Xəbər verdiyimiz kimi, dünən Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri Səmədova Əfruz Rafiq qızı və 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı Lökbatanda yerləşən hündürmərtəbəli binanın damına çıxaraq özlərini yerə atıblar.
Hadisə ilə bağlı Unikal.org-a açıqlama verən Ə.Səmədovanın ailə üzvləri bildiriblər ki, məktəblilərin hansı səbəbdən intihar etməsi məlum deyil. Onlar belə addım atacaqları ilə bağlı sinif yoldaşlarına heç nə deməyiblər. Məktəblilər intihar etməzdən öncə telefonlarını format ediblər. Əfruz ailənin yeganə övladı olub.

Hazırda hadisənin hansı səbəbdən baş verdiyi hüquq muhafizə orqanları tərəfindən araşdırılır.

Rus hərbçilər Tavuşda: Azərbaycanla sərhəd müəyyən edilir? Ermənistanın Tavuş rayonunda Azərbaycanla sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparıldığına dair məlumat yayılıb.

Cebhe.info xəbər verir ki, erməni mətbuatı bu barədə yazadıqdan sonra "Çiçəklənən Ermənistan" partiyasından olan deputatlar - Sarkis Aleksanyan və Anna Kostanyan təcili bölgəyə gediblər.

Səfərin nəticəsi barədə sosial şəbəkə hesabında yazan Sarkis Aleksanyan bildirib ki, bölgədə heç bir demarkasiya işi aparılmır: "Biz əmin olduq ki, orada heç bir iş aparılmır. Olduğumuz 4 kənddə heç bir işin şahidi olmadıq".

Xatırladaq ki, əvvəl yayılan məlumatlarda "Rusiya sülhməramlılarının 500 metr məsafəsində azərbaycanlılar artıq iki gündür ki, sərhədlərin müəyyən edilməsi işini aparır",- deyə vurğulanmışdı.

Ancaq maraqlıdır ki, deputat əraziyə Rusiya hərbçilərinin gətirildiyini etiraf edir. Ancaq onların nə məqsədlə gəldiyi barədə məlumatlar fərqlidir.

Bu məlumat rəsmi və qeyri-rəsmi mənbələrdə fərqli təqdim olunsa da, bu ərazidə sərhədlərin müəyyən edilməsi barədə rəsmi heç nə deyilmir.
Ağsu rayonunda 15 yaşlı qız 8 Mart Beynəlxalq Qadınlar Günündə intihar edib.

“Qafqazinfo” məlumatına görə, rayon sakini, 15 yaşlı Pərvanə Salahzadə martın 8-də intihar edib.

O, yaşadığı evin həyətində yerləşən çinar ağacından özünü asıb.

Faktla bağlı araşdırma aparılır.

Bakının Səbail rayonunda torpaq sürüşməsi baş verib.

APA xəbər verir ki, baş verən hadisə nəticəsində yaxınlıqda olan restoranın pəncərəsi sınıb.

Sürüşmə ilə əlaqədar bir neçə gün əvvəl təmizlənən Badamdar şosesinin yenidən bağlandığı da bildirilir.

Tovuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

 “Report" məlumatına görə, hadisə Tovuz şəhəri ərazisində qeydə alınıb.

“Mercedes” və “Toyota” maraklı avtomobillərin Tovuzçayın üzərindəki körpüdə toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Paşayev Kamran, 1995-ci il təvəllüdlü Əhmədov Anar, 1992-ci il təvəllüdlü Rüstəmov Nizaməddin, 1976-ci il təvəllüdlü Niyazova Aytəkin, 1976-cı il təvəllüdlü Kərimova Könul və 1972-cı il təvəllüdlü Quliyev İlqar xəsarət alıb.

Xəstəxanaya aparılan Göygöl rayon sakini Niyazova Aytəkinin həyatını xilas etmək mümkün olmayıb.

Kərimova Könül və Quliyev İlqar Tovuz rayon, Paşayev Kamran, Rüstəmov Nizaməddin, Əhmədov Anar rayonun Aşağı Quşçu kəndinin sakinləridir.

Mərhum Aytəkin Niyazova Könül Kərimovanın evinə qonaq gəlibmiş.

Faktla bağlı araşdırma aparılır.

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov həbs edilib.

"Unikal.org” xəbər verir ki, Ə.Əhmədov mənimsəmədə ittiham olunur və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ə.Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.

Onu da qeyd edək ki, Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun adı qalmaqalda hallanıb. İttihama görə, Əvəz Əhmədov Hörmət Əsgərov adlı şəxsi özünə məxsus Sabunçu rayonu ərazisində yerləşən "Park Plyus” əyləncə mərkəzində girov götürüb. Hörmət Əsgərovdan ona borclu olduğu pulu tələb edib.

Daha sonra isə Hörmət Əsgərovun qohumu Rəşad Tahirov həmin borcu qaytaracaqlarını söz verib və buna görə də Hörmət Əsgərovu sərbəst buraxıb.

İttihama görə, Əvəz Əhmədov hədə-qorxu ilə Rəşad Tahirovdan 140 min dollar alıb. Məhkəmə hökmünə əsasən Əvəz Əhmədovun barəsində 2 min manat cərimə cəzası müəyyən edilib, o, məhkəmə zalından azadlığa buraxılıb.

Abşeron rayonunda intihar hadisəsi baş verib.

Report xəbərinə görə, 30 yaşlı Nurlan Mollayev yaşadığı evin həyətində intihar edib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Bakıda yanğın hadisəsi baş verib.

"Ölkə.Az"-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxana binasının damında taxta konstruksiyalardan ibarət artırma tikililər 50 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daxili İşlər Nazirliyi Tovuz rayonunda şəhid anasının 30 min pulunu mənimsənilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Bununla bağlı DİN-in Mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-a açıqlama verib.

Onun sözlərinə görə, bu ilin fevralın 11-də Quba rayon sakini Nəsimi Fərzəliyev Tovuz Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, həmyerlisi, fiziki şəxs olaraq fəaliyyət göstərən Rəxşəndə Ağasıyeva üçün müxtəlif rayonlardan meyvələr alıb Rusiya Federasiyasına göndərir:

“2020-ci il dekabr ayının sonlarında xurma meyvəsi almaq məqsədilə Tovuz rayonu Əyyublu kəndinə gələrək burda “Saşa” ləqəbli kənd sakini ilə tanış olub, daha sonra sonuncuya məxsus xurma meyvəsinə baxmaq üçün kənddə yerləşən Asif adlı şəxsin kənd təsərrüfatı malları üçün nəzərdə tutulmuş soyuducu anbarına gedib. N. Fərzəliyev orada Asif adlı şəxslə sövdələşərək pulun bir qismini, yəni 30 000 manatını verib.

Lakin sonradan ticarətləri baş tutmadığından pulun geri qaytarılması üçün RPŞ-yə müraciət edib. RPŞ-də vətəndaşın müraciəti əsasında araşdırmalar aparılıb, iddiaçı və qarşı tərəflərin izahatı alınıb”.

“Daha sonra N. Fərzəliyev və R. Ağasıyevə RPŞ rəhbərliyi tərəfindən qəbul edilərək, onlara hüquqi izahatlar verilərək, müraciətlərinin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmələri bildirilib”, - deyə E.Qasımov qeyd edib.

Qeyd edək ki, Quba rayon sakini, şəhid anası Rəxşəndə Ağasıyeva ona məxsus 30 min pulun mənimsənilməsi ilə bağlı açıqlama vermişdi.

Bakıda qayınanasını qətlə yetirib, həyat yoldaşını isə ağır yaralamaqda təqsirli bilinən Cəsarət İsgəndərovun cinayət işi.

Hadisə Bakının Nərimanov rayonunda baş verib. Əliyar Əliyev küçəsi, 24 ünvanında yaşayan 51 yaşlı Fəhminə İsgəndərova qızı Leyla İsgəndərovanı həyat yoldaşı Cəsarət İsgəndərovla mübahisə etdiyi üçün ata evinə çağırıb. Lakin L.İsgəndərovanın bu hadisədən hiddətlənən həyat yoldaşı C.İsgəndərov onların olduğu evə gəlib. Qapı və pəncərələr ev sahibəsi tərəfindən bağlı olduğundan C.İsgəndərov içəri evin damından daxil olub. Bu zaman o, əlindəki bıçaqla əvvəlcə həyat yoldaşına bir neçə zərbə vurub. Bununla sakitləşməyən kişi onları ayırmağa gələn qayınanası F.İsgəndərovanın ürək nahiyəsinə iki bıçaq zərbəsi vurub.

C.İsgəndərov törətdiyi cinayət əməlindən sonra hadisə yerindən uzaqlaşıb. Onun qayınanası hadisə yerində ölüb. L.İsgəndərova isə 5 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralı 1-ci dərəcəli koma vəziyyətində olub. Daha sonra onun həyatını xilas etmək mümkün olub.

Cinayəti törətməkdə şübhəli bilinən Cəsarət İsgəndərov polis əməkdaşları tərəfindən saxlanılıb.

Cəsarət İsgəndərov ifadəsi zamanı ailəsində yaranan problemlərin səbəbkarı kimi qətlə yetirdiyi qayınanasını göstərib: "Biz çox xoşbəxt idik. Həyat yoldaşımdan soruşurdum ki, bizim kimi mehriban ailə varmı? Deyirdi ki, bəlkə də yoxdur. Amma qayınanam həmişə söz-söhbət yaradırdı. Dolanışığımız da şükür ki, yaxşı idi. Günə 50-80 manat qazanırdım. Çox nadir hallarda pulsuz evə qayıdardım. Yoldaşımla heç bir problemimiz olmayıb. Mən evlənəndə bir şərt qoymuşdum ki, yoldaşım harasa gedəndə mütləq mənə xəbər eləsin. Yoldaşım belə də edirdi, amma qayınanam yenə də problem yaradırdı. Yoldaşımı özü ilə aparırdı, deyirdi ki, Cəsarət işdən gec gəlir, bilməyəcək. Nişanlı olduğumuz zaman da belə söz-söhbət olurdu. Amma sonra mehribançılıq yaranırdı". 

Məhkəmə prosesində Cəsarət İsgəndərov ittiham üzrə özünü təqsirli bilib və əməlindən peşman olduğunu deyib. 

Zərərçəkmiş şəxsin hüquqi varisi Furmayıl İsgəndərov bildirib ki, Cəsarət İsgəndərovun onun qızı və ailəsi barədə verdiyi ifadəsi böhdandır. Ona ən ağır cəza verilməsini istəyib. 

Dövlət ittiamçısı məhkəmədən təqsirləndirilən şəxsə 20 il çəza təyin olunmasını xahiş edib. 

Məhkəmə nəticəyə gəlib ki, Cəsarət İsgəndərovun CM-nin 120.2.3-cü (ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar zərərçəkmişin özünü və ya yaxın qohumlarını qəsdən öldürmə), 120.2.4-cü ( xüsusi amansızlıqla qəsdən adam öldürmə), 29.120.2.2-ci, 2.4-cü, 2.7-ci və 2.9-cu (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla köməksiz vəziyyətdə olan iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət əməllərini törətməsi tam sübuta yetirilib.

Sonda məhkəmənin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti