|
Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, saat 09 radələrində Ağdam rayonu, Birinci Baharlı qəsəbəsində fərdi yaşayış evlərinə mərmi düşməsi nəticəsində 1969-cu il təvəllüdlü Vəliyev Şahsuvar Millət oğlu və 1979-cu il təvəllüdlü Musayev Loğman Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, yaşayış evlərinə isə ciddi ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.
Bu barədə ölkənin baş naziri Nikol Paşinyan "Facebook"da yazıb.
Qeyd olunub ki, o, həmçinin hərbi hissə komandiri də olub. (report)
APA-nın Qarabağ bürosunun xəbərinə görə, nəticədə, AzTV-nin sürücüsü yaralanıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ordumuz tərəfindən adekvat tədbirlər görülür.
Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.
"Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Oktyabrın 14-ü səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alıb, ağır artilleriya ilə vasitəsi ilə şəhərin mərkəzinə bir necə top mərmisi atıb. Nəticədə bir mülki şəxs ölüb.
Azərbaycan Ordusu tərəfindən ermənilərə adekvat cavab tədbirləri görülür.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Mülki insanlar arasında tələfata səbəb olmaq, mülki infrastruktura xələl yetirmək məqsədilə operativ-taktiki raketlər Gəncə, Mingəçevir və digər şəhərlərə doğru hədəflənmişdi.
Mülki insanların təhlükəsizliyini təmin etmək məqsədilə legitim hərbi hədəf kimi start vəziyyətində olan raketlər qabaqlayıcı dəqiq zərbə ilə sıradan çıxarılmışdır.
Bundan əvvəl saat 01:00 radələrində həmin istiqamət üzrə start vəziyyətinə gətirilmiş əməliyyat-taktiki raket kompleksi də dəqiq zərbə ilə məhv edilmişdi.
Raketlərin atəş vəziyyətinə gətirildiyi məntəqələrdə hər hansı mülki infrastruktur və obyektlər olmamışdır.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın edib və görülən tədbirlər nəticəsində itki verərək, geri oturdulub.
Oxu.az işğalçı ölkənin hərbçilərinin öz döyüş texnikalarını qoyub qaçmasının görüntülərini təqdim edir:
Report xəbər verir ki, bildirilib ki, həmin "qanun" muzdluların işğal altında olan torpaqlarda Azərbaycana qarşı döyüşməsi nəzərdə tutulub.
Ermənistan hakmiyyəti və separatçılar bu “sənəd” vasitəsi ilə Qarabağda terrorçular və muzdluların döyüşdüyünü etiraf edir. Separatçı rejim terrorçuların və muzdluların fəaliyyətinə bu yolla “hüquqi” don geyindirməyə çalışır.
Qeyd edək ki, Dağlıq Qarabağdakı separatçı rejim qanunsuz strukturdur. Onun “peşəkar ordu” yaratmaq adı altında atdığı addımın da hüquqi əsası yoxdur. Odur ki, Qarabağdakı qanunsuz rejim “peşəkar ordu” adı altında xaricdən daha çox muzdlu gətirib və onların sayını artırmağı planlaşdırır.
Oxu.az xəbər verir ki, bu barədə Kanadada yaşayan soydaşımız Fərid Qardaşxanov sosial şəbəkədə paylaşım edib.
O, bildirib ki, avtomobili ilə hərəkətdə olan zaman ermənilər ona hücum ediblər:
“Onlar avtomobilimin qarşısını kəsdilər. Maşınıma ciddi zərər yetirilib. Kanadalı məmurlardan xahiş edirəm ki, həyatımın təhlükəsizliyi üçün bu məsələni xüsusi diqqətdə saxlasınlar”,- deyə, o, qeyd edib.