am” yayıb.
Bildirilib ki, o, Ermənistan ordusunun tərkibində döyüşürmüş.
Məlumata əsasən, Ermənistan hakimiyyəti döyüşə yeni qüvvə cəlb etməkdə çətinlik çəkir. Ölkə vətəndaşları öz övladlarını döyüşə göndərmək istəmir. Erməni icmasının nümayəndələri də döyüşdən yayınır, Qarabağdan qaçırlar. “BBC”nin məlumatına əsasən, minlərlə erməni Qarabağı tərk edib. Ermənistan hakimiyyəti onların bir hissəsini Gorusda yerləşdirib.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayon ərazisini yenidən atəşə tutub, dinc sakinləri hədəf alıb.
Düşmənin növbəti dəfə atdığı mərmilərindən biri rayon ərazisinə düşüb. Nəticədə 2 mülki şəxs yaralanılıb.
Hazırda döyüşlər davam edir.
Bu barədə "Ölkə.Az" Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir.
Baş Prokurorluqdan "Ölkə.Az"a verilən məlumata görə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri, o cümlədən mülki əhalini hədəfə almaqla 08.10.2020-ci il tarixdə saat 07 radələrində Goranboy rayonun Şahməmmdli kəndini ağır artileriyadan atəşə tutması nəticəsində həmin kənd sakini 1957-ci il təvəllüdlü Quliyeva Türyan Tofiq qızı yaşadığı evdə həlak olmuş, yaşadığı evə isə maddi ziyan dəyib.
Bundan başqa, düşmən ölkənin silahlı qüvvələri tərfindən 08.10.2020-ci il tarixdə saat 04 radələrində Gəncə şəhərinə raket zərbələri endirilməsi nəticəsində bir neçə mülki obyektə, 1 avtomobilə və bir neçə yaşayış binasına maddi ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
"Düşmənin 3 tankından ibarət tank kolonu gecə vaxtı Xankəndindən çıxaraq ön xəttə doğru irəliləyib".
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Lakin, ön xətt bölmələrinə çatmadan zirehli texnika kolonu öz artilleriya bölmələrinin atəşinə məruz qalıb.
Məlumatlara görə, "dəqiq" zərbə ilə 1 tank ekipajla birlikdə tamamilə məhv edilib, qalanları isə sıradan çıxarılıb", nazirlikdən bildirilib.
Azərbaycan Silahlı Qüvvələri yeni taktiki gediş edərək İran sərhədi boyu irəliləyir.
Report xəbər verir ki, bunu Ermənistan Müdafiə nazirliyinin sözçüsü Arsurun Ovannisyan bildirib.
Onun sözlərinə görə, Azərbaycan hərbçiləri Dağlıq Qarabağın cənubu boyu irəliləyir.
İşğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələrini və silahsızlaşdırılmış zonaları, habelə mülki əhalini hədəfə almaqla ağır artilleriyadan Ağdam rayonunu müxtəlif istiqamətlərdən atəşə tutub.
Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, rayonun Xındırıstan kəndi ərazisində yaşadığı evə mərmi düşməsi nəticəsində kənd sakini 1945-ci il təvəllüdlü Əliyeva Zərifə Qamboy qızı həlak olub, eyni zamanda, evə külli miqdarda ziyan dəyıb.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.